Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   68   69   70   71   72   73   74   75   ...   145

 
161
Onun o «Əlbəttə!»si ilə sinəsinin xırıltısı, eləcə  ləhləməsi heç cürə bir-birinə 
uyuşmurdu, amma olanı bu idi ki, Bayraqdar o «Əlbəttə!»ni elə bir xatircəmliklə 
dedi ki, Kamança Tanrıverdinin o «Əlbəttə!»ni lağa qoymaq həvəsi (yanğısı) itib 
getdi. 
Məsələ burasında idi ki, qaçaqaç düşəndə, camaat Şuşadan çıxanda – 1992-ci il 
mayın 8-də – Surxay bir əli ilə üçrəngli bayrağı tutmuşdu, o biri əli ilə də Əbülfəti 
sinəsinə sıxmışdı və həmin vaxt çönüb Şuşa qalasının divarlarına baxanda, bütün bu 
qaçaqaç dəhşəti içində, elə bil, göydən birdən-birə Bayraqdara bir vəhy gəldi və o 
dedi: 
– Bu bayraq ki, Şuşada elə... elə dalğalandı, yenə qayıdacaq Şuşaya! 
Əlbəttə, bu sözləri Bayraqdara Məhəmməd  Əmin bəyin – «Bir kərə yüksələn 
bayraq bir daha enməz!» – sözləri dedirtmişdi, amma o dəm özü də gözləmədən 
dediyi o sözlər Bayraqdara Ilahidən gələn sözlər kimi təsir etdi və Bayraqdar bir əli 
ilə üçrəngli bayrağın dəstəyini daha da bərkdən sıxdı, o biri əliylə  də qucağındakı 
Əbülfəti sidq-ürəkdən bağrına basdı, addımları gözgörəti sağlamlaşdı, enerjisini 
çoxaltdı  və elə bil, onun o sağlam addımları Bayraqdarı  Şuşadan uzaqlaşdırmırdı, 
elə indidən onu Şuşaya qaytarmağa başlamışdı.  
... Sonralar Bayraqdarın o sözləri  şuşalıların da ağzına düşdü, onlar da toyda, 
yasda bu sözləri dedilər, amma yavaş-yavaş o sözlər də,  Şuşanın dağları kimi, 
uzaqlarda qaldı...  
VIII
 
Iş belə  gətirdi ki, Buzovna Fəhlə Yataqxanasında məskunlaşanda Məleykə 
müəllimə üçüncü mərtəbədə Surxaygillə yanaşı – divar qonşusu oldu və yaşa 
dolmuş, məktəbini də,  şagirdlərini də itirmiş, dövlətin verdiyi müavinət və 
humanitar yardımlarla yaşayan Məleykə müəllimə, əlbəttə, yadından çıxarmışdı ki, 
haçansa o qəzet-jurnal köşkünün qabağında dayanıb Surxaya: «– Pah!.. Bu da sənin 
padşahlığındı!?»– demişdi və bir dəfə Surxay sübh-tezdən evdən (otaqdan) çıxanda 
gördü ki, əlində yarımçıq xlor şüşəsi tutmuş Məleykə müəllimə bomboş aralıqda o 
üçrəngli qapı ilə üzbəüz dayanıb və gözlərini də zilləyib rəngləri tamam solmuş 
qapıya. Surxay elə bildi ki, Məleykə müəllimə  nəsə istəyir, amma deməyə ürək 
eləmir. 
– Sabahın xeyir, məlimə. Nədi, bir şey lazımdı? 
Və Məleykə müəllimə birdən-birə dedi: 
– Nə  qəşəng budkan varıydı, ay Surxay!.. Qəzet budkasını deyirəm... Nə 
qəşəngiydi... 
Yataqxananın bütün mərtəbələrindəki aralığın hər iki başında burada yaşayanlar 
üçün ümumi tualet var idi və o tualetlərin iyini itirməkdən, çirkabını təmizləməkdən 
ötrü, ora birucdan xlor tökürdülər və Məleykə müəllimə də bu sözləri dedi, sonra 
əlindəki xlorla tualetə getdi.  
Və o gün həmin sübh tezdən ta gecə yerinə girənəcən Surxayın ürəyindən qara 
qanlar axdı – görəsən, durur o «budka»? erməni indi orda qəzet satır? – və Surxay, 
düzdü, bunları fikirləşirdi, amma gözünün qabağında şüşələri qırılmış, cırıldaya-
cırıldaya qapısı tərpənən, içi boş bir köşk gəlib dururdu. O küçə də bomboş idi və 
orada o köşkün qapısının cırıltısından başqa heç nə eşidilmirdi və birdən o küçədən 
arıqlayıb qabırğaları sayılan eşşəklər tək-tək keçməyə başladı və küçədə o arıq 


 
162
eşşəklərin də heç bir səsi eşidilmirdi: nə ləpir səsi gəlirdi, nə fınxırırdılar, nə də 
eşşəyin bir anqıranı var idi. Xruşşov eşşəklər üçün böyük məbləğli vergi (o məbləğ 
eşşəyin dəyərindən və xeyrindən artıq idi) müəyyən eləyəndə, Şuşada kim ki, eşşək 
saxlayırdı, yüksək vergini verə bilmədiyi üçün o eşşəklərdən imtina etmişdi və başlı-
başına qalan eşşəklər də çöllərdə, düzlərdə vəhşi heyvana dönmüşdü. Surxay bilirdi 
ki, o boş küçədə, tək-tək köşkün qabağından keçən o arıq və tamam səssiz-səmirsiz 
eşşəklər, Xruşşov vaxtının o eşşəkləridi, amma nə üçün birdən-birə gəlib Surxayın 
yadına düşmüşdülər (o Xruşşov eşşəklərinin indi sümükləri də çürüyüb getmişdi) və 
bütün günü beynində o bomboş küçədəki bomboş qalıb qapısı cırıldayan köşkün 
qabağından keçirdilər?  
Yataqxanada ikinci idi, ya üçüncü idi – ölən  şuşalı da elə yazıq Məleykə 
müəllimə oldu və o vaxt Məleykə müəllimənin qırx illik əri Kazım – Dəmir Kazım! 
– neçə gün kimi görürdüsə, özünü saxlaya bilməyib, uşaq kimi hönkür-hönkür 
ağlayırdı.  
Dəmir Kazım Məleykə müəllimənin dərs hissə müdiri işlədiyi məktəbdə idman 
müəllimi idi, həqiqətən, dəmir kimi sağlam bir adam idi və internat məktəbin idman 
müəllimi Salman onun yanında zəif bir məxluq idi. Salman Buzovna Fəhlə 
Yataqxanasında məskunlaşandan sonra, bir müddət özünə  iş tapa bilmədi, axırda 
xəstəxanada gözətçi işləməyə başladı və gecələr oradan spirt oğurlayıb satdığı üçün, 
işdən qovuldu və indi onda keçmiş idman müəllimliyindən heç nə qalmamışdı. 
Dəmir Kazım isə özünü saxlaya bilmişdi, nə olur-olsun, hər səhər idman edirdi, nə 
cür hava olur-olsun, həyətə düşüb qaçırdı, yazağzından ta payızın sonuna qədər tez-
tez dənizə gedib üzürdü və  Məleykə müəllimə  vəfat edəndə hamı dedi ki, Dəmir 
Kazımı öldürsə, bu dərd öldürəcək – onların uşağları olmamışdı  və bir-birindən 
başqa heç kimi yox idi – amma Dəmir Kazım ölmədi, düzdü, qaradinməz oldu, daha 
səhərlər idman eləmədi, qaçmadı, dənizə gedib üzmədi, sınıxdı, zəiflədi, dəmirliyi 
ilə birlikdə  ləğəbi də  əriyib getdi, amma ölmədi. Kazım, evdə (otaqda), 
ümumiyyətlə, bu həndəvərdə az görünürdü, çünki qoyun otarmağa başlamışdı. 
Yataqxananın arxasında hələ Xruşşovun vaxtında tikilmiş beşmərtəbə binada 
yaşayanlardan kimin qoyunu var idi, ona vermişdi və Kazım da sübh tezdən 
qoyunları qabağına qatıb bağlararası torpaq yollarla Bilgəh sahilindən fırlanıb, gedib 
Nardarana çıxırdı, qoyunlar da torpaq yolların qırağında, bağ hasarlarının dibində 
toz basmış adda-budda otdan-alaqdan otlayırdı, yay vaxtları dənizkənarı plyajlarda 
ora-bura atılmış qarpız, yemiş qabığı, quru çörək axtarıb, tapıb yeyirdi. 
Kazım deyirdi: 
– Buranın qoyunları, elə bil, itdi, plyajdakı zibillikdə  eşələnirlər, iyləyif 
selefanların arasını axtarırlar...  
IX
 
Cümünün (Qızıl Diş Cümşüdün) anası Güllü arvad Surxaygilin illərdən bəri 
solub bozarmış  rəngbərəng qapısını döydü və  cırıldaya-cırıldaya açılan qapıdan 
Gülzar arvada: 
– Az, düş aşağı, – dedi. – Humanitar yardım gətiriblər. 
Axır vaxtlar eşitdiyi sözlər, elə bil, Gülzar arvadın beyninə bir az gec gəlib 
çatırdı və bu dəfə də: 
– Hıy?– soruşdu. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə