Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə177/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   173   174   175   176   177   178   179   180   ...   184

 

400


Bu siçan balalarının tükü bomboz idi, nazik bığları var idi, uzun quyruqlarını 

tərpədə-tərpədə burunları ilə bir-birini itələyirdilər, ora-bura qaçışırdılar, atılıb-

düşürdülər. 

Elə gözəl gün çıxmışdı, həyətdəki güllərin, çiçəklərin, otların elə gözəl rəngləri 

var idi ki, həyət elə sakitlik içində idi ki, boz siçan balaları civildəyə-civildəyə 

sevinirdilər və sevinə-sevinə də oynaşırdılar. 

Boz siçan balaları ömürlərində birinci dəfə idi ki, həyətə oynamağa çıxmışdılar.  

Aysu tez qaçıb Fatma gəlinciyini də  gətirmək istədi ki, Fatma gəlincik də bu 

cıqqılı siçan balalarına baxsın, görsün ki, onlar necə sevinə-sevinə oynayırlar. 

Amma... 


Amma bu zaman çox qorxulu bir hadisə baş verdi...  

Birdən-birə elə bil ki, yerin altından çıxdı, ya göydən düşdü, bir qara pişik balası 

düz cıqqılı siçan balalarının qabağına atıldı, tüklərini qabartdı, belini dikəltdi və 

şimşək çaxan gözləri ilə acıqlı-acıqlı siçan balalarına baxıb bərkdən miyoldadı. 

Cıqqılı siçan balaları  əvvəlcə yerlərində donub qaldılar, sonra birdən özlərinə 

gəldilər və  hərəsi bir tərəfə qaçdı: biri yuxarı  tərəfə, biri aşağı  tərəfə, biri də 

Aysugilin evinə tərəf. 

Qara pişik balası  əvvəlcə istədi ki, cıqqılı siçan balalarının üçünün də dalınca 

birdən qaçsın, amma başa düşdü ki, belə olmaz və  cıqqılı siçan balalarından lap 

cıqqılısının dalınca atıldı. 

O, lap cıqqılı siçan balası qaçıb Aysugilin evinin divarının dibində dayandı, 

çünki daha qaçmağa yer yox idi. 

Qara pişik balası da üç-dörd dəfə atılıb, gəlib cıqqılı siçan balasının qabağında 

dayandı.  

Cıqqılı siçan balası qorxudan tir-tir əsirdi. O birinci dəfə idi ki, pişik görürdü və 

bilmirdi ki, nə eləsin... 

Qara pişik balası da, əslində, bilmirdi ki, nə eləsin, bu siçanla beləcə üzbəüz 

dayanırdı. 

Qara pişik balası yenə  də tüklərini qabartdı, belini dikəltdi, qıpqırmızı  ağzını 

açıb bərkdən miyoldadı. 

Bu vaxt Aysu: 

– Dayan! – qışqırdı.  

Aysunun səsini eşidən qara pişik balası bir az qorxdu. Cıqqılı siçan balasının isə 

tıp-tıp tıppıldayan cıqqılı ürəyində bir ümid yarandı. 

Aysugilin evi birmərtəbəli idi, pəncərəsi yerə yaxın idi və Aysu pəncərəyə 

dırmaşıb həyətə sallandı, gözlərini yumdu və əllərini buraxdı. 

Tap!.. 

Aysu həyətə düşdü, tez qara pişik balası ilə cıqqılı siçanın yanına qaçdı və yenə 



də: 

– Dayan! – qışqırdı. 

Qara pişik balası Aysuya baxıb səsini çıxarmadı. 

Cıqqılı siçan balası qorxudan eləcə tir-tir əsirdi.  

Aysu barmağı ilə siçan balasını göstərib qara pişik balasından soruşdu: 

– Sən onu yemək istəyirsən?  

Qara pişik balası qıpqırmızı ağzını açıb bərkdən miyoldadı, yəni ki, hə, yemək 

istəyirəm. 

Aysu soruşdu: 

– Sənin anan var? 




 

401


Qara pişik balası yenə miyoldadı, yəni ki, əlbəttə, var. 

Aysu soruşdu: 

– Sən evə gəlməsən sənin anan nə eləyər? 

Bu sözləri eşidəndə az qaldı qara pişik balasının gözləri yaşarsın və o yavaşdan 

miyoldadı, yəni ki, anam ağlayar... 

Aysu soruşdu: 

– Sən istəyirsən ki, anan ağlasın? 

Qara pişik balasının gözləri doldu, lap yavaşdan miyoldadı, yəni ki, yox... 

Aysu yenə barmağı ilə qorxudan tir-tir əsən cıqqılı siçan balasını göstərdi: 

– Bəs, onun da axı, anası var!.. Axı, o öz yuvalarına qayıtmasa, anası  həmişə 

ağlayacaq. 

Qara pişik balası gah Aysuya baxdı, gah da cıqqılı siçan balasına. 

Aysu soruşdu: 

– Hə, sən yenə onu yemək istəyirsən? 

Qara pişik balası bu dəfə  qıpqırmızı  ağzını açıb miyoldadı, təkcə yavaş-yavaş 

başını buladı, yəni ki, yox, mən daha cıqqılı siçan balasını yemək istəmirəm. 

Aysu dedi: 

– Onda gedin evinizə. 

Çünki Aysu özü də Fatma gəlinciyinin yanına tələsirdi, axı, Fatma gəlinciyin əl-

üzünü hələ yumamışdı. 

Cıqqılı siçan balası Aysunun qabağına gəldi, astaca civilti ilə: 

– Çox sağ ol, qəhrəman qız!.. – dedi, sonra qaça-qaça qızılgül kolunun 

yanındakı yuvalarına getdi. 

Qara pişik balası cıqqılı siçanın arxasınca baxa-baxa fikirləşdi: «Işə bir bax a-a-

a!.. Sən demə, cıqqılı siçanların da anası olurmuş!..». 

  

 



 

 

KUKLA, YOXSA, AYSU? 

 

Günlərin bir günündə, axşam çağı ata işdən evə gəldi ki, evdə gözəl, səliqəli, əl-



üzü tərtəmiz, saçları qəşəng daranmış bir kukla var. 

Vay... Bu necə kukladı?! Adam kimi gəzir, adam kimi baxır... 

Ata soruşdu: 

– Bu kukla hardandı belə? Mən heç onu görməmişəm!.. 

Birdən... o gözəl kukla güldü: 

– Ata, kukla deyiləm e, mənəm! 

– Kim? 

– Mənəm də! 



– Axı, sən kimsən? 

– Aysu! 


Sən demə, bu kukla, doğrudan da, kukla deyilmiş, Aysu imiş... 

Əl-üzünü yuyub, saçını darayıb, təmiz rahat geyib və buna görə də atası elə bilib 

ki, Aysu Aysu deyil, Aysu – kukladı... 

 

 



 


 

402


AYSU YORULUB... 

 

Aysu birinci sinifdə oxuyur. Dünən də birinci sinifdə oxuyurdu, bu gün də 



birinci sinifdə oxuyur, eh... hələ sabah da birinci sinifdə oxuyacaq... 

Nə qədər birinci sinifdə oxumaq olar?.. 

– Aysu, Aysu, dur, səhərdi daha!.. 

Aysu isə  hələ yuxu görür. Görür ki, Cəmiləylə,  Əşrəflə, Laləylə, Nərimanla 

həyətdə top-top oynayırlar, ora qaçırlar, bura qaçırlar... 

– Aysu, Aysu, dur, məktəbin vaxtıdı!.. 

Aysu əvvəlcə gözünün birini açır, sonra o birini açır, atasına baxır: 

– Mən yorulmuşam... – deyir. 

– Yorulmusan? 

– Hə! – deyir Aysu. – Yuxuda çox qaçmışam, yorulmuşam... 

Bax, beləcə yorulandı Aysu. 

Yuxuda o qədər ora-bura qaçır, o qədər top-top oynayır ki, səhər məktəbə 

getmək üçün durmaq lazım olanda da beləcə yorulur... 

 

 



AYSU VƏ BALACA BALIQLAR 

 

Aysu yenə deyir ki, nağıl danış. 



– Nə qədər nağıl olar, ay Aysu? 

– Çoxlu! 

– Axı, gecədi... 

– Nə olsun! 

– Yatmaq lazımdı. 

– Sən istəyirsən ki, mən yatım? 

– Əlbəttə! 

– Onda bir dənə də nağıl danış. 

Aysu belə Aysudu. 

– Yaxşı... Biri var idi, biri yox idi, bir Yaşıl Ördək var idi. Bu Ördək çayın 

qırağında bir meşəlikdə özünə yuva qurmuşdu. Yaşıl Ördək tək yaşayırdı. Bütün 

quşların, bütün heyvanların balaları var idi. Yaşıl Ördək istəyirdi ki, onun da balaları 

olsun, o da yuvada tək yaşamasın. Hər şey Yaşıl Ördəyin istədiyi kimi oldu. Yaşıl 

Ördək iki yumurta yumurtladı, gecə-gündüz yumurtaların üstündə yatdı, öz istiliyini 

yumurtalara verib, onları  qızdırdı ki, balaları yumurtadan çıxıb o gözəl meşəni, o 

gözəl çayı görsünlər, göyü görsünlər, böyüsünlər və Yaşıl Ördək kimi, onlar da 

göydə uça bilsinlər. Günlərin bir günündə Yaşıl Ördək hiss etdi ki, balaları cıqqılı 

dimdikləriylə yumurtanın qabığını taqqıldadırlar, elə bil deyirlər ki, açın qapını, biz 

gəlirik!.. Yaşıl Ördək yumurtanın qabığını sındırıb çıxmaqda balalarına kömək elədi. 

O balaca, o gülməli balalar beləcə dünyaya gəldilər. Yaşıl Ördək elə sevinirdi ki, heç 

vaxt belə sevinməmişdi, çünki heç vaxt balası olmamışdı. Sən demə, quşlar, 

heyvanlar, ancaq balaları olanda belə sevinə bilirlər... 

Aysu soruşur: 

– Bəs, adamlar? 

Mən deyirəm: 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə