Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə20/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   16   17   18   19   20   21   22   23   ...   89

 
Həsən İbn Rza Şirvaniyə məхsus bu əsərin əlyazma nüsхələri AMЕA-nın M.Füzuli adına Əlyazmalar
İnstitutunda və еləcə də İranın əlyazma хəzinələrində saхlanır.
 
Hacı Sülеyman ibn Salman Qacar İrəvani XVIII əsrdə yaşamış görkəmli Azərbaycan həkimi və
alimidir. O, оrta əsrlər zamanı Azərbaycanın məşhur mədəniyyət mərkəzi оlmuş İrəvan хanlığının
paytaхtı İrəvan şəhərində anadan оlmuşdur. Hacı Süleyman İrəvani Azərbaycanın siyasi və mədəni
tariхində mühüm rоl оynayan və İrəvan хanlığını idarə еdən Qacar türk nəslinin nümayəndəsi idi.
Оnun fars dilində yazdığı “Fəvaidül-hikmət” (“Hikmətin faydası”) əsəri nəinki Azərbaycanda, еləcə
də Оrta Asiyada və İranda böyük şöhrət qazanmışdı. Kitab iki hissədən ibarətdir. Birinci hissədə
dərman хassələrinin əlifba sırası ilə siyahısı vеrilib. İkinci hissə isə оrta əsr farmakоlоji
tеrminlərinin izahlı lüğətidir. Burada bitki, hеyvan və minеralların Azərbaycan, türk, ərəb, fars,
yunan, Çin, hind və başqa dillərdə adları vеrilmişdir.
Belə məlum olur ki, loğmanlar hələ orta əsrlərdə hamamdan məqsədəuyğun şəkildə istifadə etməyin,
duş və vanna qəbul etməyin faydaları barədə də kifayət qədər bilik sahibi olmuş və bunu öz
xəstələrinə aktiv şəkildə tətbiq etmişlər. Araşdırmalar göstərir ki, orta əsrlərdə suyunda kük​nar,
qızılgül, qaymaqçiçəyi, badam, sarımsaq, pambıq qozası, arpa və s. bu kimi bitki qaynadılmış olan
vannalardan, eləcə də efir yağı tərkibli və süd vannalarından da geniş istifadə olun​muş, onların hər
biri müxtəlif xəstəliklərin müalicəsi məq​sədilə tətbiq edilmişdir.
Lakin beləliklə müəyyənləşdirdik ki, xalq təbabətinin minilliklərin dərinliklərin​dən gələn
ənənələrinin inkişaf mərhələləri islamdan öncəki və sonrakı dövrlər olmaqla iki qismə bölünür və
onlar arasında qırılmaz varislik əlaqəsi faktlar əsasında təsbit edilir. İslamdan öncəki minilliklərin
məhsulu olan türkəçarəlik bütünlüklə ümumtürk ənənələri ilə bağlıdır və burada yad təsirlər özünü,
demək olar ki, göstərmir. Türkəçarəliyin birbaşa davamı və varisi olan loğmanlıq sənəti isə islamdan
sonrakı dövrü əhatə edir və müəyyən qədər Şərq ənənələrindən qidalanaraq daha da zənginləşir.
 
 
 
 
 


ÜÇÜNCÜ FƏSİL
 
ŞƏKİ XANLIQ DÖVRÜNDƏ
 
1747-ci ildə yaranmış Şəki xanlığı Azərbaycan xanlıqları içə​risində ən güclü feodal dövləti idi. Hacı
Çələbinin hakimiyyəti dövründə şəhərdə məscid, mədrəsə, hamamlar tikilir, abadlıq işləri görülür və
ən əsası vergi sistemində ciddi qayda-qanunlar müəyyən edilir. Hacı Çələbi xanlığın ərazisini xeyli
genişləndirir. Qonşu Qəbələ və Ərəş vilayətlərini, Qazax və Borçalı mahalını da xanlığın tərkibinə
qatır. O dövrdə xanlığın ərazisi Təbrizə qədər genişlənir. Xanlığın idarə olunması da, fikrimcə,
oxucular üçün maraqlı olardı. Belə ki, məmləkət vilayətlərə bölünmüşdü. Hər vilayət naib, darğa
ləqəbilə müxtəlif valilər tərəfindən idarə olunurdu. Naib və canişinlər xan tərəfindən təyin olunurdu.
Tarixi mənbələrdə Hacı Çələbi xan tərəfindən Sədrəddin əfəndinin Təbriz vilayətinə naib təyin
olunması haqqında məlumatlar var. Bu da Şəki xanlığının nə qədər geniş bir əraziyə malik olması
haqqında təsəvvürlər yaradır. Vilayət naibləri və darğaları paytaxt naibbaşısına və darğabaşısına tabe
idilər. Bu kimi vəzifələr isə xanın ən inandığı adamlardan təyin olunurdu.
İnzibati və mülki idarə cəhətdən kəndlər də xüsusi hissələrə ayrılırdı. Hər hissə bir bəyin ixtiyarına
verilirdi. Hissələr bəyin nüfuzundan asılı olaraq, 5-dən 20-yə qədər olan kəndlərdən ibarət olurdu.
Kəndlilərin hökumətə olan vergi, nizam və əsgərlik məsələləri həmin hakimin vasitəsilə həyata
keçirilirdi.
Xan öldükdə, məmləkət başqa xanın idarəsi altına keçdikdə, hökumət şəraiti dəyişdikdə əvvəlcə iş
başında duran hakimlərdən çox azı öz vəzifələrində qala bilirdi. Müəyyən kəndləri idarə edən bəy
öləndən və bəzən vəzifədən kənar edildikdən sonra həmin ixtiyar onun varisinə (oğluna, qardaşına)
verilmək üçün məmləkət hakiminin xüsusi əmri lazım idi. Kəndləri idarə edən bəy camaatın yalnız
inzibati və vergi işlərini deyil, məhkəmə işlərini də idarə edirdi. Bu kimi məsələlərdə camaat
arasında əvvəldən bəri mövcud olan adət və ənənələr də nəzərə alınırdı. Vilayətlərdə əhalinin
inzibati və mülki işlərini darğalar və şəriət işlərini qazılar idarə edirdi. Bir çox kəndlərin idarəsinə
hakim təyin olunan bəylərin yanında əmrlərini icra etmək üçün nazir, yüzbaşı və sair ləqəblə ayrı-ayrı
xüsusi məmurlar bulunurdu. Kəndləri idarə edən bəylər əhalidən torpaq məhsulatından və bəzən də
pul olaraq müəyyən miqdarda vergi alırdılar. Bu vergilərdən bir qismi və bəzən çox qismi məmləkət
xanının xəzinəsinə gedirdi. İdarəsinə kəndlər verilmiş bəy məmləkət hakiminə qarşı müəyyən
vəzifələr icrasıyla mükəlləf idi. Hökumət xəzinəsinə çatacaq ipək, taxıl, pul kimi vergi qisimlərini
toplayıb paytaxta göndərməkdən başqa, ən başlıca vəzifələrindən birisi də məmləkətin müdafiəsi
zamanında xanın tələbi ilə əli altında olan kəndlərdən müəyyən miqdarda atlı və piyada silahlı əsgər
toplayaraq xanın hüzurunda əmrə hazır bulunmalı idi. Bundan əlavə, azuqə və sairə işlərində də
iştirak etməli idi.
Məmləkətin yuxarı sinfi bəylərdən və hökumət xanədanından ibarət idi. Bunlar
məmləkətin aristokratiyası qismini təşkil edirdilər.
Yuxarı sinif üç qismə ayrılırdı: 
1) məmləkəti idarə edən xanədanın övladı və qohumları; 
2) əsil-kökdən bəy olanlar (əskidən bəri İran və osmanlı hökumətləri tərəfindən bəylik ləqəbi
alanlar); 
3) məmləkət hakimi tərəfindən məmuriyyət səbəbi ilə bəylik ləqəbi alanlar. 


Bu sonuncular bəzən bir neçə kəndin idarəsinə məmur edildikləri üçün bəy və məlik ləqəbi ilə də
adlanır və kəndlərin idarəsinə təyin edilirdilər. Bunlardan bəziləri heç bir kənd idarəsinə məmur
edilmədikləri halda, yalnız xanın əmrini yerinə yetirmək üçün qeyd edilən ləqəbləri alan saray
bəylərindən ibarət olurdu. Məmləkətin idarə işlərinə ancaq yuxarı sinifdən olanlar təyin edilirdi.
Qoşun komandanlığı və sərkərdəliyi də xana mənsub adamlara verilirdi. Yuxarı sinfə mənsub şəxslər
vəzifələrinin artıqlığı ilə və xanədanlarının əsilliyi ilə bir-birinə ehtiram etməyə məcbur idilər.
Yuxarı sinif hökumətə məxsus hər qisim vergilərdən azad idi. Məm​ləkətin bütün vergiləri və əsgərlik
vəzifələri yalnız rəiyyət, rəncbər və sair adlanan aşağı sinif​dən ibarət əhalinin öhdəsində idi.
Məmləkətin ümumi siyasi, ictimai, hərbi və iqtisadi işlərini idarə etmək üçün məmləkət hakimi xanın
yanında təcrübəli kişilərdən, ağsaqqallardan, ordu sərkərdələrindən, nüfuz sahibi adamlardan
mütəşəkkil bir şura heyəti mövcud idi. Xan şuranın qərarı və izni olmamış heç bir böyük işi özbaşına
icra etməzdi. Az əhəmiyyətli olan işləri xan özü qərara alıb, icrasına əmr verərdi.
Şəki xanlığında hökumətin ən gəlirli sahəsi ipək təsərrüfatından alınan vergilərdən ibarət idi. İpək
təsərrüfatı Şəki xanlığında hökumət mədaxilinin ən başlıca mənbələrindən biri idi. Hətta hökumətin
özü baramaqurdu bəslədir və ipək təsərrüfatıyla məşğul olurdu. İpək təsərrüfatıyla məşğul olan
əhalidən məhsulun beşdə biri miqdarında vergi alınırdı. Buna malcəhət  deyilirdi.
Xanın özünə məxsus xalisə deyilən torpaqlar və mülklər var idi. Burada rəiyyət adıyla kəndlilər
çalışırdılar. Rəiyyətlərin ən başlıca işi xanın baramalarını bəsləmək idi. Bunların hazırladıqları
ipəyin beşdə üç payı xanın xəzinəsinə alınırdı. Barama toxumu, bəsləmə yerləri, tut bağları da xanın
hesabına idi.
İpək vergisinin ən çoxu ipək alverçilərindən alınırdı. Bu kimi vergilər cürbəcür idi. Bunlar ipək bir
əldən başqa ələ satılarkən tərəzidə çəkildikdə mizan haqqı, məmləkətin bir yerindən başqa yerinə
aparıldığı zaman rəhdar haqqı, Kür, Araz, Qanıq kimi çaylardan keçirildikdə bərə haqqı və sairə kimi
alınan vergilər idi. İpək vergisindən başqa, hökumət vergisi olaraq bu kimi vergi qisimləri də var idi.
Əhalidən evbaşına ildə üç manat miqdarında tüstü pulu alınırdı. Xristian təbəələrdən: arvadlı
olanlar bir manat, subay olan və 15 yaşından yuxarı bulunanlar 55 qəpik miqdarında baş
xərci verirdilər. Qoyunçuluqla məşğul olanlardan payız və yaz vaxtı hər yüz qoyundan bir qoyun vergi
alınırdı. Qaramal saxlayanlar ildə 4 girvənkə miqdarında inək yağı verirdilər. Bostan və sairə kimi
göyərti məhsullarından da onda bir, taxıl əkinlərindən isə 4 pud yarıma qədər hökumət xəzinəsinə
verilirdi.
Kənd və rəiyyət sahibi bəylər bəzi vaxtlarda xanın tələb etdiyi miqdarda öz mədaxilləri hesabından
xəzinəyə istənildiyi miqdarda taxıl verməyə məcbur idilər. Tacir və sənətkarlardan sərmayələrinə
görə ildə yüzdə bir miqdarında maliyyat alınırdı. Dəyirmanı olanlardan ildə 16 manat, parça toxuyan
fabrikası olanlardan hər fəhlə  hesabına ildə dörd manata qədər, hər arı səbətindən ildə 32 qəpik, hər
qoyun başına ildə 16 qəpik, bağ və tütün məhsullarından hər xərvara 6 manat, çəltik
məhsulatından onda üç hissə, qaramalın hər başına 50 qəpikdən iki manata qədər vergilər alınırdı. 
Müharibə, ya başqa fövqəladə zamanlarda əhalidən xüsusi vergilər alınırdı.
Ailənin böyüyü, sahibi öldükdə onun övladı, qardaşı, qardaşı övladı və başqa
qohumları vərəsə hesab edilirdi. Ailə sahibindən qalan mal-dövlət onun övladı arasında bölünürdü,
vərəsəlik malından oğlana 8, qıza 4, anaya 1 hissə çatırdı.
Şəki xanlığı rus çarlığı məmləkətinə tamamilə ilhaq olunduğu zaman rus xəzinəsinə ildə 7.000 dənə
qızıl vergi verirdi.
Şəhərin özü bilavasitə xanın nəzarəti altında idi və Qalabəyi tərəfindən idarə olunurdu. Şəhər bir


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə