Adəti üzrə hər bulaqdan bir qurtum içib avtomobilinə qayıtdı, Aşıqlar
bulvarından
Firudin
Ibrahimi
küçəsinə
buruldu,
Mirzə
Cəlil
Məmmədquluzadə heykəlinin, Qaçaq Nəbi İdman sarayımn, Şeyx Şa-mil
bağının yanından ötüb Gəncə meydanına çıxdı. Burada 20-ei ilin Gəncə
üsyanma həsr olunmuş abidə ucalırdı.
Səməd Vurğun bağmın düz qənşərində - Bülbül bağında böyük
sənətkarın heykəli ucaldılmışdı və üzbəüz duran bu iki heykəl - şairin və
müğənninin heykəlləri - sanki bir-birini salamlayırdı.
Qarşısında Əliağa Şıxlınm və Səməd bəy Mehmandarlının qoşa hey-
kəlləri ucaldılmış Hərb Akademiyasımn yanmdan Füzuli bulvanna çıxdı.
Füzuli bulvarmda Opera teatrınm yeni binasına nəzər saldı. Opera-nm
fasadmda yeddi iri pəncərədə yeddi rəngbərəng vitraj çəkilmişdi. “Leyli və
Məcnun”, “Şah İsmayıl”, “Aşıq Qərib”, “Koroğlu” operala-rına, “Qız
qalası”, “Yeddi gözəl”, “Min bir gecə” baletlərinə həsr olunmuş əlvan
vitrajlar gecələr daha cazibədar görünürdü. Memar və rəssam bu vitrajları,
teatrın qarşısındakı iri hovuzu elə yerləşdirmişdi-lər ki, rəngli - şüşə şəkillər
qarşıdakı hovuzda da əks olunurdu.
Məlik Əbülfəz Elçibəy prospektinə çıxdı, Dumalar parkmın ya-nmdan
keçdi. Dumalar parkında Vaqif və Vidadinin birgə heykəlləri sanki uzaqlara
uçub gedən duma qatarımn seyrinə dalmışdı.
Səfəvilər prospektinə çıxdı, Qızılbaşlar meydanından keçdi, Şə-hidlər
dağı istiqamətində irəlilədi.
Dağın 20 Yanvar, Qarabağ şəhidləri və 1918-ci il mart qurbanları
cərgələrindən aşağıda yerləşən Şəhidlər muzeyinin eksponatlan, şə-killəri,
fotoları, sənədləri XX əsrdə xalqın başına gətirələn bütün mü-sibətləri əks
etdirirdi. 1905, 1918-ci il mart, 1920-ci il aprel, 1921 Xi-yabani hərəkatınm
tar-mar edilməsi, 1937, 1946-cı il 21 Azər, 1990-cı il - Qara yanvar, Baqanis
Ayrım, Qukark, Xocalı faciələri...
Ana Yasa küçəsindən bu muzeyə qalxan pilləkənlərm iki tərəfın-də, açıq
havada - terrorçu cinayətlərinin nəticələri - musiqiçi Rafıq Babayev həlak
olduğu metro vaqonunun, Sumqayıt yolunda alimlərin tank tırtıllan altında
əzilmiş “Jiquli”sinin, Qanlı yanvarda gülləbaran edilmiş Təcili yardım
maşımnm, Yevlax yolunda partladılmış səmişin avtobusunun qalıqları
nümayiş etdirilirdi.
Məlik Şəhidlər dağımn yuxarı girişindən yoxuşla iş yerinə çatdı,
avtosunun açarlarını qaraj xidmətçisinə tapşırdı, avtomobili içəri sa-lacaqdı.
Hələ xeyli vaxtı vardı. Yenicə ucaldılmış və bütün Yaxın Şərqdə ən uca
qüllə sayılan TV qülləsinin aşırı sürətli liftiylə yuxarı qalxıb “Bulud”
restoranma daxil oldu.
“Bulud” restoranı qüllənin ən üst qatında yerləşirdi və aramla hər-
lənirdi - yarım saat ərzində Bakının və bütün ətraflarm mənzərəsini seyr edə
bilərdin. “Bulud” restoranından da yuxarı “Buludüstü” kafe-si vardı, amma
o açıq havada idi, hələ bu ilıq mart günündə orada otur-maq olmazdı.
Restoran öz oxu ətrafında dövr etdikcə Məlik səhər yeməyini ye-yir,
ətirli Astara çayı içir və hər gün seyr etdiyi doğma şəhərinə bax-dıqca
baxırdı.
Ə w əlcə müştəri gözüylə Azadlıq meydanma baxdı. Bir neçə tele-
kamera bu gün orda qurulmuşdu.
Keçmişlərdə Flökümət evi adlanan bina indi Odlar sarayı adlamr-dı.
Sarayın dörd qülləsinin üstündə dörd tərəfdən on altı daimi məşəl yanırdı -
bu məşəllər Qüzey və Güney Azərbaycanm on altı tarixi ərazi-sini, vaxtilə
xanlıqlar adlanan əraziləri təmsil edirdi - sağ cinahda Bakı, Gəncə, Qarabağ,
Şirvan, Şəki, Naxçıvan, Lənkəran və Quba, sol einahda Təbriz, Ərdəbil,
Zəncan, Marağa, Urmiya, Qaradağ, Maku və Xoy.
Şəhidlər dağının üstündə də (deyilənə görə bir vaxtlar burada Ki-rov
adlı bir inqilabçmın abidəsi varmış) üç məşəl - Bakının rəmzi - şölələnirdi.
“Bulud” restoranı aramla hərləndikcə Məlik şəhərin beş girişində də
yanan üçlü məşəlləri görə bilirdi. Balaxanı və Suraxanı şoselərinin kəsişdiyi
yerdə, Xırdalan şossesində —Sulu təpədə, Lənkəran şosesin-də - Qaradağda,
Sahil yolunda - Türkanda, bir də dənizdə, Böyük Zi-rə və Kiçik Zirə
adalannm arasındakı haçansa Makarov bankası adla-nan qaldırımda. Xəzərin
səthi yenidən bir qədər aşağı düşəndən sonra bu qaldırım da, Səbayilin
qalıqları da üzə çıxmışdı və Üççırağın birini də bu qaldırımda - şəhərin
dəniz qapısında qurmuşdular.
“Bulud” hərlənib elə bir baxış nöqtəsinə çatmışdı ki, indi Nərgiz adası
ovuc içi kimi görünürdü. Məlik xatırladı ki, bir vaxt bu adanın adı haqqında
qızğın mübahisələr olmuşdu. Nargin adını dəyişəndə adanın keçmiş adına -
Böyük Zirəyə etiraz olundu, Xəzərdə bir neçə Zirə ad-lı ada var, çaş-baş
düşəcək - dedilər. Sonra kimsə xatırladı ki, indi çoxdan unudulmuş Anar adlı
bir yazıçınm hekayəsində bu ada Nərgiz adlanır. (Bu Anar deyilənə görə o
vaxt mövcud olan Yazıçüar Birliyi-
nin sədri olub, so n ra ö m rü n ü n axırın adək Suraxanı - Əzizbəyov avto-
b usunda k o n d u k to r işləy ib ).
Nə isə bu ad qəbul olundu, həm köhnə Nargin adınayaxın idi, həm də
burda hər il Çiçək bayramları keçirilirdiyinə görə. İndi Nərgiz ada-sı X əzər
hövzəsinin ən m əşhur dincərlik və əyləncə yeri idi. Buna da vaxtilə etirazlar
olmuşdu. Bu adanın faciəvi keçmişi var, sovet dönə-mində nə qədər günahsız
insanı burada güllələyib dənizə atıblar - deyirdilər. Və m əhz elə buna görə
də bu adada repressiya qurbanları-na abidə ucaldılıb. Bu müddəaya qarşı da
dəlil gətirirdilər ki, həmin insanlar elə bu arzularına görə - milləti azad,
xoşbəxt, şad görmək is-tədiklərinə görə qurban gediblər. Bu günün insanları
uşaqlar və bö-yüklər - burada xoş istirahət edəcək, əylənəcək, sevinəcəklərsə,
elə bu da qurban getmişlərin ruhunu şad edəcək. Hər nəysə təklif qəbul
olundu və indi buradakı uşaqlar və böyüklərçün əyləncə yerlərinə gə-milərlə,
katerlərlə, xüsusiylə yaz və yay aylarının bazar günlərində minlərlə insan
gəlirdi. Adanın ən uca nöqtəsində Şeytan-çarxı - Karu-sel o qədər böyük idi
ki, hətta Xəzər bulvarından, Bayıldan, Zığdan və əlbəttə bax burdan -
“Bulud” restoranından aydınca görünürdü. Şey-tan çarxı göy qurşağınm
yeddi rəngində idi və şəhərdən baxanda yan-sı adanın o tərəfində qaldığına
görə bu tərəfdən doğradan da yeddi rəngli göy əyrisini xatırladırdı. Çarxda
əylənənlər hündürə qalxdıqca bütün ada, dəniz, uzaq şəhər aydm görünürdü.
Bu nöqtədən adanm düz yerində əlvan gül-çiçəkdən düzəldilmiş Azərbaycan
xəritəsi daha qə-şəng görünürdü.
“Min bir gecə”, “Ömər Xəyyam”, “Bəhlul Danəndə” əyləncə mərkəzləri
səhərə qədər maraqlı proqramlar, konsertlər təqdim edirdi. V ətəgə”
restoranında yalnız Xəzərin və Kürün balıqları deyil, dün-yanın hər yerindən
gətirilən okean, dəniz, göl və dağ çaylanmn ne-mətlərini dadmaq olardı.
Matəm günlərində təbii ki, adada bütün əyləncə yerləri qapanırdı. Bura
gələn m üxtəlif heyətlər Repressiya qurbanları abidəsi önünə ək-lillər qoyur,
anma duruşunda durur və adanın dörd tərəfindən dənizə çiçəklər səpirdilər.
Adaya şəhərdən adi günlərdə iki saatdan bir, bazar günləri hər saat yola
düşən dəniz tramvaylarıyla getmək olardı. “Qtzıl balıq”, “Ağ ba-lıq , Ala
balıq , “Şahmaya”, “Sazan” adh dəniz tramvayları, taksi-katerlər, matorlu,
yelkənli və avarlı kirayə qayıqlar şəhərdən adaya,
adadan şəhərə şütüyürdü. Əlbəttə şəxsi yaxtaları - təknələri olanlar da
istədikləri vaxt adaya gələ bilərdilər, amma küləkli havalarda buna ica-zə
verilmirdi. Şəxsi təknələr Bayd bumunda yaxt-klubun körpülərində lövbər
salmışdı. Bir-birindən fərqli, əlvan və göyçək təknələr gül bağ-çasını
xatırladırdı. Amma bu səmtin ən yaraşıqh nəhəng gəmisi - üç ağ yelkənli
qədim üslubda düzəldilmiş gəmi-otel idi. Adı da elə “Yelkən” idi. Qapalı
yerlərində və göyərtisində yay və qış restoranları işləyirdi.
“Bulud” bir qədər də hərlənmiş və indi Bayıl yüksəkliyi aydın gö-
rünürdü. Bu yüksəkliyin ən uca yerində möhtəşəm Çənlibel qala-oteli
yerləşirdi. Qalanın damında şəhərin və dənizin hər yerindən görünən bir
heykəl ucahrdı - Qır atın belində Koroğlu heykəli.
Yalnız Nərgiz adasına deyil, Xəzərin başqa adalarına (onlarm ço-xunda
dincərliklər, çimərliklər və dəniz havası müalicəsinə möhtac olanlar üçün
xəstələr evləri qurulmuşdu) şəhərin müxtəlif yerlərindən getmək olardı.
Hətta bəzi nisbətən iri vapurlar Bakıdan çıxıb Salyana qədər gəlir, oradan
Kür boyu Yevlaxadək ya da Araz boyu üzürdülər. Bu da türistlərin sevdikləri
marşrutlardan idi. Xəzərdə üzən iri Azər-baycan gəmiləri “Dədə Qorqud”,
“Nizami”
Həştərxana,
Ənzəliyə,
Ma-haçqalaya,
Qazaxıstan
və
Türkmənistana gedib gəlirdilər. Adi səmişin daşıyan yaxud turizm
kruizlərinə çıxan gəmilər Bakı dəniz limanından gedib-gəlirdisə, dəniz
tramvayları daha çox ya Bayıl bumundan, ya da bulvardakı Xəzər muzey -
akvariumun körpüsündən yola çıxırdı. İsti-fadədən çıxmış böyük şelf-qazma
qurğularından biri bura gətirilib sa-hilə bənd edilmişdi və qurğunun müxtəlif
mərtəbələrində Xəzər mu-zeyinin tarix, gəmiçilik, balıqçıhq, neft bölmələri,
suyun altında -- divarları sukeçməz qalın şüşəli salonlarda akvarium
yerləşdirilmişdi.
“Bulud” hərlənib baxış nöqtəsini keçmiş İliç buxtası adlanan əra-ziyə
tuşlamışdı. Neftçilərin çoxdan tərk etdikləri bu iri ərazini indi amerikalıların
qurduqları “Disney nağıl dünyası” tutmuşdu. Disney şirkətiylə uzun
damşıqlar və müəyyən maddi güzəştlərin hesabına bu yerin adı məhz
Azərbaycan türkcəsində qəbul edildi: Disneyland ya Disneyuord yox -
Disney nağıl dünyası. Məşhur Disney personajlarıy-la bir sırada Cırtdamn,
Divlərin, Pərilərin, Küpəgirən qarıların, sehr-baz dərvişlərin, Güləndə
ağzından gül tökülən Gül Qəh-qəh xanımın, Ovçu Pirimin, Annudan bəyin,
Qaraqaşın, Göyçək Fatmanın da məzə-li fıqurları elektron idarəetmələr
vasitəsilə yüz cür oyun çıxarıb uşaq-ların sonsuz sevincinə bais olurdu.
Dostları ilə paylaş: |