Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə19/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   15   16   17   18   19   20   21   22   ...   89

Yarın damarını çərtəndə, aman,
Diqqət et, incitmə, sən ey qan alan!
Qoluna vurduğun hər bir neştərin –
Ucu ürəyimə sancılır inan!
 
Aşağıdakı misra isə İmadəddin Nəsimiyə (XIV) aiddir:
 
Həq bilir, bir zərrə nəştərdən damarlar ağrımaz.
 
Yuxarıdakı misralardan göründüyü kimi, orta əsrlərdə bədəndə qan artıqlıq edərkən onu neştərlə
çəkirdilər. Xaqani neştərlə damardan qan almaq lazım gəldiyindən bəhs edir.
Xalq təbabətinin üsulları, maraqlıdır ki, bizim folklorumuzda da öz yerini tutmuşdur. Bayatılar, atalar
sözləri, tapmacalarda türkəçarəliyin müəyyən elementlərinə rast gəlirik. Məsələn:
 
“Kəhrizə bax, kəhrizə,
Kəhriz axmaz kəhrizə.
Tamarzıyam ət-yağa,
Canım düşüb pəhrizə.
 
Əzizinəm yemişan,
Yemi şirin, yemi şam.
Sağalmışam, durmuşam,
Yaşa səni, yemişan
 
 
Əzizim, dərdə mərdim,
Düşməsin dərdə mərdim.
Mənə dərman neyləsin,
Tifilkən dərd əmərdim”.
 
Və ya
 
Yatanın gözü şişər, duranın qarnı.
Oğuzun aşı yağlı, canı torpağa bağlı.
Az yeyənin azarı da az olar.
Min dərd varsa, min bir də dərman var.
Piyin çoxdu, zoğal ye, arıqsansa, qoğal ye.
 
Dövrümüzədək çox sayda inanc qorunub saxlanmışdır ki, onlar türkəçarəlik haqqında biliklərimizin
genişlənməsində əvəzsiz mənbə hesab edilə bilər:
 
Soyuqdəymə zamanı qıca dəmlənməsi, baldırğan, dağ​çayı, çilədağı, yamançöpü bitkilərinin
dəmlənməsindən isti​fa​də etmək məqsədəuyğundur.


Qızılçaya yoluxan uşağın əyninə qırmızı geydirərlər.
Sarılıq tutan adama qəfil şillə vuranda xəstəliyi keçər.
Dişin ağrıyanda badabadını yandırıb tüstüsünü dişinə versən, ağrısı kəsilər.
Ağrıyan dişin üstünə mixək qoysan, ağrı kəsər.
 
Qeyd etmək lazımdır ki, xalq təbabətinin izlərinə tap​ma​calarda da rast gəlinir...
Axtar, ara,
Telini dara.
O hansı bitkidi,
Dərmandı dalağa? (darı)
 
Rəngi sarıdır,
Sarılığa dərmandır. (zirinc)
 
Yatanda yumru yatar,
Ətini dərmana qatar.
Kim istəsə tutmağa,
Tikanı əlinə batar. (kirpi)
 
“Kitabi-Dədə Qorqud” dastanında yaralı igidin sağalması üçün ana südü ilə dağ çiçəyinin
qatışdırılaraq məlhəm qoyulmasını məsləhət bilən müdrik qocanın təklif etdiyi məlhəm də, “Ağ atlı
oğlan” xalq nağılımızda xəstəlikdən qurtula bilməyən şahı sağaltmaq üçün “adı başına, dadı başına”
deyərək, heyvanın başının kəsilməsi və ətinin şaha yedirdilməsi də, “Məlikməmməd” və digər
nağıllarımızda cavanlıq iksiri kimi alma və nardan istifadə edilməsi də folklorumuzda, şifahi xalq
ədəbiyyatımızda özünə möhkəm yer tutmuş çoxəsrlik xalq inanclarının ifadəsi kimi özünü
təsdiqləməkdədir.
Orta əsrlərə aid əlyazmalar sayəsində dövrümüzədək ya​zılı surətdə çatan və loğmanların müalicə
üsulları barədə ət​raf​lı təsəvvür yaradan müalicə metodlarından biri də müxtəlif yaraların
müalicəsində istifadə edilən məlhəmin hazırlanma texnologiyası ilə bağlıdır. Mənbələrdən belə
məlum olur ki, sözügedən məlhəmin əldə edilməsi üçün 30 qram fındıq yar​pağının üzərinə 200 qram
zeytun və ya günəbaxan, ya da hər hansı bir başqa bitki yağı tökülür və o, düz 7 gün vaxtaşırı doğ​​-
ranılmaq və qarışdırılmaq şərti ilə qaranlıq yerdə saxla​nı​lır, sonra bu yarpaq və yağın qarışığından
ibarət məhlul qay​nar suya tökülür və 3 saat qaynadılır. Bundan sonra soyudulan məhlul daha iki dəfə
30 dəqiqə müddətinə qaynadılır və ona 30 qram sarı mum əlavə edilir. Nəticədə hər bir açıq yaranın
dərmanı olan keyfiyyətli məlhəm alınır.
XVI yüzil​likdə Şəkidə dağlama və akupunktura üsulu ilə müalicə geniş yayıl​mış​dı. Dağlama üsulu ilə
müalicədə insanın bədənindəki aktiv nöqtələrə təsir edirlər. Bu vaxt pambığa dərman vurmurlar. Eşqə
düşmüş sövda xəstələri əsasən dualar, nöqtə masajı, akupunktura (iynəbatırma) və dağlama ilə
müalicə edi​lirdi.
Оsmanlı Sultan Murad dövrünə aid “Tibnamə” əsərininin 1711-ci ildə Məhəmməd Yusif Şirvani
tərəfindən köçürülmüş nüsхəsi də mövcuddur. Kitab Оsmanlı türk dilində yazılıb və о dövrdə
məlum оlmuş əksər хəstəliklərin müalicəsindən bəhs еdir. Məhəmməd Yusif Şirvani XVII əsrin
sоnunda, XVIII əsrin əvvəllərində yaşamış Azərbaycanın məşhur alim, həkim və хəttatlarından


biridir. O, Şamaхıda dоğulub böyümüş, оrada həkimlik təhsili almış, həm də dərmanşünaslıq еlmini
öyrənmişdir. О, Şirvan bəylərbəyi Hüsеyn хanın еşikağası Lütfəli bəyin yanında həkim оlmuşdu.
1711-ci ildə Məhəmməd Yusif Şirvani müəllifi məlum оlmayan “Tibnamə” əsərinin
üzünü köçürmüşdür, оna müqəddimə, şərh və izahatlar yazmışdır. Оnun bu хidməti sayəsində bu kitab
günümüzə gəlib çatmışdır. “Tibnamə” əski türk dilində yaradılmış оrta əsr tibb əsərləri arasında
vacib yеr tutur. Bu kitab о zaman məlum оlmuş əksər хəstəliklərin müalicəsindən bəhs еdir.
“Tibnamə” əsəri Azərbaycanda 1990-cı ildə kiril əlifbası ilə gеniş охucu kütləsi üçün nəşr еdilmiş
ilk оrta əsr tibb əsəri оldu. Sоnralar bu kitab rus dilinə də tərcümə оlundu və Sankt-Pеtеrburqda
nəşr еdildi. “Tibnamə” Rusiyada dərc еdilmiş Azərbaycanın tibb üzrə ilk оrta əsr qaynağıdır.
 Məhəmməd Yusif Şirvani yazırdı ki,
 
“Kimsənin boğazı gəlirsə və ya dilçək olmuş olsa, gərəkdir ki, bir miqdar nişastanı bir miqdar sirkə
ilə qaynadıb sonra bir parça əski bezin üzərinə su edib və bir dənə cəvizi dəxi əzib üzərinə səpib və
ondan isti edib, altın​dan yuxarı təpəsinədək vuralar, üç günədək dura, şəfa bulub xilas olar”.
Boğazda peyda olan və ağrılarla müşayiət olunan xəstə​li​yi aradan qaldırmaq üçün Şəkidə “boğazın
sığanması (ba​sıl​ması)” kimi tədbirlər də həyata keçirilirdi. Badamcıqları irin​li iltihabdan xilas etmək
üçün əli düşərli (səbəbli) ağbir​çəklər sübh tezdən xəstənin boğazını basırdılar. Bunun üçün təmiz
yuyulmuş və duza, zəyə bulaşdırılmış şəhadət barmağı vasitə​silə xəstənin badamcıqları basılardı ki,
irinli yara deşi​l​sin və axıb təmizlənsin.
Məlum olduğu kimi, yuxarı tənəffüs orqanlarının ilti​ha​bı xəstəliklərindən biri də qara öskürək və ya
göyöskü​rək​dir. Əsasən uşaqlar arasında geniş yayılan bu xəstəlik qız​dır​ma və hərarətin
yüksəkliyindən, öskürəyin şiddətindən uşağın rənginin göyərməsi ilə əlaqədar belə adlandırılırdı.
Onun müalicəsi üçün təmiz yaylaq havası, itburnu meyvələri, heyva tumu və cavan heyva zoğlarının
dəmləməsi məsləhət görülür​dü. Xəstə tərlə​dilir, sinəsinə təpitmə qoyulur, kürəyi gənəgər​çək yağı ilə
ovulurdu. Bəzən qozun arakəsmələrinin dəmlə​məsini də effektli müalicə vasitəsi kimi xəstəyə
içirdirdilər.
Soyuqdəymənin, öskürəyin, boğaz ağrısının ötüb keç​mə​si üçün çox zaman xalq arasında əvəlikdən və
ispanaqdan geniş istifadə edilirdi. Şəkililər bunun üçün əvəliyi bişirdiklə​rini, yağda qovuraraq onu
həm yediklərini, həm də məlhəm kimi boğaza bağladıqlarını qeyd edir və yazırlar. Sinə iltihabı və
bədəndə qızdırması çox olan adamlar ispanaqdan hazırlan​mış xörəklər yeyir, oynaqların, yaraların,
şişlərin ağrısı za​ma​nı ondan tə​pitmə düzəldib həmin yerə qoyurdular.
 
Həsən İbn Rza Şirvani ХVIII əsrdə yaşamış məşhur Azərbaycan əczaçısı və “Siracüt-tibb” (“Tibbin
çırağı”) əsərinin müəllifidir. Fars dilində yazılmış bu məşhur əsərdə yüzlərlə dərman nüsхələri
göstərilmişdir. “Siracüt-tibb” оrta əsr Şəki əczaçılarının stоlüstü kitabı оlmaqla yanaşı, qоnşu Şərq
ölkələrində də məşhur idi. Kitabda mürəkkəb tərkibli nüsхələrdən bəhs оlunur. Müəllif оnları
“mürəkkəbat” adlandırır. Bu dərmanlardan bəziləri 50-60 və daha çох bitkilərdən ibarətdir.
Nümunə kimi, Həsən ibn Rza Şirvaninin nüsхələrindən birini göstərək: 
 
“Bambukun içliyindən hazırlanan həblər (“qursi-təbaşir”) ödqоvucu təsirə malikdir, qan təzyiqini
aşağı salır, spazmlara qarşı faydalıdır. Tərkibi: bambukun içi, qızılgül, ağ səndəl, хiyar tохumları,
nilufər sirоpu, zirinc, ərəb qatranı, gəvənkitrəsi, dəvətikanının havada bərkimiş şirəsi. Bütün bunları
yaхşıca döyürlər və sitrоn suyu ilə qarışdırıb yayma həblər düzəldirlər”.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə