Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə65/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   61   62   63   64   65   66   67   68   ...   89

Əməkdar həkimi adına layiq görülüb. “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunub. Respublika
əhəmiyyətli fərdi təqaüdçü idi. Müharibədən sonrakı illərdə Şəki səhiyyəsinin inkişafında,
şəhərimizdə tibbi kadrların hazırlanmasında Nəsib həkimin böyük rolu olmuşdur. Məhz onun təklifi
və təşəbbüsü ilə o vaxtlar hər il Şəkidə səhiyyə aylığı keçirilir, tədbirə bütün tibb işçiləri səfərbər
edilir və şəhərdə nəzərəçarpan zibilliklər, infeksiya ocaqları təmizlənib neytrallaşdırılırdı. Əhalinin
sağlamlığı uğrunda daim əlindən gələni edən Nəsib həkim Şəki şəhərinin fəxri vətəndaşı adına layiq
görülmüşdür. 1952-ci ildə Nuxa rayon Zəhmətkeş Deputatlar Sovetinin İcraiyyə Komitəsinin 8 iyul
tarixli iclasında Şəhər Səhiyyə Şöbəsinin müdiri Nəsib Abdurrəhmanovun məruzəsindən:
 
“Nuxada ağciyər vərəminə tutulmuş xəstələrin müalicəsi müsbət nəticələr verir. Respublikanın bir
neçə rayonlarından gəlmiş bu cür xəstəliyi müalicə etmək üçün ixtisaslı həkim kadrlar var.
Fizioterapevtik kabinet lazımi avadanlıqla təchiz edilərək müalicə üçün istifadəyə verilib.
Laboratoriya vasitəsilə 12 barmaq bağırsaq şirəsinin analiz edilməsi, sidikdə şəkərin miqdarının
təyini kimi tədqiqat işləri indiyə kimi yalnız Bakı şəhərində aparıldığı halda son zamanlardan
başlayaraq bu müayinə metodları xəstəxanamızda aparılır. Həmçinin 1952-ci ildən başlayaraq şəkərli
diabet və brüselyoz xəstəliklərinin müalicəsi Nuxa xəstəxanasında aparılır”.
 
Yeri gəlmişkən, həmin dövrdə şəhərimizdə laboratoriya şöbəsinin təşkil edilmə​sində, inkişafında
Səadət Abidovanın əvəzsiz xidmətləri olmuşdur. Səadət xanım şəhərimizin ilk laborant həkimi idi.
1953-cü il oktyabrın 28-də Şəkidə 84 №-li Mərkəzi Aptek istifadəyə verilir və Vahabov onun müdiri
təyin olunur. Həmin illərdə səhiyyə işçilərinin bilik və bacarıqlarının daha da artırılması, onların
vaxtaşırı mütəmadi olaraq maarifləndirilməsi məqsədi ilə şəhərimizdə Səhiyyə Maarif Evi də təşkil
olunur.
1954-cü ildə Nuxa şəhər və Nuxa rayon Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsi şəhərdə yeni
və çox çarpayılı iri xəstəxana inşa edilməsi üçün torpaq sahəsi ayrırır və həmin ildə poliklinika ilə
xəstəxana birləşdirilərək Birləşmiş Şəhər Xəstəxanası adlanır. 1955-ci ildə Cabbar Rəhimov
birləşmiş xəstəxananın baş həkimi təyin olunur. Vəzifəsinə başladığı gündən xüsusi səylə işə başlayan
Cabbar Rəhimov 1955-ci ildə Nuxa şəhər Zəhmətkeş Deputatlar Sovetinin V çağırış VI sessiyasında
həkimlərin iş şəraitinin ağır olduğunu nəzərə alaraq yeni xəstəxananın tikintisini sürətləndirməyi
təkidlə xahiş edir.
 
 
Həmin illərdə o dövr üçün olduqca cəsarətli, mən deyərdim ki, hətta təhlükəli bir əmr verilir. Nuxa
Səhiyyə Şöbəsinin 38 №-li 1957-ci il aprel tarixli əmri ilə sizi tanış etmək istəyirəm:
“Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin qərarına uyğun olaraq rayon müalicə profilaktika
idarələrində azərbaycan dilini tətbiq etmək məqsədilə
 
ƏMR EDİRƏM:
 
İdarələrdə bütün işlər azərbaycan dilində aparılsın.
İdarələrə başqa dillərdə daxil olan ərizələrə azərbaycan dilində cavab verilsin.
Azərbaycan dilini bilməyən işçi və qulluqçular üçün Səhiyyə Maarif Evində azərbaycan dilini
öyrənən dərnək təşkil edilsin.


3 aprel 1957-ci il.
NUXA SƏHİYYƏ ŞÖBƏSİNİN MÜDİRİ
FƏRRUX HƏMİDZADƏ”
 
Bəli, həmin ildən başlayaraq bütün müalicə idarələrində sənədlər ana dilimizdə tərtib olunmağa
başlayır. O zaman Azərbaycanda sovet hakimiyyəti qurulan vaxtdan 37 il keçmişdi.
1959-cu il oktyabrın 17-də Nuxa şəhər Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsi ilin sonuna
kimi yeni, sanitariya normalarına cavab verən uşaq xəstəxa​na​sının təşkil edilməsi haqda qərar çıxarır.
Elə həmin ildə 20 çarpayılıq Onkoloji Dispanser fəaliyətə başlayır. M.Səfərəliyev Onkoloji
Dispanserin ilk baş həkimi olur.
1960-cı ildə Nuxa Səhiyyə sistemində 92 nəfər həkim işləyirdi. Nuxa Rayonlararası Birləşmiş
Xəstəxana artıq 200 çarpayılıq olmaqla, burada cərrahiyyə, sümük-vərəm, terapiya, yoluxucu
xəstəliklər, mama və ginekologiya şöbələri fəaliyyət göstərirdi.
1961-ci ildə xəstəxanaya görkəmli ftiziatr Ənvər Qaffarov baş həkim təyin olunur. Ənvər Ağababa
oğlu Qaffarov 1913-cü ildə tacir ailəsində anadan olmuşdur. 1939-cu ildə Azərbaycan Tibb
İnstitutunun müalicə-profilaktika fakültəsini bitirdikdən sonra Qarabağda (Xankəndi və Şuşada) hərbi
hospitalda cərrah kimi fəaliyyət göstərmişdir. Müharibə illərində Berlinə qədər getmiş, mayor
rütbəsinə qədər yüksəlmişdir. Belə ki, 1941-1942-ci illərdə Zaqafqaziya cəbhəsində Zaqafqaziya
hospitallar şöbəsinin rəisi, 1942-1945-ci illərdə Ukrayna cəbhəsində Qafqaz hospitalları cərrahiyyə
şöbəsinin rəisi, 1945-1946-cı illərdə isə Şimal qoşun qrupunda Qafqaz hospitalları tibb şöbəsinin
rəisi vəzifəsində işləmişdir. Müharibədən sonra doğma şəhərinə qayıdan Ənvər Qaffarov 1966-cı ilə
qədər müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. O, Vərəm dispanserinin baş həkimi, Tibb
Texnikumunun müdiri, Nuxa Rayonlararası Birləşmiş Xəstəxananın baş həkimi olmuşdur. Ə.Qaffarov
1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb, öz həkimlik fəaliyyətini 20 saylı poliklinikada davam
etdirmişdir. Ənvər Ağababa oğlu Qaffarov 1986-cı ildə dünyasını dəyişmişdir.
1962-ci il dekabrın 27-də 25 çarpayılıq psixonevroloji dispanser yaradılır. Zahid Əfəndiyev
psixonevroloji dispanserin ilk baş həkimi vəzifəsinə təyin olunur.
1963-cü ildə Birləşmiş Xəstəxananın adı dəyişdirilərək Nuxa şəhər Sanitar Xəstəxanası adlanır və
elə həmin ildə Səhiyyə sistemində struktur dəyişiklikləri baş verir. Nuxa rayon və şəhər səhiyyə
şöbələri ləğv olunur. Səhiyyə Şöbəsi müdirinin bütün səlahiyyətləri xəstəxananın baş həkiminə həvalə
olunur. Fərrux Həmidzadə sanitar xəstəxananın baş həkimi təyin olunur.
1964-cü ildə Azərbaycan həkimləri Təkmilləşdirmə İnstitutunun Şəkidə XXVI səyyar sessiyası
keçirilir. Sessiyanın materialları içərisində sümük-vərəm şöbəsinin müdiri Vladimir İvanoviç
Danilovun “Fəqərə vərəminin cərrahi müalicəsinə dair” elmi məqaləsi daxil edilir. Cərrahiyyə
sahəsini incəliklərinə qədər öyrənmiş bu gözəl sənətkar, zəhmətkeş insan Böyük Vətən müharibəsi
illərindən 1968-ci ilə qədər Şəkidə yaşayıb-işləmişdir. Şəkidən köçüb getdikdən sonra Novoçerkask
şəhərində 90 yaşında vəfat etmişdir. Danilov Saratov Universitetinin tibb fakültəsini bitirmiş, gənclik
illərində məşhur rus cərrahı Vişnevskinin yanında işləmişdir. Sonra tale onu Qubaya və oradan da
Şəkiyə gətirib çıxarmışdır. İnsan bədənində elə bir nahiyyə yox idi ki, onun cərrah bıçağı işləməmiş
olsun. Əməliyyatlarının çoxunda onurğa beyninin keyləşdirilməsi üsulundan istifadə edirdi. O, Şəkidə
ilk dəfə anesteziologiya yardımının əsasını qoymuşdur. Bir çox cərrahi əməliyyat üsulları var ki, onu
birinci dəfə Azərbaycanda mərhum Danilov həyata keçirməyə başlayıb. Azərbaycanda ilk sümük-
vərəm şöbəsini Fərrux Həmidzadə ilə o təşkil etmişdir. Təkcə onu qeyd etmək lazımdır ki, bu yeni


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə