Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə44/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   40   41   42   43   44   45   46   47   ...   89

əlaqəyə girib”.
Üsyan 1930-cu il aprelin 13-də Göynük kəndində başladı və tezliklə qonşu Tala, Katex kəndlərini
əhatə etdi. Tezliklə üsyançılar Şəkini mühasirə etdilər. Rayon rəhbərliyinin yalnız 2 saat əvvəl bir
nəfər çobanın sayəsində üsyançıların hücumundan xəbəri oldu. Belə ki, Baş Göynük kəndindən
qaçaraq özünü rayona yetirən bir nəfər çoban kənddə qiyam başladığını və bir azdan Şəkiyə hücum
edəcəkləri xəbərini çatdırdı. Rayon Partiya Komitəsinin sədri Rza Babayev bu barədə təcili Bakıya,
Bağırova məlumat çatdırır, hətta bundan sonra da nə respublika, nə də rayon rəhbərliyi üsyançıların
Şəkiyə hücum edəcəklərinə inanmırlar. Bağırov rayon rəhbərliyinə təmkinli olmağı və yerli
kommunist könüllüləri hazır vəziyyətə gətirməyi məsləhət görür.
Dövlət sənədlərində üsyançı dəstələrin başında Abdul Məcid Bakkayevin, Novruz Şirinovun, İslam
Qara oğlunun, Nəcməddin Əfəndinin, Kar Xudunun, Süleyman Salman oğlunun, Məmməd Ramazan
oğlunun durduğu göstərilir. Əksəriyyəti süvarilərdən ibarət olan yaxşı silahlanmış 200 nəfər üsyançı
1930-cu il aprelin 13-də Göynük (şimal-qərb) və Zəyzid-Bideyiz (cənub-şərq) istiqamətlərindən
şəhərə hücum etdilər. Hücum üçün əsas obyektlər həbsxana və Rayon Partiya Komitəsinin binaları
seçilmişdi.
Qiyamın ümumi rəhbəri Mustafa bəy Əlicanbəyov Şəkinin keçmiş bəyi idi, qiyamın hərbi rəhbəri
Bəhram bəy Nəbibəyov Şəkidə bəy ailəsində doğulmuşdu, üsyanın ideoloji-mənəvi rəhbəri Molla
Mustafa Şeyxzadə Şəkinin əsilzadə ailəsinin nümayəndəsi idi, babası Şeyx Əhməd övliya hesab
edilirdi və məzarı Baş Şabalıd kəndində indi də tanınmış ziyarətgahdır. Şeyxzadələr Şəkinin ən
imkanlı ailələrindən idilər. Məşədi Məcid 1600 baş heyvanı sataraq pulunu Bəhram bəy Nəbibəyova
göndərir ki, silah-sursat alınsın. Bundan başqa, baramaçılıq fabrikinin keçmiş sahibi Əli Məhərrəmov
qiyamçı dəstə yaratmışdı, bu dəstənin silah-sursatla təminatına heyvandarlıq kooperativinin müdiri
Əbdürrəhman adlı birisi köməklik göstərirdi.
Molla Mustafa Şeyxzadənin başçılığı ilə üsyançılar şəhərə daxil olurlar və ilk növbədə türməyə
hücum edərək, burda saxlanılan 300-ə qədər dustağı azad edirlər. Üsyançılar Şəkiyə daxil olaraq
İcraiyyə Komitəsinin binasını tutur, Rza Babayevi əsir götürürlər. Amma Rza Babayev ölümün
pəncəsindən qaçaraq bir neçə kommunistlə birgə Şəki Şəhər Poçtamtının binasına sığınır və buradan
Bakı ilə əlaqə saxlayaraq kömək istəyir. Şəkidə Sovet hakimiyyəti devrilir. Şəhər bütünlüklə
üsyançıların əlinə keçir.
Azərbaycan hakimiyyəti üsyanı boğmaq üçün çox böyük qüvvələr göndərir. Belə ki, Tuxarelinin
komandanlığı altında Kaxetiyadan 64-cü Qafqaz polku, 24-cü polkun bir hissəsi, Sumbatovun süvari
dəstəsi, milis hissələri və Mircəfər Bağırovun komandanlığı altında silahlı dəstələr Şəkiyə gəlir.
1930-cu il aprelin 15-də ordunun və buraya gələn 2 zirehli maşınn köməyi ilə üsyan boğulur.
Üsyançılardan 80 nəfər həlak olur, 40 nəfər yaralanır. Üsyançıların 400 nəfəri həbs edilir. Hökumət
qoşunlarından 12 nəfər həlak olur, 25 nəfər yaralanır. Lakin ayrı-ayrı bölgələrdə hökumət əleyhinə
kiçik də olsa silahlı müqavimət davam edir. Sucma, Böyük Dəhnə kəndlərində bu cür silahlı çıxışlar
olur. Ancaq may ayında hökumət üsyanı tam ləğv etməyə nail olur. Bütün üsyan ərzində hökumət
qüvvələrindən 73 nəfər həlak olur, 79 nəfər yaralanır. Üsyançılardan isə 180 nəfər həlak olur, 150
nəfər yaralanır. Şəhərdə 865 nəfər saxlanılır. Sonra onlardan 226 nəfər həbs olunur, qalanları azad
edilir. Üsyançılardan 2755 vahid silah müsadirə edilir.
Şəki üsyanı Azərbaycanda Sovet hakimiyyəti əleyhinə, kollektivləşmə əleyhinə əhalinin ən böyük
çıxışı idi. Bu, əhalinin olduqca acınacaqlı vəziyyəti ilə əlaqədar idi. Adama 100 qram şəkər
verilirdi. Çörək çatışmırdı. İşsizlik baş alıb gedirdi. Eyni zamanda, yerli əhalinin milli və dini


hisslərinin təhqir olunması bu üsyana rəvac vermişdi. Üsyanın rəhbərlərindən biri Məhəmməd
İsazadə üsyan haqqında belə demişdi:
 
10 il ərzində biz Sovet hakimiyyətinin ağır qayda-qanunları ilə üz-üzə qalmışdıq. Bütün ağırlıqlara
da tab gətirə bilərdik. Amma görəndə ki bizim mollalarımızı həbs edirlər, heç bir günahı olmayan
ağıllı adamlarımzı, alimlərimizi həbs edib güllələyirlər, bizim dinimizi təhqir edirlər, lağa qoyurlar,
onda bütün islam əhalimiz ayağa qalxdı.
Üsyan yatırıldıqdan sonra hərəkatın bütün rəhbərləri qətl edildi. Təkcə Şəkidə 1300 nəfər
güllələnmişdi. Bəzilərini Sibirə, Özbəkistanın və Qazaxıstanın adam yaşamayan çöllərinə sürgün
etdilər. Eyni zamanda, hakimiyyət regionda iqtisadi və dini siyasətdə müəyyən dəyişikliklər etməyə
məcbur olur. Müvəqqəti olaraq kollektivləşdirmə prosesi dayandırılır. Şəkidə hərbi qarnizon
yerləşdirilir. Şəki üsyanı insanların inzibati amirlik idarə üsuluna, bunun nəticəsi kimi kütləvi,
məcburi kollektivləşdirilməyə, Sovet hökumətinin dini və milli siyasətinə qarşı yönəlmiş milli
azadlıq mübarizəsi olmaqla, tariximizin şanlı bir səhifəsi idi.
1931-ci ildə əsasən fəhlələrdən olmaqla 159 nəfərlik Şəhər Soveti yaradılır. 1931-ci il yanvarın 20-
də Şəhər Sovetinin I plenumu keçirilir və şəhərin əsas problemləri müzakirə olunur. Lakin sonralar
Şəhər Sovetinin bütün fəaliyyəti Kommunist Partiyasının qurultayının qərarlarını həyata keçirmək,
beşillik planların vaxtından qabaq yerinə yetirilməsi üçün tədbirlər hazırlamaq, Şəki Rayon Partiya
Komitəsinin göstərişlərini həyata keçirmək oldu. Eyni zamanda, Şəhər Soveti şəhərin inkişafı üçün,
insanların məişət şəraitinin yaxşılaşdırılması üçün bir sıra tədbirlər görür. 1940-cı il avqustun 7-də
keçirilən Şəhər Sovetinin IV sessiyasında şəhərə su kəmərinin çəkilməsi, mənzil fondunun artırılması,
şəhərin elektrik enerjisi ilə təchizatının, nəqliyyatın, rabitənin yaxşılaşdırılması, yolların və
körpülərin təmiri üçün çox ciddi qərarlar alınır. Bu qərara əsasən fəhlə və qulluqçuların iş yerlərinə
çatdırılması üçün əlavə nəqliyyat vasitəsi ayrılır.
1933-cü ilə qədər Şəki ilə Yevlax arasında yük maşınları hərəkət edirdi. Belə ki, Yevlaxda dəmiryol
stansiyası yerləşdiyindən bütün ticari əlaqələr məhz bu yol vasitəsilə həyata keçirilirdi. 1934-cü ildə
Şəki ilə Yevlax arasında hava yolu yaradıldı. Bununla əlaqədar şəhərin yaxınlığında aeroport tikilib
istifadəyə verildi. Artıq neçə illərdir ki, bu aeroport fəaliyyətini dayandırıb. Keçən əsrin
əvvəllərində mühüm iqtisadi rol oynayan aeroport artıq neçə illərdir ki, tam istifadəsiz vəziyyətdədir.
Mənə maraqlı gəlirdi ki, hökumət xüsusi mülkiyyət, bazar iqtisadiyyatı olmayan bu dövrdə necə belə
bir inkişafa nail olurdu? Arxiv materiallarını izlədikcə bu sualın cavabı aydın oldu. O zaman
sosializm yarışları keçirilir, qabaqcıl, planı vaxtından əvvəl yerinə yetirən fəhlələr hər cür
imtiyazlara sahib olur, insanlar və onların əməyi əsasında rəqabət formalaşırdı. Bir də fəhlələrin
entuziazmını xüsusi qeyd etmək istəyirəm. İnsanlar xoşbəxt gələcəyə inanırdılar. Kommunizm adlanan
ideal bir cəmiyyət yaratdıqlarını düşünür və həvəslə çalışırdılar. Məsələn 1935-ci ildən başlayaraq
şəkidə “staxanovçular” hərəkatı geniş vüsət alır. Bu adamlar gündəlik normadan qat-qat çox məhsul
istehsal edirdilər. Məsələn, gənc toxucu Mahnur İmanova 3 dəzgahda eyni vaxtda işləyir və gündəlik
planı 180 % yerinə yetirirdi. Başqa bir fəhlə A.İbrahimov 2 dəzgahda çalışır və gündəlik normanı
150 % yerinə yetirirdi. Bu insanlar orden və medallarla təltif olunur, deputat seçilir, dövlətin hər cür
qayğısını görürdülər. Bu da istehsalın artmasına, şəhərin inkişafına, insanların maddi və məişət
şəraitlərinin yaxşılaşmasına səbəb olurdu.
Bu dövrdə bütün respublikada olduğu kimi bütün fəaliyyət sahələri Rayon Partiya Komitəsinin ciddi
nəzarəti altında idi. Bolşeviklər repressiv, inzibati amirlik metodunun köməyi ilə inkişafa nail ola


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə