Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə26/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   22   23   24   25   26   27   28   29   ...   89

Beləliklə, Cənubi Qafqazda ilk dəfə olaraq rus qoşunu tutduğu mövqeni tərk etməyə məcbur edilir. Bu
hadisə barədə Parfyonovun 
24 iyun
 tarixli raportunda məlumat verdiyini nəzərə alsaq, onun 
23
iyun
 tarixində həbs edildiyini, rus qoşunlarının isə 1 gün sonra – 
24 iyun
 tarixində Şəki xanlığı
ərazisini tərk etdiyini güman etmək olar. Sonralar Rus hərb tarixçiləri bu hadisəni Cənubi Qafqazda
qalibiyyətlə hərəkət edən rus ordusu üçün biabırçılıq kimi qiymətləndirmişdi.
Oktyabrın sonunda rus general-mayoru 
Pyotr Nebolsin
 böyük bir qoşunla Şəki xanlığının ərazisinə
daxil oldu. Qoşunun şəxsi heyəti 26 zabitdən və aşağı rütbəli 886 nəfərdən ibarət idi və onların
istifadələrində 5 top vardı. Bundan başqa, mayor Prosvirkin Sevastopol alayından 235 nəfərlə və 2
topla Mingəçevir keçidində, həmçinin Tiflis alayının mayoru Tokarev qarnizondan 875 nəfərlə
Yelizavetpolda dəstək üçün hazır vəziyyətdə durmuşdular. General Nebolsin Arvatan deyilən yerə
çatanda ona məlumat verilir ki, Nuxa şəhərinin bütün əhalisi dağlara çıxarılıb. Səlim xan özü isə
müqavimət göstərmək fikrindədir və başına 1000-ə qədər silahlı yığıb. Səlim xanın süvariləri
Arvatanda rus hərbi düşərgəsinə lap yaxınlaşırlar, lakin hücum etməyə cəsarət etmirlər. Arvatandan
Nuxaya doğru hərəkətə keçən general Nebolsin 
Əyriçay
 üstündəki körpüdə və Qışlaq kəndində
şəkililərin ciddi müqaviməti ilə üzləşir. Ən şiddətli döyüş noyabrın 3-də Nuxanın 2 verstliyində baş
verir. 8 min nəfər şəkili, hansı ki onların içində 
ləzgilər
 də vardı, dörd bir tərəfdən ruslara hücum
edir. Döyüş səhər saat 8-dən axşam saat 7-yə qədər davam edir. Ruslar gecəni Nuxanın 1 verstliyində
keçirirlər və səhər – 
4 noyabr
 tarixində döyüşü davam etdirib Nuxanı tuturlar. Səlim xan dağa qaçır.
Şəhər ruslar tərəfindən tutularkən burada əvvəl onların özlərindən başqa kimsə gözə dəymirdi.
Dağlara qalxmış əhalinin Səlim xan tərəfindən daha da uzaqlara deportasiya edilməsinin qarşısının
vaxtında alınması və dağlardakı adamların öz evlərinə qaytarılması üçün general Nebolsin mayor
Solovyovun başçılığı altında 300 nəfərlik bir dəstəni 2 topla tez-tələsik dağlara göndərdi. Adamlar
tezliklə dağlardan düşüb öz evlərinə qayıtdılar, şəhərdə və ətraf kəndlərdə həyat öz əvvəlki axarında
davam etməyə başladı. Səlim xanın yaxınları isə şayiə buraxmışdılar ki, guya o, bəzi bəylərlə
birlikdə 
Araz
ın o biri tayına – 
Ərdəbil
ə qaçıb, amma ruslar öyrənirlər ki, Səlim
xan 
Göynük
 kəndindədir. Ona imkan verirlər ki, ailəsi və yaxınları ilə birlikdə 
Kəldək
 kəndinə
köçsün. Səlim xan noyabrın 11-də general Nebolsinin yanına məktubla bir adam göndərib xahiş edir
ki, həmin adamı məktubla birlikdə Tiflisə yola salsın. Onun xahişi yerinə yetirilir. Lakin əvəzində
Cənubi Qafqazdakı rus qoşunlarının Tiflisdə oturan baş komandanı Qraf 
Qudoviç
 Nebolsindən tələb
edir ki, Səlim xanı ya tutsun, ya da tuta bilmirsə, Kəldəkdən qovsun və onun Şəki xanlığı ərazisində
yaşamasına imkan verməsin. Qraf Qudoviçin bu sərəncamından sonra Səlim xan Şəkidə çox qala
bilmir və İrana gedir. General Nebolsin Şəki xanlığının idarəsini müvəqqəti olaraq Fətəli xan və
Məmməd ağaya tapşırmışdı. Əhali bu seçimdən razı idi, lakin bir çoxları Səlim xanın qayıdacağından
ehtiyat edirdilər və həmin səbəbdən də xan üsuli-idarəsinin tamamilə ləğv edilməsini istəyirdilər.
Ona görə ruslar Səlim xanı bütün imtiyazlarından, o cümlədən general-leytenant rütbəsindən də
məhrum etdilər ki, camaat onun bir daha xan olmayacağına əmin olsun. Səlim xan isə İrana getdi. Qraf
Qudoviç Şəkiyə kimi xan təyin etmək barədə bir aydan çox fikirləşdi və nəhayət, dekabr ayında
keçmiş Xoy xanı 
Cəfərqulu xana
 – hansı ki Tiflisdə elə öz yanında idi – Şəki xanı olmağı təklif etdi.
Cəfərqulu xan Qraf Qudoviçin təklifini məmnuniyyətlə qəbul etdi və Şəki xanı təyin edildi.
Xanlığın ərazisi Çar Rusiyası tərəfindən zəbt olundu. İmperiyanın əlaltısı olan xoylu Cəfərqulu xan
Şəkiyə xan təyin olundu. Səlim xan bundan sonra Vətənindən didərgin düşərək uzun müd​dət Qacar​lar
dövlətinin və Osmanlı imperiyasının köməyi ilə hakimiyyətini bərpa etmə​yə cəhd göstərdi. Səlim xan
hakimiyyətini geri qaytarmaq üçün bir neçə dəfə İrandan silahlı dəstə ilə Şəkiyə yürüş etmiş, lakin bu


cəhdləri uğursuz olmuşdu. O, 
1818
-ci ildə İranda Ərdəbilin 
Meşgin
 mahalında yaşayırdı. Azərbaycan
dramaturgiyasının banisi hesab edilən 
Mirzə Fətəli Axundov
 öz “Tərcümeyi-hal”ında göstərir ki, 6
yaşında anası ilə birlikdə himayəsinə sığındıqları və təlim-tərbiyə aldığı şəxs – anasının əmisi Axund
Hacı Ələsgər Meşgin mahalında sabiq Şəki xanı Səlim xanın xidmətində imiş. Türkiyə Cümhuriyyəti
Başbakanlıq Osmanlı Arxivində qorunub saxlanılan “Hatt-i-Hümayun”da mövcud bəzi məktublar
olduqca maraq​lıdır. Məsələn, 1818-ci ilə aid olan və Bağdad valisi Davud paşa tərəfindən Osmanlı
sarayına göndərilmiş bir məktubda Şəki və Şirvan hakimi Səlim xanın 1813-cü ildə ölkəsinin ruslar
tərəfindən işğa​lın​dan sonra İran şahzadəsi Abbas Mirzənin ya​nına gəlib burada yerləşməsi, bundan
sonra tabe​çiliyində olan yüz nəfərlə Bağ​da​da səfər etməsi, burada Osmanlı valisi Davud paşa ilə gö​-
rüşməsi və əgər Osmanlı impe​ri​ya​sın​dan yardım olarsa, Şəki xanlı​ğında haki​miyyətini bərpa etmək
iqtidarında olması ba​rə​də məlumat verilir. Məktubda qeyd olunur: 
“Şəki və Şirvan hakimi, nəca​bət​li Səlim xan Bağdada gəlib qullarınızla görüşdü. Ertəsi günkü
yığıncağın müza​ki​rə​​si zamanı sual-cavab etməklə bu görüşün məqsəd və məramları haqqında xəbər
al​​dıq. Şəki, Şir​van və Dağıstanda başdan-ayağa dağlıq ərazilərə yayılan əs​gər​​ləri öz tərəfinə cəlb
edərək, az bir müddətdə bu qüvvələrin köməyi ilə həm xan​lı​ğı, həm də göstə​ri​lən əyalətləri xarici və
daxili işğaldan qurtarmaq və öz hakimiy​​yəti al​tına almaq, həm də vaxt qazanaraq Dağıstan ilə
birlikdə adı çəkilən mahalları ka​firlərin işğalın​dan tamamilə qurtarmaq ümidi ilə xüsusi məktubu
acizanə şəkildə ərz və niyaz olunmaqla göndəririk”.
Lakin onu da qeyd etmək lazımdır ki, bəhs etdiyimiz məktubda Osmanlı imperiyasının Rusiya ilə sülh
münasibətlərində olduğu və Səlim xanın kömək istə​yi​nin bu münasibətləri poza biləcəyi də vurğulanır
və qeyd olunur ki:
“Lakin Osmanlı dövləti ilə Rusiya arasında dinc əlaqələrin qurulduğu bir zamanda öz vəziy​yətini
çətinə salaraq bu münasibətləri gərginləşdirməyin imkan xaricində oldu​ğunu bilirik”.
 
Yeri gəlmişkən, Səlim xan bundan sonra Osmanlı sultanı ilə şəxsən görüş​mək üçün Bağdaddan
İstanbula yola düşmüşdü. Bunu onun yolüstü Ərzurumdan Osmanlı sultanına 1819-cu il iyunun 1-də
göndərdiyi mək​tu​bu da sübut edir. Səlim xan həmin məktubunda yazırdı: 
“Bağdaddan sonra Ərzu​ruma daxil olub öz xidməti borcumu yerinə yetirirəm və Ali Yüksək dövlət
xadi​minə daim dua etməkdəyəm. Sizin əzəmətli şövkətinizə və əmrinizə əsasən yüksək vəzifəli
qardaşınız və Bağdadın əmiri olan Davud paşa özünün yüksək vəzifə​li şəxsləri ilə birlikdə məni yola
saldılar. Şaban ayının ikisində Ərzuruma gəlib çıxmışam. Sizin nəzərinizə çatdırılacaq məsələləri
yazılı surətdə çatdırmaq mümkün olmadığına görə onları şifahi surətdə şəxsən Sizin nəzərinizə
çatdırmağı özümə borc bilirəm. Elə buna görə də məni qəbul etmənizi rica edirəm. Atalar məsəli var,
deyirlər: Turandan İrana, İrandan Turana. Sizi şəxsən ziyarət etmək mənə xoş olar. Ümid edirəm ki,
mənim xahişimi qəbul edəcək və məni yüksəklərə qaldıra​caq​sı​nız.
Şəki, Şirvan və Dağıstanın keçmiş valisi Səlim xan”
 
Şəki xanlığının Osmanlı imperiyası ilə əlaqələrini araşdırmaq üçün Başba​kan​lıq Osmanlı Arxiv
sənədləri içərisində mərhum Qarabağ xanı İbrahim xanın qı​zı – Şəki xanı Səlim xanın həyat yoldaşı
Tuti bəyimin Osmanlı sultanına 1813 -cü il iyulun 5-də ərəbcə ünvanladığı məktubu da olduqca
qiymət​li​dir. Belə ki, həmin mək​tubunda özünü “Qarabağın şəhid xanı İbrahim xanın qızı Tuti bəyim”
kimi təq​dim edən və Cənubi Qafqazdakı vəziyyəti təsvir edərək, rus​lar​la mübarizə apara​raq, Şəkini
geri qaytardıqları, işğalçıların zəifləməsindən istifadə edərək Dağısta​nın müsəlman əhalisi ilə ittifaq


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə