Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə59/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   55   56   57   58   59   60   61   62   ...   78

 
288
SƏNSƏN 
 
Mən səni görəndən hüsnünə heyran
sən mənim əzizim, mehriabınmsan. 
Sən mənə duyğumu bəxş edən insan, 
sən mənim ikinci yaradanımsan. 
 
Sən mənim qəlbimdə ilahi istək, 
fikir-xəyalımda gəzdirdiyim tac, 
ay məni eşqində sınayan mələk, 
mən sənin bir adi sözünə möhtac. 
 
Bu sevgi qəlbimdən əskilməz bir dəm, 
gündə yüz yol alan canımı sənsən. 
Dövrümün ən bədbəxt kişisi mənəm, 
dünyanın ən gözəl xanımı sənsən. 
 
 
 
BAĞIŞLA 
 
Mobil Babayev musiqi bəstələmişdir. 
 
Bəlkə də çox sevdiyinçün məni sən, 
gördün eşqin min hicranın, bağışla. 
Sən bu yolda qəza vuran gəmisən, 
bu gəminin kapitanın bağışla. 
 
Hərdən çılğın aparmışam özümü, 
ürəyini sındırmışam, bağışla. 
Hərdən soyuq, daşüşüdən baxışla 
ümidini dondurmuşam, bağışla. 
 
Hərdən mənə güc gələndə xoş həvəs
olub, səni duymamışam, bağışla. 
Hərdən sənin qəlbindəki müqəddəs 
hisslərinlə oynamışam, bağışla. 


 
289 
Olub, hərdən bir işvəli gözəlin 
gülüşündən keçməmişəm, bağışla. 
Hərdən səni, ayağının tozuna 
dəyməyəndən seçməmişəm, bağışla. 
 
Hüzurunda dayanmışam, müqəssir, 
etirafım günahımdan aşağı. 
O hisslərin qarşısında mən əsir, 
ay eşqimin müqəddəs göy qurşağı,  
bu günahkar aşiqini, bağışla! 
 
 
 
GƏLƏCƏYƏM, GƏL –  DESƏN 
 
Xumar Qədimova və Mobil Babayev musiqi bəstələmişdir
 
Fikrim yenə tamam sənin yanında, 
uça-uça gələcəyəm, gəl –  desən. 
Səndən ayrı bir həsrət var canımda, 
yuxuma gir, öləcəyəm, öl –  desən. 
 
Bundan sonra görüşümüz bir güman, 
bizi üzüb yetişəcək dərd kama.   
Mənim kimi sən də orda ağlama, 
göz yaşımı siləcəyəm, sil –  desən. 
 
Baxtı mənə sən yazırsan, neyləyim? 
nə ömürdən, nə yaşdandır gileyim. 
Qismətiylə barışarmı taleyim, 
sənsiz keçən günlərimə il –  desən? 
 
Sən gedəli artan ancaq göynəyim, 
ruhdan qeyri qalmayıbdı heç nəyim. 
Görsəm səni çox incidir ölməyim, 
öləndə də güləcəyəm, gül –  desən, 
yuxuma gir, öləcəyəm, öl –  desən! 


 
290
 
HƏSRƏT 
 
Yük olub asılıb kirpiklərimdən 
sənsizlik adlanan bir dəli həsrət. 
Gözlərim ağrıyır gördüklərimdən, 
çəkibdir altından sürməni həsrət. 
 
Sən onun çaldığı havasına bax, 
verdiyi dərdinə, dəvasına bax. 
Qəlbimdə qurduğu yuvasına bax, 
fikir-xəyalımın həmdəmi həsrət. 
 
Səndən ayrılalı könül həmdəmim
dolur gözlərimə dünyanın qəmi. 
Xəyal ümmanında azdırır məni 
bu tufan ayrılıq, bu gəmi həsrət. 
 
Necə doymamışam bal söhbətindən, 
«yox, getmə, yanımda qal»  –  söhbətindən. 
Çəkil gözlərimin səltənətindən, 
gəlib ürəyimə yar dəmi, həsrət!  
 
Kərəmi yandıran o Qara keşiş 
neçə ümidimi puç edib yemiş. 
Nə böyük qüdrətin sahibi imiş 
bizim ayrılığın dərd-qəmi həsrət. 
 
Qalmayıb əvvəlki o şıltaq həvəs, 
nə eynim açılmaz, nə üzüm gülməz. 
Sevgilim, bu sirri ayrısı bilməz, 
mənə dost edibdi ələmi həsrət. 
 
 
 
 
 


 
291 
SƏNİ SEVMƏMƏK OLMAZ 
 
Zamiq Əliyev musiqi bəstələmişdir
 
İlahi varlığımsan, 
əbədi səadətim. 
Ay mənim şan-şöhrətim, 
ay mənim ülviyyətim, 
səni sevməmək olmaz. 
 
Səsim sənsən, ünüm sən
gecəm sənsən, günüm sən. 
Yazda zərif bənövşəm, 
qışda qızılgülümsən. 
səni sevməmək olmaz. 
 
Həm ümidsən, həm güman, 
həm bəxş edən, həm uman, 
bir gülüşlə məst edən, 
bir baxışla can alan, 
səni sevməmək olmaz. 
 
Sənsiz bu dövran ağır, 
sən şahzadə, mən fağır. 
gözləyirəm müntəzir, 
təki məni sən çağır, 
səni sevməmək olmaz. 
 
Sən ey müqəddəs insan, 
bir təbəssüm et ehsan. 
Sənə ürəyim möhtac, 
sənə gözlərim heyran
səni sevməmək olmaz. 
 
Tək sən məni duyarsan, 
tək sən məni anarsan, 
dünya sənsiz yeknəsək, 
nə yaxşı ki, sən varsan, 
səni sevməmək olmaz. 


 
292
Səninlədir hər uğur, 
səninçündür çal-çağır. 
Hər qıyğacı baxanda 
qaşın altdan Ay doğur, 
səni sevməmək olmaz. 
 
Sənsiz heçəm gülüm, mən, 
bir iş gəlmir əlimdən. 
Heç çıxmırsan başımdan, 
heç düşmürsən dilimdən
səni sevməmək olmaz. 
 
Ay başına dönüm mən, 
kaş eşqinlə ölüm mən. 
Sevgim səcdəgahımdır, 
sərgəşdəyəm gülüm, mən. 
 
Səni sevməmək olmaz - 
sevib ölməmək olmaz! 
Səni Tanrım bilim mən, 
qoy yolunda ölüm mən! 
 
 
 
RUHUNLA YAŞAYIRAM 
 
Xumar Qədimova musiqi bəstələmişdir. 
 
Elə bilmə unudulub o günlər, 
hər xatirən bir sehrdir, tilsimdir. 
Mizrabından ayrı düşmüş siməm mən, 
köklənmərəm, çalınmaram, ha dindir. 
 
Kaş, görəydim sən yaşayan yeri mən, 
bəxtəvərmiş kölgə kimi sürünən. 
Bu sənsənmi gözlərimə görünən? 
Qulağıma gəlir doğma səs indi. 


 
293 
 
Ruhundurmu yenə çıxan qarşıma, 
ürəyimdə başlar həzin oxşama? 
Səba kimi saçlarımı oxşama, 
gözlərimdən ürəyimə əs indi. 
 
Daha məndən xəyal qədər uzaqsan, 
yolu bağlı mahal qədər uzaqsan
Bir müqəddəs vüsal qədər uzaqsan, 
əzab dolu ümidimi kəs indi. 
 
Bəlkə ömrün yox mənası kədərsiz, 
mən arvadsız indi heçəm, sən ərsiz. 
Hərdən qəlbin bir kimsədən xəbərsiz 
məni deyib döyünürsə, bəsimdir. 
 
 
 
SƏNİN ÜRƏYİNDƏN NƏ KEÇİR GÖRƏN 
 
Yenə fikrim dalğın, xəyalımda sən, 
sıxır ürəyimi səssiz səksəkən. 
Ayrıla bilmirəm xatirələrdən, 
sevgim həmənkidir, istəyim həmən, 
sənin ürəyindən nə keçir, görən? 
 
Unuda bilmirəm bircə an səni
çıxara bilmirəm yuxumdan səni. 
Mənə dərdmi verib Yaradan səni? 
Kaş bir yol gələsən, üzünü görəm, 
sənin ürəyindən nə keçir, görən? 
 
Həsrətin yolları əlçatmaz, uzaq, 
həsrətin qucağı çovğunlu, sazaq, 
cismim can versə də, ruhum uçacaq, 
ay mənim ruhuma qol-qanad verən, 
sənin ürəyindən nə keçir, görən? 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə