SəFƏVİLƏr döVLƏTİ


Heydərin oğlanlarının Ərdəbilə qaçması



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə12/96
tarix22.03.2024
ölçüsü2,18 Mb.
#183028
1   ...   8   9   10   11   12   13   14   15   ...   96
azerbaycan sefeviler dovleti (1)

Heydərin oğlanlarının Ərdəbilə qaçması.
Onların həyatının Gilan dövrü
Sultan Əlinin qızılbaşları Ərdəbil yaxınlığındakı Şəmasi adlı yerdə
darmadağın edildikdən sonra sədaqətli sufilər Şeyx Heydərin oğlanları
İsmayıl və İbrahimə Ərdəbildə gizlənməyə kömək etdilər. Onların ardınca
Heydərin oğlanlarını hər vasitə ilə tutmaq və məhv etmək tapşırığını almış
Eybə Sultanın dəstələri şəhərə daxil oldular. Eybə Sultanın dəstələri şahid
təfsilatı ilə həmin hadisələri danışan anonim salnaməçinin dediyinə
görə,”Ərdəbil əhalisinə münasibətdə zorakılığa və təzyiqə əl atdılar,qətl və
qarətlərə başladılar”. İsmayıl, anası Aləmşah bəyimin ilk vaxtlar onları
gizlətdiyi Şeyx Səfiəddin məqbərəsini tərk edərək, Qazi Əhməd Kakuli adlı
Səfəvi müridlərindən birinin evinə köçdü və üç gün ərzində orada qaldı.
Sonra isə yeddi yaşlı oğlan Xancan
25
adlı qadının himayəsinə verildi.
İsmayıl,Şeyx Cüneydin qızlarından biri olan və burada ona baş çəkən bibisi
Paşa xatun (Məhəmmədi bəy Türkmanın arvadı) istisna olmaqla hamıdan
gizlənərəkbir ay həmin qadının himayəssində qaldı
26
. Paşa xatun İsmayılı
zülqədər tayfasından olan Übayi-cərrahə adlı qadının yanına gətirdi. Həmin
qadının evi “rumluların məhəlləsində” (“məhəlleyi rumiyan”), Şeyx Xacə
Əlinin azad edərək Ərdəbilə yerləşdirdiyi Teymurun türk əsirlərinin nəsilləri
yaşayan məhəllədə idi. Eybə Sultan Rüstəmdən İsmayılı və onun qardaşını
hər vasitə ilə tapmaq barədə təkidli göstərişlər alırdı. O, Ərdəbili “məhəllə-
məhəllə,ev-ev” axtarırdı, lakin bunun nəticəsi olmurdu. Eybə Sultanın
adamlarının onun məhəlləsində axtarışlara başladığından xəbər tutan Üba,
İsmayılı ehtiyatla öz evindən çıxarır, və Ərdəbilin Cümə məscidinə gətirərək
Allahvermiş ağanın dəfn edilmiş olduğu sərdabədə yerləşdirir. Üba
hərdənbir Aləmşah bəyimin yanına gəlir və ona oğlu İsmayılın sağ-salamat
olduğunu xəbər verirdi
27
. Lakin bir qədər keçdikdən sonra Üba İsmayılın
olduğu yeri dəyişdirməyin zəruriliyini yenidən hiss etdi. Həmin məsciddə


44
Eybə Sultanla döyüşdə yaralanmış qızılbaşlardan biri də gizlənmiş və həkim
köməyi üçün Übaya müraciət etmişdi. Üba müridi İsmayılla görüşdürdü.
Mürid İsmayıla xəbər verdi ki,”Şəmasi kəndindəki döyüşdən qaçmaqla
canını qurtarmış 80 sufi Ərdəbilin ətrafındakı Baqrov dağında gizlənərək ona
xidmət etmək üçün fürsət axtarır”. Mürid, Übanın məsləhəti ilə Ərdəbili tərk
etdi və sağ qalmış qızılbaşların arasında olan Rüstəm bəy Qaramanlıya
İsmayıl barədə məlumat vermək üçün həmin dağa tərəf yola düşdü. Rüstəm
bəy gecə yarısı öz adamları ilə gizlicə şəhərə gəldi. İsmayılı məsciddən
götürüb adı çəkilən dağa yola düşdüvə oğlanı Kərkan kəndində xətib
Fərruxzadın evində gizlətdi.Mənsur bəy Qıpçaği, Hüseyn bəy Lələ, Qırx
Seyyidi Əli, Çulban bəy, Xadim bəy Xəlifə, Dədə bəy, Göy Əli bəy və digər
sufilər özlərinin gənc rəhbərini təhlükədən harada daha yaxşı rorunmağın
mümkünlüyü barədə məsləhətləşməyə başladılar. Qərara alındı ki, İsmayıl
Məhəmməd bəy Türkmanla (İsmayılın bibisi Paşa xatunun əri) və onun
qardaşı Əhməd bəylə çoxdan bəri yaxşı münasibətdə olan Rəşt hakimi
Əmirə İshaqın evinə aparılsın
28
. Bu səfər zamanı İsmayılı Rüstəm bəy
Qaqmanlı, Əhmədi bəy və onun qardaşı Məhəmmədi bəy Türkman 80
nəfərlik qızılbaş dəstəsi ilə müşayiət edirdilər. Onlar əvvəlcə Tulunav hakimi
Əmirə Müzəffərin evinə gəldilər. Bundan xəbər tutan Eybə Sultan Əmirə
Müzəffərə qasidlə məktub göndərərək Heydərin oğlanlarını təslim etməyi
tələb etdi. Onlar Xalxal hakimi Cagir bəy Pornakdan da eyni məzmunlu
məktub aldılar. Bu tələblərə əhəmiyyət verməyən Əmirə Müzəffər qardaşları
Kəskərə göndərdi. Ondan bu barədə müvafiq tapşırıq almış yerli hakim
Əmirə Səyavuş onları öz evində qəbul etdi. Dördüncü gün İsmayılın dəstəsi
Rəştə doğru hərəkət etdi. İsmayılın tərəfdarları Rəşt hakiminin dəvətinə
baxmayaraq,onu “Ağ məscid” deyilən yerdə yerləşdirməyi üstün tutdular.
Rəştdə olduğu zaman İsmayıla daim məscidin qonşuluğunda yerləşən
zərgərlik dükanının sahibi olan Əmirə Nəcm adında yerli sakin qulluq
etmişdi
29
.
Rəşti də təhlükəsiz hesab etməyən sadiq müridlər İsmayıla Lahicana,
Gilanın Biyepiş vilayətinin hakimi Karkiya Mirzə Əlinin sarayına keçməkdə
kömək etdilər
30
. Lahicanda İsmayılı və onu müşayiət edənləri mehribanlıqla


45
qarşıladılar və Key Əfridun mədrəsəsi ilə üzbəüz binada yerləşdirdilər.
Karkiya Mirzə Əli özünün hörmətli qonaqlarına hər cür diqqət göstərirdi.
Tanınmış yerli alimlərdən biri-Şəmsəddin Lahici ərəb və fars dillərini
öyrətmək, Quranı oxumaq üçün İsmayılın və onun qardaşının tərbiyəçisi
təyin olundu
31
.
Bununla belə Ağqoyunlu Rüstəm İsmayılla hesablaşmaq ümidini
itirmirdi. İsmayıl Gilana qaçdıqdan az sonra Eybə Sultan Übanı həbs etməyə
və ondan İsmayılın Ərdəbildə qaldığı yeri öyrənməyə nail oldu.Üba
Rüstəmin əmri ilə Təbrizin bazar meydanında edam edildi. İsmayılın
qaçırılmasının təşkilinə kömək etmiş Məhəmmədi bəyin və onun qardaşı
Əhmədi bəyin əmlakı hökumət tərəfindən müsadirə olundu
32
. Rüstəm
padşah İsmayılı qaytarmaq tələbi ilə Karkiya Mirzə Əliyə dəfələrlə
hədələyici məktublar göndərir, lakin Lahican hakimi hər dəfə üzürlü
bəhanələr gətirməklə onun tələblərini rədd etdi.
İsmayıl Lahicanda təqribən 6 il qaldı. Bu, həddi-büluğ yaşına
çatmaq və yeni çıxışa hazırlaşmaq üçün zəruri idi. Bütün məsələləri həll
edən qızılbaş əmirlərinin hasablamalarına görə, Ağqoyunlu şahzadələri
arasındakı ara müharibələri və onların dövlətinin dağılması İsmayılın
qalibiyyətli yürüşünü asanlaşdırmalı idi. Bura, İsmayılın yanına itaətkar
olduqlarını bildirmək üçün, xüsusilə Rum, Qaracadağ və Əhərdən çoxlu
tərəfdarlar gəlirdi
33
.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə