Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə24/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   20   21   22   23   24   25   26   27   ...   89

Məhəmmədhəsən xana belə bir məktub yazır:
Əmin ol, mənim bir əmrim kifayətdir ki, Nuxa xanlığı da Gəncə xanlığı kimi mövcudiyyətinə son
qoysun!”
Rusların Cənubi Qafqazda hegemonluğu gündən-günə artmağa başladı. Onlar 
1804
-cü ilin
əvvəlində 
Gəncə xanlığın
ı işğal etdikdən sonra isə 
Şəki xanlığı
 qərbdən daha çox rus hakimiyyəti
altında olan ərazilərlə əhatə olundu. Belə bir şəraitdə Səlim xan Şəkidə bir daha hakimiyyətə gəlmək
üçün rusların dəstəyindən istifadə etmək istəyirdi. O bu məqsədlə Rusiya qoşunlarının Gürcüstandakı
baş komandanı knyaz 
Sisianova
 məktublar yazdı. İlk məktubu imzasız olduğu üçün knyaz Sisianov onu
cavablandırmağı özünə yaraşdırmayıb, bu işi – yəni cavab yazmağı polkovnik 
Karyaginin
 öhdəsinə
buraxdı. Sonuncu isə Səlim xan üçün “imzasız məktuba Rusiyada heç kimin hörmət etmədiyini”
vurğulamaqla, həm də ona məsləhət görmüşdü ki, “əgər nəyəsə nail olmaq istəyirsə, yaxşı olar
ki, 
Tiflis
ə gəlsin”. Lakin Səlim xan Tiflisə getmədi, əvəzində dəstək üçün Şamaxı xanı Mustafa xana
müraciət etdi. Mustafa xan isə Səlim xanın təklifindən öz məqsədi üçün istifadə etmək istəyirdi.
Polkovnik Karyagin tərəfindən 1805-ci ilin əvvəllərində tərtib edilmiş raportdan:
 
“Mustafa xan, guya Səlim xanın sifarişini yerinə yetirirmiş kimi Şirvan ordusu ilə Şəki xanlığının
sərhədlərinə doğru hərəkət edib. Məhəmmədhəsən xan da Şəki ordusunu götürüb vuruşmaq əzmiylə
əvvəl 
Mustafa xan
ın qarşısına – vuruşmağa gedib, lakin sonda vuruşmaq fikrindən vaz keçib,
ordusunu buraxıb və özünü təkcənə Mustafa xana təslim edib. Mustafa xan Məhəmmədhəsən xanı əsir
kimi Şamaxıya göndərib, Səlim xana isə deyib ki, ona inanmır, bu şərtlə onu Şəkidə xan edə bilər ki,
oğlunu və qızını əvvəlcə “əmanət” kimi ona versin. Səlim xan o saat Mustafa xanın tələbini yerinə
yetirib. Amma Mustafa xan ürəyində Şəki xanlığını özü ələ keçirmək istəyirmiş və buna görə də öz
naiblərini gizlincə Nuxa şəhərinə göndəribmiş ki, şəhəri idarə etsinlər və Məhəmmədhəsən xanın
adından onun bütün xəzinəsini tələb etsinlər. Səlim xan isə bunu və özünün aldadıldığını bilən kimi
naiblərin göndərilməsi barədə 
Nuxadak
ı kor qardaşı 
Fətəli ağaya
 xəbər ötürə bilib. Nuxa adamları
ayağa qalxıb Mustafa xanın naiblərini qovublar və Fətəli ağanı müvəqqəti xan seçiblər. Mustafa xan
nuxalıların seçimi ilə razılaşmağa məcbur olub və yeni Şəki xanı seçilmiş 
Fətəli xana
 məktub yazıb
oğlunu “əmanət” kimi 
Şamaxıya
 göndərəcəyi təqdirdə onu Şəki xanı kimi tanıyacağını bildirib. Fətəli
xan həmin saat oğlunu Mustafa xanın yanına yollayıb. Bundan sonra Mustafa xan Səlim xana onu
Şəkidə xan edəcəyi barədə verdiyi vədindən imtina edib və bildirib ki, əvəzində ona 
Şirvanda
 yaxşı
bir mahal verə bilər. Səlim xan əvvəlcə bu təkliflə razılaşıb, lakin Mustafa xanın yanından ayrılan
kimi birbaşa Nuxaya gedib və hamı tərəfindən, o cümlədən qardaşı Fətəli xan tərəfindən Şəki xanı
kimi qəbul olunub”.
 
Fətəli xanın oğlu 
Kərim ağa Şəkixanovun
 yazdığına görə, onun atası iki-üç ay xanlıq etmiş, Səlim xan
isə Nuxaya heç də təntənəli şəkildə yox, əslində gizlincə gəlmiş və gecə vaxtı 
Nuxa qalasın
ı qoruyan
bəylərin Fətəli xana xəyanəti nəticəsində qalaya xəlvəti daxil olmuşdu.
 
“Məhəmmədhəsən xan bir-iki il xanlıq edəndən sonra, mənim atam Fətəli xan Məhəmmədhəsən xanın
qardaşıdır, onun anası Ərəş sultanının qızıdır. Ərəş sultanı Məlik Əlinin oğlanları o vaxtda Ərəşdə
böyük və sikkəli və güclü bəylərmiş ki, Fətəli xanın anasının qardaşlarıdır; Məhəmmədhəsən xan,
Fətəli xanın qohumları böyük və çox olmaq və özü də Hüseyn xanın istəgi (istəkli) oğlu olmaq
səbəbindən ehtiyat elər ki, bəlkə xarab eləyə, tutub Fətəli xanın gözlərin çıxarıb, özü də evində dustaq


elər. Bir neçə ildən sonra Səlim xan (Hüseyn xanın kiçik oğludur), Məhəmmədhəsən xan buna rütbə
verməz, birütbə saxlar. Bəlkə xarab eləmək qəsdində olur. Səlim xan Məhəmmədhəsən xanın
yamanlıq qəsdindən qorxub bir para Şəki vilayətinin bəylərindən özünə yoldaş eləyib, tarixi-
islamiyyə min yüz doxsan doqquzda olanda Şəkidən qaçıb, Car vilayətinə gedər. Haman o ildə İran
şahı Ağa Məhəmməd şah qoşun ilə Qarabağ vilayətinin üstünə gəlib, orada əyləşdi. Məhəmmədhəsən
xan şaha qulluq eləmək və ixlas göstərməkdən ötrü Hacı Seyid adlı bir böyük, külli ixtiyar nökəri
vardı, bunu padşahın qulluğuna göndərdi. Ağa Hacı Seyid ürəyində Məhəmmədhəsən xandan çox
incik imiş. Və şaha ərz elər ki, hərgah istəsən ki, Şəki vilayəti sənə qulluq eləyə, gərəkdir
Məhəmmədhəsən xanı öldürəsən, ya gözlərin çıxardasan. Şah öz xanlarından ki, (Dəvəli) Mustafa xan
ola, sərdar elər. On iki min qoşun verib göndərər ki, get Şirvan vilayətin zəbt elə. Məhəmmədhəsən
xanı dutub, gözlərini çıxardıb, Təbriz vilayətinə götür (ötür) getsin. Dəvəli Mustafa xan qoşun ilə
Kürdən keçib, Şirvan vilayətinə gəlir. Şirvan xanı Mustafa xan Fit dağı adlı bir bərk yer varmış,
qaçıb orada sığnaq elər. Qızılbaş qoşunu Şirvanın çöllərindən ələ gələni çapar aparar.
Məhəmmədhəsən xan on iki il xanlıq eləyib.
O ildə tarixi-islamiyyə min iki yüz onda idi, Səlim xan Cardan və Avardan bir para qoşun cəm edib
gəlir. Göynük kəndinin yanında dava elədilər. Məhəmmədhəsən xan basılıb, gəlib Noxuya. Səlim xan
Car və Avar qoşunu ilə dalunca Noxuya gəlib daxil olubdur. Dəvəli Mustafa xan qoşunu ilə Şirvandan
Ağdaşa gəlib, bir neçə gün Ağdaşda qalıb, sonra Xaçmaz mahalında Tərkəş adlı kəndin ayağında
düşüb əyləşdi. Məhəmmədhəsən xan Ağa Məhəmməd şaha qulluq elədiyinə və adamı şahın yanında
olmağına (arxayın) olub, Dəvəli Mustafa xandan ötrü gəlir və nə fikirdə olmağından xəbəri olmayıb,
gəlib Noxudan çıxar gedər ki, gedib Dəvəli Mustafa xandan qoşun alıb, Səlim xanı Şəkidən çıxar.
Tərkəş ayağında Dəvəli Mustafa xanın qoşununa daxil olan kimi Mustafa xan Məhəmmədhəsən xanı
tutdurub, tamam nökərlərin soydurub, özünün gözlərini çıxarıb, bir neçə qızılbaş adamına verib,
Təbriz vilayətinə göndərdi. Səlim xan Şəkidə xan olub əyləşdi. Bir neçə vaxtdan sonra
Məhəmmədhəsən xanın yeddi xırda oğlun öldürübdür. Səlim xan da şaha qulluq eləmiyib, Qızılbaş
qoşunundan ehtiyat edib, şəhəri köçürüb, Gələsən-görəsənə aparıb, orda sığnaq elədi. Ağa
Məhəmməd şah o il Qarabağı ala bilməyib, qoşunların götürüb, geri qayıdıb getdi. Və Dəvəli
Mustafa xan da Şirvanda öldürübdür. O bir ildə şah genə gəlib, qoşunu da, Məhəmmədhəsən xanı da
Muğanda qoyub, özü qalan qoşunu götürüb, Qarabağ üstünə gəldi. Şirvanlı Mustafa xanı və Gəncəli
Cavad xanı şah istəyib yanına aparmışdı. O il çox aclıq olub, Qarabağ tab gətirməyib, İbrahim xan
övladları ilə Car vilayətinə qaçdı. Şah Qarabağı alıb, özü gedib Şiş (Şuşa) qalasında əyləşdi.
Haman o ildə ki, tarixi-islamiyyə min iki yüz on birdə idi. Şişə qalasında şahın öz pişxidməti ki,
bəlkə şah məni öldürə, bir gecə şahı öldürür. Sabahdan qoşun əhli bu qəziyyəni bilib, tamam qoşun
bir-birinə dəyib, çox-çox məxşuşluq olub, Qızılbaş qoşunu tamam əkildi getdi. Və Şirvanlı Mustafa
xan oradan gəlib, Muğandan Məhəmmədhəsən xanı da götürüb, Şirvana gəldi. Bir neçə gün saxlayıb,
sonra Məhəmmədhəsən xanı götürüb Şəkiyə gəldi ki, bunu yenə xan eləyə. Səlim xan eşidib, çıxıb
qaçdı. Məhəmmədhəsən xanı Mustafa xan gətirib bir də xan eylədi. Mustafa xan və Məhəmmədhəsən
xan ikisi dost olub dolandılar. Səkkiz il Məhəmmədhəsən xan genə xanlıq elədi. Sonra xan ilə araları
yaman olub düşmən oldular. Mustafa xan Səlim xanı Qarabağdan gətirdi ki, gələ Məhəmmədhəsən
xanı çıxarıb Səlim xanı xan eyləyə. Və Məhəmmədhəsən xan da qoşun götürüb Qarabağa gedəndə
yolda işin yüzünə baxıb bildi ki, ölkədə bunu istəməyən kəslər çoxdur. Mustafa xan ilə dava eləyə
bilməz. Naçar qoşunu dağıdıb, bir para adamla Mustafa xanın yanına gedər ki, bəlkə genə mənim ilə
dost ola, xanlıq munda qalıb, qayıda genə Şəkiyə gələ. Gedən kimi Mustafa xan bunu dutdurub


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə