Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə50/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   46   47   48   49   50   51   52   53   ...   89

şəhərin həyatını bəzəyirdi. Bayram şəhər stadionunda qala konsertlə yekunlaşırdı.
Artıq 80-ci illərin ortalarında sovet ölkəsinin ictimai-siyasi, iqtisadi və mənəvi həyatında böhran
yaranmışdı. Elmi-texniki tərəqqi ləngiyirdi, sənayedə avadanlığın mənəvi aşınması, infrastrukturun
zəifliyi, təbii ehtiyatlar hasilatının çətinləşməsi və bahalaşması, maddi ehtiyatlar qıtlığının meydana
gəlməsi təzahür edirdi. 1985-ci ildən sovet imperiyasına rəhbərlik edən Sov.İKP MK-nın Baş katibi
M.S.Qorbaçov isə qurmağa yox, dağıtmağa çalışırdı. Sonralar Türkiyənin Amerika Universitetindəki
çıxışında o etiraf etmişdi:
 
“Həyatımın məqsədi kommunizmi məhv etmək olub”.
 
Belə bir şəxsiyyətin rəhbərlik etdiyi sosialist dövlətinin dağılması təbii idi. İctimai həyatın bütün
sahələrində partiya amirliyi gücləndikcə bu təşkilatda mənəvi çürümə prosesi sürətlənirdi. Partiya
özünə sosial dayaq yaratmaq üçün xalqları, cəmiyyəti, kollektivləri, təşkilatları parçalayırdı. İqtidar
tərəfdən dəstəklənən rəhbər elita – partiya-təsərrüfat “fəalları” əldə etdikləri imkanlardan sui-istifadə
edərək varlanırdılar. Məkrli yolla faydalanan fırıldaqçılar “sosialist həyat tərzi” meyarlarına
sığışmayan dəbdəbəli yaşayış və yığdıqlarından asudə bəhrələnmək naminə mövcud siyasi-ictimai
sistemin dağılmasına biganə idilər. Hakim üsuli-idarənin mənəvi dayağı olan kommunist ideologiyası
iflasa uğramaqda idi. Onun təbliğ etdiyi ehkamlarla qurulmuş cəmiyyət, “böyük gələcək” haqqında
uydurma iddialarla həyat həqiqətləri arasında ziddiyyətin dərinləşməsi böhranın mühüm
səbəblərindən biri idi. Xalq öz real vəziyyətini dərk edir, sovet imperiyasının ideologiya dayaqları
sarsılırdı. Sovet respublikalarında milli özünüdərk, suveren hüquqların hakim-şovinist dairələr
tərəfindən tapdalanmasına, respublikaların milli sərvətlərinin talan olunmasına etirazlar güclənməkdə
idi. Dövləti qanunlar deyil, partiya elitasının maraqları idarə edirdi. Sözdə elan olunmuş demokratik
hüquq və azadlıqların real təminatı yox idi. İqtidar hüquqi nihilizmin dərinləşməsində maraqlı idi.
Qanunsuzluq, ona qarşı mübarizənin səmərəsizliyi adamları siyasi həyata münasibətdə
laqeydləşdirirdi.
Sovet İttifaqının iflası mühüm xarici səbəblərlə də şərtlənirdi. Qərbdə “Bəla imperiyası” kimi
damğalanan bu “super” dövlət iki sistem – kapitalist və sosialist sistemləri arasında çox böyük
çətinliklə hərbi paritet yaratmağa nail olmuşdu. Lakin dünyanın demokratik dövlətləri ona qarşı
qüvvələrini birləşdirirdilər. Ümumdünya antikommunizm liqasının fəaliyyəti genişlənmişdi.
Azərbaycanın, o cümlədən Şəkinin ictimai-siyasi həyatının, təsərrüfat sisteminin ahəngi 1987-ci ildə
erməni millətçilərinin “Dağlıq Qarabağ” ətrafında başladıqları fitnəkarlıqla pozuldu. Sovet İttifaqının
səlahiyyətli orqanlarında yüksək vəzifələr tutan erməni millətçiləri Azərbaycan iqtisadiyyatına böyük
zərbələr endirmək üçün öz xəyanətkar fəaliyyətlərini genişləndirdilər.
Şəkidə böyük üzümçülük kompleksi vardı. Şəki iqtisadiyyatına ilk zərbə alkoqolizmlə mübarizə şüarı
altında üzümçülüyün ləğv edilməsi oldu.
Qorbaçov dövrünün hökuməti Azərbaycan iqtisadiyyatının inkişafına yönəldilən əsaslı vəsaiti ildən-
ilə məhdudlaşdırırdı. İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq 1986-1990-cı illərdə
Azərbaycanın iqtisadiyyatı beşilliyin yekununa görə artıma nail ola bilmədi. Belə ki, respublikada
sənaye məhsulunun ümumi həcmi 1990-cı ildə 1985-ci ilin səviyyəsinin 99,1 faizini, həmin beşillikdə
kənd təsərrüfatı məhsullarının orta illik həcmi isə əvvəlki beşilliyin səviyyəsinin ancaq 96,2 faizini
təşkil etmişdi. İpək parça və ipək sap istehsalı xeyli azaldı. 80-ci illərin ikinci yarısında Azərbaycan
sənayesi ziddiyyətli, çox çətin və ağır bir dövr keçirirdi. Respublikanın şəhərlərində ət, yağ, şəkər


talonlarla verilməyə başlanmışdı. Bazar durmadan bahalaşır, inflyasiya, qıtlıq artırdı.
“Yenidənqurma”nın elan olunmuş cəlbedici məqsədləri Azərbaycan xalqında, xüsusən ziyalılarda
ümidlər doğurmuşdu. Xalq arasında demokratik ideyalar yayılırdı. Bundan narahat olan mərkəz
mühüm geosiyasi dəyəri olan Azərbaycanı və deməli, bütün Cənubi Qafqazı əldə saxlamaq üçün
yenidən uydurma “Dağlıq Qarabağ problemi”ni qızışdırdı. 1988-ci ildə Ermənistan SSR ərazisindən,
öz dədə-baba yurdundan – 185 kənddən və başqa yaşayış məntəqələrindən 230 min azərbaycanlı
qovuldu. Onların bir hissəsi şəhərimizdə məskunlaşdı.
1988-ci il fevralın 12-də Yerevanda böyük antitürk mitinqi keçirildi. “Ermənistanı türklərdən
təmizləməli”, “Ermənistanda ermənilər yaşamalıdır!” və başqa millətçi şüarlar səslənirdi. Fevralın
21-də erməni vandalları Yerevanda qalmış son məscidə hücum edib onu dağıtdılar. Azərbaycan aşıq
sənətinin dahisi Ələsgərin qəbri təhqir edildi. Böyük şair Səməd Vurğunun abidəsi uçuruldu.
Azərbaycanlılara qarşı terror 1988-ci ilin əvvəllərində Vedibasarda xüsusən genişləndi. Qız-gəlinlər,
ağsaqqallar təhqir edilir, kəndlər talan olunurdu. Döyülmüş, alçaldılmış, heç yerdən köməyi olmayan
4000 nəfər adam ev-eşiyini atıb piyada, ayaqyalın-başıaçıq, böyük çətinliklərlə qarlı dağ keçidlərini
aşıb Azərbaycana gəlməyə məcbur oldu. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətindəki
ermənilər bundan ruhlanaraq daha fəal siyasi aksiyalar keçirməyə başladılar.
1988-ci ilin əvvəllərindən Xankəndində (1923-cü ilin avqustundan 1991-ci ilin noyabrınadək
Stepanakert adlanıb) erməni əhalisi ardı-arası kəsilməyən kütləvi mitinqlər, nümayişlər keçirirdi.
Fevral ayının 15-18-də vilayətin Şuşadan başqa bütün rayon sovetlərində sessiya keçirildi və
DQMV-nin Azərbaycan SSR tərkibindən çıxarılıb Ermənistan SSR tərkibinə verilməsini təklif edən
qərarlar qəbul olundu. Mitinqçilərin tələbi ilə fevralın 20-də Vilayət Sovetinin sessiyası DQMV-nin
Azərbaycan SSR tərkibindən çıxarılıb Ermənistan SSR tərkibinə verilməsi haqqında qərar qəbul etdi.
SSRİ Ali Sovetindən xahiş edildi ki, bu məsələni müsbət həll etsin. Moskva münaqişəni daha da
qızışdırdı. Sov.İKP MK Siyasi Bürosunun Bakıya gəlmiş üzvü (Liqaçov) sərhədləri dəyişdirməyin
yolverilməzliyindən danışır, Yerevana gedən üzvü isə (Yakovlev) DQMV-dəki separatçılığa haqq
qazandırırdı.
“Yenidənqurma” siyasətinin ziddiyyətliliyi, mühafizəkarların ciddi müqaviməti üzündən mövcud
siyasi və iqtisadi rəhbərlik metodlarını demokratikləşdirmək tədbirləri baş tutmurdu. Köhnə
idarəçilik mexanizminin dağılması, yeni mexanizmin isə hələ yaradılmaması ilə əlaqədar İttifaqın
düşdüyü ümumi böhran gündən-günə dərinləşirdi. Xalqın güzəranı pisləşirdi. Belə bir şəraitdə SSRİ-
nin dağılma prosesinin qarşısını almaq üçün hakim dairələr milli münaqişələri, antitürk, antiislam
siyasəti qüvvətləndirirdilər. Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində
azərbaycanlıların soyqırımını törətmək, Azərbaycanı parçalamaq, bu yolla bütün regionda ağalığı
saxlamaq siyasəti həyata keçirilirdi. Uzun illər münasib fürsət gözləyən erməni millətçiləri yaranmış
vəziyyətdən məharətlə istifadə edib, bu dəfə də Azərbaycanın hesabına öz torpaqlarını
genişləndirmək məqsədi ilə fəaliyyətə başladılar. Lakin Azərbaycan Respublikasının Moskvaya
sədaqətlə xidmət edən rəhbərliyi yaranmış yeni beynəlxalq şəraitdə qüvvələri düzgün qiymətləndirib,
xalqı vahid ümummilli platforma ətrafında mübarizəyə qaldıra bilmədi. Onun bağışlanılmaz
passivliyi və laqeydliyi nəticəsində Azərbaycanın suveren hüquqları tapdalandı. Ərazisində milli
münaqişə ocağı alovlandırıldı, azərbaycanlılar öz dədə-baba torpaqlarında növbəti dəfə soyqırımına
məruz qaldılar. Hadisələrin belə gedişi Azərbaycanda milli hərəkatın qalxmasına güclü təkan verdi.
1988-ci ilin əvvəllərindən ilk kütləvi etiraz çıxışları başlanmışdı. Hərəkat həmin ilin sonunadək,
demək olar ki, kortəbii xarakter daşıyırdı. Yeni ictimai-siyasi təşkilatlar meydana gəlirdi. 1987-ci


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə