Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə62/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   58   59   60   61   62   63   64   65   ...   89

“Malyar-stansiya” yaradılır. Şəhərdə sanitar maarifi işi geniş vüsət alır. Təkcə şəhərdə yox, bütün
kəndlərdə hamamların tikilməsi qərara alınır.
Ümumiyyətlə, kütləvi aclıq nəticəsində 1924-26-cı illərdə Nuxa qəzasında bir çox epidemiyalar
yayılır. 1925-ci ildə Baş Göynük, Dəhnə, Xaçmaz, Nij kəndlərində xəstəliklər tüğyan edirdi. Şəhər
əhalisi arasında da müxtəlif xəstəliklər yayılmışdı. 1926-cı il Nuxa Qəza İcraiyyə Komitəsinin
iclasında şəhər əhalisinin böyük bir hissəsinin tuberkulyoz (vərəm) xəstəliyinə tutulduğu göstərilir.
Bu xəstəliyin, əsasən, ipək kombinatı fəhlələri arasında yayılması qeyd olunur. Müxtəlif xəstəliklərin,
əsasən də vərəmin baş verməsinin əsas səbəblərindən biri aclıq idi. Aclıqdan insan orqanizmi
zəifləyir, immunitet aşağı həddə düşür. İpək kombinatında belə xəstəliyin çox olmasının səbəbi ağır iş
rejimində qida rasyonunun heçə bərabər olduğu fəhlələrin işləməsi idi. Hakimiyyət ciddi tədbirlər
görməyin zəruri olduğunu başa düşürdü və vəziyyətdən çıxış yolu axtarırdı.
1924-25-ci illərdə şəhərdə uşaq bağçası – yasli şəbəkəsi genişlənir. 1925-ci il martın 8-də “Süd
damcısı” adı altında uşaq məsləhətxanası fəaliyyətə başlayır.
1926-cı il yanvarın 1-də Nuxa Xalq Xəstəxa​nasının I korpusu fəaliyyətə başlayır və buraya Məmməd
Hacıyev Baş həkim təyin olunur.
Hacıyev Məmməd 1885-ci ildə Şəkidə anadan olub. 1916-cı ildə Odessa Universitetinin tibb
fakültəsini bitirdikdən sonra 1926-cı ilə qədər Kerç şəhərində xəstəxananın baş həkimi vəzifəsində
işləyib. 1926-cı ildə Vətənə qayıdan M.Hacıyev ömrünün sonunadək, daha doğrusu, 1955-ci ilə
qədər Şəki şəhər Rayonlararası Mərkəzi Xəstəxananın baş həkimi olmuşdur. Azərbaycan hökuməti
Məmməd Hacıyevin səhiyyə sahəsində göstərdiyi xidmətləri yüksək qiymətləndirmiş və onu
“Azərbaycan SSR əməkdar həkimi”, “Azərbaycan SSR Əmək Qəhrəmanı” kimi fəxri adlarla təltif
etmişdir. Hal-hazırda Şəki Mərkəzi Rayon Xəstəxanası Məmməd Hacıyevin adını daşıyır və
xəstəxananın qarşısında onun büstü qoyulmuşdur. 
Şəki qədimdən ipəkçilik şəhəri olub. Bu illərdə İpək kombinatının fəaliyyəti bərpa olunuraq daha da
genişləndirilir. Məhz kombinatda istehsalat travmatizmini aradan qaldırmaq, kombinatın sexlərində
gigiyena və sanitariya qaydalarına nəzarət etmək, orda çalışan fəhlə və qulluqçuların əmək şəraitini
yaxşılaşdırmaq, xəstələnmələrinin qarşısını almaq üçün Kombinatda və bütün zavodlarda
ambulatoriya və ya səhiyyə məntəqələri yaradılır. İpək Sənayesi Həmkarlar Təşkilatınn qərarı ilə
indiki Uşaq xəstəxanasının yerləşdiyi ərazidə, Şəki bəyi Hüseyn bəyin müsadirə olunmuş evində 100
çarpayılıq “İstirahət evi” yaradılır. Təkcə 1926-cı ilin yay aylarında burada 300-dən çox insan
dincəlmişdi ki, onların 210 nəfəri İpək kombinatının fəhlələri idi. Bu “İstirahət evi”nə (“Dom otdıx”)
yay aylarında təkcə Şəkidən yox, Respublikamızın bütün bölgələrindən istirahətə gəlirdilər. Təkcə
1939-40-cı illərdə, yay aylarında Azərbaycanın 1500-dən çox vətəndaşı, əsasən də İpək sənayesində
çalışan fəhlələr, məktəblilər, müəllimlər burada dincəlmişdilər. İstirahət evində müalicə ilə yanaşı,
səsli kino, mədəni-kütləvi tədbirlər keçirilirdi.
1926-cı il dekabrın 7-də Nuxa Xalq Xəstəxanasının ümumi iclası bu səhiyyə müəssisəsinə həmin illər
səhiyyə komissarı işləyən Möhsüm Nəcməddin oğlu İsrafilbəyovun (Qədirlinin) adının verilməsi
haqda qərar çıxarır. Həmin tarixdən Şəkidəki xəstəxana Qədirli adına Nuxa Xalq Xəstəxanası adlanır.
Bu xəstəxana Şəki xanlarının sarayını əhatə edən Şəki qalasının ərazisində yerləşirdi.
1926-cı il iyunun 13-də Nuxa Qəza İcraiyyə Komitəsi Rəyasət Heyətinin iclası keçirilir. Toplantıda
Nuxa Qəzası Səhiyyə Şöbəsinin müdiri Ağa Hüseynov Vərəm dispanseri açılmasının və həmin
dispanser üçün bina ayrılmasının vacibliyini qeyd edir. O zaman ipəkçiliyin inkişafı, rütubətli iqlim
şəraiti, fəhlələrin ağır iş və yaşayış şəraiti ilə əlaqədar olaraq şəhərdə vərəm xəstəliyi geniş


yayılmışdı. İclasda yeni Vərəm dispanserinin tikilməsi, həm də Qışlaq ambulatoriyasının yaradılması
haqda qərar verilir.
O dövrün arxivlərini araşdırarkən Mirabbas Mirbağırzadənin 1926-cı ildə “Maarif işçisi” jurnalının
10-11 saylı nömrələrində dərc olunmuş Şəki qəzasında sağlamlıq vəziyyətini əks etdirən məqaləsi,
düşünürəm ki, sizlər üçün maraqlı olar.
 
“Səhiyyə əhvalı cəhətindən Şəki qəzasını ən başlıca iki məntəqəyə ayırmaq olar: dağlıq, düzənlik.
Dağlıq hissədə olan başlıca xəstəliklər soyuqdəymə, qaşınma, dəri və zöhrəvi xəstəlikləridir.
Düzənlik hissədə isə ən başlıca qızdırma xəstəliyidir.
Ümumiyyətcə götürüldükdə xəstəliklər təxmini hesab ilə böylə faiz alırlar: dəri xəstəliyi 45
faiz, qızdırma 38 faiz, sifilis 5-8 faiz, tuberkulyoz 7 faiz. Şəkidə ən başlıca olaraq ipək zavodları
fəhlələri arasında tuberkulyoz azarı çoqdur. Böylə ki, ümumiyyətcə, Şəki şəhəri dairəsində 30 faiz
tuberkulyoz azarlısı mövcuddur. Bundan başqa, Şəkidə qarın qurdu xəstəliyi də çoqdur. Bunun səbəbi
isə içməli suyun yaxşı olmamasıdır.
Hələ bundan daha fənası budur ki, ipək qurdlarından yığın-yığın çıqarılıb dışarıya aparılmaqda olan
barama qurdlarını fəhlələr və bəzi yerlilər toplayıb dən əvəzinə toyuqlarına yem eləyirlər. Bu
münasibətlə Şəhi şəhəri toyuqlarından hüsula gələn yumurtalar səhhətə mənfəətli olmadığı kibi,
öyləcə qurdlar ilə bəslənən toyuqları da yemək müvafiq deyildir. 
Şəki şəhərini yuqarı və aşağı olmaq üzrə iqlimi təfavüt nisbətiylə iki hissəyə bölmək lazım gəlir.
Şəhərin yuqarı tərəfi Böyük Qafqaz dağlarının ətəyində düşmüş və iki dağ qollarının arasına girmiş
hissədir. Aşağı tərəfi isə düzəndə vaqe olub Kiş çayı hövzəsinə yayılmış hissədən ibarətdir. Şəhərin
bu iki hissəsində iqlimi təfavüt o qədərdir ki, aşağı hissədə meyvə yuqarı hissədən 15 gün qabaqca
yetişib hasil olmaqdadır.
Yuqarı hissə mənzərə cəhətindən olduqca gözəl olduğu halda, çoq vaxt dutğun, dumanlı bir hava
daxilində bulunduğuna görə ab-havası sağlam deyildir. Hələ bir dərəcəyə qədər vərəm xəstəliyinə də
müsaiddir. Şəhərin aşağı tərəflərində, ələlxüsus Qışlaq adlanan tərəflərdə nə qızdırma, nə qan
azlığı xəstəlikləri mövcuddur. 
Şəki şəhərində səhiyyə müalicəxanasına müraciət edən azarlıların 5 faizi sifilisə mübtəladır. Qəza
daxilinə keçdikdə Baş Daşağıl, Xaçmaz, Muxas, Baş Göynük, Şin kəndlərində sifilis azarı
çoqdur. Qutqaşın dairəsində keçəl, qaşınma azarlısı artıqdır. Ümumiyyətcə, kəndlərdə dəri azarları
çoqdur. Bunun başlıca səbəbi isə səhhət vasitələrinin olmaması, hamamsızlıq və
təmizsizlikdir. İçməli suları pozğun olduğuna görə Padar, Vardanlı kəndlərində də qarın ağrısı azarı
çoqdur. 
Ümumiyyətcə, Şəki şəhərində və qəzasında səhiyyə işləri fənadır. Fəqət hökumət tərə​fin​dən bu
xüsusda bir çoq ciddi tədbirlər görül​məkdədir. Başqa qəzalara nisbətən Şəki şəhərində və qəzasında
maarif işləri münasibdir.
 
1927-ci il avqustun 3-də Nuxa Qəza İcraiyyə Komitəsinin Rəyasət Heyəti Cəfərabad kən​dində
xəstəxana tikilməsi haqda qərar verir. Bu bütöv Nuxa mahalında ilk kənd xəstəxanası kimi tarixdə
özünəməxsus yer tutub.
1929-cu il yanvarın 31-də Vərəm dispanserinin binası artıq hazır idi. Yeni istifadəyə verilən bu
səhiyyə ocağına Mirqasım Ocaqov baş həkim təyin edilir.
Həmin illərdə Nuxa Xalq Xəstəxanasının əlavə II və III korpusları da tikilib istifadəyə verilir. Eyni


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə