Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə184/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   176   177   178   179   180   181   182   183   184

 

421


Onlar gedirdi və bütün görkəmləri ilə, yerişləri, gülüşləri, o yalançı uzun 

kirpikləriylə yenə aləmə meydan oxuyurdu və heç kimin ağlına gəlməzdi ki, o 

gözlərdə o cürə sərçə nigarançılığı ola bilər və o qızlar eləcə həyəcanlana bilər... 

 

18 may 1984.  

Bakı. 

 

 

 

 

HABILIN KAMANÇASI 

 

Habil Kaman kamançanı dizinin üstünə alıb çalmağa başlayır və bir azdan 



gözlərini yumur, çaldığı musiqinin hisslər aləminə gedir, o aləmin rəngləri, 

həyəcanları, görümləri ilə yaşayır. 

Hər dəfə səhnədə, yaxud televiziya ekranında Habilə baxdıqca, onun musiqisinə 

qulaq asdıqca, elə bil, o dəm onun qapalı gözlərinin qarşısından keçənləri mən də 

görürəm. 

Habilin kamançası  səslənir, dünyaya insanlar gəlir, yaşayır, sevir, sevilir, 

xoşbəxt olur, dərd çəkir və bir gün gəldiyi kimi də, köçüb gedir... Və dünyaya yeni 

insanlar gəlir... 

Habilin kamançası insanın, ömrün müvəqqətiliyindən, insanlığın, yaşayışın isə 

əbədiliyindən deyir... 

Habilin kamanı Azərbaycandan deyir... 

Qoca və müdrik Dədə Qorqudu görürəm, cavan, təmiz, çılğın Kərəmi görürəm, 

gözəl, ismətli, qeyrətli Nigarı görürəm... 

Habilin kamançası  səslənir, Koroğlu Qıratın belinə qalxır,  Şah Ismayıl qanlı 

döyüşlərdən sonra, öz zərif, həzin insani hisslərini ağ  vərəqə köçürür, Füzuli 

düşünür, Leyli çəməndə gül-çiçək dərir... 

Habilin kamançası  səslənir, Araz çayı axır və çayın  şırıltısı Habilin 

kamançasının dili ilə dünyanın dərdindən,  ələmindən deyir, Dərviş Mahmud sazı 

sinəsinə sıxır və mən onun yüz il bundan əvvəl dediyi misraları eşidirəm: 

 

Bu dünyanın çox olubdur cəfası, 



Cəfasına dəyməz zövqi-səfası. 

Guşumda səslənir getmək sədası, 

Ürəyim həsrətlə dolub, ağlaram... 

 

Habilin kamançası  səslənir, mən Qarabağı görürəm,  Şirvanı, Naxçıvanı, Mili, 



Muğanı, Lənkəranı, Abşeronu, ömrümdə heç vaxt getmədiyim, görmədiyim Təbrizi 

görürəm,  Ərdəbili görürəm, Sərabı görürəm,  Ərk qalasının önündə dayanıb 

babaların ucalığına baxıram... 

Habilin kamançası səslənir, Habilin qapalı gözlərinin qarşısından keçənləri mən 

də görürəm, o musiqiyə qulaq asa-asa həmin kamançanı da yaddan çıxarıram. 

Habilin özünü də yaddan çıxarıram, mən oluram, o musiqi olur, mənim Xalqım və 

mənim Vətənim olur... 

Bu – kamançanın da, Habilin də böyüklüyüdür. 



 

 


 

422


15 dekabr 1985. 

Bakı. 

 

 



 

 

AĞABƏYIM AĞA 

 

Axır vaxtlar tez-tez Ağabəyim ağanın iki yüz il bundan əvvəl söylədiyi o iki 

misra yadıma düşür: 

 

Əfsus ki, yarım gecə gəldi, gecə getdi, 



Heç bilmədim ömrüm necə gəldi, necə getdi... 

 

Niyə tez-tez yadıma düşür bu iki misra? 



Yəni yalnız ona görə ki, haçansa bir vaxt ayılırıq və görürük ki, heç bilməmişik 

ömür necə gəlib, necə gedib? 

Buradakı həsrətə görə? 

Ağabəyim ağa Qarabağ xanı Ibrahimxəlil xanın qızı idi, Şuşada anadan 

olmuşdu, Irana, Fətəli  şaha  ərə verilmişdi, amma həmişə  də  qəribçilik içində 

olmuşdu. 

Düzdü, qəribçilik səni yalnız qürbətdə basmır, bəzən öz evinin içində də qərib 

olursan, amma Ağabəyim ağanın ürəyi Qarabağda,  Şuşada qalmışdı  və  Ağabəyim 

ağa dərdli bir «ah» çəkmişdi: 

 

Mən aşığam, qara bağ, 



Qara salxım, qara bağ, 

Tehran cənnətə dönsə, 

Yaddan çıxmır Qarabağ... 

 

Əslində hər bir adamın içində öz Şuşası var, bəzən heç bundan özünün də xəbəri 



olmur, amma ürəyi o şüşənin içindədi, öz Şuşasındadı. O Şuşa kiminçünsə bir 

həyətdi, kiminçünsə bir tut ağacıdı, bir böyürtkən koludu, kiminçünsə bir məhəllədi

amma o həyət də, o tut ağacı, böyürtkən kolu da, əlbəttə, öz-özlüyündə Şuşa deyil, 

oradakı  təbəssümdü, hissdi, oranın həmişəlik keçmişdə qalmağından doğan 

təəssüfdü, həsrətdi; hər birimizin bir-birinə bənzəməyən, amma elə bil ki, əbədi olan 

bir həzinlik içində eyni təəssüflə, eyni həsrət, eyni yanğı ilə illər keçdikcə  rəngini 

itirən, cizgiləri əriyən öz Şuşası. 

Bu nə müdriklik dərsidi belə, mən verirəm? 

Bu nə nəsihətdi belə? 

Ağabəyim ağa iki misra da demişdi: 

 

Ey naseh, nəsihətin mənə əbəsdir, əbəs, 



Ətəkləyər sözlərin atəşimi – söndürməz. 

 

3 dekabr 1987.  

Mərdəkan. 

 

 




 

423


ƏKRƏM ƏYLISLININ ANASI 

 

Paris hara, o uzaq Ordubad, o gözəl Əylis kəndi hara? 



O gözəl Əylis kəndində o gözəl qarı indi nə eləyir görəsən? 

Kiçik, amma səssiz-küysüz, rahat və xudmani «Dupleks» otelinin beşinci 

mərtəbəsindəki səliqəli otağın pəncərəsindən Eyfel qülləsinin soyuq dəmirləri 

görünür, mən isə, sübh tezdən gözlərimi açıb birdən-birə o gözəl  Əylis kəndini, o 

gözəl Əylis kəndində Əkrəm Əylislinin qoca anasını yadıma salıram. 

Niyə? 


Bilmirəm... 

Təxminən on il bundan əvvəl idi, Naxçıvana getmişdik, oradan Ordubada 

qalxdıq, səhər-səhər də Əylisə baş çəkdik. 

Əkrəm Əylisligilin həyətində oturub səhər çörəyi yeyirdik və Əkrəm Əylislinin 

qoca anası qabağımıza balaca bir qabda ilıq yumurta qoydu və o ilıq yumurtanın 

dadı indiyə qədər mənim damağımdan çəkilməyib. 

Mən hərdənbir bu barədə fikirləşəndə gözlərimin qabağına  Əylisin o gözəl 

bağları yox, buz kimi suyu axan o kəhrizi yox, o dağlar, o çöllər yox, o qoca ananın 

əlləri gəlir, elə bil ki, o ağaclar da, o dağlar-dərələr, o su, o gül-çiçək də taxta kimi o 

quru barmaqların bərəkəti, istisi müqabilində susur və xatirəyə  gəlməyə ürək 

eləmir... 

O quru barmaqlarda gizlənmiş mehribançılıq, məhəbbət illər keçdikcə  hərdən 

yada düşəndə elə bil ki, daha artıq bir hərarətlə adamın içini qızdırır: adam elə bil ki, 

o quru barmaqların bərəkətini, nəsə, işıqlı bir varlıq kimi, gözləri ilə görür... 

Indi də  pəncərəmdən Eyfel qülləsinin o soyuq dəmirlərinə baxdıqça mənə elə 

gəlir ki, o quru barmaqlar nəsə tikəndə də, bişirəndə də, silib-süpürəndə də əslində 

həmişə bütün ətrafa gizli bir layla deyir. 

 

15 oktyabr 1988.  



Paris. 

 

 



 

 

 

ÜÇ XATIRƏ 

 

Axşam Sergey Baruzdin və Vladimir Drozdla birlikdə  gəzə-gəzə gedib 

Brandenburq qapılarının qabağında dayandıq və xeyli müddət Qərbi Berlinə  tərəf 

baxdıq. Indi gecədir, oteldə oturub bu cümlələri yazıram və Brandenburq qapıları 

ağzındakı o əsgərlərin baxışını  təzədən öz üzərimdə hiss edirəm. Orda-burda 

dayanmış o əsgərlər, zabitlər, bayaq elə bir şübhə, hətta, ədavətlə bizə baxırdılar ki, 

elə bil, baxışları da tüfəng lüləsi idi, üstümüzə tuşlanmışdı. 

Bu – Almaniya Demokratik Respublikasının ordusu idi. 

Mən isə, Qərbi Berlinə tərəf baxırdım və təzə-təzə yanmağa başlayan o işıqlar 

nə qədər yaxın və eyni zamanda da nə qədər əlçatmaz idi... 




 

424


O dəm mənə elə gəlirdi ki, yalnız Berlin yox, yalnız Almaniya və alman xalqı 

yox, Şiller də iki yerə bölünüb, Motsart da, Bax da, Bethoven də, Heyne də iki yerə 

bölünüb və mən bu bölünməni, parçalanmanı indi, az qala, cismani hiss etdim: insan 

bədəni ortadan iki yerə parçalanıb, qan axır... 

Drozd da Qərbi Berlinin işıqlarına baxırdı  və öz-özünə dodaqaltı  nəsə 

pıçıldayırdı. 

– Volodya, sən nə hiss edirsən? – soruşdum.  

Drozd: 


– Dəhşətdi!.. – dedi. 

– Mənim xalqım da beləcə bir dəhşət içindədi... – dedim. 

Brandenburq qapıları haçansa açılacaqmı? 

 

24 sentyabr 1987. 



Şərqi Berlin. 

 

 



 

II 

Günorta rəssam Ə. Behkalamın emalatxanasına gedəndə Berlin divarı boyunca 

xeyli addımladıq və mən tez-tez ayaq saxlayıb o divara çəkilmiş şəkillərə baxırdım. 

Divarın o tərəfi Şərqi Berlin idi. Kənardan da Brandenburq qapıları görünürdü. 

Yadıma gəlir, iki il bundan əvvəl orada (o tayda!) dayanıb bu tərəfə baxırdım... 

Eyni bir şəhəri – Berlini bütöv görmək üçün iki dəfə uzun səfərə  çıxmaq 

lazımmış... 

Birinci dəfə Bakıdan Moskvaya, Moskvadan da Şərqi Berlinə uçmuşdum və 

oradan piyada gəzə-gəzə bura gələ bilmək  əvəzinə, buranı görmək üçün ikinci bir 

marşrut lazım imiş: təzədən Bakıdan Moskvaya, Moskvadan Dyüsseldorfa

Dyüsseldorfdan da Qərbi Berlinə. 

Yadıma gəlir, orada əsgərlər  şübhə ilə, daxili bir gərginliklə  mənə baxırdı, 

ətrafda var-gəl edirdi, barmaqları da sinələrindən sallanmış avtomatın tətiyi 

üstündə... 

Burada isə heç kim yoxdu. Almaniya Demokratik Respublikasına qaçmaq 

istəyirsən? Qaç! Xoş gəldin!.. 

Uşaqlar, həvəskarlar, peşəkarlar, bacaranlar və bacarmayanlar sonu görünməyən 

o Berlin divarına rəngbərəng, cürbəcür  şəkillər çəkiblər: gülməli heyvanlar, 

təlxəklər, güllər-çiçəklər... Amma bu dəm mənə elə gəlir ki, o heyvanlar, o təlxəklər, 

o gül-çiçək, hətta o rənglər də – qırmızı da, yaşıl da, göy də, çəhrayı da əslində bir 

matəm içindədi... 

Görəsən, elə bir vaxt gələcəkmi bu divar sökülsün? Yoxsa, bu Berlin divarında 

bir zindan əbədiliyi var? 

 

2 iyun 1989. 

Qərbi Berlin. 

 

 



 


 

425


 

III 

Bu gün səhər bərk külək  əsirdi, qar yağırdı, bir sözlə,  əməlli-başlı qasırğa idi, 

amma o küləyə, o qara, çovğuna baxmayaraq səhər-səhər maşınla Brandenburq 

qapılarına tərəf getdik, sonra maşından düşüb piyada Berlinin şərq hissəsinə keçdim, 

təzədən qərbə gəldim, yenə şərqə getdim... 

Bir azdan Berlindəki Dünya Mədəniyyət Evində  mənim mətbuat konfransım 

başlayacaqdı, amma qəribə idi, mən bu yerdən ayrıla bilmirdim. 

Bax, burada vaxtıyla  əli avtomatlı  əsgərlər gəzişərdi və o əsgərlərin  şübhəli 

baxışları indiki kimi yadımdadı. Hətta mənə elə gəlir ki, o əsgərləri indi də görsəm, 

sifətdən tanıyaram... 

Brandenburq qapıları bu qədər adi imiş... Adi şəhər qapıları... 

Amma mən nə üçün bu adilikdən qopa bilmirəm? O çovğunda  şərqdən qərbə, 

qərbdən şərqə addımlayıram... 

 

5 fevral 1991.  

Berlin. 

 

 

 

 

 



 

426


MÜNDƏRİCAT 

 

Hakim oxucudur……………………………………………………   3 



 

 

HEKAYƏLƏR 

 

Mənlə mən arasında……………………….………………………... 7 

Sarı pencək……………………….……………………….………… 9 

Qatar. Pikasso. Latur. 1968. …………………………………….......  17 

Beş qəpiklik motosikl ………………………………………………  25 

Epitafiya……………………….……………………………………. 35 

Zireh……………………….……………………….……………….. 38 

Qırmızı ayı balası……………………….…………………………... 45 

On ildən sonra……………………….………………………………  51 

Iki Çal Papağın və bir Qara Kepkanın nağılı ……………………….  65 

Gümüşü, narıncı, məxməri……………………….………………… 69 

Baladadaşın ilk məhəbbəti…………………………………………. 80 

Günlərin bir günündə……………………….………………………. 92 

Qış nağılı ……………………….……………………….…………. 

102 

Bu dünyada qatarlar gedər ……………………….…………………  111 



Talvar ……………………….……………………….…………….. 

117 


Şuşaya duman gəlib ……………………….………………………..  127 

Bülbülün nağılı ……………………….………………………….....  149 

Baladadaşın toy hamamı ……………………….………………….. 

154 


Ayaqqabı ……………………….………………………………….. 

166 


Hotel Bristol ……………………….………………………………. 

183 


Hönkürtü ……………………….………………………………….. 

191 


Bozluq içində iki nəfər ……………………….……………………. 

197 


Parisdə avtomobil qəzası ……………………….…………………. 

203 


Beş dəqiqə və əbədiyyət ……………………….……………………  216 

Gül dedi bülbülə...  ……………………….…………………………  226 

Ömrün son səhəri ……………………….…………………………..  252 

Stalinin ölümü ……………………….……………………………...  266 

Dünyanın bəxtəvəri ……………………….………………………...  279 

Aydınlıq gecələr  

292 

Qırmızı qərənfil gülləri «Pera Palas» otelində qaldı………………... 296 



Qızıl diş……………………….……………………….……………. 311 

«Sarı gəlin»……………………….………………………………… 328 

Araba ……………………….……………………………………….  339 

«Qarabağ şikəstəsi»……………………….………………………… 357 



 

 

 

 

 

 

 

 

UŞAQ HEKAYƏLƏRI 

 

SƏLIMIN HEKAYƏLƏRI 

 

Mənə niyə gülürlər? ……………………….………………………..  377 



Gör necə top vuraram……………………….……………………….  378 

Mən Lalə istəyirəm……………………….………………………… 378 

Belə də iş olar? ……………………….……………………………..  379 

Mən hər şeyi bilirəm……………………….……………………….. 380 

 

 

AYSUNUN, HUMAYIN, GÜNAYIN,  



 

YALÇININ VƏ NIGARIN NAĞILLARI  




 

427


Balaca qırmızı çiçək……………………….………………………... 382 

Küləyin, çinarın və qaranquş balasının hekayəti…………………… 383 

Nigar, Yalçın və onların Dədəsi……………………….…………… 384 

Mən yaman qoçağam……………………….………………………. 386 

Günayın, Yalçının, Nigarın və yekə canavarın nağılı………………. 387 

Humayın yuxusu……………………….……………………………  390 

Günay, Humay, bir dənə günəbaxan və qırt toyuğun cücələri……… 393 

Axı, nə oldu ki, birdən hamı güldü? ………………………………..  395 

Ayıca……………………….……………………….………………. 396 

Gilas qız……………………….……………………………………. 398 

Qəhrəman Aysu, qara pişik və cıqqılı siçanın nağılı……………….. 399 

Kukla, yoxsa Aysu? ……………………….………………………. 

401 

Aysu yorulub……………………….……………………………….  402 



Aysu və balaca balıqlar……………………….……………………. 402 

 

 

SÖZLƏR, YANILTMACLAR, TAPMACALAR 

 

Qar yağıb, yağmayıb? ……………………….……………………...  404 



Qumru quşları……………………….……………………………… 404 

«Süz» və «süz»……………………….……………………………..  404 

Bu «saz» hansı «saz»dı? ……………………….……………………  404 

Kim uçundu, nə uçdu, nə uçmadı? ………………………………….  404 

Necə oldu ki, yağış yağdı və dana hirsləndi? ……………………….  405 

Gülüşün bacısı Gülər gülə gülür…………………………………….  405 

Abşeronda……………………….……………………….…………. 405 

Nənəm yaman hirsləndi……………………….……………………. 405 

Düzdə……………………….………………………………………. 406 

Babamla ot çalmağa getmişdik……………………………………... 406 

 

 

 



 

 

 

 

 

ADDA-BUDDA  

Dünyaya insanlar gələcək……………………….………………….. 408 

Qumru quşları……………………….……………………………… 408 

«Sçastye»……………………….…………………………………… 409 

Xoşbəxtlik haqqında ……………………….……………………….  410 

Sətirlərin ölümü……………………….…………………………….  411 

Qara qarğalar……………………….……………………………….. 411 

Yazıqlıq……………………….……………………….……………. 412 

Qaratoyuqlar……………………….……………………………….. 413 

Qırt toyuq……………………….……………………….…………..  415 

Üçüncü sərçə ……………………….……………………………….  415 

«Aləm olduqca...» ……………………….………………………….  416 

Alma əhvalatı……………………….………………………………. 417 

Bədbəxt şir……………………….…………………………………. 418 

Yandırır bu ölüm……………………….……………………………  418 

Iki qız və sərçə ……………………….……………………………..  420 

Habilin kamançası……………………….…………………………. 421 

Ağabəyim Ağa……………………….……………………………... 422 

Əkrəm Əylislinin anası……………………….…………………….. 423 

Üç xatirə……………………….…………………………………… 423 

 



 

428


 

 

 



ELÇIN 

(ƏFƏNDIYEV ELÇIN ILYAS oğlu) 

 

SEÇILMIŞ ƏSƏRLƏRI

 

(10 cilddə)  

1-ci cild 



 

 

 

 

NƏŞRIYYAT REDAKTORU 



 

Akif Dənzizadə, 

RƏSSAMI   



Ilqar Tofiqoğlu, 

BƏDII REDAKTORU   



Ilham Niftəliyev, 

TEXNIKI REDAKTORU      

 

 Denis Izuf, 

KORREKTORLAR           



 

Rəfiqə Qəmbərqızı, 

  Fəridə Ələsgərli, 

Gülarə Qədirova, 

 

OPERATORLAR 



 

Aygün Əmirli, 

 Elnurə Abuşeva, 

Ramilə Əliyeva, 

ÇAPA MƏSUL 



Sərraf Mürsəlov, 

 Anar Abdullayev, 

Azər Yunusov. 

   

 

 

 

 

 

Çapa imzalanmış 01.09.2005,  

formatı 60x90 1/16,  

39,5 ç.v. 

ofset kağızı ¹1, tayms qarnituru,  

sifariş 01/01, 

sayı 1000.  

 

 

 

Kitab  

"ÇINAR-ÇAP"  



nəşriyyatında nəşrə hazırlanmış  

və  

ofset üsulu ilə çap olunmuşdur. 

Tel.: 4989555, 4937255, 4902757    



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə