Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə48/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   44   45   46   47   48   49   50   51   ...   89

Azərbaycan KP Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilən plenumu Azərbaycan üçün
böyük tarixi əhəmiyyət kəsb edən taleyüklü hadisə idi. Plenumda Heydər Əlirza oğlu Əliyev
Azərbaycan KP MK-nın birinci katibi seçildi. Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan
şəhərində, fəhlə ailəsində anadan olmuşdu. Naxçıvanda orta təhsil almış, Pedaqoji Texnikumu
bitirmişdi. 1939-1941-ci illərdə o, Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində oxumuşdu.
H.Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq
Komissarlığı Sovetində şöbə müdiri, 1944-cü ildən Dövlət Təhlükəsizlik orqanlarında işləmişdi.
1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdi. Ağlı və işgüzarlığı
sayəsində H.Əliyev general-mayor rütbəsinədək yüksəlmişdi. 1956-1965-ci illərdə Azərbaycan SSR
Dövlət Təhlükəsizlik Komitəsi Əks-Kəşfiyyat İdarəsinin rəisi, 1965-ci ildən bu Komitə sədrinin
müavini, 1965-ci ildən isə sədri olmuşdu.
Həmin il avqustun 5-də H.Ə.Əliyev Azərbaycan KP MK plenumunda çıxış edərək, respublikanın
iqtisadiyyatını dərin və hərtərəfli təhlil etdi, təsərrüfata rəhbərlikdə, mədəni quruculuqda, ideoloji
işdə ciddi nöqsanlar olduğunu qeyd etdi və onları aradan qaldırmaq yollarını göstərdi. Azərbaycan
KP MK avqust plenumunda dövlət əmək intizamını möhkəmləndirmək, respublikada mənəvi-psixoloji
iqlimi sağlamlaşdırmaq vəzifələri irəli sürüldü. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan KP-
nin XXVIII (10-12 may, 1971-ci il), XXIX (28-30 yanvar, 1976-cı il), XXX (28-30 yanvar, 1981-ci
il) qurultaylarında, MK-nın plenumlarında, vaxtaşırı çağırılan müşavirələrdə respublikanın iqtisadi,
mənəvi və sosial-mədəni inkişafının konkret vəzifələri, təşkilati tədbirlər müəyyən edildi.
Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb
tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün
həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı. Böyük siyasətçi
iqtisadiyyat (o cümlədən kənd təsərrüfatı) və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin,
xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist
partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur, sonra da bütün
xalqımızı həmin qərarların icrasına səfərbər edir, doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan,
gecəli-gündüzlü mübarizə aparırdı. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir
olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə (o vaxtkı terminologiya ilə desək,
inzibati-iqtisadi vahidə) çevirmək onun planlarının başında gəlirdi. Bir sözlə, Vətənimizin
müstəqilliyə gələn yolunu hələ o zaman Heydər Əliyev başlamışdı.
1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində bütövlükdə respublika ərazisində yüzlərlə zavod,
fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal
sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal
olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Heydər Əliyevin SSRİ rəhbərliyində
böyük nüfuzu vardı. O, 1976-cı ildə Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd seçildi və bu
vəzifənin verdiyi imkanlardan Azərbaycanın inkişafı naminə məharətlə istifadə etdi. H.Əliyev 1977-
ci il SSRİ Konstitusiyasını hazırlayan Konstitusiya Komissiyasının üzvü və 1978-ci il Azərbaycan
SSR-in Konstitusiyasını hazırlayan Konstitusiya Komissiyasının sədri kimi geniş dövlətçilik
fəaliyyəti göstərdi. 1970-1982-ci illərdə respublika 12 dəfə müxtəlif Ümumittifaq yarışlarının qalibi
oldu, keçici Qırmızı Bayraqlara layiq görüldü. 1970-ci ildə Oktyabr İnqilabı, 1972-ci ildə Xalqlar
Dostluğu, 1980-ci ildə Lenin ordenləri ilə təltif edildi.
“Qoy ədalət zəfər çalsın!” – o zaman Heydər Əliyevin söylədiyi və bütün əməllərinin mahiyyətini


təşkil edən bu sözlər xalqın dilində şüara çevrilmişdi. 1977-ci ildə Nizami irsinin yenidən
öyrənilməsi haqqında qərar qəbul olundu, bu sahədə səmərəli işlər görüldü. Bir zamanlar
“pantürkist” kimi damğalanmış Hüseyn Cavidin nəşi 1982-ci ildə İrkutsk vilayətindən gətirilib
Naxçıvanda torpağa tapşırıldı.
Heydər Əliyev faşizmə qarşı müba​rizədə Azərbaycan xalqının oynadığı rolun düzgün
qiymətləndirilməsinə çalışırdı. O, Mehdi Hüseynzadənin Avropanın böyük antifaşist hərəkatında
qəhrəmanlığının təbliğinin, haqqında əsərlər, kinofilm çəkil​məsinin, ona heykəllər qoyulmasının
təşəbbüsçüsü olmuşdu. 1971-ci ildə respublika orta hərbi internat məktəbi təşkil edildi. 70-80-ci
illərdə SSRİ-nin hərbi məktəblərində müxtəlif hərbi ixtisaslar üzrə 2000-dən çox azərbaycanlı zabit
hazırlandı.
70-ci illərdə onun təşəbbüsü ilə Taqanroqda 416-cı Azərbaycan diviziyasının böyük qələbəsinə
möhtəşəm xatirə ansamblı, Sevastopolda Sapundağda 77-ci Azərbaycan diviziyasının şərəfinə böyük
abidə ucaldılmışdı. Heydər Əliyev Bakı neftinin İkinci Dünya müharibəsində faşizm üzərində
qələbədə oynadığı ümumdünya tarixi əhəmiyyətli rolunun SSRİ rəhbərləri tərəfindən etiraf edilməsinə
nail oldu. 1978-ci ildə Bakı Lenin ordeni ilə təltif edildi.
“Gəncə” sözü yasaq edildiyi vaxt “Yeni Gəncə” rayonu yaradılmışdı. Bakı rayonlarına “Nizami” və
“Nəsimi” adları verildi. Rayonlara Naxçıvanda “Babək”, Yuxarı Qarabağda “Əsgəran” adlarının
verilməsi, Naxçıvan MSSR-də Sədərək qəsəbəsinin salınması bu yerlərin əzəli Azərbaycan
torpaqları olduğunu bir daha təsdiqləyirdi. Heydər Əliyev ilk dəfə “İran Azərbaycanı” kimi məqsədli
təhrifi “Cənubi Azərbaycan” kimi obyektiv terminlə əvəz etdi.
Naxçıvan MSSR və DQMV-nin iqtisadi və mədəni tərəqqisinə diqqət artırılmışdı. Şuşa şəhərinin
inkişafı üçün bir neçə xüsusi qərar qəbul edildi. Şəhərin tarixi abidələrinin bərpa olunmasına, yeni
binaların tikilməsinə başlanıldı. 1980-1981-ci illərdə Molla Pənah Vaqifin qəbri üzərində böyük
məqbərə ucaldıldı. Üzeyir Hacıbəyovun, Bülbülün ev muzeyləri açıldı. Natəvanın heykəli qoyuldu.
Şəhərdə böyük mehmanxana, çoxmərtəbəli yaşayış binaları, inzibati binalar tikildi. Şuşa Ümumittifaq
səviyyəli kurort şəhərinə çevrildi. Dağlıq Qarabağda əhalinin təminatı həmişə Azərbaycan SSR üzrə
orta göstəricilərdən yüksək olurdu, 1973-cü ildə Stepanakertdə (indiki Xankəndi) Azərbaycan
Pedaqoji İnstitutunun filialı əsasında Pedaqoji İnstitut açıldı. 1979-cu ildə Ağdamdan buraya dəmir
yolu çəkildi. Heydər Əliyevin ağıllı və uzaqgörən siyasəti sayəsində partiya, sovet orqanları, ictimai
təşkilatlar öz işini elə qurmuşdu ki, erməni separatçıları açıq çıxışlardan çəkinirdilər. 1977-ci ildə
Dağlıq Qarabağ məsələsi növbəti dəfə qaldırılsa da, qarşısı qətiyyətlə alınmışdı.
Heydər Əliyev erməni millətçilərinin niyyətini yaxşı dərk edir, sərhəd rayonlarının iqtisadi və sosial-
mədəni inkişafına böyük əhəmiyyət verir, qayğı göstərirdi. 70-ci illərdə mərkəz – ermənilərin təhriki
ilə – Kəlbəcər rayonunun perspektivsizliyi, buradan əhalinin köçürülməsi, torpaqların isə yaylaq kimi
respublikalar arasında bölüşdürülməsi haqqında məsələ qaldırdı. Buna qarşı H.Əliyev 1977-ci ildən
bu rayonun potensial imkanlarını genişləndirmək tədbirləri hazırlanmasına və həyata keçirilməsinə
nail oldu.
Respublikanın ictimai-siyasi həyatında dövlət bayramlarının, tarixi günlərin, rayonlarda məhsul
bayramlarının qeyd edilməsi, əldə edilmiş müvəffəqiyyətlərlə bağlı təltiflərin verilməsi, habelə SSRİ
partiya və dövlət başçısı L.İ.Brejnevin Bakıya gəlməsi (1970, 1978 və 1982-ci illərdə),
Azərbaycanda müttəfiq respublikaların mədəniyyət, ədəbiyyat və incəsənət günlərinin, festivalların,
beynəlxalq konfransların və s. keçirilməsi ilə əlaqədar təşkil olunan tədbirlər daha zəngin, canlı və
maraqla həyata keçirilirdi.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə