SəFƏVİLƏr döVLƏTİ



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə13/96
tarix22.03.2024
ölçüsü2,18 Mb.
#183028
1   ...   9   10   11   12   13   14   15   16   ...   96
azerbaycan sefeviler dovleti (1)

Ərzincana yürüş
1499-cu ilin avqustunda, Şeyx Heydərin 13 yaşlı oğlu İsmayıl
Lahicandan Ərdəbilə yola düşəndə onu yeddi nəfərdən ibarət ən yaxın
şəxslər müşayiət edirdi; Hüseyn bəy Lələ Şamlı, Əbdüləli bəy Dədə (Dədə
bəy), Xadim bəy Xüləfa, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı,
İlyas bəy Ayğut oğlu Xunuslu və Qarapiri bəy Qacar. Onlar Deyləmdən
keçib Taroma gəldilər.Müasirin xəbər verdiyi kimi, dayanacaqlar zamanı
İsmayılın dəstəsinə “Rum və Şam” taufalarından tərəfdarlar


46
qoşulurdular.Artıq Taromda sayı 1500 nəfərə çatmış qızılbaş qüvvələrinə
baxış keçirildi.
Nəticə etibarilə, İsmayıl Gilandan birbaşa Ərdəbilə gəlməyib,
cənuba və cənub-qərbə doğru-Xalxal tərəfə dolama yolla kiçik bir dövrə
vurdu. İsmayılın anonim tarixçisi xəbər verir ki,yerli hakim Əmir
Hüsaməddindən ehtiyat edən İsmayıl Taromu tərk etdi və xalxala doğru
irəlilədi. Birinci dayanacaq Bərəndik kəndində oldu. Sonrakı gün o, ”Şam-i
Qızılüzən” adı ilə tanınan və şamlı tayfasına mənsub olan şumluq
torpaqlarda dayandı
34
.
Həm də şamlı tayfasının Xalxal rayonunda Qızılüzən çayının
sahillərində cəmləşdiyi qeyd edilir. Deməli, göstərilən dolama yolu gedib
dövrə vurmaq burada yaşayan şamlı tayfasını qızılbaşların bayrağı altına
toplamaq məqsədi ilə edilmişdi.
Göstərilən məlumatlaradn belə nəticəyə gəlmək olar ki, rumlu və
şamlı etnonimləri ilə tanınan türkdilli tayfalar Azərbaycanda XVI əsrdən
xeyli əvvəl yaşamışlar.
İsmayıl və onun dəstələri hicri 905 (1499-1500)-ci ilin qışını
Xəzər dənii yaxınlığında, Astara ərazisindəki Ərcüvan adlı yerdə
keçirmişdilər
35
. Onlar burada Azərbaycanın cənub hissəsindən olan Səfəvi
tərəfdarlarına qoşunla birləşdirmək üçün vaxt qazandırmaq məqsədilə
dayanmışdılar. Qızılbaş rəhbərlərinin müşavirəsində Kiçik Asiyaya-
Ərzincana hərəkət etmək qərarı verildi. Qızılbaş rəhbərləri belə hesab
edirdilər ki, İsmayıl orada Kiçik Asiya və Suriyada olan tərəfdarlarına yaxın
olacaqdır. Onlar İsmayılın yürüşündən xəbər tutub onun bayrağı altına
toplanacaqlar
36
.
1500-cü ilin yazında İsmayıl Ərcüvandan Araz çayının şimalındakı
dağlıq rayona, Göyçə gölünün cənub sahillərinə doğru hərəkət etdi.İbrahim
Əmininin verdiyi məlumata görə, bu vilayərdə İsmayılın qoşunu tərkibində
ərəşli və zülqədərli tayfaları çıxış edirdilər
37
.
Deməli, İsmayıl Azərbaycan hüdudlarını tərk edərək Kiçik
Asiyaya daxil olmazdan əvvəl onun qoşunu tərkibində şamlı, rumlu, ərəşli,
zülqədər tayfalarının, həmçinin də Qaradağ, Əhər və Talış sufilərinin adları


47
çəkilir. Həmin vaxtda qoşunun sayı haqqında mənbələrdə, yürüşə başlarkən
(taromda) 1500 rəqəmindən başqa digər məlumat yoxdur. Mənbələrdə
göstərilir ki, Azərbaycandan keçən yollarda (Xalxal, Ərcüvan və başqa
yerlər) İsmayıla çoxsaylı tərəfdarlar qoşulmuşdu. Belə düşünmək məntiqi
olar ki, Anadoluya daxil olarkən İsmayılın qoşunu xeyli artmış və bir neçə
min nəfərə çatmışdı.
Bəzi müəlliflər
38
belə fikirdədirlər ki, İsmayıl Səfəvinin qoşun
hissələrinin əsas kütləsini Kiçik Asiyadan (Anadoludan) və Suriyadan olan
qızılbaşlar təşkil etmiş və guya Azərbaycan sakinlərinin İsmayılın
yürüşündə iştirakı çox cüzi olmuşdur. F.Sümerin təbirincə deyilsə,”Səfəvilər
təriqətinin başı Azərbaycan şəhəri olan Ərdəbildə, bədəni isə Anadoluda
yerləşmişdi”. İsmayılın Ərzincana hərəkət etməsi sayəsində, “baş bədənlə
birləşdi”. Halbuki elə yuxarıda şərh etdiyimiz mənbə məlumatlarından
çıxardığımız nəticələr bu fikri təkzib etmək üçün kifayətdir.
İsmayıl Çuxursədi keçdikdən sonra Doqquz Ulam adlı yerə
gəldi.Burada Kiçik Asiya qızılbaşları dəstəsinə başçılıq edən Qaraca İlyas
ona qoşuldu
39
. İsmayıl daha sonra öz dəstəsi ilə Kiçik Asiyaya doğru hərəkət
etdi və “Arazın mənbəyindəki
ustaclı
40
tayfasının yaşadığı Mingöl yaylağına
gəldi.O, Tərcan ərazisindəki Kağızmandan və Sarıqaya yaylağınndan
keçərək son məqsədə-Ərzincana çatdı. Mənbələrin məlumatına görə,burada
yayın sonu və payızın əvvəlində (hicri 906-cı ilin əvvəli) İsmayılın
bayraqları altında türkdilli
şamlı, ustaclı, rumlu, təkəli
,
zülqədər, əfşar, qacar,
varsağ
tayfalarından, həmçinin “Qaradağ sufilərindən” ibarət 7000 qazi
toplanmışdı
41
.
Mənbələrin verdiyi məlumatlara görə, Ərzincanda, qızılbaş
ağsaqqallarının müşavirəsində hərbi yürüşün istiqaməti məsələsi müzakirə
olunmuşdu. Bəziləri qüvvələrin kifayət qədər olmamasını əsalandırıb,
qarşıdan gələn qışı Ərzincanda keçirmyi və əlavə qüvvələr gəlməsini
gözləməyi, yaz gəldikdə (1501-ci il) isə Azərbaycana,Əlvəndə qarşı yürüşə
başlamağı,digərləri qarşıdan gələn qışda Gürcüstanda cihad həyata
keçirməyi, üçüncülər isə, Çuxursəd ərazisinə yola düşməyi və orada
qışlamağı təklif edirdilər. Lakin bu təkliflərdən heç biri qəbul olunmadı.


48
Qərara alındı ki, təxirə salmadan mövcud qüvvələrlə başlıca zərbə
Səfəvilərin qəddar düşməni olan şirvanşah Fərrux Yəsara qarşı
yönəldilsin
42
.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə