Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə169/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   165   166   167   168   169   170   171   172   ...   184

 

375


 

13 avqust 2003. 

Zuğulba. 

 

 

 

 

 

 


 

376


UŞAQ  

HEKAYƏLƏRI 

 

 



 

 

 



 

 



 

377


SƏLIMIN HEKAYƏLƏRI 

 

 

MƏNƏ NIYƏ GÜLÜRLƏR? 

 

Mənə niyə gülürlər? Heç bilmirəm... 



Mən Səliməm, özü də atamın oğluyam. Anamın da oğluyam. Bir də bacım 

Laləni çox istəyirəm... 

Lalə lap balacadır. Mənim üç yaş bir ayım var, onun – hi, hi, hi, adamın gülməyi 

gəlir!..– heç bir yaşı da yoxdur. Amma həmişə ondan çox mənə gülürlər. Özü də 

böyük-böyük əmilər, xalalar... 

Niyə gülürlər? Heç bilmirəm... 

Bax, elə bu gün, Firudin əmi mənə o qədər gülüb ki... 

Anam mənə iki xırda pul verib dedi: 

– Pulu verərsən Firudin əmiyə. Bax, bu qabı  ağzına qədər südlə doldurar, 

götürüb gələrsən evə.  

Mən də südqabını götürdüm. Aşağı düşdüm. Getdim süd satılan yerə. 

– Salam, Firudin əmi, – dedim. 

– Salam, dostum. Süd almağa gəlmisən? 

– Bəli, Firudin əmi. Al bu pulu, qabı ağzına qədər südlə doldur.  

Firudin əmi pulu aldı. Qabı südlə doldurdu, verdi mənə. Mən qayıtdım. Bloka 

girdim. Birdən... üzü üstə  yıxıldım. Ağlamadım. Niyə  ağlayım? Ayağımın altında 

qarpız qabığı qalmışdı, mən də yıxılmışdım. Nə olsun?! 

Süd yerə tökülmüşdü. Qabı götürdüm, tez qayıtdım geri. 

Firudin əmi məndən soruşdu: 

– Hə, niyə qayıtdın, Səlim? 

Mən dedim: 

– Al, bu qabı təzədən doldur. 

Firudin əmi dedi: 

– Niyə qabı təzədən doldurmalıyam, əzizim? 

Mən dedim: 

– Axı, bayaq qabı doldurmuşdun, yıxıldım, dağıldı. Indi boşdu. Yenə doldur, 

aparım evə. 

Firudin əmi bir az mənə baxdı. Sonra başladı gülməyə. O qədər güldü ki... 

Mən soruşdum: 

– Nəyə gülürsən, Firudin əmi? 

O dedi: 

– Heç nəyə. Böyüyəndə özün başa düşərsən. 

Mən böyük deyiləm? Üç dəfə qış olacaq, qar yağacaq, mən məktəbə gedəcəyəm. 

Mənim nəyim balacadır? 

Sonra Firudin əmi südqabını məndən aldı, ağzına qədər doldurdu. Apardım evə. 

Anam bişirdi. Mən də içdim. Lalə də. 

Amma mənə niyə gülürlər? Heç bilmirəm... 

 

 



 

 

 


 

378


 

 

GÖR NECƏ TOP VURARAM 

 

Dadaşgil həyətdə futbol oynayır. Mən Dadaşa deyirəm: 



– Dadaş, qoy mən də sizinlə futbol oynayım. 

– Yox, Səlim, sən oynaya bilməzsən...  

– Niyə oynaya bilmərəm? 

– Çünki futbol oynayan gərək biclik eləyə bilsin, fənd işlətsin, başqa oyunçuları 

aldada bilsin. Amma sən hələ balacasan, bunları bacarmazsan... 

Sonra onlar yenə oynayırlar. Mən də qıraqda durub baxıram... 

Eh, düzdü, Dadaş məktəbdə oxuyur, özü də mənim dostumdu, amma Dadaş nə 

bilsin ki, mən necə bicəm, necə çoxbilmişəm!? Əgər bilsə mən necə bicəm, o saat 

deyər: «–Səlim, gəl sən də bizimlə oyna!». 

Lap elə dünən gör necə biclik işlətdim: anam evdə yox idi. Atam da işdə idi. 

Mən nənəmə dedim: 

– Nənə, gəl gizlənpaç oynayaq. 

– Oynayaq, Səlim. 

– Sən gözünü yum, mən gizlənim. 

– Yaxşı. 

Nənəm gözlərini yumdu. Mən çarpayının altına girib gizləndim. Sonra dedim:  

– Aç, nənə. 

Nənəm gözlərini açdı. Ora baxdı, bura baxdı. Sonra yavaş-yavaş  mənə  tərəf 

gəlməyə başladı. Mən tez qışqırdım: 

– Nənə, mən burda deyiləm! Mətbəxdə gizlənmişəm! 

Nənəm: 

– Hə... – dedi, amma bilmirəm heç niyə güldü. Sonra mətbəxdə məni axtarmağa 



getdi. Mən də tez çarpayının altından çıxdım. 

Görürsünüz, mən necə bicəm! 

Eh,  əgər Dadaş bunu bilsə, məni də futbol oynamağa qoyar. Biclik edib fənd 

işlədərəm, hamını bir-bir keçərəm, qapıya çoxlu-çoxlu top vuraram!.. 

 

 

 



 

MƏN LALƏ ISTƏYIRƏM 

 

Lalə elə balacadı, elə balacadı, elə balacadı, lap bir cıqqılı. Lalə mənim bacımdı.  



Nənəm deyir: 

Mənim Laləm, Laləciyim... 

Mən deyirəm: 

– Nənə, Lalə mənimdi! 

Nənəm deyir: 

– Yaxşı, Səlim, sənindi... 

Amma sonra yadından çıxır. Yenə deyir: 

– Mənim Laləm, Laləciyim... 

Anam deyir: 

– Lalə qızım, qəşəng qızım, mənim qızım... 




 

379


Mən deyirəm: 

– Ana, Lalə mənimdi! 

Anam deyir: 

– Yaxşı, Səlim, sənindi... 

Amma sonra yadından çıxır. Yenə deyir: 

– Lalə qızım, qəşəng qızım, mənim qızım... 

Atam da belə deyir. Babam da belə deyir. Axı, belə olmaz. Axı, Lalə mənimdi.  

Yaxşı hirsləndirdiniz məni, baxarsız!.. Mən də gedərəm Firudin əmidən özümə 

başqa Lalə alaram. 

Firudin  əmi bizim həyətdə süd satır, özü də  mənim dostumdu. Mən ona 

deyirəm: 

– Firudin əmi, mənə Lalə ver. 

Firudin əmi deyir: 

– Lalə? Laləni neyləyirsən, Səlim? 

Mən deyirəm: 

Istəyirəm ki, mənim özümün Laləm olsun! 

Firudin əmi deyir: 

– Yaxşı, Səlim, əgər tapsam, sabah sənə lalə gətirərəm.  

Sabah Firudin əminin yanına gəlirəm. Mən deyirəm: 

– Salam, Firudin əmi, mənə Lalə gətirdin? 

Firudin əmi deyir: 

– Gətirdim, Səlim, güclə tapdım, al. 

Firudin əmi mənə bir dənə qırmızı gül verir. Mən deyirəm: 

– Bu nədi? 

Firudin əmi deyir: 

– Lalədi. Yavaş götür, dağılmasın. Lalənin ləçəkləri çox zərif olur. 

Eh, Firudin əmi gör mənə nə gətirib?! Gül!.. 

Mən deyirəm: 

– Firudin əmi, mən belə lalə istəmirəm... 

Firudin əmi deyir: 

– Bəs, sən nə cür lalə istəyirsən, Səlim? 

Mən deyirəm: 

– Mən bacım Lalədən istəyirəm. 

Firudin əmi bərkdən gülür. Sonra deyir: 

– Ay səni, Səlim! 

Yenə mənə gülürlər. Heç belə də iş olar? 

 

 

 

 

 

BELƏ DƏ IŞ OLAR? 

 

Heç bilmirəm nə edim... Belə də iş olar?.. 



Mən Səliməm. Amma hamı  mənə «Balaca Səlim» deyir. Niyə «balaca»? 

Bilmirəm.. 

Axşam anamla atam teatra getməyə hazırlaşanda deyirəm: 

– Ana, məni də teatra apar. 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə