Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə28/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   24   25   26   27   28   29   30   31   ...   89

müalicə metodları maraqlı olar. Xalq təbabətində geniş istifadə edilən həmin müalicə üsullarından
bir neçəsini gözdən keçirək:
 
Bəl​ğəm, göyöskürək, vərəm xəstəliklərinə tutulan, ös​​​kü​rər​​kən ağzından qanlı bəlğəm gələn xəstələrə
15-20 gün hər axşam yatmamışdan və hər səhər yeməkdən əvvəl, yar​​pız, bənövşə və nar çiçəyini
dəmləyib, eşşək, yaxud dəvə südü ilə qarışdırıb bir fincan içmək məsləhətdir.
Bel, qol, qıç, əl, ayaq, böyrək, qaraciyər ağrılarından əziy​​yət çəkən xəstələrə gicitkən, yovşan, zey​tun,
söyüd yarpağı, yarpız, şüyüd və əməkömə​cini qay​na​dıb suyunda 10-15 gün, hər axşam yat​ma​mışdan
əvvəl van​na qəbul etmək məsləhətdir.
Tez-tez köpən, qarın nahiyəsində qaz yığılan xəstələrə 10-15 gün axşam-səhər (yuxudan əvvəl və
yuxudan durarkən) bir fincan bal şərbəti qəbul etmək məsləhətdir.
Və​rəmə, göyöskürəyə tutulanlara, ağzından qanlı bəl​ğəm gə​lən xəstələrə 20-25 gün sürüyə qatılmış
erkək toğlunun baş-aya​ğından hazırlanmış duzsuz xaş yemək (hər gün axşam-səhər) məsləhətdir.
Yaddaşı zəif, huşsuz, əsəbi adamlara həftəaşırı hər gün səhər, günorta, axşam yeməkdən əvvəl beçənin
başı, ayağı və qanadlarının suyundan – həlimindən (bulyonundan) bir piyalə içmək məsləhətdir. Bu,
gözün görmə qabiliyyətini də artırır.
Ürək döyüntüsündən, ağrısından əziyyət çəkənlərə ördəyin qaraciyərini suda həll bişirib, həlimi ilə
bərabər səhər, gü​nor​ta, axşam yeməkdən əvvəl bir fincan içmək məsləhət​dir.
İf​lic, mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə qum​​​​ru, kəklik, beçə, fərə, alabaxta, sərçə,
qırqovul, qara​to​yuq, gö​yərçin ətinin şorbasını həll bişirib, hər gün (20-25 gün) ye​məkdən əvvəl,
gündə üç dəfə bir piyalə həli​mini iç​mək məsləhətdir.
Bo​ğazı ağrıyan, soyuqdəymə nəticəsində səs telləri gər​gin​lə​​şən, yaddaşı, zehni, görmə qabiliyyəti
zəifləyən xəs​tə​lə​rə 10-15 gün (səhər, günorta, axşam) yeməkdən əvvəl üç ədəd sərçə və ya kəklik,
qaratoyuq, bildirçin, qırqovul yu​mur​tasını ilıq bişirib içmək məsləhətdir.
Qu​ru öskürəyə, göyöskürəyə, qanlı bəlğəmə, ağciyər, və​rəm, mədə-bağırsaq xorası xəstəliklərinə
tutulanlara qa​ra qo​yunun südü sağılan kimi 15-20 gün (səhər, gü​norta, axşam) yeməkdən əvvəl bir
fincan içmək məs​lə​hətdir. Bu qəbil müalicə xəstəliyin tez sağalmasına yaxşı kömək edir.
Qı​zılca, təngnəfəs (astma), göyöskürək, öd kisəsi ağrıla​rı, si​dik yolunda daşlaşma, kirəcləşmə, mədə-
bağırsaq xo​ra​ları xəs​təliklərinin ən yaxşı müalicəsi üçün 15-20 gün yeməkdən əvvəl (səhər, günorta,
axşam) bir fincan eşşək südü içmək məsləhətdir.
Məxmərək səpən xəstələrə süpürgə sünbülünün darısını ye​mək​​dən əvvəl gündə üç dəfə çeynəyib
tüpürmək məs​ləhət​dir.
Ast​ma (təngnəfəs) xəstəliyinə tutulanlara gündə üç dəfə ye​məkdən əvvəl yemişan çiyidini dəmləyib
içmək məs​lə​hət​dir.
İs​​hala, qarın ağrısına tutulan xəstələrə çoxlu xurma (xirnik) və ya onun şirəsini içmək məsləhətdir.
Mədə qıcqırmasından əziyyət çəkən xəstələr yeməkdən əvvəl gündə üç dəfə 150 qram bir il əvvəl
yığılmış fındıq və ya qoz ləpəsi yemək məsləhətdir.
İş​​ta​hası olmayan xəstələrə hər gün yeməkdən əvvəl üç də​fə qu​​zuqulağı şirəsindən üç çay qaşığı qəbul
etmək məs​lə​hət​dir.
Arı sancan yerə dəmir pası çəkdikdə ağrı azalır, şiş tez sa​ğa​lır.
Bö​yüyəndə dişlərin salamat qalması, tökülməməsi üçün uşaq dişini dəyişdikdən sonra hər gün
yeməkdən əvvəl uşa​ğın dişlərini soğan və ya sarımsaqla sürtmək məsləhətdir.
Sə​təlcəm olan adamı müalicə etmək üçün sarımsağı keçi piyi ilə qaynadıb, bədəni möh​kəm


ovxalamaq məsləhətdir.
Göy​öskürəyə, qanlı bəlğəmə tutulan xəstələrə sarı çiçəyi dəm​ləyib içmək məslə​hətdir.
Qan təzyiqi yuxarı olan xəstələrə qaymaqçiçəyi dəmlə​məsi içmək məsləhətdir.
İşta​hasızlıqdan, bərk soyuqdəymədən (qançırdan) əziy​yət çə​kən xəstələrə bir həftə hər gün yeməkdən
əvvəl, üç dəfə bir fincan (stəkan) zoğal əzintisinin şirəsini içmək məsləhət​dir.
Qanı az olan xəstələrə çuğunduru döyüb, şə​kər tozu ilə qarışdırıb, şirəsini üç gün ağzı bağlı qabda
saxladıqdan sonra, hər gün yeməkdən əvvəl üç dəfə bir fincan (bir ay müddətinə) içmək məsləhətdir.
Bədəni, ayağı, qoltuq altı iy verən adamlara bir ay həf​tədə iki dəfə biyanı qaynadıb suyunda çimmək
məsləhətdir.
Baş ağrısından əziyyət çəkən xəstələrə hər üç gündən bir qay​nadılmış yarpız suyu ilə bir ay
müddətində başı yumaq məs​ləhətdir.
Qan təzyiqi yuxarı olan adamlara yaz aylarında ilanotu (yolpencəri) sıxmasını tünd sarımsaqlı qatıqla
yemək, yay, payız, qış aylarında isə onun qurudulmuşunu qaynadıb yenə də həlimi qarışıq tünd
sarımsaqlı qatıqla içmək məsləhətdir.
Yel xəstəliyindən əziyyət çəkənlərə bir ay həftədə bir dəfə doy-dabanı (xortum) yarpağı və ya asırqalı
dərib bir neçə saat açıq havada saxlayıb soldurduqdan sonra ağrıyan bədən üzvlə​rinin yerini
sarımaqla, xəstənin altına, üstünə də həmin yarpağı döşəmək məsləhətdir. Bu üsulu xəstə tərləyincə
et​mək lazımdır.
Gö​​zü ağrıyan adamlara obaşdan moruq və ya kələm yar​pa​ğı​​nın üzərindəki şeh damlalarını təmiz qaba
yığıb 20-21 gün sə​hər tezdən və axşam yatmazdan qabaq hər dəfə üç-dörd damcı gözə tökmək
məsləhətdir.
Yel xəstəliyindən əziyyət çəkənlərə təzə açılmış aka​siya çiçəyini dərib şüşə bankada ağ neft
içərisində 10 gün qaranlıq və sərin yerdə saxladıqdan sonra hər gün üç dəfə yel tutan nahiyəni sürtüb
sığallamaq məsləhətdir.
Əlində ziyil olan adama həmin yeri körpə küçüyə ya​lat​maq məsləhətdir.
İnsan bədəninin üzvlərində əmələ gələn şiş fırların tez yetişməsi, deşilməsi üçün içində pendir
mayası olan qur​​sağı həmin şişin üzərinə yaxmaq məsləhətdir.
Gözə çıxan itdirsəyini sağaltmaq üçün bir parça qən​di bir həftə, hər gün üç dəfə itdirsəyinin üstünə
sürtmək məs​ləhətdir.
Qulaq ağrısından əziyyət çəkənlərə ağ soğanın suyu​nu sıxıb qulağa tökməsi məsləhətdir.
Saçın tökülməməsi üçün qırmızı soğanın qabığını qay​nadıb suyunda günaşırı baş yumaq məsləhətdir.
İshal xəstəliyindən əziyyət çəkən xəstələrə şirin nar qa​bı​​ğının qurusunu narın əzib, bişmiş yumurtanın
üzərinə səpib yemək məsləhətdir.
Oraq, kərənti, qılınc, xəncər, bıçaq kəsiyini tez sa​ğalt​​maq üçün acıtərəni (vəzərini) qurudub, narın
əzib ya​ra​nın üs​tü​nə səpmək məsləhətdir.
Başda olan bit, sirkə, sinəyi tökmək üçün çuğun​du​run yarpağını qaynadıb günaşırı onunla başı yumaq
məs​lə​hət​dir.
Daxili hilləti və həmçinin bütün qurd növlərini həm in​san, həm də heyvanlardan tökmək üçün bir
həftə, hər səhər acqarına su tərəsi (buna camış tərəsi deyilir) və bir fincan təzə mayalanmış pendir
suyu içmək məsləhətdir. Bu qəbil müalicə qızıl qurdu, yastı qurdu, qılçıq qurdu, qılbaş qurdu tökür.
İshal, qarın ağrısına tutulan xəstələrə nar qabığı qu​ru​​sunun unundan bir çay qaşığı dəmləyib içmək
məs​lə​hət​​dir.
İshal, qarın ağrısına tutulan xəstələrə bir həftə, gündə ye​mək​dən əvvəl üç dəfə titrəbabı (çobanyastığı,


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə