Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə138/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   134   135   136   137   138   139   140   141   ...   184

 

307


Hər tərəfi bürümüş sevinc və alqış içində  təkcə bir nəfər burnunu sallayıb 

dilxor-dilxor addımlayırdı  və o bir nəfər mən idim, əlimdə  də etiraz plakatı 

tutmuşdum və yaxşı ki, bu ucsuz-bucaqsız izdihamın başı məhəbbət alqışlarına elə 

qarışmışdı ki, plakatdakı o yazıları oxumurdular, yoxsa işlər şuluq olacaqdı, cəzam 

məhkəməsiz verəcəkdilər, amma mən bundan qorxmurdum və mətanətlə addımlaya-

addımlaya dilxorçuluğuma baxmayaraq, taxta dəstəyindən yapışdığım plakatı 

keçmiş SSRI-nin bayrağı kimi uca tutmuşdum. Həmin plakatda yazılmışdı: 

 

Sevgiyə nifrət! Sevgi – qayğıdır, sevgi – rahatsızlıqdır, məsuliyyətdir. Mən isə, rahat 



yaşamaq istəyirəm! 

 

Mən dalğalanan, təlatümlü qarışqa ordusu içində  ağappaq bir böcəyə 



bənzəyirdim, amma... yaşasın demokratiya! 

Məhəbbət mühafizəçiləri bir də işə o zaman qarışmalı oldular ki, mənim tanışım 

keçmiş kommunist və Lenin mükafatı laureatı dramaturq da tribunaya yaxınlaşarkən 

dırmaşıb həmin tribunaya qalxmaq, oradakı  məhəbbət rəhbərləri ilə  bərabər sadə 

nümayişçiləri salamlamaq istədi, amma nə qədər çığır-bağır saldısa da, buna haqqı 

olduğunu dedisə  də, tələb etdisə  də, Azərbaycanda bu dramaturqu yaxşı 

tanımadıqları, heç bir əsərini səhnəyə qoymadıqları üçün məhəbbət mühafizəçiləri 

buna imkan vermədilər. 

Məndən bir az aralıda, izdihamla bərabər, asta-asta hərəkət edən açıq yük 

avtomobilinin üstündəki səyyar mətbəxdə almanların nəhəng pivə  çəlləyinə 

bənzəyən və ağ xələt geymiş, başına uzun papaq qoymuş şişman bir aşpaz elektrik 

plitəsinə tava qoyub cız-cız cızıldayan zeytun yağında spermadan amlet bişirirdi və 

həmin iri amleti taxta dəstəkli dəmir tavada atıb tuta-tuta tribunadakı  məhəbbət 

liderlərini alqışlayırdı... 

bu nə görüm idi belə? 

bilmirəm... 

sən necə?.. 

Hələ universitetdə  tələbə ikən, o vaxtlar ki, Şekspirə aludə olmuşdum və onu 

dönə-dönə oxuyurdum, beynimə bir fikir girmişdi və otuz ildən sonra onu yenidən 

(niyə?) xatırladım: məhəbbət – qatildir, Yaqo o dərəcədə sevməsəydi, Otello 

Dezdemonanı öldürməzdi... 

bunu indi niyə yazıram və ümumiyyətlə, mənə nə olub? bir tərəfdən də o səfeh 

görüm... o şişman aşpaz... 

 

* * * 



 

Bir dəfə sən mənə demişdin, sonra da yazmışdın ki, balkonları çox sevirsən. 

Indi, mənə bax də, sənin yanında olmaq, səni sevmək və dünyanın o gözəl 

balkonlarında səni qucaqlayıb öpmək əvəzinə, Bakının bu istisində tək oturub sənin 

üçün yazı yazıram...  

Idiotizm. 

 

* * * 

 



 

308


Bilirəm, sən bu yazını oxuyacaqsan, ona görə  də içimdə olan və bu yazının 

səhifələrinə can atan çox şeyi yazmıram (adını yazıçı qoyub, ömrü boyu sovet 

senzurasının  əleyhinə olan və ondan şikayət edən, ona qarşı mübarizə aparan bir 

qələmçinin aqibətinə bax ki, indi özü öz içində senzura yaradır!), amma birini 

yazacağam, çünki onu yazmaya bilmirəm. Mən bilirdim ki, o – sənin anan – ölümcül 

xəstədi, o günlər çox vaxt səhər yerimdən qalxanda onu xatırlayırdım və hər dəfə də 

bütün halım dəyişirdi. Kimsə  mənə demişdi ki, o – sənin anan – kənar adamların 

gəlib onu yoluxmağını istəmir, istəmir ki, gələnlər xəstəliyin onu nə kökə saldığını 

görsünlər və  mən o günlərdə çox zaman səhər yerimdən qalxanda onu elə o 

vəziyyətdə görürdüm, yəni xəstəliyin onun sifətini necə  dəyişdiyini, nə günə 

saldığını görürdüm. Mən onun özünü görməmişdim, amma onun o görkəmi mənim 

gözlərimin qabağındaydı. Və o gün ki, onun ölüm xəbərini eşitdim, o gün – indiki 

kimi, yadımdadı – Yazıçılar Ittifaqının dəvətilə Zaqrebdən gəlmiş bir tərcüməçi 

dostumla (qələm və badə dostumla) və bir-neçə başqasıyla, elə bil ki, dünyada heç 

nə olmayıbmış kimi, Buzovna qayalıqlarına gedib dünəndən sözləşdiyimiz kimi, 

«kapotüstü» elədik, yəni maşının kapotunun üstünə araq, çaxır, yeməli  şeylər, o 

cümlədən, zaqrebli dostumuzun Bakıya gəldiyi gündən, fürsət düşdükcə, müftə 

təpişdirdiyi qara kürü düzüb gecəynən badə dostluğumuzu  ən yüksək mərtəbəyə 

qaldırdıq...  

... yox, mən dəhşətli bir məxluq deyiləm, amma... olanı budu və  mən də 

buyam...  

Və istəyirəm ki, sevimli insan, sən də bunu biləsən. 

 

 * * *

 

 

Insanlar öləndən sonra onların ruhu qalır, bəs, çiçəklərin, güllərin? 

 

* * *

 

 

«– Bizim Bakıdakı yoldaş...»– bunu söz düşəndə sən dedin, o yoldaş da özünü 

doğrultmayan sosializm sistemindən bazar iqtisadiyyatına keçdiyimiz vaxt işləri 

yaxşı gedən Bakı firmalarından birinin başçısı idi, indi Bakıda idi və Istanbuldakı 

səndən xəbəri yox idi, hər halda, yüz faiz dəqiqi bu idi ki, o bədbəxt «Pera 

Palas»dakı o otaqdan, o otaqdakı  qırmızı  qərənfil güllərindən tam xəbərsiz idi və 

mən onu əvvəllər üç-dörd dəfə görmüşdüm, amma onun sifətini heç cürə gözümün 

qabağına gətirə bilmirdim və indi də Yusif Borşla birlikdə bu gözəl «Çiçək pasaj»da 

oturub pivə içə-içə  nə  qədər eləyirdim, o «bizim Bakıdakı yoldaşın» sifətini 

gözümün qabağına gətirə bilmirdim və fikrimi, zehnimi gücə saldıqca, «bizim 

Bakıdakı o yoldaşın» əvəzinə dünyanın bütün boz pencəkləri, boz ayaqqabıları, boz 

əşyaları gəlib gözümün qabağından keçirdi və mən onun qarşısında heç bir vicdan 

əzabı çəkmirdim. 

Mənim üçün o bozluqdan böyük bəraət ola bilməz. 

Amma o, haçansa məni öldürsə, yəqin ki, onun bəraəti mənimkindən artıq olar... 

 

* * *



 

 



Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə