Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə180/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   176   177   178   179   180   181   182   183   184

 

410


XOŞBƏXTLIK HAQQINDA 

 

Bu qış Bakıda qış olmadı, adı oldu: yaz da əvvəlcə çox tez gəldi, fevralın 



axırları idi, ağaclar göyərmişdi, amma sonra küləklər başladı, yağışlar başladı  və 

belə məlum oldu ki, soyuqlar hələ qabaqdaymış və yazın beləcə yarımçıq qalması, 

qırılması, sonra ortada bu cür yerində sayması adamı lap sıxırdı; bir tərəfdən də 

Bakının asfalt küçələri, maşınları, səs-küyü... 

Haradasa təbiət tamam azaddı: nə asfaltlıdı, nə  səs-küylüdü, nə  də qayğılarla 

doludu. 


Fikrət Qoca və Ishaq Ibrahimovla birlikdə Bakıdan bir az kənarda, Qaradağ 

tərəfdə dəniz kənarına getdik. 

Küləkli bir gün idi. 

Uşaqlar velosipedlə bura gəlirdi, qarmaq atırdı, balıq tuturdu. 

Biz də özümüzlə qarmaq götürmüşdük və əsl naşı balıqçılar kimi, qarmaq atıb 

balıq gözləyirdik. 

Balıq yox idi; yəni bizim üçün, biz balıqçılar üçün balıq yox idi. 

Birdən qarmaqlardan birinə bir xul keçdi və bu cıqqılı xul balığının sevinci bizi 

dünyanın yeddinci qatına qaldırdı. 

Sən demə, xul da balıq imiş... 

Bir neçə dənə xul tutduq və hər bir xula da beləcə sevindik. 

Sonra dənizin o azadlığından, sahilin o təmizliyindən və genişliyindən, o xul 

sevincindən ayrılıb Bakıya qayıtdıq və gecə mən bu xul sevinci barədə fikirləşəndə 

haçansa eşitdiyim bir əhvalat yadıma düşdü. 

...Bir kişinin on uşağı var idi və bu on uşaqla, arvadla birlikdə balaca bir 

daxmada yaşayırdı; o qədər darısqallıq idi ki, kişi daha dözə bilmirdi; axırda bir dəfə 

bir təpəyə qalxdı və əlini göyə qaldırıb Allaha dedi: 

– Ya Allah, bu nə müsibətdi bizim başımıza açırsan?! Hərgah sən bu uşaqlara 

bir qarış da artıq yer verməyəcəydinsə, niyə onları dünyaya gətirirdin? Axı, belə bir 

darısqallıqda yaşamaq mümkün deyil! Dünyada məndən bədbəxt adam yoxdu! Məni 

xoşbəxt et, yerimi genişlət bir az! 

Göydən bir səs gəlmədi. 

Kişi kor-peşman daxmasına qayıtdı və gördü ki, daxmada... bir eşşək var. 

Yekə, canlı bir eşşək idi. 

– Arvad, bu nədi belə? 

Heyrətdən kişinin gözləri kəlləsinə çıxmışdı. 

– Kişi, bu eşşəyi indicə bir mələk gətirdi və dedi ki, Allah-taalanın əmri belədi 

ki, bu eşşək bu daxmada, bizimlə bir yerdə yaşamalıdı. 

Yazıq arvad eşşəyə baxdı, kişiyə baxdı və için-için ağlamağa başladı. 

O gündən o eşşək həmin daxmada qaldı. 

O gündən on uşaq, kişi, arvad və həmin eşşək bir yerdə yaşamalı oldu. 

O gündən həmin kişi gecə-gündüz Allaha yalvardı ki, onları bu yekəpər 

eşşəkdən xilas etsin, bu yekəpər eşşəyi bu daxmadan götürsün. 

Bu münval ilə ay keçdi, il dolandı  və  nəhayət, bir gün Allah kişinin sözünü 

eşitdi: axşam kişi evinə qayıdanda gördü ki, həmin yekəpər eşşək daha yoxdu. 

Mələk gəlib eşşəyi aparmışdı. 

Kişi gecə-gündüz Allaha şükür elədi. 

Kişi on uşağı  və arvadı ilə birlikdə  həmin daxmada şad-xürrəm yaşamağa 

başladı. 



 

411


Kişi dünyanın ən xoşbəxt adamı idi, çünki canı eşşəyin əlindən qurtarmışdı və 

genişlik-bolluq idi... 

...Insan çox naşükürdür. 

 

30 may 1981.  

Bakı. 

 

 

SƏTIRLƏRIN ÖLÜMÜ 

 

Dünən Moskvadan yaslı və gözlənilməz bir xəbər gəldi: Saşa Orlov vəfat edib. 



Birdən-birə elə bildim ki, yazılarımda sətirlər öldü. 

Birinci dəfə idi mən bu cür hiss keçirirdim. Saşa ilə birlikdə Moskvada üzbəüz 

otura-otura, Bakı ilə Moskva arasında məktublaşa-məktublaşa, telefonlaşa-

telefonlaşa dönə-dönə üzərində  işlədiyimiz ayrı-ayrı cümlələr yadıma düşdü. O, 

neçə illər idi ki, mənim yazılarımı tərcümə edirdi və mən istəyirdim ki, bu cümlələr 

rus dilində də Azərbaycan dilində olduğu kimi səslənsin – eyni çalarları ilə, sözaltı 

mənaları ilə, hətta eyni ritmi ilə  səslənsin. Saşa çal saqqalını, həmişə  pırpızaqlı 

saçlarını qarışdıra-qarışdıra əlindən gələni əsirgəmirdi. 

Və indi mənə elə gəldi ki, rus dilindəki kitablarımda o cümlələr öldü. 

Sətirlərin bu ölümünü təkcə ruhən yox, az qala, cismani hiss etdim. 

Və o kitablarda bir yetimlik duydum. 

 

31 may 1981. 

Bakı, 

 

 



 

 

QARA QARĞALAR 

 

«Bakı-Moskva» qatarı ilə yazıçıların VII qurultayına gedirik. 



Qəribədi, XX əsrin sürəti artdıqca qatarın da qiyməti və  əhəmiyyəti artır: 

telefonlar, iclaslar, tələsikliklər, maşınlar, qayğılar aləmindən çıxıb iki gün qatar 

tələsməzliyində, zəngsizliyində, təmkinində  sığınacaq tapırsan, gündəlik qayğıları 

özündən uzaqlaşdırırsan – onsuz da, bu iki gün ki, yol gedəcəksən, heç nə edə 

bilməyəcəksən: nə hansı bir işi isə qaydasına qoyacaqsan, nə kimisə kiməsə 

tapşıracaqsan, nə  dərman axtaracaqsan, nə bazarlıq edəcəksən, nə görüşəcəksən, 

müzakirə edəcəksən, müdafiəyə  tələsəcəksən, redaksiyaya material göndərəcəksən 

və s. və i. a. 

Saatlar beləcə keçir. 

Birdən güclü təkanlar bu qayğısızlıq idilliyasını titrədir, sonra qatar çölün 

düzündə dayanır, sonra həyəcanlı səs-küy başlayır, hay-həşir qopur. 

Vaqon yanır. 

Yox, bizim vaqon yox, 3-cü vaqon. Kimsə siqaret çəkib atıb, kimsə balonlarda 

spirt aparırmış  və o balonlar partlayıb, uzun sözün qısası, 3-cü vaqon ocaq kimi 

alışıb-yanır. 

– Yanan yoxdu ki? 




 

412


– Hamı canını qurtara bilib? 

– Hə, hə, hamı qurtarıb canını. Çoxusu hərbi kursantlardı. Cəld uşaqlardı, hamı 

sağ-salamatdı. – 3-cü vaqon tərəfdən gələn cavan oğlan gülə-gülə camaatı 

nigarançılıqdan qurtarır. – Vaqonu ayırıblar, yanır özüyçün... 

Qalan vaqonların camaatı eşiyə axışıb və hamı bir kənarda tənha dayanıb ocaq 

kimi yanan 3-cü vaqona baxır. 

Əlbəttə, bu mənzərədə bir xoşagəlməzlik, bir bədəməllik var, amma o cavan 

oğlanın gülüşü hamının nigarançılığına sərin su səpib və indi bütün qatarın camaatı 

o yanan 3-cü vaqona bir əyləncə kimi baxır. Bütün bu əhvalat dünən baş verib. Qatar 

Moskvaya gedir. 

Düzdü, üç-dörd saat gecikmişik, amma əslinə baxsan, elə bu özü də bir 

qənimətdi, bu özü də üç-dörd saatlıq qayğısızlıqdı, zəngsizlikdə rahat-rahat 

fikirləşmək fürsətidi, arzulamaq, gələcəyi gözəl  əsərlərlə, gözəl hadisələrlə dolu 

gözəl rənglər içinə girmək imkanıdı... 

Mən pəncərədən sürətlə ötüb gedən və tükənmək bilməyən çölə baxıram. 

Yamyaşıl düzlər, ağaclar, meşə zolaqları, gül-çiçək və... qara qarğalar.  

Yenə qara qarğalar...  

Yenə qara qarğalar... 

Qara qarğalar ağacların budaqlarına, elektrik dirəklərinə, yerə qonublar. 

Bu yekə qara qarğalar birdən-birə dünən yanıb qurtarıb skleti çöllərdə qalmış 

həmin vaqonu – bu gün tamam unutduğum 3-cü vaqonu yadıma salır. Birdən-birə bu 

yekə qara qarğalar adam kimi dil açıb qatar sürətilə deyir ki, o 3-cü vaqonda hərbi 

kursantlar yox, qocalar, qadınlar, uşaqlar,  şikəstlər, xəstələr ola bilərdi və  mən o 

uşaqların çığırtısını eşidirəm, o qocaların, qadınların ah-vayını eşidirəm, dəhşətdən 

bərəlib, az qala, hədəqəsindən çıxacaq gözləri görürəm, yanan insan ətinin qoxusunu 

hiss edirəm. Mən ömrümdə yanan insan ətinin qoxusunun nə olduğunu bilməmişəm

amma mənə elə  gəlir ki, indi, bax, bu yekə qara qarğalara baxa-baxa hiss etdiyim 

qoxu dünən 3-cü vaqonda diri-diri yanan qoca, qadın, uşaq ətinin qoxusudu... 

Sonra bu yekə qara qarğalar mənim bütün qayğılarımı bir-bir yadıma salır. 

O gözəl rənglər əriyib gedir və hardasa o qara qarğaların rənginə boyanır. 

Ölüb getmiş qohumlar, dostlar, tanışlar bir-bir yadıma düşür və onlar bir-bir bu 

vaqon pəncərəsindən mənə baxır. 

Sonra bu yekə qara qarğalar yol boyu bütün dünyanın dərdindən,  ələmindən 

söhbət açır. 

Qatarlara qəmginlik gətirən yekə qara qarğalar... 

 

26 iyun 1981.  

«Bakı-Moskva» qatarı, 

 

YAZIQLIQ 

 

Moskvada yazıçıların VII qurultayı gedir və Moskvada dözümsüz bir isti var. 



Qəzetlərin yazdığına görə iyun ayında Moskvada belə isti axırıncı dəfə 1901-ci ildə 

olub. 


Gecə mehmanxanada yatmaq mümkün deyil, nəfəs almaq olmur və bu gün bu 

gecə havasızlığı birdən-birə Bakıdakı kiçik bir hadisəni mənim yadıma saldı. 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə