Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə25/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   21   22   23   24   25   26   27   28   ...   89

Şirvana göndərir. Və Səlim xanı da saxlar. Bu fikirdə olar ki, öz bəylərindən birini Şəkiyə naib 15
göndərə. Şəki əhli böyük-kiçik yığılıb, mənim atam Fətəli xanın üstünə cəm olub, andlar içib, bərk
ittifaq edib, tarixi-islamiyyə min iki yüz on doqquzda olanda xan edərlər. İki-üç ay xanlıq elər. Və
Mustafa xan görər ki, elədiyi əmələ gətirə bilməz və Fətəli xanın yanına adam göndərər və dostluq
elər ki, oğlun da göndərsin və bir neçə vaxt yanımda qalsın.
Mən də kiçik idim. Atam məni Şirvana göndərdi. Mən gedən vaxt Səlim xanı Mustafa xan Ağdaş
mahalına göndərdi. Ağdaşda bir neçə gün qalandan sonra Şəki bəylərindən iki-üç adam Səlim xana
dil verər. Səlim xan da xəbərsiz bir gecə atlanıb gələr. Fətəli xan xəbərsiz, and içibdirlər, nə bilsin ki,
bir neçə bəy xəyanət elərmiş. Səlim xana dil verən bəyin birinə qalanın qapısını tapşırır. Qapıda
duran bəy Səlim xan gələn kimi qapını açıb qalaya salır. Yuxarıda yazılan tarixdə Səlim xan genə
Şəkidə xan olur. Bir il yarım xanlıq elər. Və vaxt ki, Qarabağlı İbrahim xan dönüb, Rusiya qoşunu
onun ilə dava eləyib, İbrahim xan öləndə Səlim xanın bacısı da orada ölür. Səlim xan bu işdən
küdurət eləyib, yaxındakı Rusiya qoşunundan bir neçə adam öldürür. Səlim xanın bu xəyanətindən öz
yanında olan sərdar valatəbar qəzəbnak olub. Nebolsin yanaral bir para Rusiya qoşunu ilə Səlim
xanın üstünə göndərir. Səlim xan bir az dava eləyib, bacarmaz, çıxıb Qızılbaş tərəfinə qaçar.
Nebolsin yanaral bu vilayətin ixtiyarın genə Fətəli xana verir. Amma xoylu Cəfərqulu xan Şəki
vilayətin padşahi-aləm pənahdan istəyib, padşah da ona veribdirmiş. Sonra tarixi-islamiyyə min iki
yüz iyirmi birdə olanda Cəfərqulu xan padşahın əmri ilə Şəki vilayətində xan oldu. Mən də Cəfərqulu
xan əyyamı Şəkiyə gəldim”.
Maraqlı budur ki, Knyaz Sisianov Səlim xana yazdığı 28 yanvar 1805-ci il tarixli məktubunda
Mustafa xanın Nuxaya öz naiblərini göndərməsi, 
Şəki xanlığın
ı Səlim xana vermək istəməməsi, Fətəli
xanın Nuxada xan olması barədə yayılan şayiələrdən təəssüfləndiyini və bu şayiələrin doğru
olmaması üçün dua etdiyini, növbəti – 25 fevral 1805-ci il tarixli məktubunda isə Səlim xanın
yenidən Nuxada xan olmasına görə sevindiyini və bu münasibətlə onu təbrik etdiyini bildirmişdir. Bu
məktublardan general Sisianovun Səlim xana müsbət münasibət göstərdiyi aydın olur. Bəlkə də belə
bir münasibət Səlim xanın anasının gürcü qızı, məşhur Borodin döyüşünün qəhrəmanı Baqrationun
bacısı olması ilə əlaqədar idi. Necə ki Səlim xanın Şəkidə xan olması ruslar tərəfindən sevinclə
qarşılanmışdı, eləcə də bundan sonra ruslar Səlim xanın hakimiyyətdə qalması üçün ona dəstək
nümayiş etdirdilər. Məsələn, Səlim xanın Şəkidə ikinci dəfə xan olmasından az sonra Şamaxı xanı
Mustafa xan Şəkiyə hücum edəndə Səlim xan rusların hərbi yardımından istifadə etmişdi. Başqa
sözlə, Knyaz Sisianov Səlim xana yazdığı 19 mart 1805-ci il tarixli məktubunda Səlim xanın
sərəncamına 
Yelizavetpoldakı
 rus ordusundan 2 topla 300 nəfərin göndərilməsi barədə göstəriş
verdiyini, növbəti – 3 aprel tarixli məktubunda isə həmin hərbi yardımın nəticəsi olaraq, Mustafa
xanın Şəki torpağında məğlubiyyətə uğramasını qeyd etmişdir. 
26 may
 
1805
-ci il tarixdə Knyaz
Sisianovun 
Kürəkçay
 çayı sahilində qurduğu düşərgədə Qarabağ xanı 
İbrahim xan
 
Qarabağ
xanlığın
ın 
Rusiya imperiyası
 tərkibinə keçməsi barədə 
Kürəkçay traktatına
 imza atdı. İbrahim xan
Səlim xanın həm qayınatası, həm də bacısının əri idi. O da yaxın qohumu İbrahim xandan sonra Knyaz
Sisianovun düşərgəsinə getdi və 
2 iyun
 
1805
-ci il tarixdə 2-ci Kürəkçay traktatını – Şəki xanlığının
Rusiya imperiyası tərkibinə keçməsi barədə sənədi imzaladı. Həmin müqavilənin şərtlərinə görə,
Səlim xan öhdəlik götürür ki, hər il çar xəzinəsinə 7 min çervon ödəyəcək, xanlığın ərazisində 500
rus əsgərinin yerləşdirilməsinə icazə verəcək, əsgərləri və onların atlarını ərzaq məhsulları ilə təmin
edəcək. Rus ordusunun Şəki xanlığının ərazisində yerləşmiş hissəsinin təchizatı məhz xanlığın
hesabına olacaq. Eyni zamanda, Səlim xan öz oğlunu əmanət kimi daimi yaşamaq üçün Tiflisə


göndərməli idi. Bu hadisədən sonra xan tamamilə rus qarnizonunun rəisindən asılı idi və heç bir
xarici diplomatik görüşlər keçirə bilməzdi. İbrahim xan və Səlim xan Knyaz Sisianovun düşərgəsinə
hər biri 600 atlı ilə gəlmişdi və onların orada qaldıqları hər gün üçün 100 qızıl 
çervon
 pul
xərclənilmişdi. Bundan başqa, ruslar İbrahim xana və Səlim xana əlavə olaraq pul və qiymətli
hədiyyələr də təqdim etmişdilər. Tezliklə –  
22 iyun
 
1805
-ci ildə isə rus çarı 
I Aleksandr
 Səlim xanın
adına fərman verib, Kürəkçay traktatını təsdiqlədi və Səlim xana general-leytenant rütbəsi verdi.
Bundan başqa, Çar Aleksandr, Şəki xanlığının Rusiya imperiyasının tərkibinə keçməsinin rəmzi
olaraq Səlim xana Rusiyanın gerbli bayrağı ilə bir qılınc da göndərdi.
Knyaz Sisianov Şamaxı xanlığını Rusiya imperiyasının tərkibinə qatdıqdan sonra yürüşünü 
Bakı
xanlığı
 istiqamətində davam etdirir, lakin 
20 fevral
 
1806
-cı ildə Bakı xanı ilə danışıqlar zamanı
öldürüldü. Bundan sonra Rusiya qoşunlarının 
Gürcüstandak
ı baş komandanı vəzifəsinə
Qraf 
Qudofiç
 təyin olunur. Bu arada – iyun ayının 12-də Şahzadə 
Abbas Mirzənin
 başçılığı altında 20
minlik İran ordusu 
Şuşa qalasına
 yaxınlaşmışdı. Qaladakı rus qoşununun komandanlığı İbrahim
xanın 
İrana
 meyl etməsindən şübhələnib, onu bəzi ailə üzvləri və qulluqçuları ilə birlikdə gülləbaran
etdilər. O cümlədən, İbrahim xanın arvadlarından biri – Səlim xanın bacısı da həmin qətliamda
dünyasını dəyişdi. Bu zaman Şəki xanlığı ərazisində – Səlim xanın iqamətgahı olan 
Nuxa
qalasından
 20 verst (təxm. 21 km.) kənardakı hərbi düşərgədə rusların 17-ci 
yeqer
 (ovçular) alayının
mayoru Parfyonovun başçılıq etdiyi bir dəstə vardı. Dəstə Tiflis müşketyor alayından olan 285
nəfərdən ibarət idi və onların da istifadəsində 2 top vardı. Rus hərb tarixçisi N.F.Dubrovinin
yazdığına görə:
“Səlim xan İbrahim xanın öldürülməsindən xəbərdar olan kimi mayor Parfyonovun yanına adam
göndərib təcili öz yanına gəlməsini istəyir. Səlim xanın göndərdiyi adam Parfyonova deyir ki, xan
onunla təcili görüşmək istəyir, guya iranlıların onun xanlığına yaxınlaşması barədə ciddi bir məlumat
alıb və niyyəti də budur ki, rus dəstəsi ilə öz qoşununu birləşdirib sərhədə doğru – düşməni
qarşılamağa getsin. Parfyonov Səlim xanın dəvətini qəbul edir, bir adyutant və 15 nəfər
mühafizəçi 
kazak
 ilə birlikdə səhər tezdən düşərgəni tərk edir. 
Nuxaya
 7 
verst
 qalanda Səlim xanın 3
min nəfərlik hərbi düşərgəsi ilə qarşılaşır. Qarşılaşdığı bu mənzərə onu iranlıların yaxınlaşması
barədə şayiənin doğru olmasına daha da inandırır və heç nədən şübhələnmədən Səlim xanın hərbi
düşərgəsinə gedir. Onu burada xanın məmurlarından biri qarşılayır, onunla müxtəlif məsələlər barədə
4 saat söhbət etdikdən sonra adyutantı ilə birlikdə öz çadırına dəvət edir, özü isə onların gəlişi
barədə xana məlumat vermək adıyla çıxıb gedir. Bir saatdan sonra 100 nəfər silahlı şəkili onun
mühafizəçi kazaklarına qəfildən hücum edir, bəzisini qılıncdan keçirirlər və bəzisini isə tərk-silah
edirlər. Şəkililər kazakların paltarlarını cırırlar, onları bir alt paltarında saxlayıb əllərini arxadan
bağlayırlar və atlarını da götürürlər. Eyni vaxtda 6 nəfər əlində sıyrılmış xəncərlə Parfyonovun
olduğu çadıra soxulur, onu da yerə yıxıb ağzını bağlayırlar, bütün qiymətli əşyalarını və pullarını
götürürlər, əllərini arxadan bağlayıb, belə bir vəziyyətdə, piyada, qova-qova və güclü mühafizə
altında Nuxa qalasına aparırlar. Lakin bir neçə saat Nuxa qalasında zindanda saxladıqdan sonra
yenidən həmin yerə – Səlim xanın düşərgəsinə gətirirlər və burada axşam ona bildirirlər ki, onları
azad edirlər, bu şərtlə ki, başçılıq etdiyi dəstəni Şəki xanlığı ərazisindən çıxartsın. Parfyonov gecə
vaxtı öz düşərgəsinə qayıdır, orada ona məlumat verirlər ki, gündüz Şəki qoşunları düşərgəyə
yaxınlaşıbmış və düşərgədən atəş açılmasına baxmayaraq, şəkililər rusların düşərgə ətrafında otlayan
atlarını qovub dağıdıblarmış. Səhər rus hərbi düşərgəsi Şəki qoşunu tərəfindən mühasirəyə alınır və
ruslardan tələb olunur ki, onlar həmin saat Şəki xanlığı ərazisini tərk etsinlər”.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə