Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə57/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   53   54   55   56   57   58   59   60   ...   89

iflasdan xilas etmək mümkün deyildi.
Tarixin bu məsuliyyətli dövründə iqtidar və AXC liderləri mayın 17-də görüşüb Məşvərət Şurası
yaratdılar. Azərbaycan SSR Ali Sovetinin sessiyası mayın 18-də Məşvərət Şurasında əvvəlcədən
əldə olunmuş razılığa əsasən, müxalifətin maneəsinə rast gəlmədən prezident vəzifəsi təsis etdi və
Ayaz Mütəllibovu respublikanın prezidenti seçdi. İqtidar bir sıra güzəştlərə getdi. Demokratlara
qarşıdakı seçkilərdə deputat yerləri vəd olundu. 21 may tarixli prezident Fərmanı ilə 28 May – 1918-
ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gün “Azərbaycan dövlət quruluşunun dirçəliş günü”
elan edildi. Həmin gün demokratik qüvvələr Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağını keçmiş
Azərbaycan parlamenti binası üzərində yenidən qaldırdılar. Fövqəladə vəziyyət olmasına
baxmayaraq, Bakıda, Gəncədə, Şəkidə və respublikanın başqa şəhərlərində 28 May münasibətilə
mitinqlər, nümayişlər keçirildi.
Lakin o zamankı rəhbərlik Heydər Əliyevin Respublikaya qayıdışından ehtiyat edirdi. Ayaz
Mütəllibov Moskvaya – Heydər Əliyevə xəbər göndərib bildirmişdi ki, onun qayıdışı ilə
“Azərbaycanda böyük qarışıqlıqlar baş verə bilər”. Bakı hava limanında Heydər Əliyevi
qarşılayacaq şəxslərdən biri – görkəmli naşir Əjdər Xanbabayev 1990-cı il mayın 30-da qətlə
yetirildi. Ən yüksək dairələrdən edilən xəbərdarlıqlara baxmayaraq, tarixin bu məsuliyyətli və çətin
dövründə xalqı ilə bir olmağı, ona kömək etməyi vacib bilən Heydər Əliyev 1990-cı il iyulun 20-də
təyyarə ilə Bakıya qayıtdı. İki gündən sonra – iyulun 22-də Heydər Əliyev Naxçıvana getdi. Həmin
gün o, Naxçıvanın Azadlıq meydanında 80 mindən çox adamın iştirakı ilə keçirilən izdihamlı mitinqə
dəvət olundu və orada çıxış etdi. Xalqın respublikanın müxtəlif bölgələrindən gəlmiş nümayəndələri
ilə görüşlər keçirdi, onları müstəqillik uğrunda axıradək mübariz olmağa çağırdı. O, Azərbaycan xalq
deputatlığına namizəd irəli sürüldüyü Nehrəm seçki dairəsi seçiciləri ilə görüşündə demişdi:
 
“Azərbaycan Respublikasının milli dövlət kimi inkişaf etməsi indi əsas məsələdir. Bunun üçün
Azərbaycan tam müstəqil, azad, demokratik respublika olmalıdır. Bütün bu vəzifələri həyata keçirmək
üçün ancaq və ancaq birlik, yekdillik lazımdır. Rəhbərliklə xalqın yekdilliyi tam təmin olunmalıdır”.
Azərbaycan SSR və Naxçıvan MSSR xalq deputatları sovetlərinə seçkilər kampaniyası başlaması ilə
əlaqədar iyulun 28-də respublika demokratik qüvvələrinin forumunda 20-dən artıq ictimai təşkilatın
iştirak etdiyi “Demokratik Blok” (Demblok) yaradıldı. Seçki komissiyalarına cəbhənin və digər
ictimai təşkilatların nümayəndələri də salındı. Seçkilər alternativ əsasda keçirildi. 360 Azərbaycan
SSR xalq deputatı mandatını almağa 1200 nəfər namizəd irəli sürülmüşdü. Seçkilər sentyabrın 30-da
keçirildi. Bəzi dairələrdə oktyabrın 14-də və dekabrın 16-da təkrar seçkilər oldu. Kommunistlərin
qüvvələri səfərbər etməsi, habelə fövqəladə vəziyyət, repressiyalar seçkilərin nəticəsinə təsir
göstərdi. Azad və ədalətli rəqabət təşkil etmək mümkün olmadı. Qeyri-demokratik seçki qanununun
özünü də rəhbər dairələr biabırçı şəkildə pozurdular. Bu yolla onlar seçkilərin nəticələrini
saxtalaşdırıb parlamentdə yerlərin çoxunu kommunistlərə verdilər. Demblokun cəmi 30 nümayəndəsi
Azərbaycan SSR xalq deputatı seçildi.
1991-ci ilin əvvəllərindən DQMV təyyarə meydanına nəzarət Azərbaycan milisinə verildi. Sovet
imperiyasının silahlı qüvvələri bu vaxt SSRİ-nin saxlanılmasına münasibət haqqında 17 mart
Ümumittifaq referendumunda iştirak etməyən Ermənistana “dərs vermək”, habelə Azərbaycandakı
kommunist rejimini dəstəkləmək üçün erməni quldurlarına köməyi azaltdı. 1991-ci il mayın
əvvəllərində Çaykənd və Martunaşendə pasport rejimi yoxlanıldı və hərbiləşmiş erməni birləşmələri
tərk-silah edildi. İyulun əvvəllərində Goranboy rayonunun Azadkənd, Sarısu, Manaşid, Erkeç və


Buzluq kəndlərində düşmənin dayaq məntəqələri dağıdıldı.
Lakin erməni quldurları yenə rusların köməyi ilə sərhəd zonalarındakı Azərbaycan kəndlərinə
basqınları davam etdirirdilər. Avqustun 18-20-də erməni hərbi hissələri rusların, vertolyot və ağır
texnikanın köməyi ilə Qazax rayonuna hücum etdi. Bağanis-Ayrım kəndi yenə dağıdıldı, əhaliyə
işgəncələr verildi. Vəhşilər bir kişini ot tayasında yandıraraq ətrafında yallı getmişdilər. Ermənilərin
Zəngilan, Qubadlı və Laçın rayonu kəndlərinə də hücumları ara vermirdi. Qubadlının Yuxarı Cibikli
kəndinin əhalisi düşmənə mərdliklə müqavimət göstərmiş, 20 qulduru məhv etmişdi. Burada olan
Sovet Ordu hissəsi, demək olar ki, seyrçi mövqe tutmuşdu. Təkcə ukraynalı Olek Babak əliyalın
azərbaycanlılara kömək etdi və qəhrəmancasına həlak oldu. Ölümündən sonra ona Sovet İttifaqı
Qəhrəmanı adı verildi. Vəziyyəti gərginləşdirmək üçün erməni terrorçuları hər vasitədən istifadə
edirdilər. 1989-cu il sentyabrın 16-da onlar Tiflis-Bakı şəhərlərarası sərnişin avtobusunu Yevlax
şəhəri yaxınlığında partlatdılar. 1990-cı il avqustun 10-da Xanlar rayonunda Tiflis-Ağdam sərnişin
avtobusunda yeni terror aktı törətdilər. Partlayış nəticəsində 17 nəfər həlak oldu və 15 nəfər
yaralandı. 1991-ci il iyulun 31-də erməni terrorçuları Moskva-Bakı sərnişin qatarında Mahaçqala
yaxınlığında böyük partlayış törətdilər. Nəticədə 15 sərnişin həlak oldu, 16 nəfər ağır yaralandı. Buna
oxşar cinayət 1991-ci il mayın 30-da Kolonyurd stansiyası yaxınlığında baş verdi. Sərnişin qatarının
partladılması nəticəsində 12 nəfər həlak oldu. Bir qədər əvvəl Rostov şəhəri yaxınlığında
Simferopol-Bakı qatarını da partlatmağa cəhd edilmişdi.
Süqutu labüd olan SSRİ-ni xilas etmək üçün Moskva yeni cəhd kimi “SSRİ-nin taleyi” məsələsini
ortaya atmışdı. Yeni İttifaq müqaviləsi hazırlanmış və mətbuatda dərc edilmişdi. Azərbaycan
rəhbərliyi bu layihənin hazırlanmasının iştirakçısı olmuş və SSRİ Ali Sovetinin sessiyasında onu
müdafiə etmişdi. Heydər Əliyev respublika başçılarının bu mövqeyini Naxçıvan MR Ali Məclisinin
14 yanvar 1991-ci il tarixli sessiyasında kəskin tənqid etdi, göstərdi ki, Azərbaycan üçün bu
müqaviləyə girmək, ona müsbət rəy bildirmək xalqımızın qarşısında cinayət etmək deməkdir.
 
“Əgər bizim respublikamız həqiqətən milli dirçəliş yoluna çıxıbsa və bu yolla getmək istəyirsə, onda
hansı ittifaq birliyindən söhbət gedə bilər? Burada təyin etmək lazımdır, bizim respublikamız hansı
yolla gedəcəkdir?”
 
Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 7 mart tarixli sessiyasında Heydər Əliyev SSRİ-
nin saxlanmasına münasibət bildirilməsi üçün təşkili nəzərdə tutulan Ümumittifaq referendumunda
iştirak etməyin əleyhinə çıxdı.
 
“Mən yeni İttifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin, heç bir şərt qoymadan, tam
əleyhinəyəm. Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə
getməsinin tərəfdarıyam. Azərbaycan tam müstəqil dövlət kimi fəaliyyət göstərmək üçün bütün
imkanlara malikdir”.
 
SSRİ-nin saxlanılmasına münasibət bildirmək üçün kommunistlər birləşib referendumda
Azərbaycanın iştirakı haqqında qərar qəbul etdilər. Ermənistanın boykot etdiyi referendumda
Azərbaycanın iştirakının Moskvanın münasibətini ikincinin xeyrinə dəyişəcəyi xülyası da buna az
təsir göstərmədi. AXC, demokratik qüvvələr, milli-azadlıq hərəkatının liderləri bu qərarın əleyhinə
çıxış etdilər. Respublikanı nümayişlər və tətillər dalğası bürüdü. Xalqın “İttifaq müqaviləsi”nə,


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə