Niyə elektrik buraxıblar ki?
Saqqallı oğlan:
Kafərlər buraxıb - dedi - Qorxurlar ki, o tayın adamları qaçıb bi-
zim tərəfə keçər.
Sürücü:
- Ac itlərdi də - dedi - gecə hamısmın leşin yığışdırıb yandıracaqlar. Məlik
ətraflara baxır, amma heç yeri tanımırdı. Məftil çəpərlərin arxasmda
şumlanmış neytral sahə, sahədən o yana sağda rəngbərəng reklamların latın
həfrlriylə yazılmış mətnlərinə görə buranın Baku siti
olduğunu müəyyənləşdirmək olardı.
Sol tərəf zülmət qaranlıq idi:
Bu tərəf Badi-Kubədir?
Saqqallı oğlan:
Xeyr ağa, xeyr. Bu tərəf də kafərlərin şeytan yuvasıdır. Özləri Bəkinski
qəmuna deyirlər. Bizim Behişti Badi-Kubəmiz irəlidədir.
Birdən Məlik Suraxanı yolunu tanıdı -
Bu Suraxanı yoludur - dedi
- eləmi?
Şofer: - Bəli ağa, ora Surə xanədir.
Məlik köksünü ötürdü: - Uşaqlıqda
burda yaşamışam - dedi -
Evimiz Atəşgahm yanında idi.
Sürücü: - Harda? - deyə xəbər aldı
Saqqallı oğlan: - Atəşpərəstlərin bir yeri vardı - deyə izah etdi. Məlik:
- İndi durmur Atəşgah?
Oğlan: - Yox, söküldü - dedi - müsəlman kişvərində kafər bütxa-nəsinə
nə hacət?
Taksi bağlı şlaqbaumun qarşısında dayandı, polis xidmətçisi onla-ra
yanaşdı, hər üçü sənədlərini göstərdi, polis: - Xeyli xub. Xeyri şəb - deyə
şlaqbaumu qaldırdı.
Saqqallı oğlan:
- Ağa, Behişti Bad-Kubəyə xoş gəldiniz, səfa gətirdiniz - dedi.
Qarşılarında böyük bir qafilə irəliləyirdi - arabalar, arabaların ar-
dından piyada gedən xeyli adam.
- Bunlar kimdi, hara gedirlər gecənin bu vaxtında?.
Sürücü: - Yanardağa - dedi.
Məlik maşmın qabaq güzgüsündə gördü ki, saqqallı oğlan sürü-cüyə
məzəmmətlə baxır.
Saqqallı oğlan: - Xeyr ağa - dedi - şofer bəradərimiz düz buyur-madı,
bunlar Nardaran pirinə ziyarətə gedirlər. Gecəykən yola çıxıb-lar ki, sübh
namazına ora çatsınlar.
Məlik Nardaranın buralardan xeyli uzaq olduğunu xatırladı:
Bu qədər yolu piyada gedəcəklər?
Ağa bilir ki, ziyarətə piyadə getməyin savabı daha əfzəldi. Taksi
qafıləni ötüb keçdikcə faraların işığmda Məlik arabalara
yüklənmiş qazanlara diqqət elədi.
Saqqallı oğlan sürücüyə: - “İrşad” mehmanxanasına sür - dedi Məlik
dünyagörmüş adam idi. Elə birinci addımdan duymuşdu ki,
bu saqqallı oğlanı onu güdmək üçün göndəriblər, amma görünür çox
naşıymış, özünü çox tez faş etdi, yoxsa “İrşad” otelinə düşəcəyimi bi-lirsə
də dilindən qaçırmazdı.
- Nə bildiniz ki, mənə “İrşad” otelində yer ayırıblar - deyə soruş-
maqdan özünü saxlaya bilmədi.
Şofer: - Tək bir mehmanxana var da - dedi.
Saqqallı oğlan yenə şoferə məzəmmətlə baxdı: - Yox - dedi - başqa
yerlər də var, amma fıkr elədim ki, sizin kimi alicənaba yaraşan “İrşad”
olar. Yoxsa bir qələtim var?
- Yox, düz deyirsiz, “İrşad”da yer ayırıblar mənimçün. Bağışlay-m,
tanış olmadıq, mənim adım Məlikdir, Məlik Məhmədoğlu, jumalistəm - qoy
yazıq pis vəziyyətdə qalmasm - deyə düşündu, güya özüm haqqında bu
məlumatları mən özüm verirəm ona, hərçənd ki, yəqin hamısım bilir.
Saqqalh oğlan: - Çox xoşhaləm - dedi - sizin kimi məruf vo namdar
insanla tanış olmağa. Mənim ismim İmamquludur. İmamqulu Bəhbəhani.
Taksi artıq şəhərin yarıqaranlıq küçələriylə irəliləyirdi, birdən Məlik
diksindi - taksilərinin faralarıyla işıqlandırılmış yanıq-uçuq bi-nanı
tanımışdı - bu keçmiş İsmailiyyə - Akademiya binası idi. Bina-nın yalnız
divarları qalmışdı, çərçivələri yanıb kösöy olmuş pəncərə-ləri skeletin, ölü
kolləsinin oyuq göz çuxurlarım andırırdı.
- Bura niyə bu gündədi?
İmamqulu: - O məlum məğşuşat günlərində kafərlər xakisar elə-yib
buranı - dedi.
Məlik: - Dur, dur - deyə həyəcanla səsləndi - İsmailiyyo binası-nın
yanındakı yer bom boş çöllük idi - axı burda bir bina da vardı - əlyazmaları
olan bina.
İmamqulu: - Ağa, səd heyf, şuriş zamanı o bina da, bu xiyabanda-kı çox
bina da yandı - dağıldı.
Necə yandı, bəs əlyazmaları?
Ağa, səd heyf, bina yananda əlyazmaları salim qalarmı?
Məlik başını tutdu: - Aman Tanrım, bütün tariximiz, keçmişimiz o
yazılarda idi.
Ağa, siz bərgüzidə fərhəng adamısız, ehsasatınızı başa düşürəm.
Amma çi faidə? Qəzavü-qədər beləymiş. Leyk mürur zaman xeyli ye-ni
kitab nəşr olunub. Elə bu günlərdə ağayi Kəsrəvinin bütün kitabla-rı çıxdı. -
Birdən nə isə yadma düşmüş kimi dedi: - Söz yerinə çəkər, heç bilirsiz bu
hansı xiyabandır?
Təxmin edirəm, bir vaxt bura Nikolayevski, sonra Kommunist, sonra
da İstiqlaliyyət küçəsi adlanıb.
İmamqulu məmnun gülümsədi:
İndi Əhməd Kəsrəvi xiyabanıdır. Bizim həqiqi mənşəimizi təy-in edən
alimi-büzürgün naminə.
Taksi adı neçə dəfə dəyişən, binaları dönə-dönə yanıb dağılan bu talesiz
küçəylə irəliləyirdi. Məlik xatırladı ki, burada gözəl bir bağ var-dı. İndi
tamamilə bom boş, ağacsız bu sahəni yalmz yanındakı Filar-moniya binasma
görə tanıya bildi. Şükür, deyəsən Filarmoniya saiamat qalıb. Amma buranın
indi məhz Filarmoniya olmasından şübhəliydi.
Filarmoniyam göstərib: - Ora nədir? - soruşdu.
İmamquiu və sürücü eyni vaxtda:- Cümə məscidi - dedilər. İmamqulu
əlavə etdi: - Behişti Bad-Kubənin ən böyük məscididir. Sübh əzanını onun
minarəiərindən çəkəndə eşidəcəksiz, “İrşad” meh-manxanası bura lap
yaxındır.
Mehmanxanamn qabağına gəlib çatdılar. Sürücü Məliyin çantasını
götürdü. İmamqulu da maşından düşdü: - Ağayi Məlik - dedi - icazə verin
xidmətinizdə olum.
Məlik cibindən dollar çıxarıb sürücüyə vermək istəyəndə İmam-qulu:
Ağa, o şeytan pulunu qəbul etməz - dedi - heç narahat olmayın, verdim -
dedi.
Mehmanxananın inzibatçısı - saqqalı ağarmış kişi yuxulu gözləri-ni
ovuşdura-ovuşdura Məliyin pasportunu aldı, ərəb əlifbasıyia anke-ti uzatdı
ona.
Məlik admı yazmağa başlamışdı ki, çiyninin arxasından ona baxan
İmamqulu: - Ağa, şeytan əlifbasıyla yazmaq qəvaidə ziddir- dedi.
Ərəb əlifbasıyla doldurmaq lazımdır?
İslami əlifbayla
Məlik: - Mən ərəb... e... islami əlifbayla oxuya bilirəm, amma heyf ki,
yaza bilmirəm - dedi.
- Siz heç rəncidə olmayın, mən yazaram.
Adı, soyadı, doğum ili, doğum yeri - Məlik bir-bir bunları İmam-quluya
diktə etdikcə duyurdu ki, bütün bu məlumatları İmamqulu elə onun özü
qədər bilir.
Nəhayət, formal işiər bitdi. İnzibatçı açarı Məliyə uzadıb: - şuma-rə 12-
dedi.
İmamqulu Məliyin çantasım götürüb onu ta ikinci mərtəbəyə, otağının
qapısına qədər ötürdü, içəri girib bir nəzər də atdı, sonra:
- Şəb - xeyir - dedi - Allahın inayətiylə inşallah yenə görüşərik. Məlik
saatına baxdı. Dördə on beş dəqiqə işləyirdi. Yerli vaxtla al-tıya. Yerli
vaxt!.. - acı-acı düşündü - doğma şəhərimin vaxtına yerli vaxt deyirəm.
Əlbəttə belə erkən saatda Aypəriyə telefon edə bil-
məzdi. - Bıy - otağa göz gəzdirdi - heç telefon da yoxmuş ki...
Səhər açılsın, düşüb aşağıdan zəng edər. Yatağına girdi və bu uzun
günün bütün qarabasma kimi görünən təəssüratlarından sonra daş kimi
yatdı.
İmamqulu düz deyirmiş. Səhərisi gün də bir-birini gördülər. Mə-lik
səhər otelin birinci mərtəbəsinə enəndə İmamqulu Bəhbəhani yumşaq
divanda bardaş qurub oturmuşdu. Məliyi görüb ayağa qalxdı.
- Ağa, sabahmız xeyir. Dedim hər halda qəribsiniz. Bəlkə yardıma
ehtiyacınız oldu. Qulluğunuzda amadəyəm.
Məlik: - Sağ olun - dedi - bir çay içmək pis olmazdı. -
Əlbətməkin, əlbətməkin.
Kiçik çayxanaya keçdilər. Saqqallı xidmətçi qabaqlarına çay-çö-rək
gətirdi. İmamqulu əlindəki qəzeti Məliyə uzatdı: - “Siratül-müs-təqim”
rüznaməsidir - dedi - baxırsız?
Məlik: - Sonra baxaram - dedi - qəzetin birinci səhifəsindoki bö-yük
şəkli göstəriib: - Ağayi Müşteyiddi? - deyə xəbər aldı.
İmamqulu: - Bəli - dedi - Ali müşteyidimiz zişan ağayi Ba-dikübeyidir.
Möüzəsi nəşr olunub. Bu axşam İman televizionunda da bəmaməsi var,
vaqiən arif-bəsər, əhli ürfandır. Elmi - əbdanda da, el-mi ədyanda da bibədəl
zatdır. Manəndi yoxdur.
Məlik haçansa klassik ədəbiyyatdan bildiyi, amma az qala unut-duğu
fars-ərəb sözlərini İmamqulunun dilindən ölçüsüz-biçisiz eşit-dikcə: - fağır
dilimiz - deyə düşünürdü - gör nə günə qalıb ki, bu Azərbaycan balası iki
cümləni təmiz ana dilində deyə bilmir.
Məlik artıq aydın dərk edirdi ki, burada, bu Behiştdə qaldığı bütün
müddət ərzində İmamqulu onun yaxasından əl çəkən deyil, hər addı-mını
qarabaqara izləyəcək. Arvadıyla görüşmək istəyini do biləcək,
Dostları ilə paylaş: |