Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə55/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   51   52   53   54   55   56   57   58   ...   89

AXC-ni dağıtmaq, “demokratik hərəkatı” boğmaq üçün müvafiq vaxt yetişmişdi. Təhrikçilər
fəallaşırdılar. Yanvarın 13-də Bakıda erməni talanları başlandı. 56 nəfər öldürüldü, 112 nəfər xəsarət
aldı. Talançı dəstələrin azğın əməllərinə nə yerli hüquq mühafizə orqanları, nə də o zaman Bakıda
olan SSRİ Daxili İşlər Nazirliyinin 12 minlik silahlı qüvvəsi mane olurdu. Onlar milli münaqişəyə
qarışmamaq əmri almışdılar.
Düşünürəm ki, həmin talanlar birbaşa mərkəzin əmri ilə təşkil olunmuşdu. Məsələn, o dövrdə bəzi
tələbə dostlarım ermənilərin evində kirayədə qalırdılar. Talançı dəstələr həmin evlərə də hücum
etmişdilər və əllərində erməni evlərinin dəqiq siyahısı vardı. Tələbələr talançıları azərbaycanlı
olduqlarına inandırdıqdan sonra talançılar çıxıb getmişdilər. Dəqiq ünvanlar, dəqiq yerlər,
ermənilərin olduğu məkanlar əvvəldən xüsusi qruplara verilmişdi.
Əhalinin köməyi ilə ermənilərin çoxu evlərdə, məscidlərdə, hərbi hissələrdə sığınacaq tapdı.
Talanların qarşısı MMŞ özünümüdafiə dəstələrinin gücü ilə yanvarın 15-də, demək olar ki, alınmışdı.
MMŞ dəstələri şəhərə nəzarət edirdilər.
1990-cı il yanvarın 13, 15, 16, 17 və 18-də Azərbaycan KP MK-nın büro iclaslarında respublikadakı
vəziyyət müzakirə edilmiş, çıxış edənlər – Ə.Vəzirov, A.Mütəllibov, V.Polyaniçko, E.Qafarova,
M.Məmmədov, V.Hüseynov və başqaları, habelə Bakıda olan Y.Primakov və yüksək rütbəli Moskva
hərbçiləri güc tətbiq olunması vacibliyini bildirmişdilər. Etiraz edən və ya başqa təklif verən
olmamışdı.
1990-cı il yanvarın 15-də Ə.Vəzirov Moskvaya göndərdiyi teleqramda tələb edir ki:
 
“Antisovet, antipartiya şüarları ilə mitinq edən ekstremistlərin liderləri dərhal məsuliyyətə cəlb
edilməlidirlər. Bunun üçün hüquqi əsaslar vardır. Müxalifətin əlində çoxlu silahın olması
Azərbaycanda sosialist quruluşunun məhvinə gətirib çıxaracaq və buna görə də dərhal güc tətbiq
olunmalıdır”.
 
Elə bu vaxt Azərbaycan SSR Nazirlər Sovetinin sədri A.Mütəllibov Moskvaya teleqram vurmuşdu ki,
respublikanın SSRİ güc nazirlikləri hərbi kontingentini qeyri-qanuni silahlı birləşmələri tərk-silah
etmək üçün əməliyyat keçirəcəkləri müddətdə yerləşdirmək və ərzaqla təmin etmək imkanı vardır.
Xalqa, demokratik qüvvələrə tutulacaq divana hüquqi don geyindirmək üçün fövqəladə vəziyyət elan
olunması vacib idi. Ə.Vəzirov yanvarın 14-də AKP MK bürosunda müzakirə etdikdən sonra çağırdığı
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti iclasında “Azərbaycan SSR-in DQMV-də vəziyyətin
normallaşdırılması sahəsində təxirəsalınmaz vəzifələr haqqında” qərar qəbul edilməsinə nail oldu.
Qərarda DQMV və zəruri olarsa, ona bitişik rayonlarda və sərhəd boyunca fövqəladə vəziyyət elan
olunması və mərkəzdən lazımi köməklik göstərilməsi üçün SSRİ Ali Soveti Rəyasət Heyətinə
müraciət olunması nəzərdə tutulurdu. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin müraciətinə əsasən
SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 15-də “DQMV və bəzi başqa rayonlarda fövqəladə
vəziyyət elan olunması haqqında” fərman verdi. Azərbaycan SSR Ali Sovetinə təklif edildi ki, Bakı
və Gəncə şəhərlərində, eləcə də başqa yaşayış məntəqələrində qadağan saatları tətbiq edilməsi də
daxil olmaqla hər cür lazımi tədbirlər görsün.
Respublika hökuməti iflic vəziyyətində idi. Respublika Dövlət Təhlükəsizlik Komitəsinin sədri
Moskvaya göndərdiyi şifrəli teleqramlarda bildirirdi ki, respublika xaos vəziyyətindədir, qiyam
ərəfəsindədir, qətiyyətli tədbirlər görülməsə, Azərbaycan əldən gedə bilər. İmperiya buradakı
hakimiyyət böhranından, bəzi ölkələrdə olduğu kimi, Bakıda da Sovet hakimiyyətinin


devriləcəyindən, beləliklə, Azərbaycanı itirəcəyindən qorxub Bakı ətrafına əlavə qoşun hissələri,
ağır texnika gətirməyə başladı. MMŞ-nin təşəbbüsü ilə şəhərin girəcəklərində və Bakı qarnizonu
hissələrinin ətrafında əhali yük, minik maşınlarını, avtobus və trolleybusları yan-yana düzüb
barrikadalar qurdu, piketlər təşkil etdi. Yollarda 26 maneə yaradıldı. Şəhərdəki qoşun hissələrinin, o
cümlədən Salyan kazarmalarının yolu kəsildi. Mən yanvarın 17-dən aeroporta gedən yolda qurulmuş
barrikadada olmuşam. Belə ki, bizim yataqxanada qalan tələbələrə belə göstəriş verilmişdi ki, o yolu
nəzarətdə saxlayaq və hazırda aeroportda olan Sovet Ordusuna ərzaq aparan avtomobillərin içəri
keçməsinə imkan verməyək.
Rəsmi Moskvanın Bakıya göndərdiyi emissarları – SSRİ Ali Soveti İttifaqlar Sovetinin sədri
Y.Primakov və Sov.İKP MK katibi A.Girenkonun AXC-nin “liberal” və “radikal” qanadları
nümayəndələri ilə ayrı-ayrılıqda görüşləri müsbət nəticə vermədi. Yanvarın 17-dən AKP MK binası
qarşısında izdihamlı mitinq başlandı, ümumi tətil elan olundu. Tələb edildi ki, Moskva Ermənistanın
Azərbaycana ərazi iddialarına qəti son qoysun, imperiyanın Bakıya və ətrafına yığdığı qoşunlar
Dağlıq Qarabağa və daim erməni basqınlarına məruz qalan sərhəd bölgələrinə göndərilsin.
Mitinqçilər xalqa xəyanətdə təqsirkar bildikləri respublika partiya, sovet və hökumət başçıları üçün
simvolik dar ağacları düzəltmişdilər. Onlar AKP MK birinci katibi vəzifəsinə öz namizədlərini irəli
sürürdülər. Xalqın Moskvanın təyin etdiyi canişini istefaya göndərmək, yerinə öz nümayəndəsini
gətirmək tələbi qəti rədd edildi. A.Girenko açıqca bildirdi ki, respublika rəhbərliyini Sov.İPK MK-
nın deyil, kütlənin dəyişməsi yolverilməzdir.
1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-də saat 00.00-dan “Bakı
şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Xalqı qəfildən yaxalamaq, ona
divan tutmaq, qırğın törətmək üçün qoşunlardan istifadə ediləcəyi, aman verilməyəcəyi, habelə ən
başlıcası fövqəladə vəziyyətin elan olunacağı vaxt gizli saxlanıldı. Fövqəladə vəziyyət və komendant
saatı vaxtının elan edilməsi qanlı planları poza bilərdi. Barrikadalarda duran bizlər imperiyanın və
respublikanın səlahiyyətli nümayəndələrinin ordunun şəhərə girməyəcəyi haqqında dəfələrlə təkrar
etdikləri vədlərə inanmışdıq.
Xalqa məlumat verilməsin deyə yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji
bloku partladılaraq sıradan çıxarılmışdı. Fövqəladə vəziyyətin yanvarın 20-də, saat 00.00-dan
başlanmasına göstəriş verildiyinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21.00-dan ilk
olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na SSRİ Müdafiə naziri D.Yazov
şəxsən rəhbərlik edirdi. Bakı qarnizonu qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən desant,
xüsusi cəza dəstələri hücuma keçdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Əsgərlər
gözyaşardıcı qazdan istifadə edir, əliyalın adamlara avtomat silahlardan güclü atəş açırdılar. Qaçıb
sığınacaqlarda gizlənənlər tanklar üzərindəki projektorların köməyi ilə axtarılıb tapılır, gülləbaran
edilirdilər. Hərbçilər təsadüfən yola çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını, şəhər
nəqliyyatını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, adamları tankların tırtılları
altına salıb əzabla öldürür, eybəcər hala salırdılar. Şəhərin küçələri öldürülmüş, yaralanmış
adamların, qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Əsgərlər tibb müəssisələrini
mühasirəyə alaraq yaralı mülki şəxslərin buraya gətirilməsinə, habelə tibbi heyətin yaralılara köməyə
getməsinə mane olurdular.
Rəsmi məlumatlara görə, Bakıya və başqa yaşayış məntəqələrinə sovet ordusunun hücumu vaxtı 131
nəfər, o cümlədən 117 azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar öldürülmüş, 744 nəfər yaralanmış, 400
nəfər həbs edilmiş, 4 nəfər itkin düşmüşdür. Evlərə, ictimai və şəxsi nəqliyyat vasitələrinə, şəhər


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə