SəFƏVİLƏr döVLƏTİ


Ağqoyunlu Əlvəndin məğlub edilməsi



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə16/96
tarix22.03.2024
ölçüsü2,18 Mb.
#183028
1   ...   12   13   14   15   16   17   18   19   ...   96
azerbaycan sefeviler dovleti (1)

Ağqoyunlu Əlvəndin məğlub edilməsi
Gülüstan mühasirədə olarkən Təbrizdən Musa xəlidənin göndərdiyi
çapar gəlib xəbər gətirdi ki, Əlvənd böyük bir qoşunla paytaxtdan
çıxmışdır. O, Şirvanşah qoşunlarının qalıqları ilə birləşmək və qızılbaşlarla
vuruşmaq üçün Şirvana hərəkət edir
62
. İsmayıl Çuş Mirzəyə əmr etdi ki, Kür
və Araz çaylarının qovuşduğu yerdə - Cavada getsin, bərə körpüsü quraraq
əsas qüvvələrin təcili qaydada çayı keçməsini təmin etsin, Əlvənd çayın
şimal sahilinə keçməyə cəhd göstərməzdən əvvəl onun üzərinə hücuma
başlasın. Vəziyyəti öyrənmək üçün Qaracadağa göndərilmiş qızılbaş
kəşfiyyatçısı Məhəmməd Xəlifənin yolladığı çapar xəbər gətirdi ki,
Azərbaycan hakimi Əlvənd Mirzə 30 minlik qoşunla Naxçıvana gəlmiş,
İsmayılın Kürü keçməsinə ol verməmək üçün Mahmud Qaracanı Gəncə
və Qarabağa, Kərçiqay Məhəmmədi Ərdəbil bölgəsinə, Həsən bəy Şükür
oğlunu isə Qaradağa göndərmişdi
63
. Halbuki İsmayıl Cavadda Kürü keçmiş
və Qarapiri bəy Qacarın dəstəsini Naxçıvana geri çəkilmiş Həsən bəy Şükür


53
oğluna qarşı eritmişdi. Kərçiqay Məhəmməd qızılbaşların Kürü keçdiyini
bili Qrabağa yollandı və Mahmud Qaraca ilə birləşdi. Onlar birlikdə
Əlvəndin yanına – Naxçıvana geri çəkildilər.
İsmayıl Qarpiri bəy Qacarı (ləqəbi “Toz qoparan” idi)
64
və İlyas bəy
Halvaçı oğlunu irəlidə gedən qoşun hissəsinin başçıları təyin edərək
Naxçıvana hərəkət etdi. İlyas bəy, Əlvəndin qızılbaşların qarşısını almaq
üçün göndərdiyi Osman bəy Mosullunu məğlub etdi və onu əsir tutdu
65
.
Əlvənd İsmayıla məktub göndərin Şirvana qayıtmağı və həmin vilayəti idarə
etməklə kifayətlənməyi tələb etdi, lakin rədd cavabı aldı
66
. Belə olduqda
Ağqoyunlu hökmdarı Naxçıvandan çıxıb şimal – qərbə doğru getdi və
Şərur düzündə dayanaraq döyüşə hazırlaşmağa başladı. İsmayıl Arazın
cənub sahili boyunca hərəkət edərək Naxçıvan bölgəsində çayı keçdi və
düşməni qarşılamağa tələsdi. Elə buradaca, Şərur düzündə hicri 907-ci ilin
əvvəlində (1501-ci ilin ortaları) İsmayılla Əlvənd arasında həlledici döyüş
baş verdi.Salnaməçilərin məlumatına görə, Əlvəndin 30 minlik ordusu
olduğu halda, qızılbaşların sayı 7 min nəfərdən çox deyildi
67
.
İsmayıl mərkəzdə mövqe tutaraq Hüseyn bəy Lələ, Əbdüləli bəy
Dədə, Xadim bəy Xüləfa, Məhəmməd bəy Ustaclı, Bayram bəy Qaramanlı,
Əbdi bəy Şamlı, Qraca İlyas Bayburtlu, Qara Piri bəy qacar, İlyas bəy
Halvaçı oğlu (əmirşikar), İlyas bəy Xunuslu, Sarı Əli bəy Təkəli (möhrdar),
Əli bəy Rumlu (Div Sultan ləqəbi almışdı) kimi sərkərdələrini cinahlarda
yerləşdirmişdi. Özünün sayca üstün olan qüvvələrinin döyüş bacarığına
ımin olmayan Əlvənd öz döyüşçülərinin vuruş meydanından qaçmasına
mane olmaq üçün dəvələri arxada düzməyi və onları bir – birinə
zəncirləməyi əmr etmişdi. O, özü mərkəzdə mövqe tutaraq Lətif bəy, Sidi
Qazi bəy, Musa bəy, Kərçiqay bəy, Qulabı bəy, Xəlil bəy və Qaraca
Mahmad bəy kimi Ağqoyunlu əmirlərini cinahlara təyin etmişdi
68
.
Bu döyüşdə İsmayıl, Kərçiqay bəti və bir çox rəqiblərini qılıncla
öldürməklə sərkərdəlik məharəti və şəxsi hünər göstərirdi. Qızılbaşların
ardıcıl ümumi hücumu zamanı Lətif bəy, Sidi Qazi bəy, Musa bəy, Qraca
Mahmud bəy öldürüldü. Öz sərkərdələrinin başlarını qızılbaş qazilərini
nizələrində görən Ağqoyunlu qoşunları vahimə içərisində qaçmağa


54
başladılar. Əlvənd döyüş meydanından Ərzincana qaçmaqla güclə canını
qurtardı. Qızılbaşlar zəngin qənimət ələ keçirdilər (atlar, dəvələr, qatırlar,
qiymətli mallar, qızıl və gümüş əşyalar və s.)
69
. Elə həmin – 1501-ci ilin
payızında, Şərur qələbəsindən dərhal sonra İsmayıl tənyənə ilə Təbrizə
daxil oldu və şahlıq taxt-tacına yiyələndi
70
.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə