Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə59/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   55   56   57   58   59   60   61   62   ...   89

almamışdılar. Avqustun 19-da Rusiya prezidenti Boris Yeltsinin başçılığı ilə bütün demokratik
qüvvələr birləşib qiyama qarşı ayağa qalxdılar.
Azərbaycanda da demokratik qüvvələr “hərbi xuntanın” – Dövlət Fövqəladə Vəziyyət Komitəsinin
qanuna zidd fəaliyyətinə qarşı çıxdılar. Lakin respublikanın prezidenti A.Mütəllibov avqustun 21-də
Azərbaycan televiziyası ilə bəyanat verib bildirmişdi ki, respublikanın qarşısında duran mürəkkəb
məsələlərin həllində ümidini bu komitəyə bağlayır. Azərbaycan KP MK-nın ikinci katibi V.Polyaniçko
da çevrilişi razılıqla qarşıladığını elan etmişdi. Sov.İKP-dən, “QKÇP”-dən gələn bütün göstərişlər
yerinə yetirilirdi. Demokratik qüvvələrin birgə fəaliyyəti nəticəsində SSRİ-də dövlət çevrilişinin
qarşısı alındı. Azərbaycanda da irticaya tərəfdar olan qüvvələrə qarşı mübarizə, mitinqlər başlandı.
Avqustun 22-də fövqəladə vəziyyətin hökm sürdüyü Bakının Nizami meydanında izdihamlı mitinq
oldu. Burada respublika rəhbərliyinin dövlət çevrilişinə müsbət münasibəti pislənildi. Mitinq zorla
dağıdıldı və onun təşkilatçıları həbs edildi. Avqustun 23-də AXC qərargahı qarşısındakı mitinqdə
dinc əhaliyə qarşı güc tətbiq edildi, adamlar xəsarət aldılar. Lakin xalqı qorxutmaq mümkün deyildi.
Avqustun 25-27-də Bakının Azadlıq meydanında bir milyona yaxın adamın iştirak etdiyi ümumşəhər
mitinqləri keçirildi.
Naxçıvanda da mitinqlər səngimək bilmirdi. Üç gün davam edən, 60 mindən çox adamın iştirak etdiyi
izdihamlı mitinq və nümayişlər nəticəsində xalq avqustun 26-da Muxtar Respublika Ali Məclisinin
fövqəladə sessiyasının açılmasına nail oldu. Sessiya Naxçıvan MR-də kommunistlərin hakimiyyətini
ləğv etdi. Muxtar Respublika ərazisində AKP və komsomolun fəaliyyəti dayandırıldı, onların bütün
strukturları ləğv olundu. Mitinqlərdə respublikada prezident seçkilərinin dayandırılması, parlamentin
buraxılması, yeni parlament seçkiləri keçirilməsi, Kommunist Partiyası hakimiyyətinin, fövqəladə
vəziyyətin ləğv edilməsi, DQMV-də Azərbaycanın suveren hüquqlarının təmin olunması üçün qəti
tədbirlər görülməsi tələb edilirdi.
İmperiya milli münaqişəni daha da dərinləşdirirdi. Lakin bu yolla imperiyanın xalqlar üzərində
ağalığını saxlaması artıq mümkün deyildi. Onun süqutu gündən-günə yaxınlaşırdı. Azərbaycan
Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun
30-da saat 13.30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında
bəyanat – “Azadlıq Bəyannaməsi” qəbul etdi. “Azadlıq Bəyannaməsi”ndə qeyd olunurdu:
 
“Azərbaycan Respublikasının Ali Soveti xalqın ali dövlət mənafelərini rəhbər tutaraq və onun
iradəsini ifadə edərək;
1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış
müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək;
Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikasının suverenliyi haqqında və
Azərbaycan Respublikasının iqtisadi müstəqilliyi haqqında Konstitusiya Qanunlarına əsaslanaraq;
Azərbaycan xalqının müqəddəratı və azad inkişafının təmin olunması üçün öz məsuliyyətini dərk
edərək;
Milli mənsubiyyətindən və dini etiqadından asılı olmadan Azərbaycan Respublikasının bütün
vətəndaşlarının beynəlxalq aktlarda nəzərdə tutulmuş bütün insan hüquqlarına və əsas azadlıqlarına
təminat verərək;
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü üçün təhlükəni aradan qaldırmağa
çalışaraq;
Azərbaycan Respublikasının təhlükəsizliyini və dövlət sərhədlərinin toxunulmazlığını təmin etmək


kimi müqəddəs borcu rəhbər tutaraq;
Respublikanın bütün vətənpərvər qüvvələrinin sıx birləşməsinin zəruriliyini dərk edərək;
Azərbaycan Respublikasının və onun xalqının mənafeyinə zidd olmayan beynəlxalq paktları,
konvensiyaları və başqa sənədləri qəbul edərək;
SSR İttifaqına daxil olan bütün respublikalarla dostluq münasibətlərini bundan sonra da saxlamağı
arzu edərək;
Beynəlxalq birliyin üzvü olan dövlətlərlə bərabərhüquqlu münasibətlər yaratmağa hazır olduğunu
bildirərək;
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində,
digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsipləri müvafiq surətdə
beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid
bəsləyərək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu elan edir”.
Sessiyada Heydər Əliyevin az əvvəl keçirilmiş referendum nəticələrinin ləğv edilməsi, “Azadlıq
Bəyannaməsi”nin legitimliyini təmin etmək üçün yeni referendum keçirilməsi haqqında tələbi
qulaqardına vuruldu. Heydər Əliyev sessiyadakı çıxışında dedi:
 
“Biz artıq sovet imperiyasının, Kommunist Partiyasının dağılmasının şahidiyik... Bizim
respublikamızın, Azərbaycan xalqının vəziyyəti daha çətin, daha ağırdır. Bunun əsas səbəbi
respublikada hökm sürən Azərbaycan Kommunist Partiyasının diktatura rejiminin mürtəce siyasəti və
buraxdığı kobud, bağışlanılmaz səhvlərdir”.
 
O bildirdi ki, Azərbaycan Kommunist Partiyası dərhal hakimiyyətdən getməlidir. Respublika
başçıları isə hələ də gözləmə mövqeyi tuturdular.
1991-ci il sentyabrın 5-də SSRİ xalq deputatları V qurultayı keçid dövrünün hakimiyyəti haqqında
Konstitusiya Qanunu qəbul etdi və öz səlahiyyətlərini yüksək vəzifəli şəxslərdən təşkil edilmiş SSRİ
Dövlət Şurasına və tezliklə formalaşacağı nəzərdə tutulan SSRİ Ali Sovetinə verdi. Lakin
respublikalarda, o cümlədən Azərbaycanda bu qərarın həyata keçirilməsinə qarşı ciddi mübarizə
başlandı. İqtidarın imperiya tərəfdarları ilə əməkdaşlığı ona qarşı olan ümumxalq narazılığını daha
da artırdı.
Naxçıvan MR Ali Məclisi 1991-ci il sentyabrın 3-də dəfələrlə namizədliyini geri götürməsinə
baxmayaraq, Heydər Əliyevi xalqın təkidli tələbi ilə Ali Məclisin sədri seçdi. Ali Məclisin 4
sentyabr tarixli qərarı ilə Naxçıvan ərazisində prezident seçkiləri dayandırıldı. Azərbaycan iqtidarı
Naxçıvana ciddi təzyiqlər göstərdi. Bir qrup zabit, parlament deputatlarından ibarət böyük bir dəstə
Naxçıvana göndərildi ki, yerli hakimiyyət orqanlarını qərarı dəyişməyə məcbur etsin. Lakin Ali
Məclisin sədri Heydər Əliyev yerli televiziya ilə bəyanat verib xəbərdar etdi ki, Naxçıvana təzyiq
üçün gələn qüvvələr buranı tərk etməlidirlər, əks təqdirdə bütün əhali ayağa qalxacaqdır. İqtidar geri
çəkilməyə məcbur oldu. Naxçıvan MR Ali Məclisi 1 oktyabr tarixli qərarı ilə keçid dövrü İttifaq
orqanlarında Azərbaycan Respublikasının iştirakını qeyri-mümkün saydı, respublika rəhbərliyinin
müstəqillik məsələsində qeyri-ardıcıl mövqeyini ittiham etdi.
Respublikada dövlət müstəqilliyi uğrunda mübarizə daha da genişləndi. Sentyabrın 8-də
Azərbaycanda prezident seçkiləri keçirildi. Demokratik qüvvələr bu seçkiləri boykot etdilər.
Prezident seçkiləri Naxçıvan MR ərazisində keçirilmədi. 8 sentyabr seçkilərinin nəticələrinə görə
A.Mütəllibov yenidən prezident elan olundu.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə