Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə136/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   132   133   134   135   136   137   138   139   ...   184

 

301


Yusif beni a-a-a-al!.. 

 

* * * 

 

Bu yaxınlarda, «Pera Palas» əlçatmaz, ünyetməz bir uzaqlıqda qaldığı vaxt 



Bakıda növbəti gözəl iclaslardan birində oturub Leninin sənət haqqında, xüsusən 

Tolstoy barədə fikirlərində yol verdiyi yaramazlıqlardan danışan məruzəçiyə 

(mənfur sovet dövründə universitetdə Lenin estetikasından mühazirələr oxuyan 

adama) qulaq asa-asa səninlə danışırdım: 

«– Mən bilirəm, sənin həyatında neçənci kişiyəm.» 

Sən iri və zil qara gözlərini mənim gözlərimin içinə zilləyirsən, bir az da 

tutulmusan, deyəsən, bir az da gərginlik içindəsən. 

«– Neçənci?» 

«– Dördüncü.» 

«– Niyə məhz dördüncü?» 

«– Bilmirəm...» 

Doğrudan da, niyə dördüncü? 

Sənin isə, bizim belə söhbətlərimizdən xəbərin yoxdu... 

 

 * * *



 

 

Içdiyi rakıdan yox, Tamaranın akkardeonla bərabər, bu atəşin məhəbbət 



izharından sifəti turp kimi alışıb yanan möhtərəm Yusif bəy bütün kiçik vücudu ilə 

çalışırdı ki, Tamaraya tərəf baxmasın, çünki elə ki, Tamaranın göy gözləri Yusif 

Borşun dünyanın dərdindən-sərindən, əzab-əziyyətindən, nahaq işlərindən və rakının 

məhrəmliyindən bozarıb solmuş gözlərinə sataşırdı, onda keçmiş SSRI-də Stalin 

dövrünün monumental hekayələrinə  bənzəyən və sinəsinə akkardeon sıxmış bu 

əzəmətli sənətkarın sənət və  məhəbbət ehtirası xüsusən cuşa gəlib zilə qalxırdı  və 

Tamara ətli boğazının iri damarları şişə-şişə bağırırdı: 

 

 Yusif beni a-a-a-al! 



 

Dörd-beş illik fasilələrlə o üç gecə zənginin mənim üçün bu gün də sirri-xuda 

olan cəhəti o idi ki, hər üçündə də telefon dəstəyini özü götürdü və hər üçündə də 

tək idi, yəni danışmaq imkanı var idi. Bu nə idi? hisslərin bir-birini çağırması, 

səsləməsi idi, nə idi?.. hətta bu azdı, elə bil ki, həmin dəqiqələrdə o bu telefon 

zənglərini gözləyirdi də... O üç telefon zənginin arasında isə uzun-uzun illər (sənin 

böyüdüyün illər!..) təsadüfdən təsadüfə görüşürdük. 

O: 


«– Necəsən?» 

Mən: 


«– Əla!» 

Mən: 


«– Sən necəsən?» 

O: 


«– Luçşe ne mojet bıt!» 


 

302


Tamaranın öz ilham pərisini yəhərləyib belinə atılaraq beləcə «Yusifnamə» 

dastanına başlaması, «Çiçək pasaj»ın gündəlik müştərilərində – yazıçılarda, 

artistlərdə, rəssamlarda, bir sözlə, tanınan və tanınmayan, həqiqi və yalançı  sənət 

əhlində elə bir mənəvi ehtiyac yaratmışdı ki, bəziləri bu gözəl kefdən özlərini 

saxlaya bilmirdi, rakı  qədəhlərini, yaxud pivə parçlarını  əllərinə alıb, kimi artıq 

səndələyə-səndələyə, kimi hələlik normal halda addımlaya-addımlaya və hamısı da 

gülə-gülə möhtərəm Yusif bəyə tərəfə gəlirdi ki, bu gecəki «Yusifnamə» dastanına 

əlavə naxışlar vurub onun sağlığına içsinlər, amma uzaqgörən Yusif bəy onlara 

ağızlarını açmağa imkan verməyib tələsik məni təqdim edirdi: 

– Azərbaycandan gəlmiş ünlü yazar müsafirimizdir! 

Yusif bəyə tərəfə uzanmış rakı dolu qədəh, yaxud pivə parçı mənə sarı çönürdü 

və mən də ürəyimdə: «– Ey əziz Yusif bəy, – deyə bu əvəzsiz insana xitabən müdrik 

sözlər deyirdim. – Biz hamımız bu gözəlim dünyanın müsafirləriyik, sən də, mən də, 

səni dolamaq üçün yanımıza gəlmiş bu adam da, o yoğun, kələ-kötür gövdəli, qollu-

budaqlı çinar ağacına oxşayan qocaman və möhtəşəm Tamara da, bu iri və piyli 

pişiklər də və nə yazıq, nə acı ki, «Pera Palas»dakı o qırmızı qərənfil gülləri də...»  

Ürəyimdə bu dərin kəlamları söylədim, üzdə isə gülümsədim (mən köhnə 

ikiüzlüyəm, otuz ildən artıqdı ki, özüm də bunu bilirəm və hərdən, xüsusən gecələr 

yuxuya getməzdən  əvvəl bəzən bunu özümə  dərd də eləyirəm, yaxşı ki, səhər 

yuxudan duranda hər şey yaddan çıxır!.. bir də gecə təzədən yada düşənə qədər...). 

Yusif bəyi, yəni mənim yeni badə dostumu dolamaq üçün o başdakı mizin 

arxasından qalxıb yorta-yorta yanımıza gəlmiş bu adam, təbii ki, bir az rəncideyi-hal 

oldu, amma yəqin ki, sevimli Azərbaycanın xətrinə bunu üzə vurmadı  və  mənə 

baxıb: 


– Öylemi? – dedi. – Ne gözel...(ay lotu!.. əslində dilxor olmusan ki, ləzzətli 

Borşu dolaya bilmirsən...) Can Azerbaycanda durum nasıl? Çok üzüldük... 

Ermenilere çok kızdık... Biz sizinleyiz... 

Əlbəttə, bu adamın xəbəri yox idi ki, mən həmişə öz-özümlə danışan bir tipəm 

və bu dəfə də ürəyimdə: «– Hə, – dedim. – «Çiçək pasaj»da bizimlə olmağa nə var 

ki?». Sonra bərkdən: 

– Təşəkkür edirəm, – dedim. 

– Bir şey deyil, canım... O koca kahbenin kafası pozulmuş. Ne laflar söylediyini 

özü de bilmez. Sayın ağabeyimiz Yusif beyin hizmetleri çox böyük! 

Xoşbəxt Yusif bəy: 

– Estehfürullah!.. – dedi və titrəyən barmaqları ilə tutduğu qədəhdən bir qurtum 

rakı içdi. 

– Evet!.. Evet!.. Yusif bey bizim hepimizin hocası! O koca kahbeye fikir 

vermeyin. Bu bir şaka... 

– Təbii, – dedim və  həqiqətən də, mən indi Tamaraya fikir vermirdim, çünki 

fikrim yenə də keçmişdə idi. 

– Kardeş can Azerbaycanın  şerefine, efendim! – Yusif bəyi dolamaq həvəsilə 

zəhmət çəkib gəlmiş o qədəh beləcə sevimli vətənimizin şərəfinə boşaldı. 




 

303


– Təşəkkür edirəm, – dedim və onunla – sənin ananla son illərdəki görüşlərdən 

biri gözlərimin qabağına gəldi və bu görüm o qədər real oldu, onun sifətinin 

cizgilərini və ifadəsini, zil qara gözlərinin işığını o qədər dəqiq gördüm ki, bir anlıq 

diksindim, mənə elə gəldi ki, onun ruhu burada, bu «Çiçək pasaj»da, bu pivə, rakı 

qoxusunun içində, bu iri və kök pişiklərin arasında birdən-birə reallaşdı, sonra yox 

oldu və Yusif bəy diqqətlə  mənə baxdı, yox, bu alkaşın, deyəsən, doğrudan da, 

yazıçılığı var idi, o saat başa düşdü ki, birdən-birə içimdə nəsə oldu.  

Sən o görüşü xatırlayırsanmı? sən, anan və  mən təsadüfən bulvarda görüşdük 

(onda səni də birinci dəfə gördüm... yox, səni birinci dəfə görəndə lap balaca idin, 

onunla teatra gəlmişdin...), sən dağılmaqda olan SSRI-nin çox gənc və gözəl bir 

komsomol lideri idin (və əlbəttə, o zaman kimin ağlına gələrdi ki, illər keçəcək və 

biz səninlə ala itdən məşhur olduğumuz və buna görə  də heç cürə görüşə 

bilmədiyimiz Bakıdan çıxıb Istanbula getməyimizin, orada görüşməyimizin xəlvəti 

tədbirini görəcəyik və buna nail olacağıq?.. bilmirəm... və indi fikirləşirəm ki, bəlkə 

də, elə o zaman buna bənzər bir şey sənin ağlına gəlirdi?.. axı, sənin ağlına 

gəlməyən  şey yoxdu!..) və onda biz, yəni o və  mən sənin yanında bir-birimizlə 

«siz»lə danışırdıq... 

O «siz» niyə indi bir bıçaq soyuqluğu ilə kəsib içimdən keçir, Yusif bəy əfəndi, 

ey millət qarşısında böyük xidmətləri olan sevimli xocamız, müdrik insan və bir 

halda ki, belədi, bir halda ki, o soyuq bıçaq eləcə kəsir, bəs, onda qan hanı? Deməli, 

yalançı  bıçaqdı, olsa-olsa, bir bədii obrazdı, bütün bu fikirlər də, vətəndaş Yusif 

Borş, kəllə suyundan və saqqal darağından və hamam fitəsindən başqa bir şey 

deyil... 

 

* * * 

 

1926-cı ildə Londonda yoxa çıxmış Aqata Kristi «Pera Palas»ın 411-ci 



nömrəsində oturub «Cənub ekspresində qətl» romanını yazmışdı, bu oteldə Rza şah 

qalmışdı, Mata Hari yaşamışdı  və  mən bu dəfə «Pera Palas»ın qapısından içəri 

girəndə çar Rusiyasının mətin (amma imperatorlarını qoruya bilməyən!) 

generallarına oxşayan  şveysar, kimə oxşamasından asılı olmayaraq, bütün yer 

üzündəki istedadlı  şveysarlara məxsus bir duyğuyla haradan gəldiyimi duyunca, 

mənim simamda keçmiş sovet vətəndaşı üçün dünyanın ən mühüm sirlərindən birini 

açdı: 

– Burada Trotski yaşamış! 



Və «Çiçək pasaj»dakı  əhli-sənətin, başqa müştərilərin, iri və kök pişiklərin 

əhatəsində olduğum o dəqiqələrdə  hərdən mənə elə  gəlirdi ki, o keçmiş insanların 

ruhu indi bir yerə toplaşıb «Pera Palas»dakı o qırmızı  qərənfil güllərinə tamaşa 

edirlər və təskinliyi onda tapırlar ki, o güllər də yavaş-yavaş solmağa başlayır və bir 

azdan tamam öləcəklər... Bu dəm belə bir təskinlikdə mənim üçün bütün məxluqatın 

əşrəfi olan insanın taleyinə sonsuz kədər və miskinlik gətirən bir çalar var idi və 

mən: 

– Yazıq Rudolf Nuriyev!.. – dedim. 



Yusif Borş: 

– O da bir yazarmı? – soruşdu. 

– Yox. Sovetlərdən çıxmış bir türk rəqqası... 

– Əfəndim? 




Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə