Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə54/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   50   51   52   53   54   55   56   57   ...   89

qırılmasına, azərbaycanlıların buradan qovulmasına, ermənilərin silahlanmasına və quldur
dəstələrində birləşməsinə şərait yaratdı. DQMV-də, Laçın, o vaxtkı Şaumyan və Xanlar (indiki
Goranboy rayonunun bir hissəsi) rayonları ərazisində silah və sursat cəbbəxanaları yaradıldı. Dağlıq
Qarabağda “Böyük Ermənistan” vahid cəbhəsində birləşən 80 hərbi-terrorçu qrup fəaliyyət
göstərirdi. Ermənistandan DQMV Mardakert (indiki Ağdərə) rayonundakı gizli təyyarə meydanına
silah və sursat daşınırdı. Azərbaycanlılardan isə adi ov silahları da müsadirə edilirdi. Onlardan 18
min ov silahı alınmış, yaxşı silahlanmış düşmən qarşısında əliyalın, müdafiəsiz vəziyyətə
salınmışdılar. Xüsusi İdarə Komitəsinin tam imkan yaratdığı şəraitdə 1989-cu il iyunun 13-dən
başlayaraq vilayətdə azərbaycanlılar yaşayan məntəqələr blokadaya alındı. Sovet ordu hissələrinin
köməyi ilə erməni quldurları – “saqqallılar” Xankəndindən bütün azərbaycanlıları – 14 min nəfəri
qovub çıxartdılar. Avqustun sonlarında isə bir hissəsi qırıldıqdan sonra azərbaycanlılar Cəmilli,
Həsənabad və Daşbulaq kəndlərini tərk etməyə məcbur oldular.
Azərbaycan demokratik qüvvələrinin təkidli tələbi ilə SSRİ Ali Soveti 1989-cu il noyabrın 28-də
Dağlıq Qarabağda Xüsusi İdarə Komitəsini ləğv etdi. Vilayətin idarəsi SSRİ Ali Soveti xüsusi
komissiyasının nəzarəti altında Azərbaycan SSR Təşkilat Komitəsinə tapşırıldı. Lakin yenə mərkəz
tərəfindən qəti tədbirlər görülməməsi erməniləri yeni təhrikçi hərəkətlərə şirnikləndirirdi. Ermənistan
SSR Ali Soveti isə 1989-cu il dekabrın 1-də “Ermənistan SSR-ə Dağlıq Qarabağı birləşdirmək
haqqında” qeyri-qanuni qərar qəbul etdi. Xankəndində Ermənistanın dövlət bayrağı qaldırıldı.
İdarəçilik işləri, müəssisələr bu respublikanın nazirlik və baş idarələrinə tabe edildi. 1990-cı il
yanvarın 9-da DQMV-nin 1990-cı il üçün sosial-iqtisadi inkişaf planı Ermənistan SSR-in dövlət
planına daxil olundu. 1990-cı ildə Azərbaycan ərazisində DQMV-də Ermənistan SSR xalq deputatları
seçkiləri üzrə qeyri-qanuni seçki dairələri təşkil edildi və “deputatlar” seçildi. Vəziyyət gərgin idi.
1990-cı il yanvarın 15-də SSRİ Ali Soveti DQMV və qonşu rayonlarda fövqəladə vəziyyət elan etdi.
RespublikaTəşkilat Komitəsi, Xüsusi Təyinatlı Milis Dəstələri (OMON), hərbi komendantlıq
vilayətdəki azərbaycanlılar yaşayan kəndlərin blokadasını açmağa, qanunsuz silahlı dəstələri ləğv
etməyə başladı. Ermənistandan buraya silah daşınmasının qarşısını almaq üçün tədbirlər görüldü.
1990-cı ilin yanvar-iyun aylarında vilayətin 43 yaşayış məntəqəsində 67 xüsusi əməliyyat aparılaraq
quldurlardan silahların bir hissəsi alındı.
1990-cı ilin mart ayında keçirilməsi nəzərdə tutulan seçkilərdə demokratik qüvvələrin hakimiyyətə
gələcəyi şübhə doğurmurdu. SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Y.Primakov Əbülfəz Elçibəyə
verdiyi “Sizin məqsədiniz nədir?” sualına “Demokratik seçkilər keçirmək!” cavabı aldıqda demişdi:
“Bundan sonra Sovet İttifaqından ayrılmağa bir pillə qalır”.
Mərkəz tərəfindən xalq hərəkatına dini məzmun vermək, onun meylini Türki​yədən, demokratik
Qərbdən ayırıb İrana, islam fundamentalizminə bağlamaq cəhdləri də olmuşdu. Eyni zamanda, vahid
bir cəbhədə birləşmiş Xalq Hərəkatı liderlərini “radikallar”a və “liberallar”a bölüb xalq hərəkatını
daxildən parçalamaq, seçkiləri fövqəladə vəziyyət, komendant saatı şəraitində keçirməklə yenə
“kommunistlərin” qalib gəlməsinə nail olmaq üçün məkrli siyasət aparılırdı.
Xalqı radikallaşdırmaq, bəzi güzəştlərlə onu zorakı hərəkətlərə şirnikləndirmək əsas vasitə idi.
Ə.Vəzirov AXC rəhbərləri ilə görüşündə açıqca demişdi; “Gücünüzü göstərin, sizinlə hesablaşaq”.
AXC İdarə Heyətində hakimiyyət uğrunda mübarizə aparan radikallar bu tələyə düşdülər. 1989-cu il
oktyabrın 28-29-da keçirilmiş AXC Məclisinin birinci sessiyasında cəbhə daxilində “radikallar” və
“liberallar” arasında ixtilaf bütün barışmazlığı ilə üzə çıxdı. “Radikallar” AXC İdarə Heyətinin
“liberal” üzvlərini təslimçilikdə, xalqa xəyanətdə, qətiyyətsizlikdə təqsirləndirirdilər. Onlar AXC-


nin yeni rəhbər orqanları seçiləcək fövqəladə konfransının keçirilməsini tələb edirdilər. Xalq
cəbhəsinin bütövlüyünü qoruyub saxlamaq üçün “liberallar” müəyyən güzəştlərə getməyə məcbur
oldular. 1989-cu il dekabrın 9-da AXC müşavirəsində İdarə Heyəti buraxıldı. Onun səlahiyyətlərini
yerinə yetirən, əslində “radikallar”dan ibarət Müvəqqəti Təşkilat Qrupu seçildi və “radikallar” daha
da fəallaşdı. Onlar narazılığı artan xalq kütləsini öz ardınca apardı. Bir çox bölgələrdə əsl
ikihakimiyyətlilik – kommunistlərin və cəbhəçilərin hakimiyyəti yaranmışdı. AXC təşkilatlarında
dövlət funksiyalarını yerinə yetirən strukturlar meydana gəlmişdi.
Cəlilabadda 1989-cu il dekabrın 8-dən fasiləsiz mitinqlər, tətillər başlandı. Xalqın tələbi ilə
raykomun 57 gün əvvəl təyin olunmuş birinci katibi istefa verdi. Vəziyyəti nizama salmaq üçün
dekabrın 27-də rayona gətirilən milis dəstələri həbslər keçirdi. Qəzəblənmiş əhali hücum edib
raykomun, milisin binalarını dağıtdı, rəhbərləri döyüb qovdu. Toqquşmalarda 150-dən çox adam
yaralandı. Dekabrın 29-da burada “Xalq hökuməti” adlandırılan hökumət fəaliyyətə başladı.
Müvəqqəti Təşkilat Komitəsi və Milli Müdafiə Şurası yaradıldı.
İnsanlar Cənubi Azərbaycanda, İran İslam Respublikasında yaşayan qan qardaşları, qohumları ilə
mədəni və iqtisadi əlaqələri, gediş-gəlişi bərpa etmək tələbi ilə dəfələrlə rəhbər orqanlara müraciət
etmişdi. 1989-cu ilin dekabrında Naxçıvan MSSR-də sərhəd boyu 9 minə qədər adam toplanmış,
çadırlar qurulmuş, tonqallar qalanmışdı. Xalq cəbhəsi dekabrın 23-də sərhəd dəstəsinin komandirinə
ultimatum göndərib dekabrın 31-dək sərhəddən adamların müəyyən qaydalarla keçməsinə, qohum-
qardaşları ilə əlaqə saxlamasına imkan yaratmasını tələb etdi. Lakin razılıq əldə olunmadı.
İmperiyanın rəhbərliyi haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini qaldıran xalqa divan tutmağa
hazırlaşırdı. Sərhədlərin pozulması bəhanəsi də onun planlaşdırdığı qanlı qırğına bəraət ola bilərdi.
Buna görə də sərhədçilərə müqavimət göstərməmək əmri verilmişdi. Dekabrın 31-də saat 12-də Araz
çayı boyu 137 km Sovet-İran sərhədində həyəcanlar başlandı. Sərhəd qurğuları dağıdıldı. Hər iki
tərəfdən sahildə toplanmış adamlar Arazı keçib görüşdülər. 1990-cı il yanvarın 7-də isə SSRİ-
Türkiyə Respublikası sərhədində həyəcanlar baş verdi. Yanvarın 18-də Biləsuvar və Cəlilabad
rayonlarında sərhəd qurğuları dağıdıldı.
1990-cı il yanvarın 11-də AXC Lənkəran şöbəsinin qərarı ilə gecə raykom, daxili işlər şöbəsi, rabitə
qovşağı, mətbəə və digər dövlət müəssisələri mühasirəyə alındı, partiya komitəsinin, hökumət
orqanlarının fəaliyyəti dayandırıldı. Müvəqqəti Müdafiə Komitəsi təsis olundu.
Bütün bunlar hakimiyyət böhranının, Moskva canişininin respublikadakı hadi​sələrə nəzarəti tam
itirməsinin təzahürü idi. Bununla barışa bilməyən mərkəz 1990-cı il yanvarın əvvəllərindən
Azərbaycanda müxtəlif qoşun hissələri, cəza dəstələri yerləşdirdi. SSRİ müdafiə naziri D.Yazov
gizlicə Gəncəyə gəlmiş, vəziyyətlə tanış olmuş və respublika rəhbərliyinin də təklifləri nəzərə
alınmaqla “Tayfun” adlı qanlı əməliyyat planı hazırlamışdı.
Erməni millətçilərinin təhrikçilik hərəkətləri, Azərbaycanın sərhəd kəndlərinə, DQMV-də
azərbaycanlılar yaşayan kəndlərə silahlı basqınlar isə getdikcə artırdı.
Bu hadisələrə müxtəlif vasitələrlə şərait yaradan Moskva öz istəyinə nail olmuşdu. Siyasiləşmiş
insanların çoxu AXC-nin 1990-cı il yanvarın 6-7-də keçirilmiş konfransında yeni seçilmiş İdarə
Heyətində üstünlük təşkil edən “liberallar”ın deyil, “radikallar”ın ardınca gedirdi. Yanvarın 12-də
“radikallar” Milli Müdafiə Şurası (MMŞ) təşkil etdilər. Məqsəd mövcud özünümüdafiə dəstələrini
birləşdirmək, yeni hərbi dəstələr yaratmaq və erməni hərbi birləşmələrinin hücumlarının qarşısını
almaq idi. Respublikanın rəhbərliyi də gəncləri MMŞ-nin köməyi ilə milis dəstələrinə cəlb edərək
silahlandırıb cəbhəyə göndərməyə, müəssisələrdə fəhlə drujinaları təşkil etməyə çağırırdı.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə