Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə175/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   171   172   173   174   175   176   177   178   ...   184

 

395


– Mən də tumlarımın hamısını cücələrə verəcəyəm!.. 

Günay ovcundakı tumların hamısını bir-bir cücələrə atdı. Humay da ovcundakı 

tumların hamısını bir-bir cücələrə atdı, təkcə bir dəfə dedi: 

– Günay, olar mən özüm də bir dənə tum yeyim? 

Günay Humaya baxdı, başını buladı, dərindən nəfəs aldı və dedi: 

– Yaxşı, Humay, bir dənəsini ye... 

Nə etmək olardı, Humay hələ balaca idi də... O da cücələr kimi, tum ləpəsi 

yemək istəyirdi... 

Sonra Günayla Humay cücələrə yenə tum gətirdilər, sonra yenə  gətirdilər və 

beləcə tumların hamısını cücələrə verdilər. Humay özü isə, doğrudan da, ancaq bircə 

dənə tum çırtladı. 

Cücələr başlarını qaldırıb hinin açıq pəncərəsinə baxırdı. Günayla Humayı görən 

kimi, bərkdən civildəşməyə başlayırdı, yəni ki, yaxşı tumdu, biz yenə istəyirik!.. 

Ancaq hayıf ki, o günəbaxan cəmi bircə dənə idi... 

Sonra Günayla Humay anaları ilə birlikdə, ataları ilə birlikdə Bakıya qayıtdılar. 

Sonra yay qurtardı, payız gəldi, ağacların yarpaqları saraldı, yağışlar yağdı, quşlar 

uçub isti ölkələrə getdi, təkcə  sərçələr yağışın altında islanıb civildəyə-civildəyə 

soyuqdan  şikayət etdi, sonra qış  gəldi, qar yağdı, amma o qovrulmuş tum ləpəsi 

yeyən balaca cücələr heç vaxt Günayla Humayın yadından çıxmırdı...  

 

 



 

 

AXI, NƏ OLDU KI, BIRDƏN HAMI GÜLDÜ? 

 

Günayla Humay on iki gün idi ki, yay istirahətinə Bakıdan kəndə gəlmişdilər və 



gözəl bir həyətdə, gözəl bir evdə yaşayırdılar. 

Bilmirəm sizə demişəm, yoxsa yox, Günayın yeddi yaşı var idi, səkkizə 

keçmişdi, özü də lap çoxdan keçmişdi, Humayın isə beş yaşı var idi, altıya keçmişdi, 

özü də lap təzəcə keçmişdi. 

Məktəbdə  dərslər qurtarmışdı. Günay da birinci sinfi qurtarmışdı  və Günay o 

qədər məktəbə getmişdi, o qədər dərs oxumuşdu, o qədər yazı yazmışdı ki, yaman 

yorulmuşdu. 

Düzdü, Humay hələ  məktəbə getmirdi, hələ  hərfləri tanımırdı, ona görə  də 

oxuya bilmirdi, yaza bilmirdi, amma Humay da axı, Günayı  məktəbə ötürürdü, 

Humay da axı, evdə oturub Günayı gözləyirdi, Humay da axı, Günayın kitablarına 

baxırdı, Humay da axı, Günayın çəkdiyi  şəkilləri çəkirdi və Humay da yaman 

yorulmuşdu. 

Indi düz on gün idi ki, kənddə dincəlirdilər. 

Günayla Humayın atası yazıçı idi. Səhərdən axşama qədər Bakıdan gətirdiyi 

yazı makinasının arxasında oturub yaz ki, yazırdı. Günayla Humay isə bütün günü 

həyətdə oynayırdılar, anaları ilə  kəndə  gəzməyə  çıxırdılar, bulaq başına gedirdilər

çəmənlikdə gül-çiçək dərirdilər, böyürtkən kollarından böyürtkən yığırdılar... 

Günayla Humay kənddə o qədər təzə şey öyrənmişdilər ki... 

Sən demə, qarpız alma kimi, ya da ki, armud kimi, ya da ki, nar kimi, ağacda 

bitmir, yerdə bitirmiş... 

Sən demə, inəyin balasının öz adı var imiş, buzov, atın da balasının öz adı var 

imiş, dayça, camışın isə balasının adı balaq imiş... 




 

396


Sən demə... Eh, hansını deyəsən? Günayla Humay kənddə o qədər çox şey, o 

qədər çox şey öyrənmişdilər ki, elə bil kənd də bir təzə... məktəb idi! Düzdü, Günay 

Bakıdakı məktəbi də çox istəyirdi, amma bu məktəbi də lap çox istəyirdi! 

Indi də Günay ilə Humay şüşəbənddə oturub həyətdəki armud ağacının dibində 

armud yeyən qaratoyuğa baxırdı. Bu qaratoyuq neçə gün idi ki, uçub gəlib həmin 

armud ağacının dibinə qonurdu və ağacdan düşüb yerdə qalan armudları dimdikləyə-

dimdikləyə bir-bir yeyirdi. 

Birdən kənddəki həmin gözəl evin sahibəsi Validə xala hinin yanından Günayla 

Humayı çağırdı: 

– Günay! Humay! Tez bura gəlin! Görün sizə nə göstərirəm?! 

Günayla Humay qaça-qaça hinin qabağına getdilər.  

Validə xalanın ovcunda bir dənə balaca, lap, lap, lap balaca cücə var idi.  

Bu cücə indicə yumurtadan çıxmışdı və Validə xala onu yavaşca əlinə götürüb 

Günayla Humaya göstərirdi. 

Cücənin hələ heç tükləri qurumamışdı. Elə yavaşdan civildəyirdi ki, elə bil cücə 

deyildi, cücü idi. Gözləri elə  xırdaydı ki, elə bil bir düyünü iki yerə paralayıb 

qapqara rəngə boyamışdın. Qanadları elə kiçikdi ki, elə bir kibrit çöpünü ikiyə bölüb 

düzəltmişdin. Ayaqları elə nazik idi ki, elə bil çəyirtkə ayağıydı. Təkcə... təkcə 

dırnaqları yaman uzun idi. 

Günay cıqqılı cücənin bu cür uzun dırnaqlarını gördü və tələsik dedi: 

– Validə xala! Validə xala! Tez qaçım qayçı gətirim, cücənin dırnaqlarını tut! 

Humay da tələsik dedi: 

– Hə, Günay, tez qayçı gətir! Qoy qəşəng olsun! 

Birdən Validə xala Günayla Humayın bu sözlərinə bərk güldü. 

Validə xalanın böyük qızı Ilahə  də, ortancıl qızı Nüşabə, kiçik qızı  Əfiqə  də 

bərkdən güldü. 

Validə xalanın balaca oğlu var idi, Nəsib, həmişə qaşqabaqlı olurdu, amma 

Nəsib də Günayın bu sözlərinə bərkdən güldü. 

Humay da heç bilmədi ki, hamı niyə güldü, amma Humay da güldü.  

Cıqqılı cücə də Validə xalanın ovcunun içində kiçik dimdiyini açıb yavaşcadan 

civildədi, elə bil ki, bu cıqqılı cücə də Günayın sözlərinə güldü... 

 

 



 

 

 



AYICA 

 

Ayıca Aysunun ən birinci dostu idi. 



Ayıca ayı balasının adı idi. Axı, Aysu hələ sözləri düz deyə bilmirdi... Sözlərin 

orasını əyirdi, burasını əyirdi, özündən cürbəcür sözlər quraşdırırdı. 

Bu ayı balasına da əvvəlcə: «A-a-a!» – dedi, sonra: «Yı-yı-yı..» – dedi, sonra: 

«Ca-ca-ca!..» – dedi. Sonra həmin «a»lar, «yı»lar», «ca»lar bir yerə yığılıb oldular 

nə? 

Düzdü! «Ay-yı-ca!..». 



– Ayıca!.. Ayıca!.. Ayıca!.. 

Ayı balasının adı da, bax, bu cür oldu Ayıca. 

Bu ayı balasının sarı-kürən tükləri var idi, özü də həmişə gülürdü. 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə