Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə182/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   176   177   178   179   180   181   182   183   184

 

415


QIRT TOYUQ 

 

Qırt toyuq birinci dəfə idi ki, hindən çıxmışdı və dünyanı cücələrinə göstərirdi. 



Cücələr civildəşə-civildəşə, yüyürə-yüyürə analarının dalınca qaçışırdı  və 

anaları da qırt yatdığı günlərdə qartlaşmış  səsiylə  qırt-qırt salıb o tərəf-bu tərəfə 

dimdik atır, gözaltı böyürtkən kollarının dibinə, hündür otların arasına baxırdı, 

hərdən başını çəpəki tutub zəndlə göyü gözdən keçirirdi. 

Qırt toyuq pişikdən, qurd-quşdan, qartaldan ehtiyat edirdi və hərdən də tərs-tərs 

mənə baxırdı. 

Qırt toyuq heç kimi cücələrinə yaxın buraxmırdı. 

Həyətdə uşaq çox idi, hərə əlinə bir parça çörək alıb didişdirə-didişdirə cücələrə 

vermək istəyirdi, amma qırt toyuq o saat boğazının tüklərini qabardıb, qanadlarını 

açıb, qart qaqqıltı ilə hücum edirdi, ən axırıncı cücənin də ötüb keçməyini 

gözləyirdi, sonra yanpörtü acıqlı  nəzərlərlə  uşaqlara baxa-baxa və yoğun budlarını 

basa-basa gedirdi. 

Qırt toyuq fındıq ağacının altına gəlib torpağı eşələməyə başladı və cücələr də 

civildəşə-civildəşə analarını əhatəyə aldı. Qırt toyuq torpağın arasında yeməli bir şey 

görən kimi, dimdiyini həmin cücüyə, həşərata, toxuma vururdu, cücələrinə göstərirdi 

və cücələr də bir-birini itələyə-itələyə, aləmə civilti sala-sala həmin balaca cücünün, 

həşəratın, toxumun üstünə cumurdu. 

Qırt toyuq arabir xırda çörək qırıntısı da tapırdı, dimdiyini vurub göstərirdi, 

cücələr də acgözlüklə bu qırıntıları  təpişdirirdi, amma qırt toyuq əllərində parça-

parça çörək tutmuş uşaqların heç birini cücələrə yaxın buraxmırdı. 

Qırt toyuq təkcə bu həyətin sahibəsi Validə ananı cücələrə yaxın buraxırdı, hətta 

Validə anaya icazə verirdi ki, əyləşib cücələrdən birini əlinə götürsün və  uşaqlara 

göstərsin. 

Həyətdə  təkcə Validə ana cücələrin yanından ötəndə  qırt toyuq haray-həşir 

salmırdı. 

Qırt toyuq Validə anaya tam etibar edirdi və bu, görünür, təbiətdən gəlirdi: elə 

bil ki, qırt toyuq bilirdi ki, Validə ananın də dörd balası var. 

 

16 avqust 1981.  

Talıstan kəndi. 

 

 



 

ÜÇÜNCÜ SƏRÇƏ 

 

Bəzən təbiətdə elə hadisələrə rast gəlirsən ki, onların dolayısı yox, tamam 



müstəqim, birbaşa mənası səni tutur, sənə ləzzət edir. 

Misal üçün, mən,  ədəbiyyatda müstəqim surətdə  əxlaq dərsi verməyin, mənası 

tamam üzdə olan hadisələrin təsvirinin həmişə əleyhinə olmuşam. 

Bəs nə üçün bu gün şahidi olduğum kiçicik bir hadisə mənim kefimi bu qədər 

açdı? 



 

416


Yazıçılar Ittifaqı ilə üzbəüz bağda gəzəndə kolluqda sərçələrin haray-həşirini 

eşitdim: bir sərçə dimdiyində sarı bir yarpaq tutmuşdu (bəlkə də yarpaq deyildi, nəsə 

başqa  şey idi, mən qorxurdum ki, sərçələr hürküb uçar, yaxınlaşıb baxmırdım), 

ikinci sərçə isə yarpağın o biri ucundan tutub dartışdırırdı, birinci sərçənin 

dimdiyindən qoparmaq istəyirdi. Sərçələr həmin sarı yarpaq üstündə beləcə 

«mənim-sənin» mübarizəsi aparırdı. Birdən sərçələr lap hirsləndi, bir-birinin üstünə 

atıldı. Sarı yarpaq yüngülcə yerə düşdü və elə bil ki, bunu gözləyirmiş kimi, 

səhərdən bəri çiçəkləmiş  ağ akasiya ağacının budağına qonub didişən sərçələrə 

baxan üçüncü sərçə pırıltı ilə budaqdan qopub, yerə düşmüş o sarı yarpağı dimdiyi 

ilə qapdı və eləcə pırıltı ilə də qalxıb ağacların arxasında yox oldu. 

Didişən sərçələr bu gözlənilməz hadisədən elə bil ki, özlərini itirdi, sonra bir-iki 

dəfə yerlərində hoppanıb düşdü və sonra da hərəsi bir tərəfə uçub getdi. 

Məni gülmək tutdu. 

Bağdan ötüb-keçənlər yəqin fikirləşdi ki, bu niyə kolluğa baxa-baxa öz-özünə 

gülür? 

 

13 may 1982.  

Bakı. 

 

 

 

«ALƏM OLDUQCA...» 

 

Qara Qarayev vəfat edib... 



Bizim böyük müasirimiz əbədi yuxuya gedib və bir də heç vaxt oyanmayacaq. 

Onun işıqlı  və  ağıllı gözləri bundan sonra yalnız televiziya və kino 

ekranlarından bizə baxacaq, o qaraşın, sərt və eyni zamanda mehriban sifəti bundan 

sonra biz yalnız qəzet və jurnal səhifələrində, kitablarda görəcəyik, dostların, 

yaxınların, sənətsevərlərin evlərindəki fotolarda, muzey zallarındakı portretlərdə 

görəcəyik. 

Qara Qarayev vəfat edib... 

Külək bir də heç zaman o qıvrım, gümüşü saçları qaldırmayacaq. Qarayev bir də 

heç vaxt paltosunun boyunluğunu qaldırıb, başını da bir balaca çiyninə qısıb, siqaret 

dalınca siqaret çəkə-çəkə Bakının küçələri ilə addımlamayacaq. 

Bu ağır, bu qəmli dəqiqələrdə bizim təskinliyimiz nə ola bilər? 

Qoca Dədə Qorqudun əlacsız və müdrik misraları bir daha yüzüncü dəfə

mininci dəfə mənim beynimdə səslənir: 

 

Gəlimli, gedimli dünya... 



Son ucu ölümlü dünya... 

 

Və fikir məni qədimlərə aparır. Bizim ulu babalarımız Zərdüştü «böyük səadət 



və sərvət» sahibi hesab edirdi və bu böyük səadət, mənəvi sərvət «şən həyat, sevinc 

və əbədi şöhrət»dən ibarət idi. 

Qarayev sənəti həyata çağıran, sevinc bəxş edən bir sənət idi. Həyatın mənası 

barədə düşündürən, yaşayışın fəlsəfəsini ehtiva edən bir sənət idi. 

Mən nə üçün bu sənət barədə keçmiş zamanda danışıram? 

Qarayev sənəti əbədi sənətdir. 




 

417


Qarayev sənəti dünən də müasir sənət idi, bu gün də müasir sənətdir və sabah da 

müasir sənət olacaq. 

Illər keçəcək, bizim balalarımız, bizim nəvələrimiz, nəticələrimiz atalarının, 

babalarının Qarayevlə tanışlıqları ilə, Qarayevlə  məktublaşmaları,  şəkil 

çəkdirməkləri ilə, canlı Qarayevi görməkləri ilə fəxr edəcəklər. 

Bu gün olduğu kimi, sabah da xalqımız öz sənətkar oğlunun adını uca tutacaq. 

Bu gün olduğu kimi, sabah da Qarayev sənətinin ölümsüzlüyü dünyanın  ən 

böyük konsert salonlarından, opera və balet teatrlarından ana Azərbaycanın ölümsüz 

dühasından xəbər verəcək. 

Bu gün olduğu kimi, sabah da Qarayev sənəti düşündürəcək və öyrədəcək, 

tərbiyə edəcək və yetişdirəcək. 

Qara Qarayev vəfat edib... 

Bu ağır, bu qəmli dəqiqələrdə elə bil ki, bir təskinlik kimi mən böyük Qarayevin 

böyük sələfi Sabirin misralarını eşidirəm: 

 

Ölməyimlə sevinməsin əğyar, 



Aləm olduqca, mən dəxi duraram! 

 

Və bu misraları ağır, əbədi Qarayev musiqisi müşayiət edir... 



 

14 may 1982.  

Bakı. 

 

 



 

ALMA ƏHVALATI 

 

Vəfatından təxminən dörd-beş il əvvəl Rəsul Rza ilə Moskvadan Bakıya 



gəlirdik. Qatarla gəlirdik, ikimiz bir kupe götürmüşdük. Mən indi bu sətirləri 

yazanda, elə bil ki, gecənin içi ilə yol gedən o qatarın səsini eşidirəm və həmin qatar 

elə bil ki, Rəsul müəllimlə yol yoldaşı olduğumuz o uzaq iki günü daha da uzaqlara 

aparır... 

Təbii ki, yol boyu biz çox söhbət etdik. Rəsul müəllim  şerində olduğu kimi, 

həyatda da ciddi adam idi, bəlkə də bir az sərt adam idi və mənə həmişə elə gəlirdi 

ki, onun bu sərtliyi əslində daxili kövrəkliyinin göstəricisi idi. Bu ciddilik və zahiri 

sərtliklə  bərabər, Rəsul müəllim yumoru sevən, başa düşən və yumordan ləzzət 

almağı bacaran adam idi. 

Qatarda mən Rəsul müəllimə belə bir hadisə danışdım: dostlarımızdan biri – 

Fikrət Sadıq – altmışıncı illərdə «Gənclik» nəşriyyatında redaktor işləyirdi. Bir dəfə 

axşam onlara getmişdim, gördüm ki, mizin arxasında  əyləşib bir şer kitabının 

əlyazmasını redaktə edir. Əlyazmasındakı  bəzi  şerlər dostumuzu o qədər 

əsəbiləşdirirdi ki, səhifələrin kənarında qeydlərini də oxuduğu misralara müvafiq 

misralarla yazırdı. Mənim gözüm sataşdı  və Azərbaycan almalarının gözəlliyindən 

bəhs edən bir şerdə altından xətt çəkilmiş iki misranı oxudum: 

 

Ləzzətlidi «bumajnı», 



Şirvan gözəli Şafran! 

 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə