Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə49/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   45   46   47   48   49   50   51   52   ...   89

70-80-ci illərdə yeni müəssisələr sənayenin istehsal quruluşunun təkmilləşdiril​məsində və məhsul
istehsalının artırılmasında əhəmiyyətli rol oynamışdır. Belə ki, həmin illərdə Azərbaycanda 218 yeni
sənaye müəssisəsi istifadəyə verildi ki, bu da Sovet hakimiyyətinin əvvəlki 50 ilində istifadəyə
verilən yeni sənaye müəssisələrinin 70 faizə qədərini təşkil edirdi. Mingəçevirdə tikilən və Cənubi
Qafqazda ən iri elektrik stansiyası, Şəmkir SES-i, Bakı məişət kondisionerləri zavodu, Sumqayıt
kompressorlar zavodu, Salyan plastik kütlə emalı zavodu, Mingəçevir yol maşınları zavodu və rezin-
texnika məmulatları zavodu, Əli Bayramlı məişət cihazları, habelə sənaye, avtomatika və
telemexanika zavodları, Ağdam dəzgahqayırma və metiz-furnitur zavodları, Neftçala yeni yod-brom
zavodu, Bakı və Xankəndində iri ayaqqabı fabrikləri, Gəncə xalça, qənnadı və çini-saxsı qablar
fabriki, Bakı şampan zavodu, Naxçıvan alt trikotaj fabriki, Yevlax yunun ilkin emalı fabriki, Göyçay
pambıqəyirici fabriki, onlarla yüngül yeyinti və başqa sənaye müəssisələri istifadəyə verilmişdi.
Azərbaycanda siyasi həyatın sürətlə inkişafı, partiyanın qanunverici hakimiyyət orqanının, yerli
sovetlərin, ictimai-siyasi təşkilatların, yaradıcılıq ittifaqlarının işindəki mühüm irəliləmələr Heydər
Əliyevin şəxsiyyəti, onun çoxcəhətli idarəçilik istedadı, siyasi-dövlətçilik fəaliyyəti ilə sıx bağlı idi.
Bununla əlaqədar o, 1982-ci ilin dekabrında Moskvaya yüksək dövlət və partiya vəzifələrinə dəvət
olundu. Sov.İKP MK Siyasi Bürosuna üzv seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini
təyin edildi. H.Əliyev bu vəzifələrdən də xalqın naminə səmərəli istifadə edirdi.
Beləliklə, 70-ci illərdə və 80-ci illərin birinci yarısında Heydər Əliyevin çoxcəhətli partiya və
dövlət idarəçiliyi sayəsində Azərbaycanın ictimai-siyasi həyatı olduqca zənginləşdi. İnsanların
partiya və dövlət orqanlarının, ictimai təşkilatların işində fəallığı artdı. Partiya və dövlətin, yerli
sovetlərin, həmkarlar ittifaqlarının, komsomolun, ziyalıların, yaradıcılıq təşkilatlarının əsas diqqəti
respublikanın iqtisadi, sosial-mədəni tərəqqisi, xalqın milli oyanışına istiqamətləndirilmiş siyasətin
reallaşdırılmasına yönəldildi və səmərəli nəticələr verdi. 70-80-ci illərdə Azərbaycanın
qazlaşdırılması əsasən başa çatdırıldı.
1970-ci ildə Bakı metrosunun “Ulduz” stansiyası istifadəyə verildi. 1972-ci il noyabrın 6-da
metropolitenin Bakının mərkəzini “8-ci kilometr” yaşayış massivi ilə birləşdirən yeni xətti işə düşdü.
1976-cı ildə “Nizami”, 1979-cu ildə “Bakmil” (Depo) stansiyaları açıldı. 1985-ci il dekabrın 31-də
Bakı metropoliteninin ikinci növbəsi – “Elmlər Akademiyası”, “İnşaatçılar”, “XI Qızıl Ordu” (indiki
– “20 Yanvar”) və “Memar Əcəmi” stansiyaları istifadəyə verildi. Bakı metrostansiyalarının sayı 16-
ya, yeraltı magistralın uzunluğu 25 km-ə çatdı. 1989-cu ildə “Xalqlar dostluğu” və “Əhmədli”
stansiyaları işə salındı.
70-80-ci illərdə Nizaminin 840 illiyi (1981), Əcəminin, Nəsiminin 600 illiyi (1973), Tusinin 780
illiyi (1981), Vaqifin, Aşıq Alının 180 illiyi (1981), Aşıq Ələsgərin 150 illiyi (1972), Üzeyir
Hacıbəyovun 100 illiyi (1984), Müslüm Maqomayevin 100 illiyi (1984), Zakirin 200 illiyi (1984),
Hüseyn Cavidin 100 illiyi (1981), M.F.Axundovun 175 illiyi (1985), M.A.Əliyevin 100 illiyi (1984),
M.S.Ordubadinin 100 illiyi (1972) və başqa ədəbiyyat, incəsənət, elm xadimlərinin, Azərbaycan
teatrının 100 illiyi (1974) yubileyləri təntənə ilə qeyd olundu. Nəsiminin YUNESKO-nun himayəsi
altında (1979-cu ildə) keçirilən 600 illiyi böyük ədəbi-mədəni hadisəyə çevrildi.
Heydər Əliyev kimi fitri istedadlı, uzaqgörən, xalqını sonsuz məhəbbətlə sevən, mütəfəkkir bir
şəxsiyyətin, praqmatik siyasətçinin Azərbaycana rəhbərlik etməsi respublikanın ictimai-siyasi,
iqtisadi və mədəni həyatında sürətli yüksəlişə səbəb oldu.
1970-82-ci illər bütün Azərbaycanda olduğu kimi Şəkinin həyatında da inkişaf dinamikasının əldə
olunduğu dövr kimi yaddaqalan olmuşdur. Şəkidə ümumi daxili məhsulun həcmi 5 dəfə yüksəlmiş,


1982-ci ildə 1970-ci ilə nisbətən taxıl istehsalı 2,3 dəfə, tütün istehsalı 3,8 dəfə, tərəvəz istehsalı 2,2
dəfə artmış, bostan məhsulları istehsalı 966 tona, üzüm istehsalının həcmi 17,8 min tona çatmışdır.
Heyvandarlıq məhsullarının istehsalı 5 dəfə, sənaye müəssisələrinin sayı 4 dəfə çoxalmışdır. Yeyinti
məhsulları kombinatı, tütün fermentləşdirmə, çörək, pendir zavodları, xalça fabriki, 10 məişət
avadanlıqlarının təmiri müəssisəsi, 10 minik avtomobillərinə texniki xidmət stansiyası və digər
müəssisələr istifadəyə verilmişdir. Fəaliyyət göstərən sənaye müəssisələri modernləşdirilmiş və
genişləndirilmişdir.
Bu dövrdə Şəkidə də möhtəşəm quruculuq işləri başlayır. Birliklər, komplekslər təşkil olunur. Şəki
rayon Kommunist Par​​tiyasının birinci katibi işləmiş Sadıq Mur​tuzayevin adını xüsusi qeyd etmək
istəyirəm. Heydər Əliyev siyasətini Şəki​də həyata keçirən Sadıq Murtuzayevin rəhbərliyi dövründə
Cins-qaramal maldarlıq kompleksi, Kökəltmə birliyi, Tingçilik-meyvəçilik kompleksi yaradılır,
Üzümçülük, Taxılçılıq, Quşçuluq sovxozları inkişaf etdirilir.
1969-cu ildə 750 dəzgahlıq toxucu sexi və boyaq-bəzək fabriki tikilərək istifadəyə verilir. 1975-ci
ildə Şəki şəhərindəki bir sıra fabriklər kombinata birləşdirilməklə yeni təsisat – İpək İstehsal Birliyi
yaradıldı. Bundan sonra kombinat – baş müəssisə, əvvəlki fabriklər isə filial adlandı. Sonralar
Ağdaş, Qax və Xocalı şəhərlərində də Birliyin filialları yaradılmışdı. Görülən tədbirlərin sayəsində
70-80-ci illərdə Şəki İpək İstehsalat Birliyində ipək parça istehsalı iki dəfə artdı. Sovet dövrünün
sonunda Şəki İpək İstehsalat Birliyinin 7200 nəfər işçisi vardı. Azərbaycan istehsal olunan ipəyin
keyfiyyətinə görə Sovetlər İttifaqında birinci yeri tuturdu. Şəki İpək İstehsalat Birliyi SSRİ-nin 75
müəssisəsinə ipək parça, 84 müəssisəsinə isə ipək sap göndərirdi. Şəki ipəyindən hazırlanan parçalar
Yaponiya, İsveçrə, İtaliya və digər xarici ölkələrə ixrac olunurdu. Hər il 43 milyon kv.m ipək parça
istehsal olunaraq, 200-dən çox satış bazasına göndərilirdi.
70-80-ci illərdə Şəkidə mənzil tikintisi sürətlə artmışdı. Çox sayda çoxmərtəbəli yaşayış binaları
tikilmiş, doqquzmərtəbəli, o dövr üçün möhtəşəm mehmanxana istifadəyə verilmiş, kənd yaşayış
məntəqələri yenidən qurulub, abadlaşdırılmışdı. Ümumi sahəsi 283,4 min kvadrat metr olan yaşayış
evləri, 5520 şagird yerlik ümumtəhsil məktəbləri, 740 yerlik məktəbəqədər uşaq müəssisələri
istifadəyə verilmişdi. Bu illərdə 70 km uzunluğunda bərk örtüklü avtomobil yolu çəkilmiş, 29 yeni
körpü tikilmiş, hava limanı yenidən qurulmuşdur.
Yadımdadır ki, o vaxtlar hər il payızda “Məhsul bayramı” keçirilərdi. Bu bayram şəhərin
rəhbərlərinin xalq təssərrüfatının müxtəlif sahələrində qazandığı uğurun təntənəsi, əhali qarşısında
hesabatı idi.
Bu illərdə regionun inkişafı üçün xüsusi əhəmiyyət daşıyan, çox mühüm iqtisadi, strateji və siyasi
əhəmiyyət daşıyan, Azərbaycan ərazisinin şimal-qərb hissəsini Bakı-Tbilisi dəmir yolu xətti ilə
birləşdirən Yevlax-Balakən (uzunluğu 162 km) dəmir yolu tikilib istifadəyə verildi. Bu yolun inşası
Azərbaycan ərazisinin böyük bir hissəsini respublikanın ümumi dəmiryol şəbəkəsilə birləşdirməklə,
çoxlu xalq təsərrüfatı yüklərinin səmərəli daşınmasına əlverişli şərait yaratdı.
Şəki şəhəri və onun əksər kəndləri qazlaşdırılır. Şəki şəhər və kəndlərinin elektrik enerjisi ilə
təchizatı sahəsində əsaslı inkişaf proqramı həyata keçirilir. Şəkidə Dövlət Dram Teatrı tikilir, 44
klub-mədəniyyət evi, 3 muzey, 8 yeni kino qurğusu işə salınır. Hər yüz ailəyə düşən minik
avtomobillərinin sayı 16 dəfə artır.
1984-cü ildən başlayaraq bir neçə il Şəkidə “Gülüş bayramı” təşkil olunmağa başlamışdı. O dövrdə
şəhərimiz Bolqarıstanın gülüş şəhəri olan Qabrovo ilə qardaşlaşdı. Bayramda Azərbaycanın
incəsənət, teatr xadimləri, gülüş ustaları Şəkiyə gəlir, bir neçə gün davam edən möhtəşəm festival


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə