Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə38/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   34   35   36   37   38   39   40   41   ...   89

apardığı təbliğat nəticəsində xain əllərin ona uzanacağını duyan qohumları Quluyev yoldaşı
qaçırtdılar.
Bu aralıq başıbəlalı Şəki zəhmətkeşlərini noxtalamaq üçün müfti və şeyxülislamın Şəkiyə gələcəyi
barədə teleqraf alınır. Şəhərdən və kəndlərdən pişvaza gedənlərin sayı çok idi. Erməni vətəndaşlar da
poçtanın qarşısında müsafirləri duz və çörəklə qarşıladılar.
Şeyxlər süvari, əhali isə piyada olaraq onları müşaiyət edirdilər. Camaatın arasından
sənətkarlardan Yusif adlı bir erməni vətəndaş: “Biz fəhlələr təvəqqe edirik, şeyxlər zəhmət qəbul
edib bizimlə bərabər piyada yerisinlər” təklifini yuca səslə iləri sürdü. Süvarilər Yusifin təklifini
qəbul ilə faytondan düşdülər. Lakin bu təklifin üstündə erməni Yusifi kəlisaya çağırıb “sənin
busurmanlar ilə nə işin varmış?” deyə onu döymüşdülər.
Özlərini ümmətin nicat gəmisi adlandıran müfti və şeyxülislam Şəki əhalisində olan sünni və şiə
hissiyyatını gedirmək üçün baş örtüklərini dəyişdilər. Məscid minbərində öpüşdülər. Müfti şiələrin,
şeyxülislam isə sünnilərin məscidində camaat namazı qıldılar. Çok keçmədi, Milli Komitə seçildi.
Milli Komitə zəhmətkeşlər arasında oyanan sinfi mübarizə hissiyyatını boğmaq və Rusiyyədə qopan
böyük inqilaba qoşulmaq fikrindən onları uzaqlaşdırmaq üçün erməni-müsəlman qırğınını daha da
şiddətləndirməli idi. Burjuazya sinfi bu qırğından özünü və əmlakını mühafizə etmək üçün Milli
Komitənin əliylə milli əsgər yaratdı.
Eyni hazırlıq erməni burjuazyası tərəfindən də aparılırdı. Ter-Qriqoryan adlı bir nəfər daşnak baş
dikəldib Vartaşının Qayabaşı və başqa erməni kəndlərində ayrı-ayrı yerli erməni hökuməti yaratmağa
və başda özü durmaq şərtiylə Milli Komitənin əlaqəsini hər tərəfdən kəsməyə qalxışdı. Hətta
şəhəri ermənilərə vermək təklifini də Milli Komitəyə elan etmişdi. Bununla Ter-Qriqoryan Şəki
şəhəri və qəzasındakı erməni-müsəlman davasının mütəşəbbüslüyünü öhdədar olub murdar fikrini
həyata tətbiq etməyə başladı.
Hər yandan fitnə alavları fışqırırdı. Özünü və ailəsini müdafiə üçün gecə sabaha qədər hər kəs silahlı
gəzməyə məcbur idi. Ter-Qriqoryana arxalanan erməni daşnakları şəhərdə xüsusi
komitə və komissiyalar yaratdılar. Bu aralıq Gürcüstan vasitəsiylə erməni qoşunlarının Şəkiyə
gəlməsi xəbəri alındı. Bu xəbər böyük həyəcana səbəb oldu. Milli Komitənin məsləhətiylə xəbərsiz
gələn ordunun istiqbalına xüsusi bir heyət göndərildi. Bu heyətin başında erməni vətəndaşların
nümayəndəsi dururdu. Komitənin qərarı üzrə, türklərdən gedəcək nümayəndələrin birisi Xan
İlisuyski idi. Nə cür olursa məzkur İlisuyskinin əvəzinə Əmircanov Haşım bəy göndərilir. İlkindi
çağı Mixak Boyaqçı oğlu, Şaşaməlik Allahverdov, bələdiyyə idarəsinin rəis müavini Məhəmməd bəy
Fərzəlibəyov, Haşım bəy Əmircanov və iki nəfər mühafiz yola düşürlər. Kiş çayı bəndinin
yaxınlığında heyətin qabağı kəsilib, Fərzəlibəyov və mühafizlərdən Məşədi Cabbar Dadanovdan
başqa heyət üzvlərinin həpsi qətlə yetirilir. 
Qəsdən yapılan cinayətlər və ruhanilərin təşviqatı nəticəsində onlarca erməni-müsəlman kəndləri
talan edilir və Şəki qəzası bir müharibə meydanı şəklini alır. Bu zamanlar Azərbaycan burjuazyasının
nümayəndələri türkləri qarşılamaq və onları Azərbaycana dəvət etmək məqsədiylə Batuma hərəkət
etmişlərdi. 
Azərbaycan burjuazyası türkləri dəvət etməkdən iki məqsəd təqib edirdi: birisi, türklərin əliylə öz
mövqeyini möhkəmlətmək, ikincisi isə, şimaldan qopan inqilab selinin qabağını almaq idi. 
Aclıq bəlasına mübtəla olan əhali ikinci bir tərəfdən yatalaq xəstəliyinə dutuldu. Hər gün deyil, bəlkə
hər saatda 50-60 nəfər qara topraqlara gömülürdü. Bütün həyat susmuşdu. 52.403 nəfər şəhər
əhalisindən 33 bin nəfəri tələf oldu. Kəndlərdə qırılanların sayı 38 bindən ziyadə idi. Küçələri


dolaşan pərəstarsız çocuqların iniltisi, südəmər balaların fəryadı, dul arvadların naləsi, bağlı və
sahibsiz qalan evlərin qaranlıq və məhzun görünüşü kainatı ağlatırdı”.
Petroqradda baş verən Fevral burjua inqilabından sonra 1917-ci il martın 9-da Zaqafqaziya Xüsusi
Komitəsi yaradılır. Azərbaycanın bütün qəzalarında, o cümlədən Şəkidə Müvəqqəti Hökumətin
İcraiyyə Komitəsi yaradılır. Eyni zamanda, 1917-ci ilin aprelində fəhlə deputatların Soveti yaradılır.
Bura daxil olan fəhlələr, əsasən, fabrik və zavodların sahibkarlarına yaxın olan fəhlələrdən ibarət idi.
Beləliklə, şəhərdə ikihakimiyyətlilik yaranır: Müvəqqəti Hökumətin Nümayəndiliyi və Sovetlər. Bu
dövrdə Şəkinin iqtisadiyyatı çox ağır bir vəziyyətə düşür. Azərbaycana hər il Türkiyədən,
Yaponiyadan, İtaliyadan və Fransadan 250 min qutu barama toxumu gəlirdi. Birinci Dünya
müharibəsinin başlanması, Rusiyada olan inqilabi hadisələrdən sonra Şəkidə ipəkçilik xammal
olmadığı üçün iflic vəziyyətə düşür. Şəki əhalisinin iqtisadi vəziyyəti, o cümlədən ticarət ipəkçiliklə
bağlı olduğu üçün şəhərdə işsizlik baş alıb gedir. Ərzaq çatışmazlığı faciəvi həddə çatır.
1918-ci il mayın 28-də Tiflisdə bütün müsəlman aləmində ilk demokratik respublika – Azərbaycan
Demokratik Respublikasının yaradılması bəyan olunur. Hökumət Gəncə şəhərinə köçür. ADR
müstəqil dövlətin bütün atributlarına sahib idi. Onun sərhədi, gerbi, himni, dövlət dili, Azərbaycanda
yaşayan bütün xalqların və siyasi qüvvələrin təmsil olunduğu parlamenti, hökuməti var idi. İlk milli
hökumətə 1875-ci il 25 noyabrda Şəkidə anadan olmuş, dövrün məşhur siyasi və ictimai xadimi
Fətəli xan Xoyski rəhbərlik edirdi. O, Şəki xanı Cəfərqulu xanın sülaləsindən olmaqla general-
leytenant İskəndər xan Xoyskinin oğlu idi.
Şəki o zaman inzibati ərazi bölgüsünə görə Gəncə quberniyasının tərkibində idi. Azərbaycan
hökumətinin qərara aldığı tədbirlərə baxmayaraq, Şəkinin iqtisadi vəziyyəti olduqca ağır bir durumda
idi. Şəhərdə işsizlik hökm sürüdü. Ölkə müharibə şəraitində yaşadığından hökumətin iqtisadiyyatın
dirçəldilməsi üçün vəsaiti və zamanı yox idi. Eyni zamanda, hökumətin sənayenin, o cümlədən ipək
sənayesinin dirçəldilməsi üçün konkret proqramı yox idi. Yanacağın, xammalın, ərzağın kəskin
çatışmazlığı üzündən istehsalın həcmi kəskin azalmışdı.
1919-1920-ci illərdə Şəkidə fəaliyyət göstərən bütün ipək istehsal edən fabrik və zavodlar öz
fəaliyyətini dayandırır. Belə ki, barama toxumu olmadığından şəhərdə olan 97 fabrikdən cəmi 6-sı
işləyirdi. 1920-ci ilin fevralında şəhərin rəhbərliyi öz toplantısında ipəkçilik sənayesini inkişaf
etdirmək üçün yollar axtarır. Hökumətə müraciət edirlər ki, Türkiyədən barama toxumu alınması üçün
tədbirlər görsün. Ərzaq qıtlığı getdikcə daha kəskin hiss edilirdi.
Bütün bu çətinliklərə baxmayaraq, ADR rəhbərliyi ölkədə milli kadrların hazırlanması məqsədilə
1919-cu il iyulun 19-da Şəkidə iki aylıq pedaqoji kurslar açılması üçün 2390 min manat vəsait ayırır.
Hər kursda 50 tələbənin oxuması müəyyənləşdirilir. Həmin dövrdə Şəkidə Kənd Təsərrüfatı məktəbi
fəaliyyətə başlayır. Şəkidə iki seminariyanın (qadın və kişi) təşkil olunması planlaşdırılır. 1919-cu il
11 avqustda Şəkidə qadın gimnaziyası fəaliyyətə başlayır. Ümumiyyətlə, ADR hökumətinin əsas
qayələrindən biri ölkədə savadsızlığın aradan qaldırılması, elmin inkişafı, milli kadrların
hazırlanması işinin təşkili idi və bu sahədə çox böyük işlər gördülər. ADR hökumətinin rəhbərliyi
dövründə Azərbaycanda əlifba islahatı üzrə xüsusi komissiya yaradılır. Elə bu dövrdə Abdulla bəy
Əfəndiyevin “Sonuncu türk əlifbası” adlı kitabı çapdan çıxır. Abdulla bəy Əfəndiyev 1873-cü il
martın 3-də Şəkidə anadan olmuşdur. O, məşhur yazıçı və pedaqoq Rəşid bəy Əfəndiyevin kiçik
qardaşı idi. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinə seçilmişdi və burada “Əhrar”
fraksiyasına rəhbərlik edirdi. Bu fraksiya Azərbaycanın aqrar məsələləri ilə bağlı bir sıra islahatlar
proqramının müəllifi idi. 1920-ci ildə Əfəndiyev “Əhrar” partiyasından çıxaraq parlamentdə


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə