Avtosunu işə salıb X əzər prospektinə endi. Prospekt artıq nəq-liyyatçün
açılmışdı, amma yaman basırıq idi. Azadlıq meydanmdan keçib Qara şəhərə
çıxandan sonra nəqliyyat bir az seyrəldi.
Avtosunun qutusundan kaset çıxarıb maqnitofona saldı, düyməni basdı.
Baxın Çakonası səslənməyə başladı. Məliyin ən çox sevdiyi musiqi
əsərlərindəndi.
Universitetlər şəhərciyi Hovsan da arxada qaldı, indi sahil yoluyla
Türkana tərəf irəliləyirdi. Maqnitofonda Məliyin çox sevdiyi başqa bir əsər -
Albinioninin Adajiosu səslənirdi. Məlik bu əsərlərin müəlliflə-ri barədə - Bax
və Albinioni barədə düşündü. Bu dahiləri Məliyə bu qədər yaxm, doğma,
munis edən nəydi? Onları əsrlərin məsafəsi ayı-rırdı, zaman, məkan, mühit,
adət-ənənələr, mədəni irs, gələnəklər, davranış qaydaları, ədaları, bir sözlə
hər şey, hər şey tamam başqa idi...
Amma Məliyi mat qoyan o idi ki, bu kamzollu, dar pantolonlu, yaxası
jabolu, başmda pudralı parik olan insanlar - Bax, Albinioni, Vivaldi, Korelli,
Motsart - onun, Məliyin duyğularım necə də ülvi səslərlə ifa-də edə biliblər.
Sanki bu uzaq ellərin, uzaq zamanların insanları onun, Məlik Məmmədlinin,
XXI əsr Azəri türkünün ən dəruni hisslərini duya və belə ecazkar melodilərlə
səsləndirə bilmişlər. Bu möcüzə deyildimi? Uzaq əsrlərin möcüzəsi...
Amma ağlına gəldi ki, bunlan burada, avtosunda dinləyə bilməsi də XX-
XXI əsrlərin möcüzəsidir. Nazik mixəyi lent dolanmış kiçicik ka-seti eihazm
içinə salırsan və bir-birindən gözəl səslər, melodilər aləmi canlanır - yəqin o
dövrün insanlan da bu möcüzəyə mat qalardı.
Avtonun açıq pəncərələrindən xəfıf gilavar Məliyin saçlarını yumşaq-
yumşaq tumarlayırdı. Atobamn sağ tərəfində iri hərflərlə ya-zılmış
TÜRKAN sözünü gördü.
Keçmiş qəsəbənin yerində salınmış Türkan şəhəri - müəyyən an-lamda
Türk dünyasmın mənəvi mərkəziydi. Bir çox ümumtürk iqtisa-diyyat,
mədəniyyət, maliyə, KİV strukturları, müstəqil və muxtar Türk
respublikalarmın səflrlikləri, daimi nümayəndəlikləri burada yerləşirdi.
Türkanm girəcəyində yol haçalamrdı. Üst yol Dinlər meydanma apanrdı
- burada Türkiyə dövlətinin inşa etdiyi əzəmətli Əhməd Ya-səvi məscidi,
onun yanında xristian qaqauzlar üçün tikdirilmiş kiçik kilsə - sövmiyyə,
qarşı tərəfdə yəhudi Qaraimlərin sinaqoqu, Tuvanın hədiyyə etdiyi Budda
məbədi və Yakutlarm şaman otağı yerləşirdi.
Dinlər meydanmdan bir az aralı Manas idman kompleksində qapa-h və
açıq yarış, oyun meydançalan, üzgüçülük hovuzları vardı. İdman zonasmdan
başlanan - bir ucu Türkan hava alanına, bir ucu Binə hava limamnm
yaxınlığındakı İpək yolu - fuarına - yarmarkasma qədər uzanan Ötükən
ormanmı Türk dünyasmın hər guşəsindən gətirilib burda əkilmiş və nə yaxşı
ki, tutmuş müxtəlif ağaclar bəzəyirdi. İpək yolu fuarmda yalmz Türk
dünyasından deyil, planetin hər yerindən gə-tirilən mallar nümayiş etdirilir
və satüırdı. Nə yoxdu burda - Qazax-qırğız dombralarından tutmuş Dağıstan
yapmcılarınadək, özbək xələt-lərindən türkmən —ahal təkə atlarınaean, Çin
kaşısı, Kaşan xalçaları, ərəb ədviyyatı, yapon şirmalan, Hindistan ətirli
sandal çubuqian, hət-ta Afrika masqaları tapmaq olardı burda. Qərbin,
Yaponiyanm, Ko-reyanm ən yeni texnologiyaları müxtəlif şirkətlərin
diqqətini çəkirdi. “Aral”, “İssık göl”, “Altay”, “Mərmərə”, “Ağrı dağ”
restoran, kafe və barlarmda qazax Beşbarmağından, özbək plovundan
Türkiyə türkləri-nin imambayıldısınacan hər növ təamı dadmaq olardı,
qımız da içmək olardı, Zəm -zəm suyu da, yaşıl özbək çayı da...
Bütün bu mallar ya hava yoluyla Türkan hava alanına, ya gəmi-bərələrlə
Türkan bərə limanma, yaxud da Türkan dəmir yol vağzalına qatarlarla
çatdırılırdı. Uluslararası Binə hava limanmdan dünyanm hər yerinə uçmaq
olardı, Türkan hava alanma qonan və oradan qalxan “Bayqonur” uçaqları
Türk dövlətlərinin paytaxtarı və böyük şəhərlo-riylə gediş-gəlişi təmin
edirdi.
Yollar ayncında Məlik sağa burulub Salavat Yulayev küçəsindən Orxon
meydanma daxil oldu. Bu meydan dairəvi şəkildə qurulmuşdu. Meydanm
tən ortasında üç Orxon kitabəsinin - Böyük, Kiçik Gültəkin, Tonüquq
yazılarınm on dəfə böyüdülmüş daş kopiyalan qoyulmuşdu. Meydanı
dövrələmə müxtəlif ölçülü dörd bina əhatə edirdi: Universi-tet, Teatr, Elmi
Mərkəz və Kitabxana binalan. Kamal Atatürk Univcr-sitetində bütün türk
xalqlannm ölkəşünaslığı, tarixi, dili, ədəbiyyatı, coğrafıyası və iqtisadiyyatı
üzrə mütəxəssislərhazırlanırdı. Müxtəliföl-kələrin teatr tamaşaları adətən
Nazım Hikmət teatrında oynanıhrdı. Bu axşam burda Kürd teatnnm
“Məhəmməd Qazi” tamaşası göstərilirdi.
Mahmud Qaşqarlı Türk Dünyası Araşdırmalar Mərkəzində türklə-rin
ortaq tarixi, ortaq ədəbiyyat tarixləri üzrə tədqiqatlar aparılır, ortaq və
ikitərəfli lüğətlər, Ümumi Türk Ensiklopediyası hazırlanır, əlifba,
dil və terminoloji uyğunlaşdırma komissiyası işləyirdi. Fərabi kitabxa-
nasında Bakının, İstanbulun, Daşkəndin, Tehranm, Bağdadın, Qahirə-nin,
Moskvanın, Peterburqun, Vaşinqtonun, Nyu-Yorkun, Londonun, Parisin,
Berlinin, Romanm, Vyananm ən böyük kitabxanalarmdan, Ma-tenadarandan
türkolojiyə aid bütün kitablann, əlyazmaların mikrofılm-lərindən,
bilgisayarda yerləşdirilmiş surətlərindən istifadə etmək olardı.
Məlik Orxon meydanından Hunlar bulvarına çıxdı. Bulvarın sağ
tərəfındə 20 müstəqil və muxtar türk respublikasının səfırlikləri və daimi
nümayəndəlikləri yerləşirdi. Sol tərəfdə isə Yusif Balasaqunlu-nun, Yunis
İmrənin, Əlişir Nəvainin, Məhdumqulunun, Abayın, Ab-dulla Tuqayın və
Qasparalı İsmayılın adlarını daşıyan uyqur, Anadolu, cağatay, qazax-qırğız,
İdil-Ural və Krım -tatar mədəniyyət mərkəzlə-ri fəaliyyət göstərir. İki qonşu
binada - Ziya Göy alp ocağmda və Sul-tanqaliyev klubunda sağ və sol
təmayüllü siyasətçilər toplaşır, çeşidli məsələlər haqqmda qızğın mübahisələr
aparırdılar.
Hunlar bulvarmdan Oğuz meydanma çıxdı. Orxon meydanmdan fərqli
olaraq bu meydan kvadrat şəklində idi və Səmərqəndin Registan meydanı
üslubunda tikilmişdi. Meydanm forması da, binalann memar-hğı da, kaşı
üzlüklər də Səmərqəndi, Buxaranı, Xivəni andınrdı. İki tə-rəfdən iki ekiz uca
bina “Turan” oteli və “Erkenekon” sarayı, onlann arasında Türk muzeyi
yerləşirdi, dördüncü tərəf boş qalmışdı - dənizə açıqdı.
“Turan” otelinin qarşısmda tarixi türk imperiyalarmın, dövlətləri-nin
sancaqları və tuğları görünürdü. “Erkenekon” sarayınm qarşısmda çağdaş
türk respublikalarının bayraqları dalğalanırdı. “Erkenekon” sa-rayında Türk
dünyasınm iqtisadiyyat, mədəniyyət, elm, təhsil, infor-masiya, maliyyə,
səhiyyə və idman komissiyaları yerləşirdi. Hava şir-kətlərinin və turist
təşkilatlarının büroları, xəbər ajanslan və mətbuat-televiziya müxbirlərinin
ofisləri də bu binadaydı. Mühüm tədbirlər böyük iclas salonunda keçirilirdi.
Məlik “Ceyran”mı muzeyin qarşısında saxladı, açarları avtomobil
xidmətçisinə verdi. Üstündə “Türk dünyasınm sərvətləri sərgisi —22 mart -
22 aprel” yazılmış afişin yanmdan keçdi, jumalist kitabçasım göstərib
muzeyə daxil oldu. Açılışa gecikmişdi, amma yenə də adam əlindən
tərpənmək olmurdu.
Böyük foyedə nümayiş etdirilən Şeyx Səfı xalçasmın qarşısında xüsusi
qalabalıq vardı. Məlik bu xalını Londonda Viktoriya və Albert
muzeyində görmüşdü, amma o yarıqaranlıq salondan fərqli olaraq bu-rada,
bol işıqlı yerdə Şeyx Səfı xalçası rəng verib rəng alırdı. Bəlkə Vətənə
döndüyündən belə bərq vurur. Məlik: Yenə pafosa qapılma cənab
Məmmədli - deyə özünü məzəmmmət elədi, - həm də ki, hə-mişəlik
qayıtmayıb: cəmisi bir aylığa.
Uzun və üzücü damşıqlardan sonra Böyük Britaniya hökuməti bir
aylığa xalçanın Bakıda nümayiş etdirilməsinə icazə vermişdi, özü də böyük
mühafizəçi dəstəsinin müşayiətilə. Dünyamn ən qədim xalısı sayılan
Paızırıq xalçası da ciddi mühafizə olunurudu - süzülüb dağıl-mış bu xalça
güllədeşməz şüşənin arxasında asılmışdı.
Qazaxıstandan göndərilmiş Qızıl döyüşçü də eyni cür gülləkeçməz
şüşələr arxasmda idi, Drezdendən və Vatikandan gətirilmiş Kitabi Də-dəm
Qorqud əlyazmaları da. Xeyli adam Piri Rəis xəritəsinin qarşısm-da qulaq
bələdçilərinin müxtəlif dillərdə izahatım dinləyirdilər, Piri Rəisin
Kolumbun kəşfındən çox qabaq Amerika qitəsini xəritətsində göstərdiyinə
ən çox təəccüb qalanlar yuxarı sinif şagirdləri və əcnəbi turistlər, özəlliklə
amerikalılar idi.
Məlik elektron yaddaş dəftərçəsində lazımı qeydlər etdi, arxayın vaxta
gəlib yaxşı bir proqram düzəltmək olar - deyə düşündü və mu-zeydən
aralandı.
Bu səfər Güney sahil yoluyla deyil, Kəmər yoluyla Bakıya tərəf gedirdi,
gecə-gündüzün tarazlaşdığı 22 mart gününün alatoranlığı idi. Məliyin ağlına
gəldi ki, səhərdən heç nə yeməyib. Yol boyu yerləşən restoranlan bir-bir
yadına saldı. Amma artıq qərarını vermişdi: burala-ra yolu düşəndə hökmən
Zığ yamacında yerləşən “Aylı gecələr” par-kının “Bakı gecələri” restoramna
gedərdi. Bu axşam da şam yeməyini orda yeyəcəkdi. Bu restoranı çox
sevirdi. Əlbəttə mətbəxi sandan da-ha ləzzətli, hətta ekzotik restoranlar da
var, amma Məliyi “Bakı gecə-ləri”nin menyusu deyil, eyvanmdan açılan
mənzərə cəlb edirdi. Son-suz məhəbbətlə sevdiyi şəhərə adətən ya çox
yuxarılardan ya da üzü dənizə durularsa sağ cinahdan baxardı. Şəhəri məhz
bu səmtdən gör-mək imkanı hər gün olmurdu. Bura yolu düşəndə “Aylı
gecələr” par-kından, “Bakı gecələri” restoranımn açıq eyvanmdan saatlarla
Bakınm gündə vərdiş etmədiyi görünüşünü seyr etməkdən zövq alırdı.
Sifarişini verdi, amma yeyib-içəndən sonra da durub getmək istə-mirdi.
“Qıpçaq” şərabını qurtum-qurtum içərək çil-çıraq içində alışıb-yanan şəhərə,
Xəzər, Füzuli bulvarlannda işıq seli kimi axan nəqliy-
Dostları ilə paylaş: |