Burdan Qorqud dağma kanat yolu çəkilmişdi. Qorqud dağımn şə-hərə
baxan yamacında Qızıl çadırda restoran, alaçıq, dəyə, muxuru şəklində içi
komfortlu otaqlarda isə Qorqud otelinin ayrı-ayrı nömrə-ləri yerləşirdi.
Dağın Şıx çimərliyinə baxan səmtində Ağ Çadırda das-tan teatrı və yenə də
alaçıq - odalar vardı. O tərəfdəki böyük Təpəgöz mağarası da çocuqların
sevimli əyləncə yerlərindən idi. Burada elek-tron cihazlarla idarə olunan
nəhəng Təpəgöz fıqurunu görəndə uşaq-lar azacıq vahimələnir, sonra
Təpəgözün çıxardığı oyunlardan həzz alıb doyunca gülüşürdülər.
“Bulud” hərəkət etdikcə Qorqud dağının zirvəsi daha aydın görünürdü.
Bu zirvədə ucalan nəhəng Dədə Qorqud abidələr kom-pleksinin siluetləri
aydm seçilirdi. Dədə Qorqud kompleksi beş ayrı heykəl-sücetdən ibarət idi.
Qopuzlu Dədə Qorqud özü, yağıları at be-lində zəbun edən Salur Qazan,
Qırx incə belli qızla Burla xatun, bağ-landığı böyük ağacı köklü-köməcli
yerindən çıxaran Qaraca çoban və Beyrəklə Banuçiçək.
“Bulud” hərlənir və Məlik burdan görə bilmədiyi, amma qarış-qarış
gəzdiyi yerləri xəyalında canlandırırdı. Səngəçaldan çıxan dəniz tram-vayları
Qaradağ, Şıx çimərliyi, Bibi-heybət, Bayıl və şəhərin mərkə-zindəki
duraqlardan keçərək Əhmədli, Günəşli, Zığ, Hövsan, Türkan-dan ötüb son
dayanacaqlarına Şah dilindəki 100-cü buruğa çatırdılar. Uzun illər istifadəsiz
qalmış Yüzüncü buruq da turistlər üçün görməli yerlərdən biri idi. LiftJə ya
pilləkənlə buruğun təpəsinə qalxan turist-lər dəniz durbinləri vasitəsilə bütün
Abşeronu seyr edə bilərdilər. Ya-xın vaxtlarda dəniz tramvayları Şah dilini
də burulub qüzey Abşeron qəsəbələrinə, oradan Corat bağlarına və
Sumqayıta qədər işləyəcəkdi.
Məlik Lökbatanın, Çeildağın vulkanlarım təsəvvüründə canlandır-dı,
təsəwüründəcə daha uzaqlara - Ceyranbatan qoruğuna çatdı. Bilir-di kı, bu
bayram günü orada xüsusi ayrılmış yerlərdə pikniklər - çölçü məclisləri
qurulacaq,
Ö z ü n b i ş i r , ö z ü n y e
guşələrində manqallardan qalxan tüstü,
təndirlərdə yapılan çörəklər, kabab iyi, çal-çağır...
- Bumuna kabab iyi dəyməsin - deyə Məlik öz-özünü xəyallar aləmindən
ayırdı - pendir-çörəyini ye, vaxta az qalıb. “Bulud” onun baxışlarım şəhər
məhələlərindən bir-bir keçirirdi. Uzaqdan öz otuz-mərtəbəlik binalarını da sezdi,
Qaçaqlar dağında Razin mağarası da yadına düşdü, Günəşlinin yeni
göydələnlərini də gördü, Zığın Zeytun meşəsini də...
“Bulud” bayaqkı nöqtəsinə gəlmişdi və Məlik yenidən Azadlıq
meydanına, Odlar sarayına baxmağa başladı.
Azadlıq meydamnm yerinə Şeyx Səfı xalçasınm min dəfə bö-yüdülmüş
əksi rəngli daşlarla düzülmüşdü. Meydanm qarşısında, bul-varda çağdaş
Azərbaycan istiqlalınm beşiyi Gəncədən gətirilmiş nə bilim neçə əsrlik Xan
Çinar, onun iki tərəfindən isə iki çinar pöhrəsi əkilmişdi. Bəzi şərhçilər bu
pöhrələri Azadlıq və Məsuliyyət çinarla-rı adlandırırdı ki, Azərbaycanm
rəmzi olan Xan Çinar bu iki duyğunun - Azadlıq və Məsuliyyət duyğularmm
arasında daima baqi qala bilər. Pöhrə çinarlar isə il-ildən ucalaraq haçansa
Xan Çinara boy verəcəkdi.
Məliyin yadına düşdü ki, elə burdaca Xan Çinarın altında bir gös-tərici
qoyulub - məsafə göstəricisi. Yollar bu nöqtədən hesablanırdı.
Göstəricədə bu nöqtədən altı ox - altı istiqamətdə ən ucqar yerlə-rə olan
məsafələr kilometrlər və dəniz milləriylə qeyd olunmuşdu. Şərq
istiqamətində - Şah dəniz, Şimal istiqamətində Dərbənd, Şimal-Qərb
istiqamətində Sınıq körpü, Qərb istiqamətində Sədərək, Cənub-Qərb
istiqamətində Urmiyə, Cənub istiqamətində Zəncana qədər olan məsafələr.
Odlar sarayınm fasadmda, haçansa Leninin heykəli ucalan yerdə indi
rəmzi bir fıqur ucahrdı: 90-cı illərin meydan günlərində üçrəngli bayrağı
bura sancan igidin məşhur fotosuna əsasən yaradılmış heykəl-sal divara
dırmaşan adam və əlində üçrəngli bayraq. Heykəl daşdandı, əlindəki
üçrəngli bayraq isə real bayraq idi, parçadan.
Məmməd Əmin Rəsulzadənin məşhur sözləri də bura həkk olun-muşdu:
Bir dəfə ucalan bayraq bir daha enməz.
Odlar saraymm əsaslı rekonstruksiyasından sonra Milli Məclis bu-rada
yerləşirdi. Milli Məclisin iclas salonunda Dövlət bayrağı və ger-biylə
bərabər, Ana Yasanın əsas müddəaları da həkk olunmuşdu:
B i r l ə ş m i ş A z ə r b a y c a n R e s p u b l i k a s ı A z ə r i t ü r k m i l l ə t i n i n v a h ıd , a z a d , m
ü s t ə q i l , d e m o k r a t i k , d ü n y ə v i d ö v l ə t i d i r . A z ə r b a y c a n R e s p u b l i - k a s ı n ı n b ü t
ü n v ə t ə n d a ş l a r ı i r q i n d ə n , m i l l ə t i n d ə n , d i l i n d ə n , d i n i n d ə n , s o s i a l d u r w n u n
d a n , s i n f i m ə n s u b i y y ə t i n d ə n , c i n s i n d ə n a s ı l ı o l m a y a r a q b ə r a b ə r h ü q u q l a r
a m a l i k d i r l ə r . A z ə r b a y c a n b ö y ü k T ü r k d ü n y a s ı n ı n a v r ı l m a z p a r ç a s ı d ı r . A z ə
r b a y c a n x a l q ı b ü t ü n t ü r k x a l q l a r ı y l a v ə ö l k ə - d ə y a ş a y a n b ü t i i n m i l l i a z l ı q l a
r l a q a r d a ş d ı r . A z ə r b a y c a n d ü n y a n ı n b ü - t ü n x a l q l a r ı y l a b a r ış , d o s t l u q , b ü t
ü n d ö v l ə t l ə r l ə q a r ş ı l ı q l ı f a y d a l ı ə m ə k - d a ş l ı q ş ə r a i t i n d ə y a ş a m a q n i y y ə t i n
d ə d i r .
Əlbəttə, bu müddəalar müəyyən diskussiyalara, mübahisələrə sə-bəb
oldu, amma Milli Məclisdəki partiyaların və bitərəflərin ümumi razılaşması
nəticəsində qəbul olundu.
Sağ və sol partiyalar bir vacib məsələdə də razılığa gələ bildi, dördü
birlikdə hökümətə müraciət etdilər. Hökümət bu müraciətə müsbət yanaşdı
və indi şəhərin mərkəzində ucaldılmış əzəmətli Pan-teonda - MİLLİ BARIŞ
m əqbərəsində dörd böyük siyasi xadimin mə-zarları yerləşir: M əmməd
Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçu-başinin, Fətəli xan Xoylunun və
Nəriman Nərimanov nəşləri o dövlət-lərlə danışıqlar nəticəsində Ankaradan,
Parisdən, Tiflisdən və Mosk-vadan Bakıya gətirilib burada torpağa tapşırıldı.
Seyid Cəfər Pişəvəri-nin nəşi isə Təbrizə köçürüldü və möhtəşəm türbədə
dəfn olundu.
Nəsiminin, Füzulinin Azərbaycana gətirilməsi bir qədər çətinlik-lərlə
üzləşsə də axır ki, onların da, Mirzə Fətəlinin də nəşləri Bakıya gətirildi.
Şəhərin dağlıq hissəsində Nəsimi, Füzuli və Mirzə Fətəlinin türbələri
yan-yanaşı ucalırdı, Nəsiminin və Füzulinin türbələri ənəvi Şərq memarlığı
üslubundaydısa, Mirzə Fətəlinin türbəsi ən yeni mo-dem Qərb memarlığı
yönündə tikilib və bu da uzun zaman dartışmala-ra, mübahisələrə səbəb
oldu. Amma indi artıq gözlər bu üç türbənin qonşuluğuna çoxdan alışıb və
mübahisələr də unudulub gedib.
“Bulud” hərlənərək baxış nöqtəsini bir qədər də dəyişdi və Məli-yin
diqqətini indi də “Dəyirman” univermağı çəkdi. Köhnə dəyirmanın
binasında yerləşən bu super dükanın qarşısında bir ay qabaq Abşeron üçün
səciyyəvi olan rəngbərəng pərli yel dəyirmanları qoymuşdular və onlar
binaya ayrı yaraşıq verirdi. “Dəyirman” Bakmın iki ən böyük
Univermağından biri idi və “Karvan” univermağıyla rəqabət aparırdı.
“Karvan” univermağmın damında gecələr işıqlı məftillər vasitəsi-lə dəvə
karvanmm ləngərli hərəkətini əks etdirən reklamın qarşısmda “Dəyirman” da
indi bu əlvan yel dəyirmanlarını çıxarmışdı.
“Dəyirmandan” bir qədər bu tərəfə 18-ci il mart bağı görünürdü.
Haçansa 26-lar bağı adlanan bu yerdə 1918-ci ilin mart günlərində minlərlə
Azərbaycanlı qırmışdılar. İndi burada qoyulmuş Kədər hey-kəli də, hər
saatdan bir səslənən Qara Qarayev rekviyemi də həqiqi ünvanını tapmışdı. O
vaxt inqilabçı sayılan və xüsusi əzazilliyiylə fər-qlənən bir neçə şəxsin də
möcüzəvi şəkildə hifz olunub qalmış hey-kəllərini, bir çoxların istəyinə
uymayaraq məhv etməmişdilər.
Haçansa məşum “KQB” binasınm - indi Repressiya qurbanları
muzeyinin həyətinə yığmışdılar onları. Bura ölümə göndərilən insan-ların
yerinə indi özləri - ölümə göndərənlər - heykəl şəklində olsa da - burada
dustaq idi, ömürlük-əbədi cəza müddətlərini çəkirdilər.
Məlik saatına baxdı - birin yarısı idi. İlin təhvil olacağı vaxta düz bir
saat on iki dəqiqə qalırdı.
Çayçı Məliyin kredit kartını qeyd elədi və o, sağollaşıb liftə girdı,
zirzəmi düyməsini basdı, liftdən çıxıb vaqonetə mindi və yeraltı yolun
relsləriylə “Çağdaş”ın zirzəmisinə çatdı, buramn liftinə minib yed-dinci
mərtəbəyə qalxdı.
Onun daimi köməkçisi, pult rejissoru Ərxan artıq yerindəydi.
Görüşdülər, bir-birinin bayramm təbrik etdilər.
Məlik kürsüsünə əyləşib monitorlara baxmağa başladı. Yanardağ-dan
Qız qalasınacan yol boyu müxtəlif yerləri əks etdirən görüntüləri bir-bir
gözdən keçirdi.
Ərxandan:
- Bəs Yanardağ hanı? - deyə soruşdu.
Ərxan: - Odey, birinci monitorda - dedi.
Məlik: - Bu “Yanardağ” motelidir, motel mənim nəyimə lazımdır,
unutmusan ki, əsas obyekt yerdən çıxan odlardır.
Ərxan: - O da var - dedi - ehtiyat monitorda. Elə bildim moteldən
başlayacayıq - bir qədər pərt kimi olmuşdu Ərxan.
Məliyin bu cavan və bacarıqh köməkçisinə xoş münasibəti vardı,
söhbəti zarafata salmaq istədi, - Yəqin - dedi - Yanardağ motelində-ki qaraçı
rəqslərinin xəyalma dalmısan.
Ərxan: - “Yanardağ” motelində qaraçı rəqsləri olmur -
dedi
Atəş rəqsləri olur. Qaraçılar “Qaraçı” karvansarasmda çıxış edir.
O haradır elə?
Qobustanda. Sofı Həmid - qoruq qəbiristanlığından bir az yuxa-
rıda. Heç olmamısımz?
Məlik: - Yox - dedi - elə yerlər siz cavanlar üçündür. - Amma fi-kirləşdi
ki, mütləq macal eləyib bu Qaraçı karvansarasına baş çəkmə-lidir. -
Qobustandadır deyirsən?
Bəli.
Məlik Qobustana axırıncı dəfə keçən yay İşıq - səs tamaşasına baxmaq
üçün getmişdi. Hər bazar günü göstərilən bu doğrudan da fan-tastik
tamaşaya baxmağa dəyərdi. Adam əlindən tərpənmək olmurdu.
Dostları ilə paylaş: |