Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə179/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   176   177   178   179   180   181   182   183   184

 

406


DÜZDƏ 

 

Maşına mindik getdik, getdik, DÜZ getdik DÜZƏ. 



Oy, nə gözəldi DÜZ!.. Güldü, çiçəkdi, hər tərəf kəpənəkdi... 

Lalələr DÜZÜM-DÜZÜM DÜZÜLÜB DÜZDƏ. 

Ay gözəl DÜZÜM, qoy səndən lalələr üzüm, aparıb güldanlara DÜZÜM, sonra 

da güldanları şüşəbəndimizə DÜZÜM. 

– DÜZ deyirəm, nənə? 

– DÜZ dedin, Aysu! 

– Axı, nənə, sən deyirsən mən də DÜZƏM, dümDÜZƏM, DÜZDÜ, nənə, hə? 

– Hə, Aysu, DÜZÜ belə də! Sən DÜZ qızsan! Lap düm-bəDÜZ qızsan! 

– Bax, nənə, ode, uzaqda o ağac da DÜZ durub, DÜZDÜ? 

– DÜZDÜ, Aysu, bu da DÜZDÜ! 

DÜZDƏ  gəzdik, gəzdik, yorulduq. Sonra da DÜZDƏN DÜZƏLDIK yola, 

gəldik evə. 

Oy, nə  qədər lalə  yığmışam DÜZDƏN!.. Çox sağ ol, gözəl DÜZÜM! Indi 

gedim, lalələri güldanlara DÜZÜM... 

 

 

BABAMLA OT ÇALMAĞA GETMIŞDIK... 



 

Mənim saçım qapqaradı, babamın saçı ÇAL. 

Mənim papağımın quzu dərisi qapqaradı, amma babamın papağı ÇAL. 

Babam ot ÇALMAĞA gedir. Məni də özüylə aparır. 

Babam ot ÇALIR, ÇALIR, sonra yorulur, dəryazı bir tərəfə qoyur, gəlib ağacın 

kölgəsində oturur, termosdan çay töküb içir, sonra da balaca torbasından tütəyini 

çıxardıb həmişə ÇALDIĞI havanı ÇALIR. 

– Sən də əl ÇAL!.. – mənə deyir. 

Mən də əl ÇALIRAM. Sonra da gedirəm gül-çiçək yığmağa. 

Babam deyir: 

Kolluğa getmə, ilan ÇALAR. 

Babam ÇALIR, mən də gül-çiçək dərirəm amma kolluğa girmirəm ki, ilan 

ÇALAR. Babam ÇALIR, dincini alır, yenə ayağa qalxır, dəryazı qaldırır, yenə ot 

ÇALIR... 



 

 

 

 


 

407


 

 

 

 

 

 

ADDA-BUDDA 

 

 

 

 

  

 

 

 

 

 

 

 


 

408


DÜNYAYA INSANLAR GƏLƏCƏK... 

 

(Mehdi Hüseyni xatırlayarkən) 

 

Biz Masallı ilə Lənkəranın arasındakı kiçik Sara adasında idik. O balıq tuturdu, 



mən də onunla balıq ovuna getmişdim. 

Alatoranlıq idi. Gün hələ  çıxmamışdı, ay da yox idi. Ayaz havaydı. Xırda 

ləpəciklər ayağımızın altına qədər gəlir, yenə qayıdırdı. 

O, tünd-qəhvəyi pencəyinin boynunu qaldırıb, hələ heç nə yeməmişdən, içinə 

pambıq doldurduğu «Kazbek»dən çəkə-çəkə  dənizə atdığı qarmaqların qarğısını 

qumluğa basdırdı. Sonra hündür bir daşın üstündə oturdu, mən də onun yanında – 

axşamacan buradaydıq. 

O, Türkiyəyə birinci səfərindən yenicə qayıtmışdı. Mən çox maraqlandığım türk 

həyatı barədə onun söhbətlərinə qulaq asmaq istəyirdim, lakin sual verməkdən 

çəkinirdim – səs olacaq, qarmağa balıq keçməyəcəkdi... 

Yavaş-yavaş  işıqlanırdı. Yalnız ayaqlarımızın altına qədər gələn ləpəciklərin 

ahəngdar səsi və haradansa hacıleylək dimdiyinin taqqıltısı eşidilirdi.  

Mən ona baxırdım. O, gözlərini dənizə zilləmişdi. Mənə elə gəldi ki, bu dəm o, 

bütün varlığı ilə suyun altında qarmağa keçəcək balığın yanındadır. Mənə elə gəlirdi 

ki, bu dəqiqə onun ağlında qarmaq və balıqdan başqa heç nə yoxdur. Mənə elə 

gəlirdi ki, bu an o, yalnız və yalnız qarmağa keçəcək həmin kiçiçik balığın 

hicranındadır və indi o, yalnız və yalnız həmin hicranla, həmin həsrətlə yaşayır... 

Birdən üzünü mənə tutub hacıleylək müşayiətli sükutu ürəkdən gələn bir səslə 

pozdu: 

– Səkkiz il keçib, amma mən hələ də Səmədin ölümünə inanmıram... 



... Indi Mehdi müəllimin ölümündən düz bir il keçib. 

Vaxt gələcək və bu bir il səkkiz il olacaq. 

Sonra on səkkiz il olacaq... 

Sonra daha artıq... 

Və dünyaya yeni insanlar gələcək, böyüyəcək, qocalacaq, öləcək... 

 

10 mart 1966. 

Bakı. 

 

 



 

QUMRU QUŞLARI 

 

Axır vaxtlar işdə tez-tez darıxıram, ürəyim sıxılır, hərdən lap beş dəqiqəlik də 



imkan tapanda aşağı düşürəm və Yazıçılar Ittifaqının qabağındakı bağda var-gəl 

edirəm. 


Təxminən bir ay bundan qabaq bağda, ağacların dibində iki quş gördüm və 

onları çöl göyərçinləri bildim, amma bir az göyərçindən kiçik idilər və dimdikləri 

də, deyəsən, bir balaca uzun idi. 

Quşlara yaxınlaşdım və bu quşlar yəqin ki, çöl göyərçinlərinin bir növü idi, 

çünki  şəhər yerində adamı bu qədər yaxına buraxan, ürkməyən, məncə, ancaq çöl 

göyərçini olardı, amma yox, bu quşlar çöl göyərçini də deyildi, qumru quşlarıydı. 




 

409


Günlər keçdi və o bağ qumru quşları ilə doldu. Qumru quşları, hətta, Yazıçılar 

Ittifaqının həyətinə də uçub gəlir və sayı-hesabı olmayan Azərbaycan yazıçılarından, 

şairlərindən, tənqidçilərindən ürkmür. 

Deyirlər ki, əslində qumru quşları çox ürkək quşlardı, kənd yerlərində, çöllərdə, 

düzlərdə adamın gözünə görünmür: adam görən kimi, ürküb uçub gedir. 

Indi o bağdakı qumru quşları adamlardan ürkmür, az qala, bir addımlığa qədər 

yaxına buraxır, sonra uçub adamların başının üstündəki budaqlara qonur, heç kimi 

vecinə almır. 

Bu qumru quşları haradan gəlib? Təbiətdən küsüb? Yoxsa, zəhərlədiyimiz 

dağlardan, düzlərdən baş götürüb Bakıya pənah gətirib? Bəyəm, Bakı təmizdi? 

Nə isə... Amma o bağdakı qumru quşları, nədənsə, adamda sabahkı günə bir 

inam yaradır... Yalnız bu mənada yox ki, haçansa təbiətin işi düzələcək: 

ümumiyyətlə... 

 

16 may 1981.  

Bakı. 

 

 



 

 

«SÇASTYE» 

 

Indi dərs kitabındakı uzun bir şeri qabağına qoyub əzbərləyən Günaya baxıram 



və birdən-birə kiçik bir əhvalat yadıma düşür. 

1980-ci ilin noyabr ayı idi. 

Günay birinci sinifdə oxuyurdu və  hər gün səhər dərsə gedirdi, günortalar isə 

axşama qədər cidd-cəhdlə dərslərini hazırlayırdı. 

Həmin noyabr günü rus dilindən ev tapşırığı vermişdilər və Günay bütöv bir 

cümləni (!) səliqə ilə yazmalı idi: əvvəlcə sözləri bir-bir qaralamada yazırdı ki, sonra 

dəftərə köçürtsün. 

Günayın yazdığı cümlədə bir «sçastye» sözü var idi və Günay yarım saat idi ki, 

bu sözün üstündə  əlləşirdi: «ç» hərfində  və yumşaqlıq işarəsində çaşırdı  və buna 

görə də «sçastye» sözünü yaxşı yaza bilmirdi. 

Günay daha özünü saxlaya bilmədi, darıxdı,  əsəbiləşdi və bu sözün – 

«sçastye»nin qarasına deyinməyə başladı: 

– Yazmaq olmur bunu! Pis sözdü bu söz! Zəhləm gedir bu sözdən! Istəmirəm bu 

sözü! 


Günay beləcə deyinə-deyinə  mənə baxdı  və bilmirəm mənim sifətimdə necə 

ifadə əmələ gəlmişdisə – gülümsədimmi? fikrə getdimmi? bəlkə rişxənd idi, ya nə 

üçünsə təəssüf idi? – bilmirəm, məndən soruşdu: 

– Nədi? 


– Heç nə... – dedim. 

Əlbəttə, mən Günaya deyə bilərdim ki, bu barədə  səninlə iyirmi ildən sonra 

danışarıq... 

 

18 may 1981. 

Bakı. 

 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə