Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə32/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   28   29   30   31   32   33   34   35   ...   89

boğazından nəsə çıxardı. Hətta sonuncu çöpçü balıq sümükləri çıxardı ki, tanışımın sözünə görə
onların evində, ümumiyyətlə, balıq yeyilmir.
Qəribədir ki, qida qalıqlarının əlacı sayılan çöpçü feno​meni yalnız bizim ölkədə müşahidə edilir.
Udlaqda və qırtlaqda heç bir qırış yoxdur ki, ora​da yad cisim qalsın. Bu yad cisimlər və qida qalığı
yemək bo​ru​sunda qala bilər ki, bunun da simptomları tamamilə fərqli​dir, yəni insanları adətən
çöpçüyə müraciət etməyə məcbur edən səbəblər deyil. El dilində tələsik yeyərkən “ürəyimdə qaldı”,
“kürəyimi döyəclə” kimi əlamətlər yeməyin qida borusundakı daralmalarda qalmasına işarədir və tez
də mədəyə evakuasiya edir. Əslində qırtlağı basan çöpçü öyümə ref​leksinə səbəb olur ki, mədədə
qal​mış yemək qalıqları tamamilə çölə çıxa bilər. Bundan başqa, həkim-otolarinqoloq, yəni sadə dillə
deyilsə, LOR həkimi ra​hatlıqla insanı, o cümlədən körpəni qırtlaqdakı yad cisim​lər​dən xilas edə
bilərlər. Bu, xüsusi kəlbətinlər vasitəsilə edilir və tamamilə ağrısızdır. Həm də rentgenin, endoskopun
köməyi olmadan siz dəqiq bilə bilməzsiniz ki, yad cisim orqanizmin harasında qalıb və o artıq
orqanizmdə nələr törə​dib, bunu tibbi diaqnostika üsullarından xəbərsiz olan istəni​lən adam, o
cümlədən çöpçü də bilə bilməz. Bundan başqa, əgər bu zaman temperaturun yüksəlməsi müşahidə
edilirsə, bu, iltihab prosesindən xəbər verir ki, o səngiyib xroniki hala keçə bilər, orqanizmdə xroniki
infeksiya ocağı isə gec işə dü​şən bombadır. Əgər LOR həkiminin müayinəsi nəticə vermir​sə, onda
yad cismin çıxarılması üçün farinqoskopiya və ya ezo​faqoskopiya tələb edilir. Yad cisimlərin
özbaşına çıxa​rıl​ması gələcəkdə zərərli nəticələrə gətirib çıxara bilər. Özünüz təsəvvür edin ki, uşaq
nəsə burnuna soxub. Burunun axması üzündən yad cisim tapılmaya bilər, eyni zamanda, ikinci burun
deşiyi nəfəs funksiyasını yerinə yetirir, çöpçü isə üfürməklə yad ci​si​mi nəfəs yoluna itələyə bilər.
Çöpçüyə getmək uşağın ix​ti​saslı yardım almasını uzaqlaşdırır.
O dövrün xəstəliklərini araşdırarkən maraqlı bir diaqnoz diqqətimi çəkdi. Yeri gəlmişkən, bu gün də
Şəkidə bu ifadələr, belə diaqnoz xalq arasında işlədilir. “Ürək-göbək düşmək” və ya “göbəyi
düşmək”. Göbək düşməsinin əsas səbəbi kimi hər hansı bir ağır cismin qaldırılması göstərilir. Əsas
əlaməti mədədə baş qaldıran ağrılar, yemək qəbulu zamanı qusma, həddən artıq halsızlıq, qızdırma və
s. hesab olunur. Onu müalicə etmək üçün xəstəni arxası üstə uzadıb, göbəyinin ətrafını sabunlu su ilə
masaj edir, göbəyə banka və ya stəkan qoyurdular. Bunun üçün stəkan və ya bankanın içərisi çöpə do​-
lanmış yanar pambıqla qızdırılır və göbəyə basılır. O zamankı inanclara görə, banka (və ya stəkan)
göbəyi yerinə çəkirdi. Bir başqa üsul isə budur:
 
Xəstə kürəyi üstə yatırdılır. Gö​bək ətrafı isti, sabunlu su ilə ovulur. Sonra şəhadət bar​ma​ğı və orta
barmaq göbək dəliyinə soxulub, 3 dəfə qaytarılır. Sonra bir ədəd çiy yumurtanın ağına 1 qəhvə qaşığı
xına qatılıb bulamac edilir. Onu göbəyin üstünə sürtürlər. 1 saat sonra bulamac təmizlənir, yeri isə
sabunlu su ilə yuyulur.
 
Düşünürəm ki, “göbəkdüşmə” adlandırılan narahatlıq əslində mədə sallanmasıdır. Mən Şəkidə
terapiya şöbəsində işləyən tibb bacısınn həm də göbəkçəkən olduğunu öyrəndikdən sonra onun bu işi
necə görməsi ilə maraqlandım. Bu xəstəliyi müalicə etmək üçün xəstə arxası üstə, ayaqları bükülü
vəziyyətdə uzadılır və göbəyini qızdırmaq üçün onun üzərinə içərisində qaynar su olan ağır çay​dan
qoyulur. 10-15 dəqiqə çəkən bu əməliy​yat​dan sonra göbək​düşmə olan qadının belinə qalın şal və ya
mələfə dolayırlar. Dolağa oxlov keçirərək onu burmaqla xəs​tənin göbəyini sıxırlar. O bir müddət bu
vəziyyətdə qalır. Sonra sarığı açıb xəstənin göbəyinə 50 qəpiklik qoyub onu yaxşı-yaxşı sarıyırlar.
Şəkidə türkəçarələr bir çox üsullardan istifadə etdikləri kimi, ən çox yararlandıqları meyvə, tərəvəz


və şəfalı otlardır. Bu baxımdan xalq təbabətində dərman kimi istifadə olunan meyvə və tə​rəvəzlər
haqqında məlumat vermək istəyirəm. Bu məlumatların bir çoxu xalq arasından toplanmışdır. Böyük
bir qismi isə bu barədə yazılmış kitablardan alınmışdır. Ayrı-ayrı şifahi və yazılı qaynaqlarda
aşağıdakı müali​cəvi bitkilərin adına və müalicəvi xüsusiyyətləri barədə qiy​mətli məlumatlara rast
gəlinməkdədir:
Əməköməci (əsl balva). Mədə-bağırsaq üçün çox xeyirlidir. Xü​susilə bunu sıxma pencər şəklində və
yaxud yağda qı​zar​dıb qatıq-sarımsaqla yemək çox xeyirlidir. Əməköməci ba​ğır​saq​ları yumşaq
saxlayır və qurdtökmə qabiliyyətinə ma​lik​dir, həm​çinin gözü nurlandırır, görmə qabiliyyətini ar​​tırır,
dişdibi ətini möhkəmləndirir. Zəif doğulmuş uşaq​la​​​rın inki​şa​fına, bo​yun, kəllə, bel, qol, qıç
sümüklərinin möh​​​kəm​lən​mə​sinə yax​şı təsir edir. Göyöskürəyə, bəl​ğə​mə, qa​rın​​ağ​rısına kömək edir,
oynaq ağrılarına da yaxşı təsir gös​tə​rir.
Kəvər. Tərkibi müxtəlif vitaminlərlə zəngindir. Bu, iş​​​ta​hanı artırır, ağız boşluğunda, diş dibində
əmələ gələn mik​​​​​robları, şişləri zərərsizləşdirir. Kəvər şirəsi dərini yum​​şaldır, əldə, üzdə olan
codluğu aradan qaldırır.
Pərpətöyün. Mədə-bağırsaq xəstəliklərinə yaxşı tə​sir gös​tərir, iştahanı artırır, tənəffüsü tənzimləyir,
təngnə​fəs​liyə yaxşı təsir göstərir. Pərpətöyünü suda bişirmək, ya​xud yağda qızardıb sarımsaq-qatıqla
yemək müalicəvi əhə​miy​yət kəsb edir.
Əvəlik. Adi əvəliyin yerüstü hissəsin​dən hazırlanan dəm​lə​mə​sinin köməyi ilə daxili qanaxmalarda,
yaş sarğı kimi dəri xəs​təliklərində, sidik tutulmalarında, ödqovucu, iş​lə​dici dər​man kimi, habelə
dəridə əmələ gələn göbələk xəs​tə​​liklərinin, irinli çibanların müalicəsində, yaşıl hissəsinin şi​rə​sindən
isə qız​dırma, sinqa, qaşınma, revmatizmdə istifadə edilir. Yarpaqlarından vitamin “ik​sirləri” ha​​zır​-
lanır. Təzə dərilmiş yarpaq və dəm​lə​mə​sin​dən sinqa, lax​​layan dişlərin dibinin möhkəm​ləndiril​-
məsində, gec sa​ğalan kəs​​kin irinli yaraların müalicəsində, şirə​sindən an​ti​sep​tik, zə​hər​lənmə əley​hinə
geniş istifadə olu​​​nur. Mey​və​sin​dən alınan cövhər büzüş​dürücü, qankə​sici vasitə kimi iş​lədilir.
Toxumu yetişən ərəfədə mal-qa​ra üçün təhlükəli olub, zəhərlənmə yaradır.
İspanaq əvəliyi zəif turşu və vitaminlə zəngindir. Pəh​​​riz xörəklər hazırlamaq üçün əvəzolunmaz
bitkidir. Turştəhər əvəliyin dəmləməsindən diş qanax​ma​la​rı​nın kəsilməsində, sidik tutulmalarında,
dizenteriya, babasil, vərəm və s. xəstəliklərin müalicəsində geniş istifadə olunur. Əvəliyi sup, şorba,
ət, balıq və s. xörəklərin tərkibinə da​xil edirlər. Onun yaşıl hissəsini adi halda da yeyirlər.
Qaraçörəkotu. Xalq təbabətində qaraçörəkotundan çay dəmləyib, si​​dikqovucu, ödqovucu və zəif
işlədici, eyni zamanda, uşaq​​lı qadınların süd vəzilərinə müsbət təsir göstərən, süd artı​ran vasitə kimi
geniş istifadə edirlər. Bundan əlavə, to​xum​ların​dan mədə xəstəliklərində, qadın qanax​ma​la​rında geniş
istifadə edilir.
Cəfəri. Cəfəri bağırsaqları yumşaldır, təri qovur, ağrıları sa​kit​ləşdirir, yeni əmələ gələn xərçəng,
şişlərinin sorulub sa​ğal​dıl​masına kömək edir, öskürək zamanı nəfəs almanı asan​laş​dırır, qara ciyər və
selikli toxumanın fəaliyyətini normallaşdırır. Cəfəridən alınan ekstraktlar orqanizmin müdafiə qabi​-
liyyətini artırır, əhvali-ruhiyyəni yaxşılaşdırır. Cəfəri yar​paq​larının tərkibindəki C vitamininin
miqdarı limon​da​kından 2 dəfə çoxdur. Orqanizmi A və Fe ilə (dəmirlə) təmin edir. Cəfərinin kök və
toxumlarından hazırlanan cövhər və dəm​lə​mələr sidik yollarına yaxşı təsir edir, dərinin və​ziyyə​tini və
həzm sistemini yaxşılaşdırır, sidiyin orqa​nizmdən kənar edilməsini sürətləndirir, qan damarlarının di​-
varlarını möh​kəm​ləndirir, mədə və bağırsaq əzələlərini gər​ginlikdən azad edir. Ürəyi zəif olanlara
maddələr mü​badiləsi pozuntularında və eləcə də döş və qarın boş​lu​ğunda yığılıb qalmış artıq sula​rın
kənar edilməsində cəfəri dəmləmə və cövhərlərindən qə​bul etməyi məsləhət gö​rürlər. Böyrəyin


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə