Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə43/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   39   40   41   42   43   44   45   46   ...   89

arabasından ibarət idi. Kəl arabaları Şəki ilə Yevlax arasında işləyirdi və aparılan hər pud məhsula
görə 10 min manat gediş haqqı alırdı. Şəhərdə cəmi 1 yük maşını var idi. Çətinliklərə baxmayaraq,
1920-ci ildən sənaye müəssilərinin təmirinə və bərpasına başlanılır. Burda əsas rolu partiya
orqanları tərəfindən cəlb edilmiş, guya könüllü, amma əslində məcburi şəkildə işə cəlb edilmiş
iməciliklər oynayırdı. Bu dövrdə İnqilab Komitəsinə müstəsna, fövqəladə səlahiyyətlər verilmişdi.
Lakin bu inzibati amirlik metodu gözlənilən effekti vermirdi. Məsələn Şəkidə 1913-cü ildə 180 min
pud barama istehsal edilmişdisə, 1921-ci ildə cəmi 6 min pud barama istehsal edilmişdi.
1921-ci ildə Moskvada toxuculuq sənayesi fəhlələrinin IV Ümumrusiya qurultayı keçirilir. Bu
qurultayda Şəkidən məşhur ipəkçi Abdulhüseyn Zeynalov iştirak edir. O, xatirələrində yazır ki,
qurultayda çıxış edən V.İ.Lenin Şəki ipəkçilərinin əməyini, fədakarlığını xüsusi qiymətləndirir və
onların qarşısında dayanan vəzifələrdən danışır. Elə həmin il aprelin 29-da Şəkidə ipəkçiliyin
dirçəldilməsi üçün 197,5 milyon manat vəsait ayrılır. Yeni İqtisadi Siyasətə (NEP) keçid isə şəhər
sənayesinin inkişafında mühüm rol oynayır. 1 və 2 nömrəli zavodlar, dəri zavodu, tütün məmulatları
zavodu icarəyə verilir. Bəzi fabriklər hətta əvvəki sahiblərinə qaytarılır. Bu da inkişafa təkan verir.
İpəkçiliklə yanaşı şəhərin, demək olar ki, bütün sahələri sürətli inkişaf dövrünə qədəm qoyur.
1926-cı ildə Şəkidə Kiş çayınn üzərində 75 kvt gücündə Su Elektrik Stansiyası istifadəyə verilir.
Sonradan bura xüsusi avadanlıqlar, turbinlər gətirilir və elektrik stansiyasının gücü qat-qat artırılır.
Belə ki, artıq 1928-ci il aprelin 28-də stansiyanın gücü 630 kvt idi. Stansiya 20 min nöqtəyə elektrik
enerjisi verirdi ki, bunlar da əsasən sənaye müəssisələri idi. Eyni zamanda, yaxınlıqda olan Dodu
kəndinin əhalisinə də evlərə elektrik enerjisi verilirdi.
1929-cu ildə Aqrar sahəsi işçilərinin konfransında İ.V.Stalin Yeni İqtisadi Siyasət (NEP) kursunu
tənqid edir və taxılı dövlətə satmaqdan imtina etmiş kəndlilərə qarşı inzibati tədbirlərin görülməsini
vacib sayır. Bu, təsərrüfatın inzibati amirlik metodu ilə idarə olunmasının başlanğıcı idi.
1930-cu ildə Azərbaycan SSR-in inzibati ərazi bölgüsündə dəyişiklik edildi və Nuxa rayonu təşkil
edildi. 1931-ci ildə şəhərdə fəaliyyət göstərən ayrı-ayrı ipək istehsalat, toxuculuq və s. zavodlar
birləşdirilərək V.İ.Lenin adına İpək kombinatı yaradılır. Hələ 1926-cı ildə “Pravda” qəzeti yazırdı ki,
Sovet dövləti Şəkidə dünyada ən möhtəşəm olacaq ipək kombinatı yaratmaq fikrindədir. Kombinatın
açılması münasibətilə dövlət xadimi Dadaş Bünyadzadə şəkililərə göndərdiyi teleqramda belə
yazırdı.
 
Nuxada açılan bu kombinat Azərbaycan tarixinin daha bir qələbə səhifəsidir. Bu kombinat Nuxanı
Bakıdan və Gəncədən sonra üçüncü möhtəşəm bir sənaye mərkəzinə çevirəcək.
 
Yeri gəlmişkən, həmin dövrdə Şəki əhalinin sayına görə Bakı və Gəncədən sonra üçüncü yerdə
dururdu. Əhalinin etnik tərkibi isə əsasən azərbaycanlılardan ibarət idi. 1926-cı ilin
siyahıyaalınmasına görə, şəhərdə yaşayan 22.944 nəfərdən 20.764 (90,5 %) nəfəri azərbaycanlı, 1565
(6,8 %) nəfəri erməni, 195 (0,8%) nəfəri rus, 420 (1,9 %) nəfəri isə digər millətlərin nümayəndəsi
idi. 1939-cu ildə isə 32.225 nəfərdən 28.003 (86,9 %) nəfəri azərbaycanlı, 1905 (6,0 %) nəfəri
erməni, 1477 (5,3%) nəfəri rus, 913 (2,0 %) nəfəri isə digər millətlərin nümayəndəsi idi. Göründüyü
kimi, Sovet dövlətinin apardığı milli siyasət nəticəsində bölgədə rusların xüsusi çəkisi 7,5 dəfə artıb
0,8 %-dən 5,3 %-ə çatmışdır. Belə göstərici bütün Azərbaycan üçün də xarakterikdir. Sovetlər
dövlətinin beynəlmiləl siyasəti ucqar əyalətlərdə belə Rusiyanın nüfuz dairəsini artırmaq məqsədi
güdürdü.


Lakin, sənayenin inkişafına baxmayaraq, 1930-cu ildə ölkə ərzaqla bağlı ciddi böhran keçirir.
Xüsusən də kəndlərdə iqtisadi vəziyyət kəskin pisləşir. Əhalinin narazılığı getdikcə artırdı. Bu
dövrdə ən böyük etiraz dalğası Şəkidə başladı. Üsyançılar təkcə kollektivləşmənin, kolxozun yox,
ümumiyyətlə, Sovet hakimiyyətinin əleyhinə idilər. Onlar Azərbaycanın müstəqilliyinin bərpasına
çalışırdılar. Kollektivləşmə gedişində kənd varlıları sayılan qolçamaqların, keçmiş ağa və bəylərin
təqib edilməsi, onların müxtəlif yollarla həbs, sürgün edilməsi və güllələnməsi prosesi gücləndi.
Yuxarıdakı təbəqələrin təqib edilməsi formalarından biri də həmin şəxslərin səs hüququndan məhrum
edilmələri idi. Səs hüququndan məhrum edilmiş şəxslər və onların ailələri çox pis vəziyyətə
düşürdülər. Onları işlədikləri müəssisələrdən çıxarır, heç bir iş yerinə qəbul etmirdilər. 1929-cu ildə
Şəkidə səs hüququndan məhrum edilənlərin sayı 1800 nəfərə çatmışdı. Onların əksəriyyəti qədim
şəhərin ziyalıları, yüksək çinli hərbçiləri, hörmətli din xadimləri və onların ailə üzvləri idi. Ağası
bəy və İskəndər bəy Əlicanbəyovlar, Xəlil Dadanov, Lütfəli Dadanov, Axund Pişnamazzadə,
Xancanovlar, Qasım bəy Nəbibəyov, Soltan Hacı Nəbibəyov, Hüseyn bəy Nəbibəyovlar ailələri ilə
birlikdə səs hüququndan məhrum edilmişdilər. Üsyandan əvvəl Şəkidə və kəndlərində doğrudan da
son dərəcə kritik vəziyyət yaranmışdı. Əhali arasında şayiələr gəzirdi ki, onlar üsyan qaldırsalar,
Türkiyə hərbi yardım göndərəcək. Çünki əhalinin bir hissəsi Sovet rejimindən qurtarıb Azərbaycanın
Türkiyəyə birləşdirilməsi istəyində idi. Abdurrahman Nağıbəyovun 1930-cu il 4 mayda verdiyi
ifadədə bildirilir ki, Qaşqaçay kəndinin sakini Həmid Molla Kərim oğlu ona türklərin Azərbaycana
gələcəyini demişdi. Balacayev Sadıxbəy verdiyi ifadədə bildirmişdir ki, üsyan rəhbəri Molla
Mustafa ona Nuxa şəhərinə gələcək Kazım Paşanın adını çəkmişdir. Əhalinin arasında yalançı
xəbərlərin yayılması çaşqınlığa səbəb olmuşdu. Camaat içərisində SSRİ rəhbəri Stalinin və Kalininin
öldürülməsi və bütün sovet ölkələrində üsyanların başlaması şayəiləri yayılmışdır.
O vaxt Gürcüstanda yarımleqal şəraitdə yaşayan keçmiş Şəki bəyi Mustafa bəy Əlicanbəyov yazırdı:
“Nuxa qəzasında üsyana ciddi hazırlıq işləri gedir və məni hərbi rəhbər kimi üsyana başçılıq etməyə
çağırıblar. Üsyan üçün artıq hər şey hazırdır. Bütün maddələr üzrə fəallar qruplaşıb ki, düşünürəm ki,
üsyan bütün Nuxa qəzasını əhatə edəcək”.
Onu da qeyd edim ki, o zaman Şəkinin kommunist partiya təşkilatı 700 nəfərdən ibarət idi. Onlardan
498 nəfəri partiya üzvü, 202 nəfəri isə üzvlüyə namizəd idi. Bütün əhali, o cümlədən, demək olar ki,
bütün partiyaçılar üsyançıların tərəfində idi.
1930-cu il aprelin 2-də Bakıya gələn Mustafa bəy Əlicanbəyov belə bir bəyanat verir.
 
Nuxada 150 nəfər döyüşməyə qabil insanlardan ibarət, hər biri 3-5 nəfər olan döyüşçü dəstələri
yaranıb. Üsyan başlasa, onların sayı 600 nəfərə qədər arta bilər. Əgər üsyan uğurla başa çatsa və heç
olmasa bir ay dözə bilsək, güman edirəm ki, Qarabağ qəzasında da üsyan başlaya bilər. Orda da əhali
mövcud rejimdən narazıdır.
Beləliklə, Şəkidə bolşevik hakimiyyətindən narazı insanların, kollektivləşdiril​mənin, kolxozun
əleyhdarları gündən-günə artırdı. Onlar mövcud rejimin əleyhinə çıxış etmək üçün vasitə axtarırdılar.
Yerli hakimiyyət orqanları yaxınlaşan üsyanın qarşısını almaq iqtidarında deyildi. Üsyanın
hazırlanmasında Göynük kəndində yerləşən və Molla Mustafa Şeyxzadənin rəhbərlik etdiyi “Xalq
Azadlıq Firqəsi” adlı təşkilatın böyük rolu vardı. Təşkilatın 450-dən çox üzvü vardı. Mustafa
Əlicanbəyovun 1930-cu il mayın 4-də təcridxanada verdiyi ifadədə bildirilir:
“Hüseyn İncəli Əsədulla oğlu “Xalq Azadlıq Firqəsi”nin üzvü olub. Təşkilata Kazım Qarabəkir paşa
və M.Ə.Rəsulzadə başçılıq edir. Hüseyn Əsədulla oğlu təşkilatla 1924-cü ildə Türkiyədə olarkən


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə