Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə40/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   36   37   38   39   40   41   42   43   ...   89

qorunmasında, inkişafında və təbliğində rol oynamışdır. Uzun illər boyu ümumi kitabxana kimi
fəaliyyət göstərmiş minlərlə əlyazma və qədim çap kitablarını əhatə edən zəngin katabxanası
olmuşdur. Ensiklopedik biliyə malik olan Əbdülqəni Nuxəvinin yaradıcılığı olduqca rəngarəng və
çoxcəhətli idi. Əlyazma kitab mədəniyyətinin qorunub saxlanması, inkişafı və təbliğində əvəzsiz
xidmətləri olan Əbdülqəni Nuxəvinin hazırda Azərbaycan Milli Elmlər Akademiyası Füzuli adına
Əlyazmalar İnstitutunda iki mindən çox əlyazması saxlanılır.
Əbdülqəni Əfəndi Nuxəvi deyərdi ki,
 
Elmi insanlar üçün nur gördüm. Buludsuz göydə parlayan Günəş də hər gün batır. Elmin nuru isə daim
yanır.
 
Onun fikirləri, düşünürəm ki, bu gün də aktualdır. O bütün insanları kitab oxumağa, elm öyrənməyə
çağırırdı və hesab edirdi ki, gənclər öz günlərini yalnız bununla keçirməlidir. O bütün həyatı boyu
geniş xalq kütlələri ilə sıx təmasda olmuş, həmişə onlara böyük məhəbbət və rəğbətlə yanaşmış,
onların maariflənməsi yolunda yorulmadan mübarizə aparmışdır.
1866-1879-cu illərdə Şəkinin Baş qazisi olarkən yazdığı “Qazıxana dəftəri” əsərində (kitabın
sonundakı cədvələ bax) həmin illərdə Şəkidə evlənənlərin nikahı haqqında və dünyasını dəyişənlərin
hansı xəstəlikdən vəfat etməsini qeyd etməsi bizə düşünməyə əsas verir ki, ondan da qabaqkı
dövrlərdə Şəkidə xalqın sağlamlığının qeydinə qalanlar olub və onlar haqqında da məlumatlar
yazılıb. Lakin həmin məlumatlar bu günümüzə qədər gəlib çatmamışdır (məhv edilmişdir) və bu artıq
başqa mövzunun söhbətidir.
Əbdülqəni Nuxəvinin “Qazıxana dəftəri”ni təhlil edərkən mən çox maraqlı bir məsələyə Sizin
diqqətinizi cəlb etmək istəyirəm. Mən 1866-1879-ci illərdə orta ömrü hesabladım. 45-55 yaş.
Təsəvvür edin, o dövrdən bu vaxtacan səhiyyə necə inkişaf edib. Antibiotiklər kəşf olunub, cərrahi
əməliyyatlar aparılır, yeni diaqnostik aparatlar, müasir müalicə üsulları tətbiq olunur. Səhiyyə
sistemində, demək olar ki, inqilab olub. Hətta o dövrdə ölümün səbəbi olan çiçək, difteriya və s. kimi
yoluxucu xəstəliklərin kökü tamamilə kəsilib. Lakin orta ömür indi 60-70 yaş arasıdır. Səhiyyənin bu
dərəcədə inkişafı orta ömrü cəmi 10-15 il artırmağa imkan verib. Sadəcə, indi, müasir dövrdə
insanlar başqa səbəblərdən, başqa xəstəliklərdən dünyasını dəyişirlər. Orta ömür göstəriciləri isə,
demək olar ki, dəyişmir.
Söhbət açdığımız dövrün loğmanlarından danışarkən Nağıbəyovlar haqqında məlumat vermək də
yerinə düşərdi. Əbdürrəhman ağa Nağıbəyov Şəkidə çox imkanlı şəxslərdən biri olub. Onun iki oğlu
və bir qızı vardı. Oğlanlarından Məmmədtağı tacir, Hacıbala bəy isə həkim idi. Hacıbala bəy əvvəl
rus-müsəlman məktəbində oxumuş, sonra isə tibb üzrə təhsil almışdı. O, Qafqazın müxtəlif
şəhərlərində, bir müddət isə İranda həkim işləmiş, sonra isə həkimlik fəaliyyətini doğma şəhərində
davam etdirmişdir.
Şəkidə elə həkimlər də olmuşdur ki, onların həyatını öyrəndikcə bu torpağın necə mütəxəssislər,
ziyalılar və vətənsevər insanlar yetişdirdiyinin bir daha şahidi olursan. Belələrindən biri
Qədimbəyovlar nəslinin nümayəndəsi Qədimov Əliabbas Əli oğludur. O, 1901-ci ildə Rusiyanın
Kazan Universitetinin Hüquq fakültəsinə daxil olub, 5-ci kursa qədər oxuduqdan sonra – 1905-ci il
inqilabı baş verəndə siyasi mübarizə iştirakçısı kimi məsuliyyətə cəlb edilmə təhlükəsi yarandığından
Təbrizə, oradan isə Hacı Zeynalabdin Tağıyevin himayədarlığı ilə Türkiyəyə getmiş, İstanbulda tibbi
təhsil almışdır. Ali təhsilli həkim kimi bir müddət Türkiyədə işlədikdən sonra isə Azərbaycana


qayıdıb Şəkidə özünün müalicəxanasını açmışdır.
Həmin vaxtlar Hacı Cabbar və onun həyat yoldaşı Pəpə nənə də bütöv Nuxa mahalında məşhur ara
həkimi kimi tanınırdılar. Onlar xəstəliklərin müalicəsində əsas etibarilə dərman bitkilərindən istifadə
edirdilər. Yeri gəlmişkən, onların mənsub olduqları nəsil indi də Şəkidə “Həkimlər” ləqəbi ilə
tanınır.
XIX əsrin sonlarında fizika, kimya, biologiya və digər təbiət elmlərinin inkişafı müstəqil təbabət
elminin yaranmasına səbəb oldu. Artıq həkimlik sənəti ilə xüsusi təhsil görmüş peşəkarlar məşğul
olmağa başlamışdılar. Bu dövrdə həmyerlimiz, böyük ictimai xadim, mütəfəkkir Mirzə Fətəli
Axundov Azərbaycanda ilk dəfə olaraq cadu, dua, çıldaq və s. kimi müalicə üsullarının əleyhinə
çıxan ziyalılarımızdan idi. O, Həsən bəy Zərdabi ilə birlikdə “Əkinçi” qəzetində gigiyena, sanitariya
məsələləri haqqında məqalələr dərc edir və xurafat yolu ilə müalicə edənləri kəskin tənqid edirdi. Bu
dövrün səhiyyəsini Ələşrəf Kərimov/İsmayılov belə xarakterizə edir:
 
“Səhiyyə işlərinə göz yetirmiş olsaq, başdan-başa bir çocuq oyuncağı; bütün qəzada Ter-Osipov adlı
bir mahal həkimi və Şərifov nam şəhər həkimi nəzərə çarpırdı. Bir-iki dairədə feldşer məntəqələri,
vəssalam.
İştə bu səbəb üzündən baş qırxan dəlləklər, kisəçilər, cindarlar, küpəgirən qarılar xalqın həkimi,
kakənc, həbi-zivax, sənaməki və xaş-xaş qabığı xalqın dərmanı olmuşdu.
Ən maraqlısı o idi ki, adları məlum olan bir çok xəstəlikləri tədavi üçün müəyyən yerlər var idi. O
yerləri ziyarət edənlər xəstəlikdən qurtaracağına iman edirdilər. Məsələn: revmatizma
üçün Oxud kəndində Yel baba, dəlilər üçün Muxas və Şıx Osman ocaqları, öksürmə üçün şəhərin
yuxarı hissəsində, Xoçik məhləsində Daş piri, daxili xəstəliklər üçün Babaratma, quduz it tutanlar
üçün beşinci dairədə Həzrə ocağı, qadın xəstəlikləri üçün Dəyirman püştələrinin və Dabbaxxana
silələrinin üstü və ilax. Bütün bu fəlakətləri eynilə təsvir etmək üçün ordu qədər kimsəsiz, pərəstarsız
qalan ailələri gözdən keçirmək lazımdır.
Şəhərin abadanlığı üçün heç bir iş görülməyirdi. Küçələr bərbad, yollar dərin su arxlarını əvəz
edirdi. Şiddətli yağmur olduqda hər tərəfdən tərəddüd kəsilirdi. Yol gedən adamın hər addımda bir
dəfə yıxıldığını görən quldurlar bu vəziyyəti özləri üçün əlverişli tapıb əllərinə düşən bir adamın
qaçıb qurtaramayacağını yəqin ilə hər tərəfdə torlarını qurmuşdular.
İstər xüsusi, istərsə dövləti binaların bir çoku köhnə və qamış damlardan, suyurma qapı və
pəncərələrdən ibarət olub mədəni şəhərlərə bənzəyən nişanlardan birinə təsadüf olunamazdı”.
 
Bəli, o dövrdə xalq arasında müxtəlif xəstəliklərin aradan qaldırılma​sın​da müxtəlif pir və ocaqların
xüsusi rol oynadığına inam da geniş yayılmışdır. XIX əsrin sonlarında həmyerlimiz Rəşid bəy
Əfəndiyev tərəfindən bizim zonadan toplanaraq dərc edilmiş materialdan belə aydın olur ki, Şəkidə
insanlar sətəlcəm səbəbindən sayıqlayan xəstənin öz ölmüş qohumlarından birinin ruhu tərəfindən yas
məclisində aş və halva ehsanı verilməməsi sə​bəbindən ovsunlandığına inanarmışlar. Bu xəstələrin
çarəsinin “ruh olcan” adlandırılan qoca kişi və qadınların, ya da ki falçıların əlində olduğu hesab
edilərdi.
Azərbaycanın bütün bölgələrində olduğu kimi, Şəki bölgəsində də türk​əçarəliyin və ondan istifadə
qaydalarının geniş yayıldığını bildirən və bu bölgənin yetirməsi, görkəmli yazıçı Rəşid bəy
Əfəndiyev yazırdı ki,
 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə