Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə56/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   52   53   54   55   56   57   58   59   ...   89

təsərrüfatına və vətəndaşlara böyük maddi ziyan dəymişdi. Fövqəladə vəziyyət haqqında fərman artıq
iş işdən keçəndən sonra, yanvarın 20-də saat 7-də elan olunmuşdu.
Bir sıra qabaqcıl ziyalı yanvarın 20-də Elmlər Akademiyasında etiraz mitinqi keçirdi. Ziyalıların
səsini boğmaq, onları qorxutmaq üçün bu mitinqin iştirakçısı olan üç görkəmli alim, professor
Sumqayıta – mitinqə gedərkən yolda tankın altına salınıb məhv edildi.
Gərginliyi bir qədər yatırmaq üçün hərbi hökumət həmin gün radio ilə Azərbaycan SSR Ali Soveti
sədrinin Bakıda fövqəladə vəziyyət elan olunmasına və şəhərə qoşun yeridilməsinə qarşı etiraz
bəyanatının yayılmasına icazə verdi.
Xalq deputatları şair Bəxtiyar Vahabzadə, yazıçılar Anar və Elçin Ali Sovet sədrindən fövqəladə
sessiya çağırılmasını, hadisəyə qiymət verilməsini tələb etdilər. B.Vahabzadə radio ilə xalq
deputatlarına müraciət etdi. Yanvarın 21-də deputatların üçdə birinin təşəbbüsü ilə Azərbaycan SSR
Ali Sovetinin fövqəladə sessiyası keçirildi. Moskvanın hakimiyyət uğrunda didişən kommunist
rəhbərlərindən kimi birinci katib təyin edəcəyini gözləyən yüksək vəzifə sahibləri bu sessiyanın
işində, demək olar ki, iştirak etmədilər, hətta onu “qeyri-qanuni yığıncaq” adlandırdılar.
Sessiya baş vermiş faciəyə siyasi qiymət verməyə çalışdı. Onu törədən ölkə və respublika
rəhbərlərinə qəti etiraz bildirildi. Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında
fərmanın fəaliyyətini dayandırmaq, ordu hissələrini şəhərdən çıxarmaq barədə qərarlar qəbul olundu.
Lakin Moskva bu qərarlara əhəmiyyət vermədi.
Xalq başsız qalmışdı, vahimə içində idi. Yanvarın 21-də Heydər Əliyev Azər​baycanın Moskvadakı
daimi nümayəndəliyinə gələrək burada təşkil olunmuş, 6 minədək adamın iştirak etdiyi izdihamlı
yığıncaqda çıxış etdi, bu ağır günlərdə yaralı, heç yerdən kömək almayan doğma xalqı ilə birgə
olduğunu bildirdi. O, çıxışında və verdiyi müsahibələrdə 20 Yanvar faciəsinə siyasi qiymət verdi,
əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, mərkəzin və respublika
rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. H.Əliyev çıxışında qeyd
etdi ki,
 
“Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən
vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki hala çatmaz, tərəflər itkilərə məruz qalmaz,
başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi
müdaxilə üçün zəmin yaranmazdı”.
Ölkə rəhbərliyini ciddi tənqid edən Heydər Əliyev ona yarınan respublika başçılarının da yarıtmaz
fəaliyyətini ifşa etdi və göstərdi ki, Vəzirov “bu yüksək vəzifədə olduğu müddətdə... Azərbaycanda
vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, səhv addımları, yaramaz iş üslubu, yanlış
siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaratmışdır”. Heydər Əliyev qorxmadan imperiya
rəhbərlərini “qatillər” adlandırırdı.
Azərbaycan, Bakıda fövqəladə vəziyyət olmasına baxmayaraq, yanvarın 22-də şəhidlərlə vidalaşdı.
Paytaxt matəm libası geyinmişdi. Respublikada üç gün matəm elan olunmuşdu. Azadlıq meydanında
izdihamlı matəm mitinqi keçirildi. Mitinqdə və dəfn mərasimində milyona qədər insan iştirak edirdi.
Bu, azadlıq, haqq, ədalət, demokratiya yolunda müqəddəs şəhidlərə ehtiramın, habelə Moskvanın
qanlı əməllərinə qarşı etirazın ifadəsi idi. Küçələrdə, AKP MK binası divarlarında “Qorbaçov
cəlladdır!”, “Rədd olsun Sov.İKP!”, “İşğalçılar, rədd olub gedin!” və b. şüarlar yazılmışdı. Partiya
biletlərindən tonqallar qalanmışdı.
Şəhidlər şəhərin ən uca yerində – Dağüstü parkda dəfn edildi.


20 Yanvar faciəsi ilə əlaqədar Şəkidə çoxminli mitinq keçirildi. İnsanlar kəskin etirazlarını bildirir,
Sovetlər Birliyindən ayrılmaq haqqında şüarlar səsləndirir və Respublika rəhbərliyinin istefasını
tələb edirdilər. 20 Yanvar faciəsi ilə əlaqədar keçirilən mitinq özəl cəhətləri ilə fərqləndi. Əvvəllər
əks mövqedə duranlar, komminist partiyasının üzvləri partiya biletlərini ataraq xalqın mövqeyinə
keçdiklərini bildirdilər. Komsomolçular komsomol biletlərini yandırırdılar. 20 Yanvar faciəsi
Azərbaycanı sevən bütün qüvvələri birləşdirmişdi.
Gizlicə respublikadan qaçmış Ə.Vəzirovun yerinə Moskva yanvarın 24-də Ayaz Mütəllibovu
Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə gətirdi.
İmperiya rəhbərləri, onların yerli əlaltıları istədiklərinə nail oldular. Bakıda fövqəladə vəziyyət,
komendant saatı tətbiq edildi. AXC, MMŞ dağıdıldı, bir çox fəal cəbhəçilər həbs olundu, ölkədən
qaçdı, qeyri-leqal işə keçdi. AXC-nin hakimiyyətə gəlmək cəhdi baş tutmadı.
İmperiyanın şovinist rəhbərliyi qanlı əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədi, özünün
dayağı olan Kommunist Partiyasını, Sovet hakimiyyətini xalqın gözündən daha da saldı, bəzilərində
“yenidənqurma”ya olan ümidi puç etdi, təsdiq etdi ki, imperiya üçün respublikanın suverenliyi,
xalqların ləyaqəti heç nədir. 1990-cı ilin Qanlı Yanvarı Azərbaycan xalqı üçün təkcə böyük faciə
deyildir, ləyaqətini qorumaq üçün mübarizə aparmağa, bu yolda qurban verməyə hazır olan xalqın
tarixində şərəfli bir səhifədir.
Bu vaxt Ermənistan ərazisindən Azərbaycanın sərhəd bölgələrinə hücumlar genişlənməyə başladı.
Ermənistanda dövlətin himayəsi ilə 6 böyük qeyri-qanuni silahlı qruplaşma təşkil olunmuşdu.
Quldurlar hərbi hissələrə hücum edir, silah və sursatı ələ keçirirdilər. 1990-cı ildə burada iri
miqyaslı hərbi əməliyyatlar keçirməyə qabil olan hərbi hissələrdə – erməni milli ordusu, erməni
ümummilli hərəkatının hərbi təşkilatı, respublika partiyasının müstəqil ordusu, “David Sasuni”,
“Vretaruner” (qisasçılar), “Haydat” (erməni məhkəməsi) və b. silahlı dəstələrdə 10 minə qədər
“döyüşçü” toplanmışdı.
Ermənistan SSR Ali Soveti 1990-cı il iyulun 31-də “SSRİ qanunvericiliyində nəzərdə tutulmamış
silahlı dəstələrin yaradılmasını qadağan etmək və silah qanunsuz saxlanıldığı halda onu geri almaq
haqqında” 1990-cı il 25 iyul tarixli prezident fərmanının Ermənistan və DQMV-də qüvvədə
olmadığını elan etmişdi. Ermənistan hərbi birləşmələri tez-tez Azərbaycan ərazisinə basqın edirdilər.
Naxçıvan MSSR Ermənistan tərəfindən blokadaya alınmışdı. Ermənilər Azərbaycan dəmir yolunun
Ermənistanın Mehri rayonu ərazisindən keçən hissəsində qatarların hərəkətinə mane olur, onları atəşə
tuturdular. 1990-cı il yanvarın 12-də düşmən bir neçə hərbi vertolyotla Xanlar rayonunun Quşçu
kəndinə desant ataraq dinc əhaliyə vəhşicəsinə divan tutdu, onlarca adam – qadın, uşaq və qoca məhv
edildi. Erməni faşistləri Naxçıvanın Kərçi kəndinə basqın edib yanvarın 18-də onu tutdu və 320
sakini qovub çıxartdı. Bu əməliyyatlarda sovet qoşun hissələri də iştirak edirdi. Martın 24-də gecə üç
erməni hərbi hissəsi rusların köməyi ilə Qazax rayonunun Bağanis-Ayrım kəndinə hücum etdi, kəndin
7 sakini, o cümlədən iki qadın və ikiaylıq körpə işgəncə ilə öldürülüb yandırıldı, 11 ev talan edildi
və külü göyə sovruldu.
Azərbaycan SSR Ali Soveti 1990-cı il iyunun 11-də Ermənistanla sərhəd boyu (975 km) fövqəladə
vəziyyət elan etdi. Sərhədlər mühəndis qurğuları ilə möhkəmləndirildi, onu müdafiə etmək üçün
Xüsusi Təyinatlı Milis Dəstələri yaradıldı.
SSRİ-də davam edən inzibati amirlik rejimi Kommunist Partiyasının rəhbər və istiqamətverici rolunu
dəyişdirdi, o, sosial-iqtisadi, ictimai-mədəni, idarəçilik siyasəti problemlərini həll etmək iqtidarını
itirməyə başladı. “Yenidənqurma” və digər tələsik tədbirlərlə çoxmillətli Sovet dövlətini labüd


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə