Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə63/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   59   60   61   62   63   64   65   66   ...   89

zamanda, həmin dövrdə pullu diş və protez müalicəxanası da təşkil edilir və Kərimov Cəmaləddin
müalicəxananın ilk baş həkimi olur.
1930-cu il oktyabrın 29-da Böyük Oktyabr Sosialist İnqilabının 13-cü ildönümü münasibətilə Şəkidə
təntənəli surətdə Nuxa Tibb Məktəbinin açılışı olur.
Əhaliyə göstərilən tibb xidmətinin keyfiyyəti ildən-ilə daha mükəmməl olur. Təkcə bu faktı deyim ki,
İpək kombinatı və 3, 4, 5 nömrəli zavodlarda fəhlələrə Əmək qabiliyyətinin itirilməsi vərəqəsi 1932-
ci ildə 2886 dəfə verilmişdisə, 1933-cü ildə – 2542, 1934-cü ildə isə 1987 dəfə verilmişdi. Sovet
səhiyyəsi xəstəliyin qarşısını almağa yönəlmişdi və səhiyyənin keyfiyyət göstəricilərindən biri məhz
Əmək Qabiliyyəti İtirilmə Vərəqəsinin verilmə sayı hesab edilirdi.
1933-cü il aprelin 3-də isə Baş Göynük kəndində xəstəxana istifadəyə verilir.
O vaxtlar Şəkidə ana və körpə uşaqlara olan qayğının yüksək keyfiyyətlə həyata keçirilməsinin bariz
nümunəsini özündə əks etdirən bir əmrlə tanış olmaq yerinə düşərdi. Belə ki, 1936-cı il sentyabrın 6-
da əhaliyə yüksək keyfiyyətli xidmət göstərməyi qarşısına məqsəd qoyan Nuxa Səhiyyə Şöbəsinin
müdiri Ağa Hüseynov belə bir əmr imzalamışdı:
 
“Xəstəxanada doğulan bütün uşaqlar anaları ilə birgə akuşerkaların müşayiəti ilə xəstəxana
faytonunda evlərinə çatdırılmalıdır. Növbətçi akuşer tərəfindən hər səhər baş həkimə onların
yaşadıqları ünvana çatdırılması barədə raport verilməlidir”.
 
Bəli, həmin qayğı anaya, uşağa verilən yüksək qiymətin təzahürüdür ki, 1937-ci il aprelin 23-də Nuxa
rayon Zəhmətkeş Deputatlar Sovetinin İcraiyyə Komitəsi uşaq xəstəxanasının inşa edilməsi üçün yer
təyin edilməsi haqda qərar çıxarır və 1 il keç​dikdən sonra uşaq xəstəxanası artıq istifadə üçün hazır
olur. Stasionarı və ambulator xidməti birləşdirən bu tibb müəssisəsi Uşaq məsləhətxanası
adlandırılır. Həmin məslə​hətxanaya V.X.Avfer baş həkim təyin olunur.
1937-ci il mayın 18-də Nuxa şəhər xəstəxa​nasında rentgen-kabinet təşkil edilir və həkim Semyonov
həmin kabinetə təhkim olunur.
Bu dövrdə fəhlələrə olan xüsusi diqqət mənim diqqətimi cəlb etdi. Məsələn, təkcə 1938-ci ildə Şəki
fəhlələrindən 78 nəfər din​cəlmək üçün Kislovodsk, Soçi, Yalta və Yesen​tukidə olan sanatoriyalara
göndərilirlər. 65 fəhlə Moskva, Krım və Şimali Qafqaza ekskursiyaya göndərilir. 1940-cı ildə
fəhlələrin yay istirahətini təşkil etmək üçün 120 min manat vəsait ayrılır. Həmin il Şəki İpək
kombinatının 55 nəfər fəhləsi Ümumittifaq əhəmiyyətli, yəni Rusiyanın, Ukraynanın, Gürcüstanın
müxtəlif kurortlarına göndərilib. 400 fəhlə Şəkidəki “İstirahət evi”ndə dincəlib. Hətta fəhlələrin
uşaqları belə (250 nəfər) dövlət hesabına müxtəlif pioner düşərgələrinə göndərilmişdir.
Onu da qeyd edək ki, 1937-ci ildə Şəkidə aşağıdakı səhiyyə idarələri fəaliyyət göstərirdi: Şəhər
xəstəxanası, Vərəm dispanseri, Uşaq xəstəxanası, Sanitar stansiya, Dəri-zöhrəvi dispanseri, Malyar
dispanser. 1940-ci ildə şəhərimizdə 290 çarpayılıq 4 xəstəxana, 28 çarpayılıq Doğum Evi, 13
müalicə ambulatoriyası fəaliyyət göstərirdi. Bütün bu səhiyyə idarələrinin təşkili Ağa Hüseynovun
adı ilə bağlıdır. Həmin illərdə Rayon Səhiyyə Şöbəsi və Şəhər Səhiyyə Şöbəsi ayrı-ayrılıqda
fəaliyyət göstərirdilər. Ağa Hüseynov 1948-ci ilədək Rayon Səhiyyə Şöbəsinə rəhbərlik edib. Şəhər
Səhiyyə Şöbəsinə isə Tiqran Cavadov, Əsəd Əmirov, İsmayılov, Ağa Hüseyn Ələkbərov rəhbərlik
ediblər. Adlarını qeyd etdiyimiz şəxslər Şəkinin ilk peşəkar həkimləri idilər.
Uşaqların sağlam böyüməsi, onların o zamanlar dəbdə olan kollektivçilik hissinə yiyələnməsi
məqsədilə, eyni zamanda, valideynlərin daha rahat işləməsi üçün 1938-ci ildə Azərbaycan


Respublikası Yüngül Sənaye Xalq Komissarlığı tərəfindən 80 nəfərlik uşaq bağçası və yaslinin
tikintisi üçün 100 min manat vəsait ayrılır. Uşaqlar bu bağçalarda nəinki sağlam qidalanır və
vaxtlarını səmərəli keçirirdilər, həm də vaxtlı-vaxtında peyvəndləri vurulur, peşəkar tibb işçilərinin
nəzarəti altında müvafiq sağlamlıq proqramlarına cəlb edilirdilər. Eyni zamanda, çoxuşaqlı analara
1939-cu ildən başlayaraq birdəfəlik xüsusi müavinətlər verilirdi. Məsələn, 1939-cu il yanvarın 1-də
Şəkidə 340 çoxuşaqlı anaya 1.674.000 manat müavinət verilmişdi.
Həmin dövrdə vəzifəli, rəhbər şəxslərə, məmurlara dövlətin tələbatı çox yüksək idi. Belə bir sürətli
inkişafa baxmayaraq, 1938-ci ilin iyulunda keçirilmiş Azərbaycan KP (b) XIV qurultayında qeyd
edilir:
 
Fəhlələrin, zəhmətkeşlərin məişət, mədəni və əmək şəraitini yaxşılaşdırmaq üçün 285 min manat
ayrılsa da, bunun cəmi 39 min manatı xərclənib. Şəki fabriklərinin bəzi sexlərində antisanitariya
vəziyyəti davam edir ki, bu da fəhlələrin xəstələnməsinə səbəb olur.
 
Amma, bununla belə, bu çətin və ağır dövrdə şəhərimiz çox sürətlə inkişaf edir. Yeni səhiyyə
müəssisələri ilə yanaşı, parklar, xiyabanlar salınır, şəhərin su təchizatını yaxşılaşdırmaq üçün yeni su
kəməri çəkilir, kitabxana yaradılır, Dram Teatrı və digər mədəni-incəsənət idarələri təşkil olunur,
insanların məişət şəraitini yaxşılaşdırmaq üçün çox ciddi, əhəmiyyətli işlər görülür. Məhz keçirilən
tədbirlərin nəticəsidir ki, 1920-ci ildən 1940-cı ilə qədər olan dövrdə şəhər əhalisi 12 min nəfər
artır.
1941-ci ildə İkinci Dünya müharibəsi başlayır və hər yerdə olduğu kimi, Şəkidə də hərbi səfərbərlik
həyata keçirilir. Böyük Vətən müharibəsinin ilk günlərindən Azərbaycan ərazisində hərbi
hospitalların təş​kilinə başlanmışdı. 1941-ci ildə respublikada 76 hərbi hospital yaradıldı. Şəkidə
yerləşən sanatoriyalar və istirahət evləri hərbi hospitallara çevrilmişdi. Səhiyyə işçilərinin ən
qabaqcıl nümayəndələri – təcrübəli həkimlər hərbi hospitallarda çalışırdılar.
Şəkidə əhalinin sağlamlığının keşiyində dayanan həkimlərimizdən Abdulhəmid Həmi​dov, Ağəli
Nəsirov, Ələsgər Əkbərov, Yaqub İskəndərov, Əhməd Mustafayev, Sadəddin Həmidov, Şöyüb
Məhərrəmov, Kamal İmam​verdiyev, Zərifə Mustafayeva, Mülayim Cəfərova, Pakizə Manafova və
yüzlərlə tibb işçisi o vaxt SSRİ adlanan vətənimizin müda​fiəsinə yollanırlar... Təbabət sahəsində
çalışan bir neçə həmyerlimizin müharibə həyatı ilə tanış olaq:
Gülü İlyasov 1941-ci ildə Şəki Sanitar Epidemioloji Stansiyasına işə qəbul olunmuş, lakin müharibə
başladığına görə avqustun 26-da könüllü surətdə ordu sıralarına yola düşmüşdür. Xidmətinə 394-cü
atıcı diviziyasında hərbi feldşer kimi başlamış, 1942-ci ildə 416-cı atıcı diviziyasına göndərilmiş,
həmin diviziyanın I batalyonuna “Baş hərbi feldşer” vəzifəsinə göndərilmişdir. Gülü İlyasov
Nikolayev, Melitopol, Kerç, Odessa, Kişinyov, Varşavada gedən döyüşlərdə fəal iştirak etmişdir. O,
Qırmızı Bayraqlı 416-cı Taqanroq diviziyasının 1373-cü alayının tərkibində Berlinə ilk gedənlərdən
olmuşdur. Gülü İlyasov müxtəlif orden və medallarla təltif olunmuşdur. “Səhiyyə əlaçısı” və “İctimai
asayişin qorunması” döş nişanlarına layiq görülmüşdür. Şəkinin və Kişinyovun fəxri vətəndaşı
olmuşdur. Ömrünün sonuna qədər Şəki rayon Mərkəzi Xəstəxanasında Baş Tibb qardaşı vəzifəsində
çalışmışdır.
Əsmər Həsənova 1941-ci ilin avqustunda 7-ci dəniz Süvari Briqadasına hərbi feldşer işləməyə
göndərilir. Bu igid azərbaycanlı qızı Sevastopolun 250 gün davam edən müdafiəsində işirak edir. Öz
işində göstərdiyi əzmkarlığa görə o, “Hərbi Dəniz əlaçısı” döş nişanı ilə təltif olunub.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə