Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə8/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   4   5   6   7   8   9   10   11   ...   184

 

20

Mən yemək yeyə bilmirdim, mənə elə  gəlirdi ki, hər tikəni udduqca, hər 



qurtumu içdikcə, bu iki insana xəyanət edirəm, çünki mənim üçün onlar artıq bir 

surət deyil, varlıq idi; mən hər hərəkətimdə – ya bazarlıq edəndə, ya taksiyə 

minəndə, ya başqa bir iş görəndə – cinayət hiss edirdim və bu hiss, müdhiş hiss 

vəziyyəti o yerə gətirib çıxartmışdı ki, artıq adam kimi yaşamaq mümkün deyildi. 

Bu cür davam edə bilməzdi, nə isə olmalı idi. Bu «nə isə»ni fikirləşdikcə dəhşət 

məni bürüyürdü. Məni bir xof basmışdı və bu xof bütün içimi, fikrimi, düşüncəmi 

uçundururdu. 

Həmin gün gecə, yəni sentyabrın iyirmi üçündə yerimdə uzanıb əzab çəkirdim, 

neçə gündən bəri olduğu kimi, yuxuya gedə bilmirdim, mənə elə gəlirdi ki, bu saat 

nə isə sehrli bir hadisə baş verəcək, məsəlçün, bu saat tavan ikiyə bölünəcək, göydən 

böyük bir zənbil enəcək, necə olacaqsa mən durub bu zənbilin içində oturacağam və 

hara isə gedəcəyəm,  əbədi gedəcəyəm; bir boşluğa, bir heçliyə gedəcəyəm, 

«Kasıbların süfrəsi»nin təqibi qovub aparacaq məni; hiss edirdim ki, bu kişinin və 

bu qadının bu cür baxışları müqabilində  mən  əvvəlki tək heç nə olmayıbmış kimi 

yaşaya bilməyəcəyəm. 

Qalxıb mizüstü lampanı yandırdım, saat üçə on dəqiqə qalırdı, vanna otağına 

gedib yuyundum, öz-özümə ürək-dirək vermək istəyirdim ki, keçib-gedəcək, axır 

vaxtlar çox işlədiyimə görə  əsəblərim gərginləşib, müvəqqəti psixoloji sarsıntıdır, 

bir azdan hər şey öz qaydasına düşəcək, fəqət bir şey çıxmırdı, görürdüm ki, özüm 

özümü aldadıram. 

Zəng səsi eşitdim, bayır qapısının zəngi idi. Zəng bir də çalındı. Uşaqlar 

oyanmasın deyə cəld qapıya yaxınlaşıb yavaşca soruşdum ki, kimdir? 

Çox tanış bir səs cavab verdi ki, mənəm, açın. 

Qapını açdım: qarşımda ucaboylu, arıq, qəribə görkəmli bir adam dayanmışdı. 

Mən onu hardansa tanıyırdım, amma kim olduğunu xatırlaya bilmirdim. Onun 

başında Çaplinin silindri kimi bir silindr, əynində gödəkcə, boynunda şərf var idi. 

Nədənsə, mənə elə  gəldi ki, bu adam artistdir və elə bil bu hiss, gecə yarısı onun 

mənim evimə gəlməsini qanunauyğunlaşdırdı. 

– Olarmı, müsyö. 

– Buyurun, – dedim və onun müraciətində də bir qəribəlik hiss etdim, fəqət bu 

qəribəlik nədə idi – bilmirdim. 

Iş otağımın işığını yandırdım və onunla birlikdə otağa girdim. Ona yer 

göstərdim, oturdu və mən qəflətən, bu adamın kim olduğunu tanıdım. Məni soyuq 

tər basdı: bu adam «Kasıbların süfrəsi»ndəki kişi idi. 

Gözlərimi ona zilləmişdimsə  də, heç nə barədə fikirləşmirdim, heç nə 

düşünmürdüm, çünki fikirləşmək, düşünmək bacarığında deyildim. O, qeyri-adi 

dərəcədə uzun barmaqlı, qupquru – sümük və dəri – əlini mənə uzatdı: 

– Biz bir-birimizi tanısaq da, şəxsən tanış deyilik. Mənim adım Etyen 

Rasnyordur, müsyö. 

Ovcumdakı bu əl məni özümə gətirdi: bu, şeytan əli deyildi, bu, insan əli idi və 

bu  əlin sahibi möcüzələr aləmindən gələ bilməzdi; bu qupquru əldə bir insan 

hərarəti, insan iztirabı, həyəcanı duydum və bu duyğu məni nisbətən sakitləşdirdi. 

O, silindri başından çıxartdı, sonra qupquru almacıqlarını ovuşdurub sinədən 

gələn kal bir səslə dedi: 




 

21

– Müsyö, mən üzr istəyirəm ki, gecə vaxtı sizin istirahətinizi pozdum, amma bu 



saat elə bir vəziyyətdəyəm... – O, uzun barmaqlarını  sındıra-sındıra çox çətinliklə 

danışırdı, hiss olunurdu ki, həyəcanlıdır. – Bilirsinizmi, müsyö, Tereza əbədi olaraq 

məndən ayrılır... O bunu demir, bəlkə də heç bilmir, lakin mən hiss edirəm, müsyö, 

bütün dəhşəti ilə hiss edirəm... 

Onun sözünü kəsmədim, mənim üçün aydın idi ki, Tereza yeməkxanada onunla 

birlikdə əyləşmiş qadının adıdır. 

– Hər  şeyi sizə ardıcıl söyləyim. Biz, yəni mənimlə Tereza müsyö Pikasso ilə 

Medrano sirkində tanış olmuşuq. Mən canbazam, daha doğrusu, canbaz idim... – O 

sol əlini qaldırıb nifrətlə qoluna baxdı. – Lənətə gəlmiş bu qolum sındı, canbazlığım 

da bununla qurtarıb getdi. Siz mənim bu əyri qolumu görməmisiniz, müsyö Pikasso 

bu qolumu Terezanın çiyninə qoyub. – Etyen Rasnyor keçən günləri xatırlayırmış 

kimi gülümsündü, sonra gözlərini qoluna zilləyib bir neçə an susdu. 

Mən bu görüşün reallığına artıq qətiyyən  şübhə etmirdim, bu, xəstə bir 

təfəkkürün şairanə uydurması deyildi, bizim bu görüşümüz yuxu da deyildi, mənim 

qarşımda canlı insan oturmuşdu – cənab Rasnyor. Onun varlığı bir gerçəklik idi ki

necə ki, dünyada mən var idim, necə ki, indi bu saat biz sizinlə qatarda gedirik. 

Etyen Rasnyor barmaqlarını sındırırdı. Mən hiss edirdim ki, o, daxili iztirablar 

keçirir və bu iztirab onu danışmağa qoymur. Bu sıxıntılı sükutu pozmaq üçün 

soruşdum ki, Azərbaycan dilini haradan bilir. 

O, təəccüblə mənə baxıb dedi ki, mən fransız dilindən başqa bir dil bilmirəm. 

– Necə başqa dil bilmirsiniz? Məgər siz indi azərbaycanca danışmırsınız? 

– Mən fransızca danışıram, müsyö. 

– Bəs... mən nə dildə danışıram? 

– Siz də fransızca danışırsınız, müsyö, əlbəttə. 

Onun təəccübü yalançı  təəccüb deyildi və  mən hiss etdim ki, onun sözləri də 

həqiqətdir: biz hərəmiz öz dilimizlə danışırdıq, fəqət mən onu azərbaycanca 

eşidirdim, o isə  məni fransızca eşidirdi və bizim yanımızda ilahi bir tərcüməçi də 

yox idi; bu, ilahi bir qüvvə deyil, bizim müvəqqəti ünsiyyətimiz üçün yaranmış bir 

labüdlük idi. 

Indi neçənci ildir, cənab Rasnyor? 

O, yenə də təəccüblə mənə baxdı: 

– 1904-cü ilin sentyabrıdır, müsyö. 

– Və biz Parisdəyik, elə deyilmi? 

– Əlbəttə, elədir, müsyö! 

Etyen Rasnyor üçün 1904-cü ilin sentyabrı idi və biz gecə yarısı Parisdə oturub 

söhbət edirik; mənim üçün isə aydın məsələdir ki, 1968-ci ilin sentyabrı idi, biz 

Bakıda, mənim otağımda oturub söhbət edirdik və bütün bunlar qanunauyğun bir 

gerçəklik idi, çünki daxili bir ehtiyac, daxili bir tələbat bizi görüşdürmüşdü. 

Etyen Rasnyor çox çətinliklə danışmağa başladı: 

– Müsyö, gecə vaxtı istirahətinizi pozduğuma görə, bəlkə  də  qəzəblənirsiniz, 

lakin... lakin mənim başqa  əlacım yox idi... Mənim üçün Terezasız həyat yoxdur, 

müsyö... Mən onsuz yaşaya bilmərəm, o isə  məndən ayrılır, qeyri-iradi ayrılır... O 

hələlik cismən mənimlə olsa da, mənən uzaqlaşır, tamam... Bizim güzəranımız onu 

məndən ayırır, müsyö. Ancaq, xahiş edirəm, məni düzgün başa düşəsiniz və Tereza 

barədə pis fikirdə olmayasınız. O bezib, başa düşürsünüzmü, artıq hər şeyə biganə 

olub, onda həvəs ölüb, ölüb, ya da ölməkdədir. O özü də özündən ayrılır, özü özünə 

xəyanət edir, özü bilmədən edir, müsyö... Mənim bu sınıq qolum... 



Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə