SəFƏVİLƏr döVLƏTİ


Ağqoyunlu Muradın məğlubiyyəti



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə17/96
tarix22.03.2024
ölçüsü2,18 Mb.
#183028
1   ...   13   14   15   16   17   18   19   20   ...   96
azerbaycan sefeviler dovleti (1)

Ağqoyunlu Muradın məğlubiyyəti.
Azərbaycan Səfəvilər dövlətinin genişlənməsi
1503-cü ilin yazında I Şah İsmayıl Qənbər ağa adlı müridini məktubla
Muradın yanına göndəri, ondan itaət etməsini tələb etdi.
Səfəvilərlə Ağqoyunluların qohumluq əlaqələrini xatırladan qızılbaş
rəhbəri onun hakimiyyətini tanıdığı təqdirdə İraqi Əcəmin bir hissəsini
Murada təklif edirdi. Ağqoyunlu Muradın cavabı mənfi oldu
71
. Belə olduqda
İsmayıl 12 min nəfərlik qoşunla Təbrizdən çıxaraq, Qızılüzən çayını keçdi
və cənuba – Həmədana doğru hərəkət etdi. Murad 70 min nəfərlik böyük
qoşun topladı
72
.
İsmayılın Muradla döyüşü 1503-cü il iyunun 21-də (hicri 908-ci il
zilhiccə ayının 24-də), Həmədan yaxınlığındakı Alma Qulağı adlı yerdə
baş verdi Xüləfa bəy və Mənsur bəy Qıpçaği irəlidə hərəkət etmək üçün
başçı təyin edildilər. Qarapiri bəy Qacar isə 1500 süvari ilə ehtiyatda
saxlanıldı. Qalan qızılbaş əmirləıri – Dədə bəy Talış (Əbdüləli bəy Dədə də
odur), Hüseyn bəy Lələ, Məhəmməd bəy Ustaclı, Bayram bəy Qaramanlı,
Əbdi bəy Şamlı, Yeqan bəy Təkəli, Sarı Əli (möhrdar) cinahlarda, İsmayıl
özü isə mərkəzdə mövqe tutdular. Qarşı tərəfdə Sultan Murad Əli bəy
Türkmanı sağ, Murad bəyi isə sol cinaha təyin etdi. Qum hakimi İslamış bəy
düşmənin irəlidə gedən dəstəsinə başçılıq edirdi. O, başlanan döyüşdə
qızılbaş ön dəstəsinin hücumunu müvəffəqiyyətlə dəf edərək, onu mərkəzə
doğru geri çəkilməyə məcbur etdi. Lakin bu vaxt Qara Piri bəy qacar ona
hücum etdi. İslamış bəy ələ keçirildi, onun dəstəsi isə tamamilə məhv edildi.


55
Şah İsmayıl döyüşə girərək, şəxsən çoxlu düşmən öldürdü. Ağqoyunlu
qoşunu darmadağın olundu. Əli bəy Türkman 10 min nəfərlik dəstəsi ilə
məhv edildi. Gözəl Əhməd Bayandur (Eybə Sultanın qardaşı), həmçinin də
İslamış bəy və başqaları əsir düşdülər,qətlə yetirildilər. Muradın özü qaça
bildi
73
.
Əgər Əlvənd üzərində qələbə İsmayılı Azərbaycanın sahibi
etmişdisə, Muradın qoşunlarının darmadağın edilməsi Farsın və İraqi –
Əcəmin böyük hissəsini qızılbaşların əlinə keçməsinə gətirib çıxardı.
Muradı təqib edən İsmayıl İranın içərilərinə doğru irəlilədi.
Qızılbaşlar müqavimət gösrərməyən Şiraz şəhərini tutdular
74
. 1503-cü ildə
İsmayıl İsfahan, Kaşan və Qum şəhərlərini də ələ keçirdi. 1504-cü ildə
Gülxəndan, Firuzguh, Usta qalaları və Yəzd şəhəri ələ keçirildi
75
. 1508-ci
ildə bütün İran (Xorasan istisna olmaqla) İraqi – Ərəb də İsmayıl tərəfindən
tutulmuşdu. 1510-cu ildə Şah İsmayıl Mərv yaxınlığındakı döyüşdə özbək
hökmdarı Məhəmməd Şeybani xanı məğlub etməsi nəticəsində Xorasan
vilayəti və Ceyhun çayına qədər uzanan torpaqlar qızılbaşların tabeçiliyi
altına keçdi.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə