Məlik pəncərədən yerə baxırdı. Neçə ildir ancaq hərdən-birdən
yuxularında gördüyü şəhəri göyün ucalığından seyr edirdı. Şəhərin çox
hissəsi ya tamam qaranlıqdı, ya da adda-budda zəif işıqlar görünürdü. Bir
hissəsi isə gur çil-çırağa qərq olmuşdu.
Bələdçi bir-bir sıraları gəzib qadın səmişinlərə çadralar paylayır-dı.
Indiyə qədər üzü açıq, hətta mini-tumanlarda və dekolteli paltar-larda
oturmuş qadınlar bir-bir çadralara bürünməyə başladılar. Qadm bələdçilər
diqqət edirdilər ki, saçlarının bircə tükü də görünməsin. Məlik buna hazır idi,
bilirdi ki, birinci olaraq Behişti Badi-kubənin sərhəd məntəqəsindən
keçəcəklər, odur ki, ilk olaraq bu Zonanm hic-ab qanuna tabe olunmalıdır.
Amma saqqallı bələdçi ona yanaşıb qal-sutukunu açmağı təklif edəndə,
təəccübünü gizlədə bilmədi. - Mənim bu qalstukumun kimə nə zərəri dəyə
bilər?
Bələdçi başmı buladı: - Vaqiən ağa düz buyurur, amma qəvaid be-lədir -
dedi.
Məlik fıkir verdi ki, digər səmişinlər də dinməz-sölyməz qalstuk-larını
çıxarıb bələdçiyə verir və bələdçi hər qalstukun üstündə sancaq-la səmişinin
bilet nömrəsini qeyd edir. Səmişinləri arxayınlaşdırdı ki, geri dönərkən
qalstukları qaytarılacaq.
Təyyarədən enəndən sonra ərəb əlifbasıyla BEHİŞTİ BADİ-KUBƏ
sözləri yazılmış iri lövhənin altında yerləşən sərhəd m əntəqə-sinə
yanaşdüar. Məntəqənin üstündə hilallı yaşıl bayraq dalğalanırdı.
Sərhədçilər hər səmişinin sənədlərini azı yarım saat yoxlayırdılar, dönə-
dönə pasportlardakı şəkillərə və pasport sahiblərinin sifətlərinə diqqətlə
baxır, bəzən harasa gedib nə barədəsə məsləhətləşir, sonra geri qayıdıb
sənədiəri bir daha yoxlayırdılar. Bir neçə səmişini kəna-ra çağırıb harasa
apardılar.
Məliyin ürəyi şiddətlə döyünürdü, indi bir şey tapacaqlar, bir qəm -
bərqulu çıxacaq və bu qədər arzu etdiyi, bu qədər vaxt gözlədiyi istə-yinə
çata bilməyəcək. Sərhədçinin səsi onu fıkirlərindən ayırdı. Növ-bə Məliyə
çatmışdı. Sərhədçi: - Ağa, hüviyyət kağızım göstər - dedi.
Məlik pasportunu və ona verilən sənədi uzatdı. Sərhədçi aldıqla-rını
xeyli müddət o yan bu yana çevirəndən sonra, möhür basıb qay-tardı. Məlik
ürəyində “Allaha çox şükür” deyib sərhədi adladı.
Gömrükdə yoxlamalar daha uzun çəkdi və növbə Məliyə düz iki saatdan
sonra çatdı. Saqqailı gömrükçü çantasım açmağı tələb etdi, çantaya yığdığı
şeyləri, üç dəst köynəyi, alt və ev paltarım, sabunu, diş fırçası və diş
məcununu, ülgücünü, bir blok siqareti və kasetçalarla iki
kaseti ələk-vələk elədi, nəhayət ikinci qalstuku əlinə götürüb, soruş-du ki,
bəs təyyarədə qalstukunu almayıblar?
Məlik: - aldılar - dedi.
Gömrükçü: - Bəs onda bu nəmənədi? - deyə çantadakı qalsutuku
havada fırlatdı. Məlik bilmirdi nə desin: - Bu da... be... belə - ikinci
qalstuk... ehti... ehtiyat üçün - deyə kəkələdi. Elə bil sərhədçilərin də,
gömrükçülərin də zəhmi onu basmışdı, heç bir günahı olmadan özünü
müqəssir hiss edirdi.
Gömrükçü: - Şeytan xaltasınm biri bəs eləmir? - dedi - bəlkə bu-nu
kiməsə bəxşiş vermək ya satmaq istəyirsən?
Məlik:- Əstafumllah - dedi - mən alverçi deyiləm, bu köhnə qal-stuku
da kimə bağışlaya bilərəm?
Gömrükçü onu dinləmədən qalstuku kənara, müsadirə olunmuş əşyalar
qutusuna atdı. Bu qalstukla müəyyən xatirəiər bağlıydı və M ə-lik onu
itirmək istəmirdi. Ərxanın tövsiyyəsi yadma düşdü:bu əlbəttə risq idi, hər
şeyi korlaya bilərdi, amma tərs damarı tutmuşdu və ətrafa döyüküb cibindən
ehmallıca əlli dollar çıxardı, gömrükçüyə tərəf tut-du, - bu qalstuk qardaşım
rəhmətlikdən yadigardı - dedi.
Gömrükçü cəld bir hərəkətdə əlli dolları ovcunda gizlədib:
- Xub, bu başqa məsələ - dedi - madam ki, rəhmətlik bəradərin-dən
yadigardır, nə söz ola bilər - qalstuku qutudan çıxarıb Məliyo uzatdı. Bütün bu
hərəkətləri - qalstuku qutuya atmağı və qutudan çı-xarmağı, pulu qamarlamağı
elə becid və məharətlə icra edirdi ki, bu işin peşəkarı olduğu aydmlaşırdı.
Məlik bu sərhədi və bu kömrüyü keçib ikinci sərhəd məntoqəsinin
qabağma çıxdı. Məntəqənin üstündə qırmızı rəngli oraq-çəkicli bay-raq
dalğalanırdı, kiril əlifbasıyla azərbaycanca və rusca BAKI KOM-MUNASI
“EAKHHCKAÜ KOMMYHA” sözləri yazılmışdı.
Divarda çox iri portret vardı. Zəhmli kişinin sifətinin xeyli hissə-sini zil
qara eynək şüşələri tuturdu. Portretin üstündə böyük hərflərlə:
KOMMUNİZMİN QƏLƏBƏSİ LABÜDDÜR, ÇÜNKİ
MÜT-
LƏQDİR. MARAT.
Portretin altında isə
BAŞ KOMİSSAR MARAT YOLDAŞIN
RƏHBƏRLİYİ ALTINDA BÜTÜN DÜNYADA KOMMUNİZMİN TAM
QƏLƏBƏSİNƏ DOGRU İRƏLİ - sözləri yazılmışdı.
Sərhəd məntəqəsinə növbədə dayanarkən Məlik Ərxanın dediklə-rini
xatırladı: Baş komissar Marat Qaragözovun gözlərini görən ol-
mayıb. Deyilənə görə gözləri çaşdı, odur ki, heç vaxt tünd qara eynəyi
çıxarmır.
Xeyli müddətdən sonra növbə M əliyə çatanda sərhədçi sənədləri-nə
gözucu nəzər salıb:
- Anketi bizim əlifbayla doldurun - dedi - Azərbaycan və rus dil-lərində.
Məlik cərgədən çıxdı, piştaxtaya yanaşıb cavabları kiril əlifbasıy-la
yazdı və geri dönəndə təzədən növbəyə durmalı oldu.
Nəhayət, sərhədi keçdi, amma Gömrükdə yenə ilişdi. Gömrükçü
kasetçaları və kasetləri əlində fırladıb: - Bunlar nədi? - dedi.
Məlik: - Musiqidir - dedi - Azərbaycan bəstəkarlarının mahnıla-rı.
Türkiyədə anonim Azeri şarkıları adıyla çıxıb.
Gömrükçü:
- Türkiyədə? - dedi - bura pantürkist kasetləri gətirmək olmaz. Məlik,
ürəyində:- Ya bəxt - deyib əlli dollarm ucunu gömrükçüyə
göstərdi:
- Keçən əsrdə yaşamış sovet bəstəkarlarınm mahnılarıdır. Gömrükçü
eyni cəld hərəkətlə pulu aldı - hə, sovet bəstəkarları -
dedi - onda mojna.
Gömrükçü indi də kasetçaları əlində o yan bu yana çevirirdi.
Bəs bu nədi?
Bu da kasetçaldıran.
Gömrükçü kasetçaların düyməsini basdı, radiodan səslər gəldi.
Bu ki radiodur - dedi.
Həm radiodur, həm kasetçalar.
Bizdə yad radiolara qulaq asmaq zapreşeno.
Məlik əlli dollar da tərləməli oldu. İndi bu işi daha arxaym edirdi.
Üçüncü sərhəd məntəqəsinə çatdı.
Burda da göy bayraq dalğalanırdı. Məlik acı-acı düşündü: üç sər-həd -
üç bayraq - yaşıl, qırmızı, göy. Üçü bir yerdə olsaydı keçmiş Azərabycanın
bayrağı olardı.
Sərhədçi sənədlərə göz ucu baxıb təklif etdi ki, Məlik baş barmağı-nı
kiçik disketə bassın, sonra onun barmaq izləri olan disketi bilgisayara saldı,
hansısa düymələri basıb ekrana baxdı və: - Keçə bilərsiniz —dedi.
Bu gömrükçü də əşyaları bir-bir yoxladı, soruşdu: -
Narkotik?
Məlik: - Yox canım, məndə narkotik nə gəzir? Gömrükçü
çantadakı bir blok türk siqaretini götürdü:
Bu nədir?
Siqaret. Türk siqareti.
Gömrükçü: - Bura Amerika siqaretlərindən başqa ayrı siqaret gə-tirmək
olmaz - dedi - musadirə edilir - sonra nədənsə əlavə etdi - Heç türk siqareti
çəkməmişəm.
Məlik: - Mən yaman çəkənəm - dedi - Bu siqaretlərə də alışmışam.
Yarsı sənin, yarsı mənim.
Gömrükçü: - Okey - dedi və cəld bloku açıb altı qutu çıxardı, dördünü
Məliyə qaytardı.
Gömrükdən keçən kimi Məlik çox iri reklamlar gördü. Birində
təyyarənin içində xoş bir təbəssümlə səmişinlərə (onların da sifətlə-rində
təbəssüm vardı) “Koka-kola” paylayan stüardessamn şəkli və altında latın
hərfləriylə yazı verilmişdi:
ÇIXANDA YOLA - İÇ “KOKA-KOLA” .
İkinci reklamda kovboy qiyafəli, iri şlyapalı, böyründə yekə ta-pancalı
gənc oğlan - (gülüşü bu qulağından o qulağınadək) təyyarə trapından düşən
səmişinlərə açıq Malboro qutusunu uzadırdı. Altında latın hərfləriylə
GƏLMİSƏN BURA, AL, ÇƏK “MALBORO” - söz-ləri yazılmışdı.
Məlik aeroport binasından açıq havaya çıxanda saatına baxdı: gecə üçün
yarısı. Təyyarə yerə enəndə gündüz dördün yarısı idi. Sərhədlər-dən və
gömrüklərdən on bir saata keçmişdilər. Cenevrədən burasa üç saat yarıma
gəldik - deyə düşündü.
Taksi dayanacağına yanaşıb ən qabaqda dayanan maşına yanaşdı, əlini
uzadıb qapını açmaq istədi, qapı içəridən bağlıydı, bu zaman ar-xa sıralardan
çıxıb gələn taksi onun qarşısında dayandı. Sürücü qapını açıb onu içəri dəvət
etdi.
Məlik arxa tərəfdə əyləşdi, elə bu vaxt kimsə maşmın qabaq qapı-sını
açdı. Saqqallı cavan oğlan Məliyə müraciət edərək: - Ağa, yoml-muyasız -
dedi - bəndəniz də şəhərə gedir, qailsə mən də sizlə gedim.
Məlik: - Buyurun - dedi.
Taksi hər iki tərəfinə məftilli çəpərlər çəkilmiş yolla irəliləyirdi. Yol sağ
tərəfdə, məftilli çəpərin dalında yanan gur çil-çıraqla işıqlanırdı.
Sol çəpərin arxası qaranlıq idi.
Məlik fikir verdi ki, məftil çəpərlərin dibində xeyli it ölüsü sərələnib. -
Bu leşlər niyə bura düşüb?
Şofer: - Əhməq məxluqdur da - dedi - özlərini çəpərə çırpır, çə-pərə də
bərq buraxıblar.
Dostları ilə paylaş: |