Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə46/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   42   43   44   45   46   47   48   49   ...   89

keçmək əsas vəzifə kimi irəli sürüldü. Ölkə dinc quruculuq dövrünə qədəm qoydu. Kənd
təsərrüfatının bərpa və inkişafına diqqət artırılmışdı.
ÜİK(b)P MK-nın fevral (1947-ci il) Plenumu “Müharibədən sonrakı dövrdə kənd təsərrüfatını
yüksəltmək tədbirləri haqqında” qərar qəbul etdi. Əkin sahələrinin genişləndirilməsi, dənli və texniki
bitkilərin məhsuldarlığının yüksəldilməsi, heyvandarlığın məhsuldarlığının artırılması, MTS və
sovxozların işinin yaxşılaşdırılması, kənd təsərrüfatı maşınları istehsalının artırılması barədə
tədbirlərin həyata keçirilməsi nəticəsində Şəkinin kənd təsərrüfatının istehsalat-texniki bazası xeyli
möhkəmləndirildi.
Lakin müharibədən sonrakı dövrdə iqtisadi həyatda müvəffəqiyyətlərlə yanaşı, xeyli mənfi hallar da
mövcud idi: planların yerinə yetirilməməsi, obyektiv təhlil əvəzinə “ziyankarlıq” və işi “qəsdən
pozmaq kimi” qiymətləndirilirdi. “Hücumçuluq”, “növbədənkənar” işlər geniş miqyas almışdı.
Müəssisə rəhbərlərinin planı yerinə yetirmədiyinə görə cəzalandırılması qorxusu hesabatların kütləvi
surətdə təhrif edilməsinə, rəqəmlərin şişirdilməsinə və hər cür yalanlara səbəb olurdu.
1947-ci il dekabrın 14-də ərzaq və sənaye mallarına kartoçka sistemi ləğv edildi və onların vahid
dövlət pərakəndə qiymətləri ilə satışına keçildi. 1945-ci ildən 1947-ci ilədək fəhlə və qulluqçuların
orta aylıq əmək haqqı 32,5 % artmış, 1950-ci ildə isə müharibədən əvvəlki səviyyəni 80,7 % ötüb
keçmişdi.
1948-ci ildən başlayaraq ərzaq məhsullarının və sənaye mallarının pərakəndə satış qiymətləri ardıcıl
aşağı salındı. 1950-ci ildə qiymətlər 1947-ci illə müqayisədə bütövlükdə 43 %, o cümlədən ərzaq
məhsulları üzrə 47 %, sənaye malları üzrə 35 % aşağı düşmüşdü. Sonrakı illərdə də əmək haqqının
alıcılıq qabiliyyəti ərzaq məhsullarının və sənaye mallarının pərakəndə satış qiymətlərinin aşağı
salınması hesabına artmışdı. 1950-ci ildən 1960-cı ilədək ərzaq məhsullarının qiymətləri 3,2 %,
qeyri-ərzaq məhsullarının qiymətləri isə 22 % aşağı düşmüşdü. 1951-1954-cü illərdə qiymətlər dörd
dəfə aşağı salındıqdan sonra dövlət ticarət şəbəkəsində ərzaq məhsullarının qiyməti 1950-ci illə
müqayisədə orta hesabla 30 %, sənaye mallarının qiyməti isə 19 % aşağı oldu.
1943-cü il noyabrın 28-dən dekabrın 1-dək SSRİ, ABŞ və İngiltərənin iştirakı ilə keçirilən Tehran
konfransında Sovet-İran münasibətləri müzakirə edilərkən gələcəkdə “Böyük Ermənistan” dövləti
yaratmaq xülyasında olan ermənilər əlverişli şəraitdən istifadə edərək SSRİ Xarici İşlər naziri
V.Molotova müraciət edib, İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsinə icazə istəmişdilər.
V.Molotov məsələ ilə bağlı İ.Stalinlə danışdıqdan sonra onların Ermənistan SSR ərazisinə
köçürülməsinə razılıq vermişdi. 1946-cı il oktyabrın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti xarici
ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR ərazisinə köçürülməsi ilə bağlı Fərman verdi.
Ermənilərin Ermənistan SSR-ə köçürülməsi “Daşnaksutyun” partiyasının 1947-ci ilin iyununda
keçirilmiş XIV konqresinin qəbul etdiyi qərarlarla bilavasitə bağlı idi. Bu qərarlarda isə
departasiyanın “azərbaycanlıların yaşadıqları torpaqların boşaldılması və Ermənistan sərhədlərinin
genişləndirilməsi” şəraitində baş verdiyi iddia edilirdi. Bu işə Qriqoryan kilsəsi də xeyir-duasını
vermişdi. Beləliklə, azərbaycanlıların Ermənistan SSR ərazisindəki dədə-baba torpaqlarından
qovulmasının növbəti mərhələsi başlandı. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti
“Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalisinin Azərbaycan SSR-in Kür-Araz
ovalığına köçürülməsi haqqında” 4083 saylı qərar verdi. SSRİ Nazirlər Sovetinin 1948-ci il 10 mart
tarixli “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-
Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” daha bir qərarı ilə bu işi həyata
keçirmək üçün konkret tədbirlər planı müəyyən olundu. Bu qərara görə, 100 min azərbaycanlı 1948-


1950-ci illərdə; 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min nəfər “könüllülük
prinsipinə əsasən” Azərbaycana köçürülməli idi. Qərarın axırıncı, II maddəsində ayrıca göstərilirdi
ki:
 
“Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin köçürülməsi ilə əlaqədar
onların boşaltdıqları tikililərdən, yaşayış evlərindən xaricdən gələn erməniləri yerləşdirmək üçün
istifadə etsinlər”.
 
O zaman Ermənistan SSR-də 400 mindən artıq azərbaycanlı yaşayırdı. 1948-ci ildə Ermənistan SSR-
dən mütəşəkkil surətdə Azərbaycan SSR-ə 1799 təsərrüfat, 7747 nəfər köçürüldü. 429 ailə (2834
nəfər) müxtəlif təzyiqlərə məruz qaldığına görə pərakəndə halda Azərbaycana gəlməyə məcbur
olmuşdu. 1948-ci ilin payızınadək deportasiyaya məruz qalanların sayı 10.584 nəfər idi. Azərbaycan
SSR və Ermənistan SSR rəhbərləri arasında əldə olunmuş razılaşmaya görə, 1949-cu ildə 15713
nəfər (5420 nəfəri yazda, 10293 nəfəri isə payızda) və 3818 təsərrüfat köçürülməli idi. Lakin SSRİ
Nazirlər Soveti Azərbaycan SSR və Ermənistan SSR hökumətləri arasında əldə edilmiş razılaşmanı
təsdiq etmədi və SSRİ hökumətinin rəsmi nümayəndəsi S.Çeremuşin Azərbaycan SSR Nazirlər
Sovetinin sədri T.Quliyevdən Ermənistan SSR-dən Azərbaycana əvvəlcədən müəyyənləşdirilmiş
40000 nəfər azərbaycanlının köçürülməsini tələb etdi. Azərbaycan SSR Nazirlər Soveti çıxılmaz
vəziyyətə düşdüyündən məsələnin həlli üçün SSRİ Nazirlər Soveti sədrinin müavini G.M.Malenkova
müraciət edib bildirdi ki, bu qədər adamın köçürülməsi və yerləşdirilməsi üçün Azərbaycanın imkanı
yoxdur. Müraciətdə 1949-1950-ci illər üçün əvvəllər müəyyən edilmiş köçürmə planlarına yenidən
baxılması və “Ermənistan SSR-dən olan azərbaycanlı kolxozçuların və digər əhalinin 10 min
nəfərinin 1949-cu ildə, 15 min nəfərinin isə 1950-ci ildə köçürülməsinə icazə verilməsi” xahiş
edildi. Deportasiya tədbirləri Ermənistanın 22 rayonunu, əsasən, Basarkeçər, Zəngibasar,
Noyemberyan, Mikoyan, Dilican, Aştarxan, Kirovakan rayonlarını əhatə edirdi. Bu rayonlar əsasən
azərbaycanlıların yığcam şəkildə, yaxud ermənilərlə qarışıq halda yaşadıqları dağlıq və dağətəyi
rayonlar idi. Erməni millətçiləri, ilk növbədə, azərbaycanlıları bu rayonlardan qovub çıxarmağa
çalışırdılar. Onların böyük bir hissəsi Şəkidə – indiki Sovxozlar adlandırılan ərazidə və ətraf
kəndlərdə yerləşdirilir. Bu, qeyri-insani tədbirin planlaşdırılmış şəkildə həyata keçirilməsinə bir sıra
obyektiv və subyektiv səbəblər mane olurdu. Deportasiya olunanların sosial və məişət problemləri
lazımınca həll edilmirdi (respublikanın qısa müddətdə bu yerlərdə kifayət qədər mənzil tikmək
imkanı yox idi).
1950-ci ildə Ermənistandan Azərbaycana 2907 təsərrüfat və ya 12332 adam köçürülmüşdü. Bu,
əvvəlki illərlə müqayisədə ən yüksək göstərici idi. Lakin erməni millətçiləri və onların mərkəzi
hökumətdəki himayədarları SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr və 1948-ci il 10 mart
tarixli qərarlarının yerinə yetirilməsi vəziyyətindən qəti narazı idilər. Onların təkidi ilə 1951-ci il
fevralın 28-də SSRİ Nazirlər Soveti “1951-ci ildə köçürülmə planı haqqında” 605 saylı məxfi qərar
qəbul etmişdi. Bu rəsmi sənəddə köçürmə prosesinin sürətləndirilməsi tələb olunurdu.
Deportasiya prosesi 1956-cı ilə qədər davam etdirildi. 1954-1956-cı illərdə 1316 təsərrüfat və 5876
nəfər Ermənistandan deportasiya olunmuşdu. Ümumiyyətlə, Ermənistan SSR-də etnik təmizləmənin bu
mərhələsində 100 min nəfərdən çox azərbaycanlı zorla köçürülmüş və ya köçməyə məcbur edilmişdir.
Onların hər üç nəfərindən biri yeni şəraitə, isti, quru iqlimə, məişət təminatsızlığına uyğunlaşa
bilməyib, aclıq və xəstəlikdən həlak oldu.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə