Dəniz tramvayları, avtobuslar, maşınlar, hətta dikuçarlar bura axın-axın
tamaşaçı daşıyırdı. Ekzotikanı sevən əcnəbi turistlər isə qədim at
arabalannda, faytonlarda, dəvələrin gəcavələrində gəlirdilər.
Ərxan:
- Bu da odlar - dedi.
İndi birinci monitorda Yanardağın yerdən çıxan atəşləri görü-nürdü.
- Bir az da iri planda götürsünlər.
On dəqiqədən, yox, artıq səkkiz dəqiqədən sonra Ağ atlı, ağ buxa-ra
papaqlı, ağ çuxalı oğlan - onun adı mütləq Novruz olmalıydı, bu il lap gül
eləmişdilər - adı Novruz, soyadı Bayramlı idi, bəli bu ağ atlı Novruz
Bayramlı Yanardağm odlarmdan məşəl yandırmah və dörd nala çaparaq
Bakıya gətirməli idi məşəli, Qız qalasının təpəsinə çıxıb oradakı Böyük
Çırağı yandırmalıydı. Özü də düz il təhvil olan anda - dəqiqəsinə yox,
saniyəsinə söz ola bilməzdi.
Məlik elektron yaddaş dəftərində xronometraja baxdı. - Hazır olun,
başladıq - dedi.
Ərxamn səsi gəldi: —Hazır - sonra bir dəqiqədən sonra - Məlik bəy,
efırdəsiniz - dedi.
Məlik:
- Salam, sevgili tamaşaçılar - dedi - Bayramımz mübarək. Bu gö-zəl
bayram və bütün gələcək günləriniz, aylarmız, illəriniz xoş keçsin.
Qoy qarşıdan gələn ilimiz də yola saldığımız il kimi hamımız üçün,
bütün xalqımız, dövlətimiz üçün uğurlu olsun. “Çağdaş” televi-ziyasıyla bu
xoş bayramın bütün həyəcanlı və fərəhli anlarım yaşaya biləcəksiniz. İndi
kameralarımız
Yanardağdan
görüntülər
göstərir.
Torpağımızm
dərinliklərindən qalxan və əbədi yanan bu təbii alovlar vətənimizin Odlar
yurdu adlandırılmasma səbəb olub. İndi də bu tor-pağın özündən alınan alov
Bakıya - tariximizin iftixarı olan Qız qala-sına çatdırılacaq - deyəsən bir az
təm -təraqlı oldu - deyə Məlik öz-özünü qmadı və daha sakit tonla davam
elədi: - Burdan alışdırılan mə-şəli Bakıya ağ atlı oğlan Novruz Bayramlı
yetirəcək.
Məlik düyməni basdı və kadr arxasından diktor Novruz Bayramh
haqqmda qısa məlumat oxudu, eyni zamanda bu mətn ekranda da ya-
zıldı:Anadan olduğu il, ay, gün, doğulduğu yer, təhsili, peşəsi, ailə və-
ziyyəti və sairə. At çapma üzrə idman ustası olması da qeyd olundu.
Məlik dünən Novruzun bilgisayarda müxtəlif şəkillərinə bax-mışdı,
amma nədisə indi monitorda oğlan daha da yaraşıqlı görünürdü - boy-
buxun, nazik bığlar, çatma qaşlar. Ağ qiyafəsi də çox yaraşırdı bu 22 yaşlı
oğlana. Altındakı ağ cins Qarabağ köhləni yerində oyna-
yırdı.
Düz xronometrajla müəyyənləşdirilmiş anda ağ atlı oğlan odlara
yanaşdı, məşəlini uzadıb alovlandırdı və dörd-nala çapmağa başladı.
Yol boyu düzülmüş kameralar Novruz Bayramlmın irəliləyişini addım-
addım izləyir, Məlik gah onun keçdiyi yerlərdən, gah da Nov-ruz bayramı
haqqında söhbətlər edirdi.
Ağ atlı oğlan Şubanı dağının ətəyindən çapıb qədim Karvan yo-luyla
Qurd qapısma üz tutdu.
Səkkizinci monitorun düyməsini basdı, ekranlarda Qurd qapısmda
qoyulmuş Boz qurd heykəli göründü. Məlik şərh etməyə başladı, Boz Qurd
toteminin türk xalqları üçün nə anlam daşıdığından danışdı. Sonra
kameraları 15 eylul memorialma çevirməyi tapşırdı.
- Əziz tamaşaçılar, bu yerlər əlbəttə sizə yaxşı tanışdır. Dəfələrlə bu
memorialdan verilişlər vermişik, siz də yəqin dönə-dönə bura eks-kursiyalara
gəlmisiniz. 1918-ci il sentyabrm 15-də - bilirsiz ki, Türkiyə türkləri sentyabra
eylul deyirlər, - İslam Qafqaz Ordusu məhz
bu yerdən Bakıya girmiş və gənc Azərbaycan ordusunun döyüşçülə-riylə
çiyin-çiyinə şəhəri düşmənlərdən azad etmişdir. İndi bu memo-rialda
bildiyiniz kimi Bakı uğrunda döyüşün diaraması qurulub. Dia-ramda bu
zəfər yürüşünün təşəbbüsçüsü Ənvər paşanın və zəfər ko-mandanları Nuru
paşanın, Mürsəl paşanın surətləri var.
Buradan başlanan və bir-biriylə kəsişən üç geniş prospekt də on-ların
şərəfınə adlandırılıb - Ənvər paşa prospekti, Nuru paşa prospek-ti, Mürsəl
paşa prospekti... Ağ atlı Novruz məhz bu prospektlərdən ke-çəcəkdir.
Görürsünüzmü, indi o yoxuşla Qurd qapısına tərəf çapır. Qa-pını ötdü.
Mürsəl paşa prospektiylə 15 eylul meydanma üz tutdu.
Məlik bilirdi ki, bu meydan 15 eylul meydam adlansa da, camaatın çoxu
Eylulu iyulla qarışdırdıqları və Bakının Qurtuluş gününün sen-tyabrda
olduğunu bildikləri üçün bu meydana ya üç paşa meydam (üç prospekt
burda qovuşurdu) ya da meydanda ucalan türk əsgərinin hey-kəlinə görə
Məhmətcik meydam deyirdilər.
Məlik əlindəki pultun düymələrini bir-bir basmağa başladı, görəsən o
biri kanallar nə göstərir? AZRT —rəsmi təbriklər verirdi, “Turan
Daşkənddən, Qazandan və Aşqabaddan, Araz Təbrizdən bayram görün-tüləri
göstərirdi. “HilaT’da, bayramın dini kökləri haqqmda danışırdılar. “Ulduz”
Ağ atlımn yolunu izləyir, arada reklamlar və kliplər verirdi.
Ağ atlı artıq Azəm eft meydanına enirdi, Məlik:
- Azəmeft meydanında Buruğu iri planda götür, sonra ayrıca man-canağı -
deyə göstəriş verdi.
Efır düyməsini basıb: - əziz dinləyicilər - dedi - Siz indi ekranla-rmızda
Azəmeft meydanmdakı buruğu görürsünüz. Bu buruq və onun daima
hərəkətdə olan, gecə-gündüz durub dayanmadan qalxıb enən mancanağı
(ekranda mancanağın iri planı göstərildi) torpaq və dəniz altındakı neft
sərvətlərimizin tükənməzliyinin və onları üzə çıxaran neftçilərimizin şərəfli
əməyinin rəmzidir. İndi Novruz Bayramlı bu meydana çıxacaq və meydanda
dövrə vurub Xəzər prospektiylə Qız qalasına tərəf çapacaq. Görürsünüz bu
an bütün prospektdə nəqliyyat hərəkəti dayandırılıb. X əzər bulvarından da,
qarşı tərəfdən də minlər-lə insan Ağ atlınm gəlişini gözləyir. - Efırdən çıxıb
Ərxana dedi: - Qız qalasını götürün, ə w ə l ümumi plan, sonra aşağı
panorama.
Yenidən efırə çıxdı: - Neft sərvətimiz kimi mədəni, tarixi sərvət-lərimiz
də əbədidir. Budur uzaq minilliklərin yadigarı qədim Qız qa-lası. Onun
ətəyində əlvan paltarlı qırx incə belli qızların əllərindəki səmənilər,
rəngbərəng şamlar, bayram xonçaları bu şənliyə ayn gö-zəllik verir.
Qızlarm arasından biri irəli çıxdı.
Məlik: —Bu da yaşıl paltarlı Bahar xatun. Görürsünüz, Novruz Qız
qalasınm ətəyində atdan düşür, Bahar xatunun təqdim etdiyi kuzədən şərbət
içir, sonra əlindəki məşəli daha da ucaya qaldıraraq qalaya da-xil olur.
Ərxan: - Qalanın içiylə, pilləkənlərlə qalxmasını göstərək? - deyə xəbər
aldı - orda da kameralanmız qurulub.
Məlik: - Yox - dedi - qalanm içində alaqaranlıq kadrlar nəyimizə gərəkdir.
Camaatı göstərin, sonra da qalanın damını, oğlan m əşəllə birdən orda
görünəndə daha effektli olar. — Mənalı gülümsündü — sonra da dərhal bizim
sürpriz - dedi.
Sürpriz dedikləri Məliyin kiçik bicliyi idi. Qız qalasının damında Ağ atlı
oğlan hər yerdən görünən çırağı odladığı anda - düz ilin təhvil olduğu
saniyədə - eyni bir anda Abşeronun dörd qalasınm - Nardaran, Ramana,
Mərdəkan qalalarmın, eləcə də Dərbənddə Narm qalanın,
İlisuda Şamil qalasınm, Şəkidə Gələssən Görəssən qalasımn, Dəvəçi-də
Çıraq qalanın, Qarabağda Əsgəran, Naxçıvanda Əlincə, Şamaxıda Gülüstan,
Lahıcda Niyal, Güneydə Bəzz, Təbrizdə Ərk qalalarınm zir-vələrində
məşəllər alışacaqdı. Bildir də, inişil də belə olmuşdu və Məlik o vaxt
operatorlarına hamısını çəkməyi tapşırmışdı, lenti sax-layırdı. İndi Qız
qalasında çıraq alışan kimi dalbadal bu ötən illərin görüntülərini
göstərəcəkdi, tamaşaçıda elə təsəw ür yaranacaqdı ki, bütün bunlar bax indi,
bu dəqiqə baş verir. Balaca bicliyi - sürprizi bu idi. Azacıq saxtakarlıq olsa
da, yalan şey ki, təqdim etmirdi. Bütün bunlar bildir, inişil olduğu kimi indi
də, bax bu dəqiqələrdə də baş ve-rir. - Məlik məmnun-məmnun gülümsədi:
Hər halda o biri kanallara doqquz qoyduq.
Böyük çıraq alışdı, İ1 təhvil oldu.
Bundan sonra şənliklər başlanacaqdı. Bu səfər Məlik şəhərin müxtəlif
yerlərində keçirilən tədbirləri deyil, yalnız İçərişəhərdəkilə-ri ekrana
gətirməyi qərarlaşdırmışdı.
Qız qalasınm arxasında bazar meydanında tərəfdən-tərəfə çəkil-miş
tarım iplərin üstündə kəndirbazlar öz məharətlərini nümayiş etdi-rirdilər.
Bakı xanlarının bərpa olunmuş iqamətgahlarmda Köhnə Bakı muzeyi
yerləşirdi: mum fıqurları düzəldilmiş qoçu, dərviş, hambal (hambal Dadaş,
Qoçu Nəcəfqulu, Lotu Cabbar), eləcə də fayton, qa-zalaq, konka kimi
eksponatları olan, orta əsr Avropa rəssamlarınm Ba-kım təsvir edən
qravürləri, əsgi Bakınm ilk foto-mənzərələri, Əzim Əzimzadənin
karikatürləriylə süslənmiş muzey. Muzeyin qarşısındakı meydanda Keçəl və
Kosa toplaşanları güldürürdü. Qoşa qala qapısın-dan bura axın-axm insanlar
gəlirdi.
Şirvanşahlar sarayında, xalça-palaz döşənmiş hamam hücrələrin-də
güləşlər, qılınc oyunları göstərilirdi.
Dəstə-dəstə turistlər bilmirdilər hara baxsınlar bu oyunların, ta-
maşaların hansına? Qarşısında Məşədi İbadm paralon mulyajı qo-yulmuş
qənnadı dükanınamı baş çəksinlər, ya qarşısında eyni cür Hacı Qara fıquru
görünən xırdavat dükanmamı? Bəlkə Dərviş ya Xarabat meyxanalarında
vaxt keçirsinlər?
Məlik: - Proqramın ardını özün apar - deyə Ərxana lazımı tapşı-rıqlar
verdi - Mən Türkana getməliyəm, onsuz da gecikirəm. Bir də hammızm
bayramı mübarək!
Dostları ilə paylaş: |