Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə42/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   38   39   40   41   42   43   44   45   ...   89

idi. Bu məqsədlə bir qrup gənc xarici ölkələrdə təhsil almağa göndərildi. Lakin bu, əlbəttə, kifayət
etmirdi. Ancaq ADR hökumətinin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis
olunması haqqında qərarından sonra vəziyyət dəyişdi. Demək olar ki, Azərbaycanda tibb elminin
inkişafı Bakı Dövlət Universitetinin açılması ilə sürətləndi. Universitetdə tarix-filologiya və tibb
fakültələri açıldı. Bakı Dövlət Universitetinin ilk rektoru, görkəmli cərrah, professor V.İ.Razumovski,
tibb fakültəsinin ilk dekanı isə professor İ.İ.Şirokoqorov oldu. Onlar qısa müddətdə Bakıda yaşayan
tibb kadrlarının ən istedadlılarını BDU-da işə cəlb etdilər. Tibb fakültəsini bitirənlər arasında
gələcəyin görkəmli alimləri yetişdi. Universitetin ilk məzunlarından akademik C.Əfəndiyevin,
professorlar K.Balakişiyevin, Ə.Sultanovun, A.Tahirovun, A.Qarayevin, A.Sadıqovun və
başqalarının adını xüsusi vurğulamağa dəyər. Qeyd edək ki, artıq bir neçə ildən sonra universitetdə
ilk azərbaycanlı elmlər doktorları – M.Mirqasımov, M.Topçubaşov, M.Sultanov, S.Vəlixan,
A.Cəfərov var idi.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, xalqın milli şüurunun
oyanmasında, milli özünüdərkində müstəsna rol oynamışdı. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı
ilk gündən iqtisadi-sosial və mədəni həyatda dönüş yaratmaq, bu sahələrdə milli kadrların hazırlığını
genişləndirmək məsələsi ön plana çəkilmişdi. Bu məqsədlə bir qrup gənc xarici ölkələrdə təhsil
almağa göndərilmişdi.
Hökumət əhaliyə tibbi xidməti yaxşılaşdırmaq, epidemiyalara qarşı mübarizəni gücləndirmək üçün də
hərtərəfli planlar işləyib hazırlamış, bununla əlaqədar qərar qəbul etmişdi. Qərarda hökumət təzə
təşkil etdiyi Səhiyyə Nazirliyi qarşısında ciddi vəzifələr qoymuşdu. Bunlardan ən önəmlisi əhalinin
sağlamlığının qorunması üçün lazımi şəraitin yaradılması və antisanitariya ilə mübarizənin
gücləndirilməsi idi.
Bununla yanaşı, Azərbaycanda epidemiyalarla mübarizənin gücləndirilməsi, qəzalarda tibbi xidmətin
yaxşılaşdırılması, onların tibbi kadrlarla və dərmanlarla təmin olunması məsələsi də diqqət
mərkəzində idi. Şəkidə vəziyyət çox acınacaqlı idi. Epidemiyalar, yoluxucu xəstəliklər baş alıb
gedirdi. “Azərbaycan” qəzeti 1918-ci ilin sonlarında çıxan saylarından birində yazırdı:
 
“Şəhər tibb-sanitar təşkilatları bu ağır vəziyyətin öhdəsindən gələ bilmir, çünki xəstələr o qədər
çoxdur ki, yeni xəstələrin qəbulu dayandırılıb”.
 
Azərbaycan Səhiyyə Nazirliyi müalicə müəssisələrinin bərpasına belə çətin şəraitdə başladı. Arxiv
sənədlərinin verdiyi məlumata görə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəzalarda 33
xəstəxana fəaliyyət göstərmişdi. Onların ştatlarında 1 həkim, 2 feldşer, 1 mamaça və 1 çiçək peyvənd
edən işçi olmuşdu. Kəndlərdə ambulator xidmətləri pulsuz aparılırdı. Mövcud kənd xəstəxanalarının
və feldşer məntəqələrinin başlıca vəzifələri yoluxucu xəstələrin hospitallaşdırılması, xəstəlik
ocaqlarının zərərsizləşdirilməsi olmuşdu. Respublika əhalisinin 75 min nəfərinə cəmi 1 nəfər həkim
düşürdü. Respublika parlamenti vəziyyəti nəzərə alaraq 1920-ci ildə kənd xəstəxanaları şəbəkələrini
genişləndirmək və bu məqsədlə 35 yeni xəstəxana və 56 feldşer məntəqəsi təşkil etmək barədə qərar
qəbul etmişdi. Bunun üçün 43,3 milyon manat pul ayrılmışdı. Şəkidə isə, ümumiyyətlə, xəstəxana yox
idi. Səhiyyənin dərman preparatları ilə düzgün təminatı tibbi-sağlamlıq işinin başlıca
cəhətlərindəndir. Elə bu səbəbdən də həmin dövrdə Səhiyyə Nazirliyinin əczaçılıq şöbəsi dərman
preparatlarının alınmasını əlində cəmləşdirmişdi.
Ölkəmizdə ambulator xidmətin ilk təşkilatçısı isə M.Vəkilovdur. O, Bakıda ilk pulsuz müalicəxananı


(poliklinikanı) yaradıb, daha sonra onların sayının artırılması barədə məsələ qaldırıb. Bakı şəhərində
6 müalicəxana açılmasına nail olub. İ.Rəhimov ilk azərbaycanlı psixiatr, M.İ.Şərifov ilk sanitar
həkim, Ə.Axundov ilk ruhi xəstəliklər klinikasının təşkilatçısı olub. Azərbaycan təbabətinin
inkişafında, səhiyyə ocaqlarının, elmi-tibbi müəssisələrin təşkilində N.Nərimanovun rolu olub. Mirzə
Məmmədqulu Qayıbov, Əbdülkərim Mehmandarov, Xudadat bəy Rəfibəyli Azərbaycan elmi
cərrahlığının bünövrəsini qoyublar.


BEŞİNCİ FƏSİL
 
ŞƏKİ SOVET HAKİMİYYƏTİ İLLƏRİNDƏ
 
1920-ci il aprelin 28-də baş verən Aprel hərbi çevrilişindən sonra Azərbaycanda və onun bütün
qəzalarında məcburi olaraq bolşevik hakimiyyətinin qurulması prosesi başlayır. 1920-ci il mayın 7-
də XI ordunun 7-ci Qafqaz diviziyası Yevlaxa, mayın 11-də isə 18-ci Qafqaz diviziyası ilə birlikdə
Nuxa-Zaqatala bölgəsinə daxil olur. Şəkidə Sovet hakimiyyəti qurulur. Şəhərdə İnqilab Komitəsi
yaradılır. İnqilab Komitəsinin üzvləri Azərbaycan Daxili İşlər Komissarlığının üzvlərindən təşkil
olunmuşdu. İnqilab Komitəsi şəhərin bütün sahələrinə – milis, maliyyə, ərzaq, təhsil, kənd təsərrüfatı,
torpaq məsələləri, sənaye, eyni zamanda, nəzarət işlərinə rəhbərlik edirdi. Şəhərimizdə İnqilab
Komitəsinin sədri Şəki qəzasında sovet hakimiyyətinin qələbə çalması üçün bütün qüvvəsini səfərbər
etmiş Abid Məmməd oğlu Əfəndiyev idi. Abid Əfəndiyev 1901-ci ildə Şəkidə anadan olmuşdu.
Sonra ailəsi ilə birlikdə Aşqabada köçür. 1918-ci ildə bolşevik partiyasına üzv olur. 1919-cu ildə
Zakaspiyski cəbhəsinin hərbi-inqilabi şurası onu məxfi sənədlərlə Bakıya göndərir. 1920-ci ilin
yanvarında isə onu məxfi fəaliyyət üçün Şəkiyə göndərirlər. Azərbaycan Kommunist Partiyasının I
Qurultayında iştirak edir və onu Mərkəzi Komitəyə üzv seçirlər. 1921-ci ilin martına qədər Şəkidə
İnqilab Komitəsinin sədri olub, sonra isə fəaliyyətini Bakıda davam etdirib. Arxiv məlumatlarına
əsasən 1921-ci il fevralın 10-da Nuxa Qəzasının Kommunistlərinin I Qurultayı keçirilir və bu
Qurultayda yerli hakimiyyət orqanları kəskin tənqid olunur. Abid Əfəndiyevi Şəkidə Sovet
hakimiyyətinin qurulması işini ləngitməkdə günahlandırırlar.
İnqilab Komitəsi XI Ordunun Xüsusi şöbəsi ilə sıx əməkdaşlıq şəraitində işləyirdi. Belə ki, Xüsusi
şöbə İnqilab Komitəsindən “şübhəli elementlərin” siyahısını alır və bu siyahı əsasında həbslər aparır,
əksəriyyətini isə güllələyirdi. 7-ci Kavaleriyanın Xüsusi şöbəsi Şəkiyə daxil olduqdan sonra şəhərin
başçısını, pristavı, bir neçə müəssisənin sahiblərini, adlı-sanlı tacirləri həbs edərək, onları üsyan
hazırlamaqda təqsirli bildilər və güllələdilər.
1920-ci il dekabrın 29-da Nuxa Qəza Kommunist Partiyası olduqca çətin şəraitdə yaşayan fəhlələrin
məişət şəraitini yaxşılaşdırmaq üçün 7 nəfərdən ibarət xüsusi komissiya yaradır və bu komissiyanın
sədri Məmməd Əmin Əfəndiyev olur.
1921-ci ildə bütün Azərbaycanda olduğu kimi Şəkidə də İnqilab Komitəsi ləğv olunaraq Sovetlərlə
əvəz olunur. Şəkidə Sovetlərə seçkilər keçirilir, sonra isə İcraiyyə Komitəsi yaradılır. Sovet
hakimiyyətinin qurulması prosesi təsərrüfatın tam dağılması şəraitində keçirilir. Yerli hakimiyyət
orqanlarının qarşısında bir məsələ qoyulurdu: nəyin bahasına olursa olsun xalq təssərrüfatının
bərpasına nail olmaq!
1920-ci ilin iyunundan Şəkidə sənaye müəssisələri, əsasən də ipək sənayesi sahəsi milliləşdirilir.
İpək sənayesinin inkişafı üçün ilk növbədə xammal lazım idi. Ona görə də kəndliləri həvəsləndirmək
üçün qərara alınır ki, barama təhvil verən kəndliyə hər puda görə 2 min manat pul veriləcək. 1920-ci
ilin iyulunda Qəza İnqilab Komitəsi Lətifov qardaşlarının zavodu üçün barama almaq məqsədilə 2
milyon manat vəsait ayırır. 1920-ci il iyunun 28-də Nuxa Xalq Təsərrüfatı Soveti yaradılır. Bu
orqanın qarşısında qısa müddətdə şəhərin iqtisadi vəziyyətini yaxşılaşdırmaq vəzifəsi qoyulur. Yeri
gəlmişkən, bu dövrdə şəhərdə elektrik enerjisi yox idi, ziyalı kadrlar çatışmırdı, kommunal təsərrüfat
bərbad vəziyyətdə idi. Şəhərdə nəqliyyat 3 arabadan, 3 faytondan, bir neçə atdan və 3 kəl


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə