Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə53/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   49   50   51   52   53   54   55   56   ...   89

Cəmiyyətin bunu dərk edən qüvvələri mitinqdən tədricən uzaqlaşırdılar, meydanın mühasirə həlqəsi
daraldılırdı. Dekabrın 3-də hərbi hakimiyyət mitinqçilərdən meydanı tərk etməyi tələb etdi. Dekabrın
4-də isə gecə hərbçilər hücum edib zorla meydanı boşaltdılar, burada gecələyən mitinqçiləri həbs
etdilər.
Xalq hərəkatının birinci – kortəbii mərhələsinin zirvəsi olan Meydan göstərdi ki, mitinq və
nümayişlərlə mövcud problemi həll etmək olmaz, demokratikləşmə yolu ilə getmək, Moskvanın təyin
etdiyi rəhbərlər əvəzinə demokratik yolla xalqın nümayəndələrini seçmək, xalq birliyini təmin etmək,
respublikanın suveren hüquqlarının qorunmasına nail olmaq lazımdır. Xalqın mənafeyini yalnız onun
istədiyi, ona etimad etdiyi lider müdafiə edə bilər.
Xalq Azərbaycan SSR-in SSRİ daxilində iqtisadi və mədəni suverenliyi uğrunda mübarizə aparmağı,
hüquqi dövlət, vətəndaş cəmiyyəti qurmağı proqram məqsədi elan edən, lakin kifayət qədər siyasi
təcrübəsi olmayan liderlərin rəhbərliyi altında fəaliyyət göstərən AXC ətrafında birləşməyə başladı.
1989-cu il martın 13-də AXC təşəbbüs qrupu və “Varlıq” komitəsi arasında siyasi razılaşma əsasında
AXC-nin Müvəqqəti Təşəbbüs Mərkəzi təşkil edildi. 1989-cu il iyulun 16-da Bakıda AXC-nin təsis
konfransı keçirildi. Cəbhənin Proqram və Nizamnaməsi qəbul olundu. İdarə heyəti formalaşdı.
Əbülfəz Elçibəy AXC-nin sədri seçildi.
AXC demokratik mərkəziyyət prinsipindən imtina etmişdi. Onun konfederativ quruluşu, yuxarı
təşkilatların qərarının üzvlər üçün yalnız məsləhət xarakteri daşıması, tədbirlərdə iştirakın tam
könüllü olması buna imkan yaradırdı. Cəbhə daxilində plüralizm, ən müxtəlif fraksiyaların
yaradılması nəzərdə tutulurdu. AXC sədri təmsilçi funksiya daşıyırdı, onun hətta səsvermə hüququ
yox idi.
Şəkidə də xalqın taleyinə biganə qalmayan, milli-azadlıq hərəkatında fəal iştirak etmək istəyən
ziyalılar – Hüseyn Mustafabəyli, Həbibulla Manaflı, Hüseynağa Əsgərzadə, Şahid Abdurahmanlı,
Azər Məmmədli, İlham Kərimov, İlyas Həsənov, Elşad Quliyev, Ənvər Quliyev və başqaları AXC
Şəki ərazi dayaq dəstəsini yaratdılar. Sonradan Şəkidə baş verən bütün mitinqlər, kütləvi tədbirlər
məhz bu adamların rəhbərliyi altında təşkil edilirdi. AXC Şəki ərazi dayaq dəstəsi bu bölgədə aparıcı
siyası qüvvəyə çevrilmişdi. 1989-cu ilin sonunda Şəkidə təşkilatın üzvlərinin sayı 3 min nəfərə
çatmışdı.
Həmin dönəmdə Şəkidə ardıcıl şəkildə keçirilən mitinqlərdə Qarabağda Azərbaycanın mövqeyinin
zəifləməsindən, suveren hüquqlarını məhdudlaşdıran səbəblər, ölkədə ictimai-siyasi durumu
gərginləşdirən şərtlər, əhalinin güzəranının pisləşməsini doğuran amillər çıxışların əsas motivləri idi.
Həmin mitinqlərdən biri də Ə.Elçibəyin iştirakı ilə stadionda keçirildi. Məhz o mitinqlərdə, idarə və
təşkilatlarda baş tutan görüşlərdə, kəndlərdə özəklərin təsis yığıncaqlarında aparılan fikir
mübadilələri və müşavirələr kommunist nomenklaturasının yalan üzərində qurulan təbliğatı ilə
gerçəklik arasında əkslikləri üzə çıxarır və bu proses ictimai şüurun inkişafına, siyasi təfəkkürün
yüksəlişinə əhəmiyyətli təsir göstərirdi.
Demokratiya mədəniyyəti hələ formalaşmamış cəmiyyətdə ifrat demokratik nizamnamə ilə çox
mürəkkəb siyasi şəraitdə taleyi həll olunan xalqa rəhbərlik edə biləcək güclü təşkilat yaratmaq
mümkün olmadı. Bundan yuxarı dairələrdə hakimiyyət uğrunda mübarizə aparan qüvvələr məharətlə
istifadə edir, öz adamlarını, xüsusi idarə agentlərini bu təşkilata yeridirdilər. Hansı yolla olur olsun
xalqın etimadını qazanıb hakimiyyət iştahasına düşənlər çoxalmışdı. Xalq arasından çıxan bəzi
insanlar öz maraqlarını, öz şəxsi ambisiyalarını, hakimiyyət hərisliyini ümummilli mənafelərdən
üstün tuturdular.


Respublikada üçdə ikisi hələ də məskunlaşdırılmamış 230 mindən çox didərgin vardı. İqtisadi
çətinliklər, cinayətkarlıq gündən-günə artırdı. İyulun 13-dən DQMV-də azərbaycanlılar yaşayan
kəndlərin, Naxçıvan MSSR-in blokadaya alınması, Ermənistandan Azərbaycanın sərhəd
məntəqələrinin atəşə tutulması vəziyyəti daha da gərginləşdirirdi. Radikal tədbirlərə üstünlük verən
xalq cəbhəsi liderləri iyunun 29-da Bakıda ümumşəhər mitinqi təşkil etdilər. Əvvəl belə mitinqlərin
əleyhinə olan AXC İdarə Heyəti mitinq və tətil hərəkatının genişləndiyini görüb onu idarə etməyi
vacib bildi. Sonrakı mitinqlər AXC-nin rəhbərliyi ilə təşkil olunur, üçrəngli, ay-ulduzlu bayraq
altında keçirilir, Üzeyir Hacıbəyovun “Koroğlu” operasının birliyə, qələbəyə çağıran uvertürası ilə
açılır və bağlanırdı. Bu mitinqlərdə Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyasını
çağırmaq, sessiyada da AXC İdarə Heyətinin iştirakı ilə DQMV-də XİK-in ləğv olunması məsələsinə
baxmaq, suverenlik, iqtisadi müstəqillik, vətəndaşlıq haqqında qanunlar qəbul etmək, Bakı və başqa
şəhərlərdə fövqəladə vəziyyəti ləğv etmək, AXC-ni rəsmi tanımaq və b. demokratik tələblər irəli
sürülürdü. Ə.Vəzirov isə bu tələbləri qəbul etmədi. Avqustun 14-də Bakıda birgünlük, 21-22-də Bakı
və Sumqayıtda ikigünlük xəbərdarlıq tətilləri keçirildi.
Sentyabrın 2-də Bakı ümumşəhər tətilində tələblərə cavab verilməsə, sentyabrın 4-dən birhəftəlik
ümummilli tətil başlanacağı elan olundu. Həmin gün respublikanın əksər şəhərlərində, o cümlədən
Şəkidə mitinqlər təşkil edildi. İki gün sonra ümummilli tətil başlandı. Bakıda şəhərin normal həyat
fəaliyyətini təmin edən müəssisə və texnoloji rejim işi dayandırmağa yol verməyən neftayırma
qurğularından başqa bütün müəssisələr, habelə dəmiryolçular tətilə qoşuldu. Ayın 5-də Şimali Qafqaz
dəmir yolunda hərəkət tam dayandı. Tətillər təsərrüfata böyük ziyan vurdu.
Sentyabrın 6-da mitinqçilər öz tələblərinə respublika rəhbərliyinə “istefa” tələbini də əlavə etdilər.
Bundan sonra AXC və AKP MK arasında danışıqlar başlandı. Tələblərin ödənəcəyi barədə razılıq
əldə olundu. Sentyabrın 13-də xüsusi saziş protokolu imzalandı. Sentyabrın 15-də Azərbaycan SSR
Ali Sovetinin növbədənkənar sessiyası çağırıldı. Burada AXC-nin təzyiqi ilə DQMV-də XİK-in
ləğvi, Azərbaycan SSR Konstitusiyasına respublikanın sərhədlərinə yalnız ümumxalq referendumu
yolu ilə dəyişiklik etməyin mümkünlüyünü nəzərdə tutan əlavələr edilməsi, suverenlik, vətəndaşlıq və
iqtisadi müstəqillik haqqında qanun layihələrinin geniş müzakirəyə verilməsi haqqında qərarlar qəbul
edildi.
Suverenlik haqqında qanun layihəsinin ümumxalq müzakirəsi keçirildi. Qanuna respublikada
Azərbaycan SSR qanunlarının ittifaq qanunlarından üstünlüyü və onun SSRİ tərkibindən çıxmaq
reqlamenti haqqında mühüm bəndlər daxil edildi. Ali Sovetin sentyabrın 23-də öz işini davam etdirən
növbədənkənar sessiyası “Azərbaycan SSR-in suverenliyi haqqında” Konstitusiya qanununu qəbul
etdi.
Azərbaycan SSR Nazirlər Soveti 1989-cu il oktyabrın 5-də AXC-ni rəsmi qeydə aldı. AXC-nin bu
vaxta qədər buraxılan bülleteni əvəzinə dekabrın 4-dən “Azadlıq” qəzetinin kütləvi tirajla nəşrinə
başlandı. Azərbaycan Xalq Cəbhəsi artıq nüfuzlu kütləvi təşkilata çevrilmişdi. Onun sıralarında 300
minə qədər üzv və tərəfdar birləşmişdi.
SSRİ Ali Soveti Rəyasət Heyəti vəziyyəti nizama salmaq üçün Azərbaycanın hüquqlarını yenidən
kobud surətdə pozaraq 1989-cu il yanvarın 12-də “Azərbaycan SSR-in DQMV-nin xüsusi idarəçilik
formasının tətbiqi haqqında” qərar qəbul etdi. A.Volskinin başçılığı ilə Muxtar Vilayət Xalq
Deputatları Soveti, onun İcraiyyə Komitəsi hüququnda birbaşa Moskvaya tabe olan müvəqqəti Xüsusi
İdarə Komitəsi (XİK) təşkil edildi, bütün dövlət və ictimai orqanların səlahiyyəti dayandırıldı. XİK
vilayətdə qayda-qanunu bərpa etmək əvəzinə onu Azərbaycana bağlayan iqtisadi əlaqələrinin tam


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə