Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə39/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   35   36   37   38   39   40   41   42   ...   89

müstəqil sol qüvvələrin nümayəndəsi kimi çıxış edir. 1920-ci il Aprel hadisələrindən sonra
Azərbaycan Pedaqoji İnstitutunda pedaqoji fəaliyyətə başlayır.
 
 


RUSİYA İŞĞAL REJİMİ DÖVRÜNDƏ ŞƏKİ
TƏBABƏTİ
 
XIX-XX əsrlərdə milli maarifçilik ideya​larının, avropasentrist baxışların, elmi-nəzəri fikirlərin mey​-
dana gələrək möhkəmləndiyi dövrdür. Həmin dövrdə Qərb modelinin qəbul edilməsi istiqamətində
ilk addımlar atılmış, elmlərin, rasional düşüncənin əsası qoyulmuş, milli kitabxanaların, yeni üsullu
təhsil və tərbiyə ocaqlarının, eləcə də tibb müəssisələrinin ya​radılması, geniş xalq kütlələrinin
təhsilləndirilməsi istiqa​mə​tində son dərəcə mühüm işlər görülmüşdür.
Çağdaş elmi-texniki tə​rəq​qinin nailiy​yət​lə​ri​nin geniş miqyasda tətbiqi xalq təbabətinin, el
loğmanlarının, eləcə də xalq mamaçalarının yerini tədricən müasir tibb ocaqlarının, peşəkar
həkimlərin, eləcə də yeni tipli mama-ginekoloqların tutmasına gətirib çıxar​mışdır.
ХIХ əsrdən başlayaraq Şəkidə Avrоpa tibbinin təsiri duyulmağa başlayır və tibb еlmi yеni bir
mərhələyə qədəm qоyur. Azərbaycanın tibb tarixi qədim zamanlardan başlasa da, ancaq elmi
təbabətin yaradılması və inkişaf etdirilməsi istiqamətində ilk addımlar XIX əsrin II yarısında atılıb.
Bu həmin dövrdə Rusiyanın və başqa ölkələrin müxtəlif universitetlərində təhsil almış ilk
azərbaycanlı həkimlərin sayəsində mümkün olub. Belə mütəxəssislərdən biri Mirzə Kazım bəydir.
1887-ci ildə “Ürəyin innervasiyasına dair materiallar” mövzusunda dissertasiya müdafiə edərək
doktorluq dərəcəsi almış Mirzə Kazım bəyin terapiya elminin inkişafında, difteriyaya qarşı
mübarizədə və s. böyük xidmətləri olub.
Məlumdur ki, Azərbaycanın Rusiya tərəfindən işğalından sonra (1805-1806) dinimizə qarşı mübarizə
kampaniyası adı altında o vaxta qədər istifadə etdiyimiz ərəb əlifbası ilə yazılan bütün kitablar,
məlumatlar, dinə aid olub-olmamasından asılı olmayaraq, kütləvi şəkildə yandırılıb məhv edilirdi.
Məhz bu səbəbdən Şəki həkimləri haqqında ilk doğru-dürüst məlumatlara XIX əsrin ortalarında çar
məmurlarının tərtib etdikləri sənədlərdə rast gəlirik. Və həmin mənbələrdən göründüyü kimi, o
vaxtlar elə həkimlər vardı ki, onlar təbabəti hərtərəfli bilir, xəstəliklərin müayinə və müalicəsində
mütərəqqi üsullardan istifadə edirdilər. Belələrinə “Zemskiy vraç” deyərdilər. “Zemskiy vraç” Çar
Rusiyasında XIX əsrin ikinci yarısından sonra xüsusilə inkişaf etmiş tibbi xidmət növü idi.
O zamanlar peşəkar həkimlərin müayinəsi pullu idi. Professional həkimlər əsasən zadəganlara,
xanlara, bəylərə xidmət edirdi. Əhalinin əksər hissəsi isə peşəkar tibbi xidmətdən kənarda qalmışdı.
Bu səbəbdən vaxtaşırı epidemiyalar baş qaldırır, minlərlə insanın ölümünə səbəb olurdu. Bu
məsələni həll etmək və kasıb insanları da peşəkar tibbi xidmətlə təmin etmək məqsədilə Rusiya
Dövlət Duması xüsusi qərarlar, sərəncamlar hazırlamağa başlayır. Universal həkimlər hazırlanır və
belə həkimlər müəyyən rayonlara, əsasən də kənd rayonlarına göndərilirdilər. Bu həkimlərdə dar
ixtisaslaşma yox idi. Belə ki, həm uşağı, həm böyüyü müayinə edir, həm terapevtik müalicə edir, həm
də xırda cərrahi əməliyyatlar edirdilər. “Zemskiy vraç” üsulu səhiyyə sahəsində bu problemləri
aradan qaldırmaq üçün çar Rusiyasının hazırladığı və həyata keçirdiyi yeni bir qayda idi.
Beləliklə, Rus imperiyasında səhiyyə sistemi ərazi, sahə prinsipinə uyğun təşkil olunmağa başlayır.
Bu prinsip sonralar Sovet hakimiyyəti qurulduqdan sonra da davam edir. Belə bir siyasət imperiyanın
ucqarlarında belə həkimlərin və feldşerlərin artmasına səbəb olur. Ərazi, sahə prinsipi, o cümlədən
xəstələnmələrin və xəstəliklərin statistik analizini aparmağa, bölgənin sanitar vəziyyətini nəzarətdə
saxlamağa, demoqrafik göstəriciləri, əhalinin fiziki inkişafını təhlil etməyə imkan yaradırdı.


Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra belə həkimlərdən bir neçəsi bizim Vətənə
köçüb fəaliyyətlərini burada davam etdirməyə başlamışdılar.
1843-cü ildə Nuxa mahalına Pyotr Aleksandroviç Klapitonov qəza həkimi təyin olunur. Bəzi
mənbələrdə onun adı Klapitonaşvili kimi də təqdim olunub. Həmin dövrdə ilk dəfə olaraq Nuxa
mahalında çiçək yoluxucu xəstəliyinə qarşı peyvənd aparılır. Peyvəndlər bəzən insanları pis
vəziyyətə qoyduğundan, xəstəlik daha da kəskinləşdiyindən yerli əhali bunu narazılıqla qarşılayır və
Klapitonov bu mahalı tərk etmək məcburiyyətində qalır. 1898-ci ildə isə Fyodorov soyadlı həkim
işləmək üçün Nuxa mahalına göndərilir. Çar məmurlarının, o cümlədən Klapitonovun hesabatlarında
göstərilir ki, yerli əhali öz mədəni geriliyi ucbatından həkimlərə tibbi yardım üçün qorxa-qorxa
müraciət edirdilər və xəstələndikdə əsasən yerli türkəçarələrin yanına gedirdilər. Xalqın xaçpərəst
həkimlərə müraciət etməməsini də rus məmurları “avamlıq” kimi qəbul edirdilər. Lakin bu tamamilə
yanlış fikirdir və yerli əhali şəriət qanunlarına ciddi riayət etdiklərindən gəlmə həkimlərə müraciət
etmək istəməyiblər. Şəriət qanunlarına əsasən hətta kafirlərlə əl verib görüşmək belə yasaq edilirdi.
Yuxarıda deyilənlərə görə də o dövrdə müxtəlif xəstəliklərdən, azar-bezardan əzab çəkən insanların
yeganə ümidləri xalq təbabətinin sirlərinə yiyələnmiş türkəçarələr, sınıqçılar, dəlləklər, aralıq
mamaları, çöpçülər və digər bilicilərə qalırdı. Belələri də xəstəliklərin müalicəsi üçün otlar və
toxumlardan, köklər və meyvələrdən hazırladıqları dərmanlardan istifadə edirdilər. Xüsusi şəxslər
vardı ki, onlar dərman bitkilərinin axtarılıb tapılması, yığılması, qurudulması, saxlanılması və ticarəti
ilə məşğul olurdular. O vaxtlar xəstəliklərin müalicə olunması üsullarına nəzər salsaq, görərik ki,
ətrafların çıxıqlarının və sınıqlarının müalicəsi üçün tərpənməz sarğılardan istifadə olunurdu. Qan
almaq, küpə (dopu) qoymaq, dağlamaq və çöp çıxarmaq da geniş yayılmışdı. Nuxa qəzasında bu cür
xalq bilicilərindən biri Həkim baba idi. Ona Limon baba da deyərdilər. Təbabətin sirlərinə dərindən
yiyələnmiş bu müdrik qoca həm də limon bitkisinin vurğunu idi. Onun Şəkidə, indiki Dövlət Dram
Teatrı yerləşən ərazidə böyük limon bağı vardı. Müharibə illərində və müharibədən sonrakı dövrdə
bir neçə il ibtidai sinif dərsliklərində Həkim baba haqqında şagirdlər üçün məlumat xarakterli yazılar
var idi. Həmin dərsliklərdən məlum olur ki, Həkim baba bir çox cərrahi xəstəlikləri, irinli yaraları,
qaraciyər çatışmazlıqlarını müalicə edərmiş. O bu məqsədlə özünün dərman bitkilərindən hazırladığı
məlhəmlərdən istifadə edərmiş. Həkim baba həm də xırda cərrahi əməliyyatlar da apararmış.
XVII əsrin sonu və XVIII əsrdə ipəkçiliyin meydana gəlməsi Şəkinin iqtisadi cəhətdən sürətlə inkişaf
etməsinə səbəb olur. Burada bir-birinin ardınca irili-xırdalı ipək sənayesi müəssisələri – baramaaçan
sexlərdən toxuculuq fabriklərinə qədər istehsal sahələri fəaliyyətə başlayır. O vaxtlar Şəki Rusiyada
ipəkçiliyin mərkəzi və “Qafqazın Lionu” adlandırılırdı. Qafqaza səfər etmiş dahi fransız yazıçısı
Aleksandr Dümanın qeydlərində Şəkinin (Nuxa) təsviri, şəhər bazarının zənginliyi haqqında müfəssəl
məlumatlar verilir. Fransız yazıçısının Şəkidən Fransaya iki yəhər, bir qılınc alıb aparmasını, şəkili
Xalisəqarızadə Əbdülqəni Nuxəvinin şəxsi kitabxanasının zənginliyi və orada olan nadir
əlyazmalarının nümunələrini görərkən heyrətlənməsini gizlətmədiyini öz təəssüratlarında bildirməsi o
dövrlərdə şəhərimizin necə inkişaf etməsindən xəbər verir.
Əbdülqəni Məhəmməd Əfəndi oğlu Nuxəvi 1817-ci ildə Şəkidə anadan olmuş və 1879-cu ildə bu
şəhərdə də vəfat etmişdir. XIX əsrin görkəmli ədəbiyyatşünası, pedaqoqu və kitabşünası idi.
O, Azərbaycan ədəbiyyatşünaslıq elminin, pedaqoji fikrin və əlyazma kitab mədəniyyətinin inkişaf
etdirilməsində məhsuldar rol oynamışdır. Onun yaradıcılığı çoxtərəfli və rəngarəng idi. O, türkdilli,
ərəbdilli və farsdilli Şərq ədəbiyyatının tədqiqatçısı, tanınmış dilçi, xalq kütlələrinin
maariflənməsində böyük əmək sərf etmiş, fədakar pedaqoq olmuşdur. Əlyazma kitab mədəniyyətinin


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə