SəFƏVİLƏr döVLƏTİ


İsmayılın Bakını mühasirəyə alması və tutması



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə15/96
tarix22.03.2024
ölçüsü2,18 Mb.
#183028
1   ...   11   12   13   14   15   16   17   18   ...   96
azerbaycan sefeviler dovleti (1)

İsmayılın Bakını mühasirəyə alması və tutması
XV əsrdə Bakı Azərbaycanın iri ticarət-sənətkarlıq mərkəzi və Xəzər
dənizindəki ən mühüm limanı idi. Şamaxı ilə yanaşı Bakı da Şirvan
hökmdarlarının iqamətgahı sayılırdı. Böyük sərvətləri ilə məşhur olan
Şirvanşahlar sarayı burada yerləşirdi, qızılbaş rəhbərlərinin planlarında bu
sərvətlərə sahib olmağa səy göstərilməsi əhəmiyyətli yer tuturdu.
Bakı möhkəm qala idi və onu tutmaq çox da asan iş deyildi.
Salnaməçilər xəbər verirlər ki,qızılbaş sərkərdələri onlara Makedoniyalı
İsgəndərin səddi kimi görünən Bakı qalasının əzəmətli mənzərəsinə, onun
yüksək divarlarına və qüllələrinə valeh olmuşdular
47
. Anonim tarixçinin
məlumatına görə,qala üç tərəfdən Xəzər dənizinin suları ilə əhatə
olunmuşdu,qurudan isə qala divarları boyunca “həqiqətən də dənizə
bənzəyən”
48
geniş və dərin xəndək uzanırdı. Bu,onu göstərir ki,xarica
təhlükə zamanı Bakının qala xəndəkləri su ilə doldurulurdu. İbrahim Əmini
yazır ki, qala xarici aləmlə dörd qapı ilə əlaqə saxlayırdı ki, onlardan üçü də


50
dənizə və yalnız biri quruya çıxırdı.
Bakı sakinləri IX əsrdən Şirvanşahların təbəələri idilər və
hakimiyyətləri dövründə şəhərin müəyyən iqtisadi inkişaf səviyyəsinə nail
olduğu Dərbəndilər sülaləsinə xüsusilə sadiq idilər. Müasirləri bakılıları igid
və qorxmaz,mahir döyüşçülər kimi səciyyələndirirdilər
49
. Mühasirəyə
alınanlar qala istehkamlarının keçilməzliyinə,çoxlu silah ehtiyatına, döyüş
sursatı və ərzaq bolloğuna da xüsusi ümid bəsləyirdilər. Onlar qala
divarlarına yaxınlaşan qızılbaşların üzərinə minlərlə oxlardan, həmçinin
tüfənglərdən ölüm yağışı yağdırırdılar.
Qalanı ələ keçirmək üçün sərkərdələrinin göstərdiyi cəhdlərin
müvəffəqiyyətsizliyini görən İsmayıl 1501-ci il yazın əvvəlində özünün
başlıca qüvvələri ilə Mahmudabaddan Bakıya hərəkət etdi
50
. Anonim tarixçi
göstərir ki, əmirlərin müşayiəti ilə şəhərə yaxınlaşan İsmayıl qala divarlarını,
qüllələri,qapıları və xəndəyi bir-bir gəzib nəzərdən keçirdi. Qalaya
hücumun çətinliklərlə bağlı olacağını və itkilərlə nəticələnə biləcəyini başa
düşən Səfəvilər bakılıları dilə tutub şəhəri təslim etməyə razı salmağı qərara
aldılar. Qalanın müdafiəsinə, təəssüf ki, mənbələrin adını bizim üçün
saxlamadığı Fərrux Yəsarın oğlu olan Qazı bəyin arvadı başçılıq edirdi
51
.
Digər mənbələrdən fərqli olaraq anonim tarixçi Qazı bəyin arvadının nadir
təsvirini verir. O (Qazı bəyin arvadı) “ həmin ölkənin idarə olunması
işlərində tam iqtidara və səlahiyyətə malikdir, Qazı bəy isə hakimiyyətə
malik deyildi və arvadının qorxusundan heç bir işə qarışmırdı”
52
.
Anonim tarixçi məlumat verir ki, İsmayıl öz səfirini “Qazı bəyin və
onun arvadının” hüzuruna göndərmişdi
53
. Qızılbaş səfirinin təslim olmaq
haqqında tələbinə cavab olaraq Qazı bəyin arvadı onun edam olunmasını
əmr etdi. Belə olanda Bakı darğası Əbülfəth bəy
54
onu İsmayılın qəzəbi ilə
qorxudaraq bu addımı atmaqdan çəkindirməyə cəgd göstərmişdi. Lakin
hökmlü və qətiyyətli qadın darğanın da edam olunmasını əmr etmişdi.
Mühasirəyə alınanların inadlı müqaviməti qızılbaş əmirlərini qalanı
hücumla almaq üçün hazırlıq görməyə məcbur etdi. İbrahim Əmini qeyd
edir ki, İsmayıl döyüşçüləərin bir hissəsinə özlərinə torpaq təpələri (murçal)
55
düzəltməyi və onlardan mühasirədə olanlara atəş açmaöı əmr etdi. Digər


51
qrup isə qoşunların qala xəndəklərindən asanlıqla keçə bilməsi üçün onları
torpaq və daşla doldurmaq barədə göstəriş aldı. “İstehkamçılar”
(nəqəbçiyan) qala bürcünün altından lağım atdılar və onun özülündən böyük
bir daşı vurub parçalayanda bürc uçdu, divarda iri yarıq əmələ gəldi. Hətta
bundan sonra da bakılılar silahı yerə qoymadılar; onlar divardakı yarığı keçə
çadırla (yaxud xalça ilə) tutdular və daha üç gün davam gətirdilər
56
.Nəhayət,
qızılbaşlar qalaya daxil ola bildilər. Həsən bəy Rumlunun yazdığına
görə,şəhərliləri hamılıqla məhv olmaqdan qorumaq arzusu ilə,sayı 70 nəfər
olan Bakı əyanları əllərində Quran İsmayılın ayağına gələrək ondan şəhərə
aman verməsini xahiş etdi. Anonim tarixçinin məlumatına görə, İsmayıl qətl
və qarətlərə son qoyulmasını əmr etmişdi ki, bu da qızılbaşlar şəhərə
girdikdən sonra da mübarizənin davam etdiyini göstərirdi. Şəhər başçıları
(kələntərlər, qazılar və şeyxlər) Bakının qapılarını Səfəvilərin üzünə taybatay
aşdılar. İsmayılın əmrinə əsasən, Xadim bəy Xüləfa şəhər hakimiyyəti
nümayəndələrinin müşayiəti ilə qalaya daxil oldu və “həyatlarının
bağışlanması” müqabilində sakinlərdən “peşkəş” və “savəri” yığdı
57
.
O,həmçinin Şirvanşahların qızıl,qiymətli daş-qaş, nağd pul, ləvazimat və
digər sərvətlərlə çox zəngin xəzinəsini də apardı. Bunların çox hissəsi
qızılbaşlar arasında bölüşdürüldü
58
. Bundan əlavə, Xadim bəyin əmri ilə
Şeyx Cüneydin həlak olmasının səbəbkarı,Fərrux Yəsarın atası şirvanşah
Xəlilin (I Xəlilullah) meyiti (sümükləri) qəbirdən çıxarıldı və yandırıldı.
Onun sərdabəsinin qülləsi altında çoxlu qızıl (pul) aşkara çıxarıldı
59
. Anonim
müəllif xəbər verir ki, Şirvanşahların mavzoleyi də dağıdılıb yerlə yeksan
edilmişdi
60
. İsmayılın Cəbani yaxınlığında darmadağın etdiyi Şirvan
qoşunun bir hissəsi Gülüstan, Buğurt və Surxab qalalarında müqavimət
göstərməkdə davam edirdi. Buna görə də İsmayıl Bakını tutduqdan sonra
Gülüstan qalasına doğru hərəkət etdi. Mühasirəyə alınanlar ərzaq ehtiyatına
və qala divarlarının möhkəmliyinə bel bağlayaraq müvəffəqiyyətlə müdafiə
olunurdular. Qızılbaşlar mühasirəni aradan qaldırmağa məcbur oldular.
Buna bənzər hallarda İsmayıl öz qərarını guya yuxusunda ona əyan olmuş,
yuxarıdan gələn hökm kimi izah edirdi. Həqiqətdə isə İsmayıl, Əlvənd
Ağqoyunlunun böyük qüvvələrlə Təbrizdən hərəkətə başlaması barədə


52
qorxulu xəbərlər almışdı. Anonim tarixçi xəbər verir ki, İsmayıl “dövlətin
sütunlarını”- Hüseyn bəy Lələni, Məhəmməd bəy Ustaclını, Əbdi bəy
Şamlını, Xadim bəy Xüləfanı, Qrapiri bəy Qacarı yanına çağıdı və onlardan
soruşdu: “Siz Azərbaycan səltənətinimi (taxtgah), yoxsa Gülüstan qalasınımı
istəyirsiniz?” Onlar cavab verdilər: ”Azərbaycanı”. Sonralar Ə.Ə.Rəhmani
Həsən bəy Rumlunun, həmçinin də İsgəndər Münşinin götürdükləri bu
xəbərə əsaslanaraq belə bir nəticəyə gəlmişdir ki, İsmayıl və qızılbaş
əyanları Azərbaycanda öz hakimiyyətlərini qurmağı, Təbriz taxtını
“Ağqoyunlu kafirlərin” əlindən geri almağı başlıca vəzifə hesab edirdilər
61
.
Beləliklə, qızılbaşlar Şirvan hüdudlarını tərk etdilər. Şirvanşahlar
dövlətinə ağır zərbə vuruldu, lakin onun mövcudluöuna son qoyulmadı; biz
Səfəvilərin və Şirvanşahların (sonuncular devrilənə qədər) qarşılıqlı
münasibətlərindən aşağıda bəhs edəcəyik.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə