Otaqdan çıxmağa tələsmirdi. Qoy elə bilsinlər ki, namaz qılır. Bu-ra
ayağmı basandan bəri hər addımı güdülürdü - bunu bilirdi. Amma yəqin,
texniki səviyyələri elə deyildi ki, otel otağınm içində izləyici cihazlar qura
bilsinlər.
Əzan səsi zonanm hər tərəfınə yayılırdı.
Zona! Məlik ürəyində nəfəskəsici bir sancı duydu - onun doğul-duğu,
boya-başa çatdığı, oxuduğu, işlədiyi, sevib-sevildiyi, ailə qur-duğu, oğul-
uşaq atası olduğu şəhər indi Zona idi. Daha doğrusu Zona-lar. Ən dəqiqi - üç
Zona. Üç Zonaya bölünmüşdü onun Bakısı.
Dünya bu üç siyasi quruluşa malik olan hissələri məhz elə belə, Zona
adlandırsa da, xarici kütləvi informasiya vasitələri imkan tapan-da və xəsis
məlumatlar alanda Birinci Zona, İkinci Zona, Üçüncü Zo-na istilahlarını
işlətsələr də bu bölgələrin rəsmi adları da vardı - Bi-rinrci Zona BEHİŞTİ
BADİ-KÜBƏ, İkinci Zona BAKI KOMMUNA-SI, Üçüncii Zona BAKU
SİTİ adlamrdı.
Neçə il bundan qabaq bir telejumalist kimi Bakıdan İstanbula on günlüyə
ezamiyyətə gedərkən Məlik heç ağlına gətirə bilərdimi ki, bu ezamiyyət belə
uzun - neçə illər - çəkəcək, onun da, başqa ölkələrdə qalmış milyonlarla
azərbaycanlının da vətənlərinə yolu bağlanacaq. Burada elə müdhiş hadisələr
baş verəcək ki, hər bir əsil azərbaycanlı kimi Məliyin də daha heç vaxt üzü
gülməyəcək.
İndi neçə ildən sonra bura qayıdışın nə qədər üzücü olduğunu tə-səw ür
etsə belə, dünən keçirdiyi əzablar düşündüklərindən də ağır oldu.
Məlik buradan getdiyi gündən bəri Türkiyədə yaşamalı olmuşdu. Orda
da əvvəl-əvvəl çox əziyyətlər çəkdi. Maddi çətinliklər öz yerin-də,
Azərbaycanda qalmış ailəsi haqqında heç bir məlumat ala bilmə-məsi və
nəinki yollar qapanandan, hətta poçt, teleqraf, telefon əlaqə-ləri də
kəsiləndən sonra arvadı Aypərinin, oğlu Beyrəyin, qızı Burla-nın o məşum
günlərdən sonra sağ qalıb-qalmamasım da bilmirdi.
Son illərin yeganə sevinci Ərxanın gətirdiyi müjdəydi. Ərxan ne-çə
ildən bəri Azərbaycandan çıxıb Türkiyəyə gələ bilən yeganə tanı-şı idi. Nə
yolla gəlmişdi, Məlik bilmirdi, doğrusu heç maraqlanma-dı da...
Təxmin edə bilərdi ki, hansı Zonanmsa gizli xidmət orqanlarıyla
bağlıdır, yoxsa Ordan çıxıb Bura gələ bilərdimi? Hansı zonanın-dinçi-
lərinmi, kommunistlərinmi, demokratlarınmı xidmətində idi Ərxan - Məliyə
gətirdiyi müjdənin müqabilində bunun nə əhəmiyyəti vardı?
Arvadı da, oğlu da, qızı da, o bəlalı günlərdən, o müsibətlərdən sa-lamat
çıxa biliblərmiş, üçü də sağ imiş. Bu şəraitdə, bu dövrdə, bu günlərdə
bundan artıq nə sevinc gözləyə bilərdi ki?
Ərxan hər üçünün ünvanını, telefon nömrələrini gətirmişdi. Əlbəttə
burdan, İstanbuldan zəng eləmək qeyri-mümkündü, amma Məlik ona
təəccübləndi ki, bir yerdə deyil, hərəsi ayrı-ayrı ünvanlarda yaşayır.
Ərxan gülümsündü: nəinki ayrı-ayrı ünvanlarda, ayrı-ayrı zonalar-da
yaşayırlar - dedi.
Ərxan haçansa, dünyanın düz vaxtında Məliyin yanında işləmişdi,
vaxtilə Məlik ona yəqin ki çox yaxşılıqlar eləmişdi, amma bütün öm-rünü
“Balığı at dəryaya, bahq bilməsə də, Xahq bilər” düsturuyla ya-şamış Məlik
məhz hansı yaxşıhğı etdiyini yaddaşma yük eləməmişdi. İndi nadir bir
keyfıyyətlə - insanm yaxşılığı unutmamasıyla rastlaşıb təəccüb qalmışdı.
Əlbəttə Ərxan İstanbula çox güman ki, müəyyən tapşırıqla gəlmişdi, amma
Məliyi, dediyi kimi öz təşəbbüsüylə axtarıb tapmış və ona bu xoş xəbəri
çatdırmışdı. - Bilsələr ki, sizinlə görüş-müşəm, dərimə saman təpərlər - dedi.
Bilsələr? Kimlər bilsə - dinçilər, kommunistlər, demokratlar? Məlik
soruşmadı, əw əla Ərxan olanı de-məyəcəkdi, ikinci də Məliyin bu
məsələlərə zərrə qədər də marağı qalmamışdı. Bütün bu olub-keçənlərdən
sonra onu dünyaya bağlayan heç nə yoxdu. Xəstəliyindən də, ömür
möhlətinin bitə-bitdə olmasın-dan da xəbərdar idi. Tək bir arzusu vardı - heç
olmasa həyatımn so-nunda bircə dəfə də olsa arvadmı, övladlarmı görsün.
Ərxan sanki möcüzələr aləmindən gəlmiş bir sehrbaz idi. Məliyin bu
istəyini sanki gözlərindən oxumuşdu.
- Xanımla, balalarla görüşmək istərdinizmi - deyə soruşanda Mə-lik
qulaqlarına inanmadı. Bu mümkün idimi? Ərxan: - Dünyada müm-kün olmayan
heç nəsnə yoxdur- dedi - Mən danışmışam. Sizi Türkiyə qəzetlərinin birindən
ezam edəcəklər, guya hər üç zona haqqında ma-teriallar hazırlayacaqsımz.
Məlik: Axı heç bir türk jumalistini ora bu-raxmırlar - dedi. ORA kəlməsini
işlətdi, Bakıya, Bakısına Zona demə-
yə dili gəlmirdi.
İndi Vətən Məlikçün ORA idi.
Ərxan: - Doğrudur - dedi - yalnız Türkiyədən deyil, ümumiyyət-lə
bütün dünyada hər üç zonanı görəcək ilk jumalist olacaqsmız. Çünki ictimai
təmayülündən, siyasi baxışlarmdan, yaşadığı ölkədən asılı olaraq hər hansı
Zonaya tək-tük hallarda jumalistlər gələ bilir, amma hər üçü-nə getməyə
icazə alan ilk və tək jumalist siz olacaqsınız..
Axır ki dözmədi, soruşdu:
Bunu necə edə bildin, Ərxan?
Kimsəyə desəniz ki, bunu mən etmişəm, bir daha nə siz, nə də heç kəs
mənim üzümü görə bilməyəcək.
Kimsəyə demərəm, əlbəttə, amma mənə ki, deyə bilərsən.
İnciməyin, yox, deyə bilmərəm. Bəlkə haçansa elə bir vaxt gəl-di ki, bu
sirri aça bildim, hələlik isə sizə yalnız daşdan keçən sənəd-ləri almaq,
anketləri doldurmaq lazımdır - təkrar etdi - Sizə elə sənəd veriləcək ki, hər üç
Zonaya gedə biləsiniz.
Nəyimə lazımdır üç Zona - axır ki, bu sözü işlətməli oldu - mən yalnız
ailəmlə görüşmək istəyirəm.
Ərxan kədərlə gülümsündü: - İş ondadır ki, onlar hərəsi bir zona-da
yaşayır. Bir zonadan o birinə keçməksə yasaqdır.
Hər şeyi Ərxan dediyi kimi etdi, lazımı sənədləri aldı. Üç ayrı-ay-rı
sənəddə göstərilirdi ki, o, qəzetəçi Məlik Məhmədoğlu, yazılar ha-zırlamaq
üçün Behişti Badi-kubəyə, Bakı Kommunasına və Baku-si-tiyə ezam olunur.
Özü pərdə arxasında qalsa da, bütün bunlar Ərxanın yardımıyla
olunduğunü Məlik yaxşı dərk edirdi. Amma bilinmirdi, bütün bunlann
müqabilində Ərxan ondan nə istəyəcək. Artıq xeyli müddətdi ki, in-sanların
təmənnasız xeyirxahlığına, haçansa edilmiş yaxşılığı unutma-malarma
inamını itirmişdi.
Hər halda nə olur-olsun, Ərxan ona ailəsindən xəbər gətirmişdi. Məlik
sonu hətta ölümlə nəticələnə biləcək bu səfərə çıxmağa ha-zırdı.
Blokada şərtlərinə görə Türkiyədən xaricə yalnız bir yolla çıx-mağa
icazə verilirdi - Cenevrəyə uçmalıydı, oradan Amerika uçağıyla yola düşə
bilərdi.
Ərxan onu agah etmişdi ki, üç Zonanın bir aeroportu var və o, De-kade
adlanır.
Dekade nə deməkdir?
DKD - abbreviaturadır, üç sözün baş hərfı - Din, Kommuna, De-
mokratiya.
Məlik gülümsündü - son illərdə üzündə görünən ilk təbəssüm idi. Ərxan ona
lazımı izahatlar verirdi: - Üç Zonanın bir hava limanı olduğundan üç sərhəd
məntəqəsindən, üç gömrükdən keçməli olacaq-sınız. Çalışm, az şey götürün,
özü də hər Zonanın xüsusiyyətini nəzər-də tutun ki, gömrükdə əlinizdən
almasınlar. Hə, bir də - Ərxan əlini
cibinə atdı, bir xeyli Amerika dolları çıxarıb Məliyə uzatdı - Orada hər
addımda sizə lazım olacaq.
Məlik pulu heç cür götürmək istəmirdi. -
Param var - deyirdi.
Ərxan: - O parayla siz heç hava alamndan çıxa bilməzsiniz, onda-kı
olsun şəhərə çatmaq. Özünüz bilin, bu paranı götürməsəz, getməyə dəyməz.
Məlik istər-istəməz pulları aldı: - Bilmirəm, sənin xəcalətindən necə
çıxacam - dedi.
Ərxan: - Mən ömrüm boyu sizin xəcalətinizdən çıxa bilməyəcəm. Siz
mənim balamı xilas etmisiniz.
Birdən Məliyin yadına düşdü ki, çox illər qabaq, hələ O həyatda və O
vətəndə Ərxanın çox gənc yaşlarında iki oğlu olmuş və dünyaya gələndən
bir ay sonra hər ikisi ürək çatışmamazlığından ölmüşdü.
Üçüncü oğlu da eyni ürək şikəstliyiylə doğulanda o vaxtlın çox
populyar jumalisti Məlik Bakının ən mahir mütəxəssis həkimlərini ayağa
qaldırdı və uşaq xilas olundu. Bilmirdi uşaq indi həyatdadırmı, amma hər
halda soruşdu: - Oğlun necədir? - Adım unutmuşdu.
Ərxan: - Top kimi - dedi və əlavə etdi: - sizin sayənizdə.
Məlik bir daha təşəkkür etdi, pulları cibinə qoyanda: - imkanım olan
kimi borcumu qaytaracam - dedi.
Ərxan: - Siz mənə yox, mən sizə borcluyam - dedi - Yadınızda-mı, o
vaxt, mətbəədə yığıcı köməkçisi işləyirdim, siz də hələ məşhur jumalist yox,
adicə müxbir idiniz. Yenə də donluqlarımızı yubatmış-dılar, cibimdə çörək
almağa bir qəpik pulum yoxdu. Siz bunu bildiniz və cibinizdən iki manat
çıxardınız: - mənim də indi olamm budur - dediniz - bir manatını, tən
yarısmı mənə uzatdınız.
Bir manat hara, sənin mənə verdiyin bu paralar hara?
O bir manat bu paralardan artıqdır. Çünki mən indi paramın an-caq
kiçik bir hissəsini sizə verdim, siz isə o vaxt olanınızın yarısım
qıydımz mənə.
Vidalaşarkən Ərxan: - Orda hər nə görsəniz, bədbinləşməyin - dcdi -
çox qəribəliklərlə rastlaşacaqsımz.
Doğmdan da qəribəliklər elə uçaqdaykən başladı.
Cenevrədən qalxmalarından üç saat yarım keçmiş təyyarə bələd-çiləri
üç dildə - ingilis, ms və fars dillərində - elan etdilər ki, uçaq enir, səmişinlər
qomyucu kəmərləri bağlamalıdır.
Dostları ilə paylaş: |